Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
6-01-2023, 23:59
ABŞ İrana yeni sanksiya tətbiq etdi


ABŞ İrana yeni sanksiya tətbiq etdi

ABŞ Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük edən İran müəssisələrinə sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ABŞ Ukraynada mülki hədəfləri vurmaqda istifadə edilən PUA-ları istehsal edən "Qods Aviation Industries" (QAI) şirkətinin icraçılarının və idarə heyətinin üzvlərini "qara siyahı"ya salıb. Qeyd edək ki, Rusiya İrandan PUA aldığını inkar edir. Lakin İran isə müharibədən bir müddət əvvəl Rusiyaya PUA verildiyini açıqlayıb.
6-01-2023, 23:44
Akar Yunanıstana çağırış etdi


Akar Yunanıstana çağırış etdi

"Belə bəyanatların heç bir mənası yoxdur. Mövcud statusu pozan və adaları silahlandıran, ölkəmizin sərhədlərinə qədər gəlib təxribatlar həyata keçirən Yunanıstandır. Dünən balıqçı gəmisinə atəş açan da məhz Yunanıstandır". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Aralıq və Egey dənizlərindəki gərginliyi şərh edərkən deyib. Nazir Yunanıstan tərəfi ilə keçirilən görüşlərin, aparılan dialoqların nəticə vermədiyini söyləyib. “Biz təxribat törətmirik, hücum və təqib etmirik. Eyni zamanda, bizə edilən hər hansı təqibi cavabsız qoymayacağımızı da deyirik. Bütün qoşunlarımız da bununla bağlı təlimatlandırılıb. Biz bu məsələdə qətiyyətli və qərarlıyıq. Güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın, ayaqlarınızı yerə qoyun. Biz həqiqətən də səmimi qəlbdən dostluq əlimizi uzadırıq, bu dostluq əlini tutmaqda gecikməyin, çəkinməyin”, - deyə Akar Yunanıstana çağırış edib.
6-01-2023, 23:40
Ukraynaya ilk dəfə “Sea Sparrow” zenit raketləri göndəriləcək


Ukraynaya ilk dəfə “Sea Sparrow” zenit raketləri göndəriləcək

ABŞ ilk dəfə Ukraynaya "Sea Sparrow" zenit raketləri göndərəcək. Bu barədə "Politico" nəşri məlumat yayıb. Bildirilir ki, raketlər ABŞ tərəfindən bu gün elan olunacaq yardım paketinə daxildir. Yardım paketinə, həmçinin "Bradley" piyada döyüş maşınları və "Patriot" hava hücumundan müdafiə sistemlərinin daxil edildiyi bildirilir. Radarla idarə olunan RIM-7 "Sea Sparrow" raket sistemləri Amerika gəmilərində raketdən müdafiə üçün istifadə olunur. Lakin Ukrayna hərbçiləri bu raketləri qurudan buraxa biləcəklər.
6-01-2023, 23:14
Bu ölkələr arasında hava daşımaları başladı


Bu ölkələr arasında hava daşımaları başladı

Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb. Bu barədə diplomatik mənbələrdən bildirilib. Məlumata görə, 2023-cü il yanvarın 1-dən etibarən iki ölkə arasında hava yolu ilə daşınmalara başlanılıb. Daşınmalar ticarət məqsədlidir. Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən, Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
6-01-2023, 16:50
Prezident yeni məkanın açılışında iştirak etdi


Prezident yeni məkanın açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi, üçüncü mərtəbə isə işçi heyət üçün nəzərdə tutulub. “Bakı KOB evi” gün ərzində beş min sahibkara xidmət göstərmək potensialına malikdir. Binada yaradılmış görüş, təlim, startap, mediasiya otaqları və konfrans zalı da sahibkarların xidmətində olacaq. “Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər. Bununla yanaşı, “Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək. Diqqətə çatdırıldı ki, KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir. Hazırda fəaliyyətdə olan Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 170 mindən çox xidmət göstərilib ki, bu xidmətlərin 165 mindən çoxu dövlət-biznes (G2B), 9 minə yaxını isə biznes-biznes (B2B) xidmətləridir. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir. Qeyd edək ki, Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Ölkəmizdə özəl sektorun inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərin davamı olaraq dövlətimizin başçısının 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. KOBİA tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, dövlət və özəl qurumlarla əlaqələndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Bu dəstək və xidmətlər KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi - KOB dostları, KOB inkişaf mərkəzləri və KOB evləri vasitəsilə həyata keçirilir. Belə ki, KOB inkişaf mərkəzləri KOB-ların biznes biliklərini artırmaq üçün ödənişsiz olaraq informasiya, məsləhət, təlim və biznes planın hazırlanması xidmətlərini təklif edir. Ölkənin regionlarında KOB-ların maraqlarının müdafiəsi, lazımi dəstək və xidmətlərə çıxışı 38 şəhər və rayonda fəaliyyət göstərən “KOB dostu” şəbəkəsi vasitəsilə reallaşdırılır. Bundan başqa, KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir, daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinə maliyyə dəstəyi göstərilir, onların ödənişsiz olaraq sərgilərdə iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək təmin olunur.









