17-01-2023, 18:05
Türkiyə və Çexiyanın müdafiə nazirləri görüşdüTürkiyənin milli müdafiə naziri Hulusi Akar çexiyalı həmkarı Jana Çernoçova ilə görüşüb. Bu barədə "TRT Haber" məlumat yayıb. Görüş Akarın Çex Respublikasına səfəri çərçivəsində baş tutub. Rəsmi qarşılanma mərasimindən sonra tərəflər nümayəndə heyətləri ilə geniştərkibli görüş keçiriblər. Çexiya MN-in binasındakı müzakirələr zamanı iki nazir regional və ikitərəfli məsələləri, müdafiə, təhlükəsizlik və hərbi sənaye sahələrində əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.
17-01-2023, 18:02
Avropa İttifaqına üzvlüyümüzün gecikməsindən narahat deyiləm - VuçiçSerbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Avropa İttifaqına üzvlük perspektivlərindən danışıb. Bu barədə Vuçiç yerli telekanallardan birinə müsahibəsi zamanı söz açıb. "Mən ölkəmizin Avropa İttifaqına üzvlüyünün gecikməsi ilə bağlı narahat deyiləm. Bunda problem yoxdur və bizdən əvvəl heç kimi ittifaqa qəbul etməyəcəklər. Məni narahat edən investisiyaların ölkəyə cəlb olunmasının qarşısının alınması ehtimallarıdır. Rusiyanı necə tərk etdiklərini gördüm. Orada maraqları bizdəkindən daha çox idi", - deyə Vuçiç bəyan edib. Serbiya prezidenti ölkəsinin ABŞ-la yaxşı münasibətlərə malik olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
17-01-2023, 17:36
Sabahın hava proqnozu - Duman, çiskin olacaqAzərbaycanda yanvarın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
17-01-2023, 17:32
Bağçalıdan çağırış - Seçki işini mayda bitirəkTürkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, iqtidarın "Cümhur İttifaqı"ndakı siyasi müttəfiqi Dövlət Bağçalı seçkilərlə bağlı müxalifətə çağırış edib. Bağçalı bu barədə partiyasının parlament fraksiyasının toplantısında danışıb. "Millət iradəsindən yayınmağın heç kimə yararı toxunmayacaq. Gəlin, uzlaşaq. Seçki işini mayda bitirək. Ölkəni hamılıqla seçkilərə aparaq", - deyə MHP sədri söyləyib. Qeyd edək ki, müxalifətdəki "Altılı Masa" ittifaqı erkən seçkiləri yalnız siyasi bloklar üçün bir sıra əlverişsiz müddəaların əks olunduğunu söylədiyi yeni seçki qanununun qüvvəyə minəcəyi 6 apreldən əvvəl keçiriləcəyi təqdirdə dəstəkləyəcəyini açıqlayıb.
17-01-2023, 17:27
Ermənistanda Fransa əleyhinə etiraz aksiyası keçirilibBu gün Ermənistanda Fransa əleyhinə etiraz aksiyası keçirilib. Aksiya Fransanın İrəvandakı səfirliyinin qarşısında təşkil olunub. Etirazçılar Fransanı Laçın dəhlizindəki situasiyaya səssiz qalmaqda ittiham ediblər. Bundan əlavə, aksiyaçılar rəsmi Parisi addım atmağa, ermənilərə kömək etməyə çağırıblar. Aksiya zamanı saxlanılanlarla bağlı məlumat yoxdur. Qeyd edək ki, Fransa Laçın yolundakı ekoloji aksiya ilə bağlı BMT Təhlükəsizlik Şurasında Azərbaycanın maraqlarına zidd olan qətnamənin qəbul olunmasına çalışırdı. Belə olan halda Ermənistanın rəsmi Parisdən narazı qalması qəribə görünür.
