11-12-2022, 22:53
Odessa işıqsız qaldıDekabrın 10-da rusların Ukraynanın Odessa şəhərini atəşə tutması nəticəsində 1.5 milyon insan işıqsız qalıb. Daha sonra şəhərdə elektrik infrastrukturunun bir qismi bərpa edilib. Bu barədə Odessa administrasiyasının rəhbəri Maksim Marçenko məlumat verib. O qeyd edib ki, hazırda 300 mindən çox insan hələ də işıqsızdır. İlkin hesablamalara görə, elektrik enerjisinin tam bərpası iki-üç ay çəkəcək. Xatırladaq ki, Rusiya oktyabr ayından Ukraynanın enerji obyektlərinə zərbələr endirir.
11-12-2022, 22:51
Zelenski Türkiyəylə bağlı paylaşım etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı baş tutub. Bu barədə Zelenski sosial şəbəkə hesabında bildirib. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoqumu davam etdirdim. Ukraynalı uşaqlar üçün sığınacaq və şəhərlərimiz üçün yüzlərlə generator üçün təşəkkürümü bildirdim. Türkiyənin Ukraynanın #GrainFromUkraine təşəbbüsünə verdiyi dəstəyi qeyd etdim. Həmçinin gələcək fəaliyyat və taxıl dəhlizinin mümkün genişlənməsini müzakirə etdik”, - Ukrayna Prezidenti vurğulayıb.
11-12-2022, 22:43
Qlobal idman reytinqi açıqlandıDünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb. 2022-ci ilin arxada qalan dövründə keçirilən nüfuzlu yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan cədvəldə 131 ölkə yer alıb. Azərbaycanın mövqeyində dəyişiklik olub. Ölkəmiz ötən reytinq cədvəli ilə müqayisədə 2 pillə geriləyib. Belə ki, 249 xala malik Azərbaycan hazırda dünyada 48-cidir. Ötən cədvəldə 162 xalla 46-cı olan idmançılarımız 87 xal əldə etsə də, mövqeyini qoruya bilməyib. Qazanılan xalların 87-si yunan-Roma, 47-si sərbəst güləşçilərin aktivindədir. Cüdoda 43, taekvondoda 32, qılıncoynatmada 22, atıcılıqda 12, bədii gimnastikada 6 xal qazanılıb. Azərbaycan Avropada isə 27-ci yerdədir. Siyahıya 5991 xalla ABŞ başçılıq edir.
11-12-2022, 22:40
Fəridə Muradxaninin həbs cəzası azaldıldı2022-ci ilin 23 noyabr tarixində həbs edilən İranın ali rəhbəri Əli Xameneinin bacısı qızı Fəridə Muradxaniyə verilən 15 il həbs cəzası apellyasiya məhkəməsi tərəfindən 3 ilə endirilib. Bu barədə F.Muradxaninin vəkili Muhammed Hüseyn Akasi “Twitter” hesabında məlumat paylaşılıb. Onun sözlərinə görə, bundan əvvəl müvəkkili yurisdiksiya haqqı olmayan din adamlarının xüsusi məhkəməsində mühakimə edilib və 15 il həbs cəzasına məhkum olunub. Amma apellyasiya məhkəməsi onun cəzasını 3 ilə endirib.
11-12-2022, 22:20
Pakistanla Əfqanıstan sərhədində toqquşmaPakistanın Əfqanıstanla sərhədində yerləşən Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında toqquşma baş verib. Minaatanlarla həyata keçirilən hücum nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə “Taliban” tərəfdarları ilə Pakistan sərhədçiləri arasında münaqişə zamanı baş verib. Yaralı pakistanlılar Çaman şəhərinə aparılıb.
11-12-2022, 22:16
Hərbi qulluqçumuz həlak olduDekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub. Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verib.
11-12-2022, 16:35
Azərbaycan XİN-dən Rusiyaya nota“Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib. Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib”. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilib. Bu məsələyə münasibətinizi öyrənmək istərdik” sualına cavab olaraq bildirib. Ayxan Hacızadə deyib ki, Azərbaycan tərəfindən əldə edilmiş məlumata əsasən, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunur: “Cari ilin 3 dekabr tarixindən etibarən, Azərbaycan mütəxəssislərinin əraziyə səfərinin və monitorinqinin üsullarını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri və Rusiya sülhməramlı kontingenti arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. Bu vəziyyətlə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb”.
11-12-2022, 16:18
Sabahın hava proqnozuAzərbaycanda dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.
11-12-2022, 16:11
Əfqanıstan Yaponiyaya təşəkkür etdiƏfqanıstanın "Taliban" hökuməti Yaponiyaya təşəkkür edib. Bu barədə "Taliban"ın Kabildəki mərkəzi hökuməti məlumat yayıb. Məlumata əsasən, Yaponiya Əfqanıstana 106 milyon dollarlıq humanitar yardım ayırıb. 2023-cü ildə yardım mərhələli şəkildə Kabilə çatdırılacaq. Bunun qarşılığında "Taliban" hökuməti Tokioya təşəkkür edib.
11-12-2022, 16:04
Şimali Kiprdə meymunçiçəyi aşkarlandıŞimali Kipr Türk Cümhuriyyətində meymunçiçəyi xəstəliyinə ilk yoluxma qeydə alınıb. Bu barədə Türk Cümhuriyyətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Lefkoşa Dövlət Xəstəxanasına müraciət edən şəxsin meymunçiçəyi virusuna yoluxduğu müəyyən olunub. Təcrid olunaraq müalicəsinə başlanan xəstənin təmaslarının təqib edilməsi üçün araşdırmalar aparılır.