6-01-2023, 16:44
Nişanlısın bıçaqlayaraq öldürmək istədi


Nişanlısını bıçaqlayaraq öldürmək istədi

Astarada nişanlısını bıçaqlayan 22 yaşlı oğlan saxlanılıb. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Mirisaq Mirvaleh oğlu Mirtalibov saxlanılıb, faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, hadisə dünən Astaranın Şiyəkəran kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Mirisaq Mirvaleh oğlu Mirtalibov nişanlısı Səbinə Nicat qızı Qənbərovanı aralarında yaranan mübahisə nəticəsində döyüb, sonra onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub. Ağır xəsarət alan qız təcili Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
6-01-2023, 16:25
Minimum əmək haqqı yalnız bu sahələr üzrə artırılacaq


Minimum əmək haqqı yalnız bu sahələr üzrə artırılacaq

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Azərbaycanda minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək. Bəs vahid tarif cədvəli üzrə maaş alanlar kimlərdi:
– elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər;
– dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər;
– dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əməkhaqqından aşağı maaş alan dövlət qulluqçuları;
– dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.);
– dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi və s.) aşağı əmək haqqı alan xidmətedici heyət işçiləri.
6-01-2023, 16:21
Sabahın havası - Qar yağacaq


Sabahın havası - Qar yağacaq

Azərbaycanda yanvarın 7-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam arabir yağıntılı olacağı, gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
6-01-2023, 16:17
Paşinyandan daxili işlər nazirliyinə yeni təyinat


Paşinyandan daxili işlər nazirliyinə yeni təyinat

Ermənistanın polis rəisi Vahe Qazaryan daxili işlər
naziri təyin olunacaq. Bu barədə “Joğovurd” qəzeti yazıb. “Bizdə olan məlumata görə, respublikanın fövqəladə hallar naziri Armen Pambuxçyan daxili işlər nazirinin müavinlərindən biri təyin olunacaq. Lakin o, hələ ki, təklif almayıb. Və burada başqa bir nazir müavini polis rəisinin hazırkı müavini Aram Hovhannisyan olacaq. O, polis rəisi vəzifəsinə təyin olunacaq və tutduğu vəzifəyə uyğun olaraq daxili işlər nazirinin müavini olacaq. Nazirin digər müavini Ermənistan ədliyyə nazirinin müavini Arpine Sarkisyan olacaq. Və kimin Xilasetmə Xidmətinin rəhbəri olacağına hələ qərar verilməyib”, - deyə qəzet qeyd edir. Yeni təyinatların gələn həftə gerçəkləşəcəyi gözlənilir. Yanvarın 5-də Nazirlər Kabineti yeni yaradılan Daxili İşlər Nazirliyinə üç bölmənin: polis (müstəqil qurum kimi mövcud olub), xilasetmə xidməti (Fövqəladə Hallar Nazirliyindən) və miqrasiya xidmətinin (Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən) verilməsi layihəsini təsdiqləyib. Qərar Daxili İşlər Nazirliyinin (2003-cü ildə ləğv edilib) yenidən yaradılmasını tənzimləyən daha əvvəl təsdiq edilmiş qanunvericilik dəyişiklikləri paketi əsasında qəbul edilib.
6-01-2023, 16:13
İranda daha 4 nəfər etirazçıya edam hökmü oxundu


İranda daha 4 nəfər etirazçıya edam hökmü oxundu

İranda hökumət əleyhinə etirazlar zamanı həbs olunan daha 4 nəfərin edam edilməsinə qərar verilib. Etiraz aksiyaları zamanı həbs olunmuş Məhəmməd Bruğni, Məhəmməd Hüseyni, Məhəmməd Qubadlı və Məhəmməd Mehdi Kərəmi haqqında edam hökmü çıxarılıb. Saxlanılan şəxslərin vəkilləri məhkəmə qərarına etirazlarını bildiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!