17-01-2023, 17:22
Avropa İttifaqı Ermənistana 2 illik müşahidə missiyası göndərəcəkAvropa İttifaqı Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb. Bildirilib ki, Ermənistanın Azərbaycanla sərhəd bölgələrində yerləşdiriləcək missiyanın səlahiyyət müddəti 2 il olacaq. Müşahidə missiyasının 20 fevraldan fəaliyyətə başlayacağı deyilir. Qeyd edək ki, bundan əvvəlki missiyanın səlahiyyət müddəti 2 ay idi.
17-01-2023, 17:17
Sürüşmə zonalarının aktiv olduğu ərazilər açıqlandı
Azərbaycanda 99 lokal sürüşmə zonası var. Bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə deyib. Agentlik rəhbəri bildirib ki, onlardan 42-si aktivsürüşmə zonasıdır: "42 sürüşmə sahəsi davamlı monitorinqə cəlb edilib. Abşeron, Bayıl, Badamdar, Badi Kubə, Qaraçuxur və Zığ sürüşmə zonaları, Astara və Lənkəranda, Quba, Qusar, Şabran və Şamaxıda aktiv sürüşmə sahələri var. Bu gün həmin ərazilər nəzarətdə saxlanılır. Sonuncu monitorinqə görə, aktiv sürüşmə sahələrində vəziyyət sabitdir. Hazırda Günəşli və Badamdar yamaclarında sürüşmənin qarşısını almaq üçün tədbirlər görülür".
17-01-2023, 17:09
Hulusi Akardan xəbərdarlıq - Prosesləri yaxından izləyirikTürkiyənin milli müdafiə naziri Hulusi Akar İsveçin paytaxtı Stokholm şəhərində keçirilən PKK aksiyası zamanı Rəcəb Tayyib Ərdoğana qarşı təxribatı qınayıb. Akar belə addımları pislədiyini bildirib. "NATO-ya girmək istəyən bir ölkədə 70 illik NATO üzvü olan bir dövlətin prezidentinə qarşı terror təşkilatı tərəfdarlarının törətdiyi iyrənc əməli şiddətlə qınayırıq. İsveçi dərhal tədbir görməyə dəvət edirik. Buna səssiz qalmaq mümkün deyil. Prosesləri yaxından izləyirik", - deyə nazir söyləyib. Akar Finlandiya və İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bəyan edib. Qeyd edək ki, sözügedən aksiya zamanı Ərdoğana qarşı təxribat törədilmişdi.
17-01-2023, 17:05
PUA istehsalçılarımıza böhtan atılmasını qınayırıq - Hulusi AkarTürkiyənin milli müdafiə naziri Hulusi Akar müdafiə sənayesi ilə bağlı tənqidlərə cavab verib. Akar belə addımları pislədiyini bildirib. "PUA istehsalçılarımıza böhtan atılmasını qınayırıq. Müdafiə sənayesindəki uğurlarımızdan narahatlıq keçirmək böyük bədbəxtlikdir. Bunu edənləri millətimizə həvalə edirik", - deyə nazir bəyan edib. Qeyd edək ki, müxalif DEVA Partiyasının sədri Ali Babacan PUA-larla bağlı mövzunun iqtidar tərəfindən müqəddəsləşdirildiyini və təbliğat vasitəsinə çevrildiyini bildirmişdi.
17-01-2023, 17:02
Enerji sahəsində qərarlı addımlarla irəliləyirik - Türkiyəli nazirTürkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkəsinin enerji siyasətindəki yeniliklər barədə açıqlama verib. Nazir bu barədə Macarıstana səfəri çərçivəsində keçirilən birgə iqtisadi komissiyanın iclasında danışıb. ''Türkiyə enerji sahəsində mərkəz olmaq yolunda qərarlı addımlarla irəliləyir. Bilirsiniz, Azərbaycandan gələn xəttin gücünü gələcəkdə iki qat artıracağıq. Trakyada yeni terminalın hazırlıqları bitmək üzrədir. Buradan da ölkəmizə qaz gəlməyə başlayacaq. Son zamanlarda Qara dənizdə təbii qaz kəşf etmişik", - deyə Varank qeyd edib.