Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
22-01-2023, 17:07
Kiyev rejiminə silah tədarükü qlobal fəlakətə səbəb olacaq - Rusiya spikeri


Kiyev rejiminə silah tədarükü qlobal fəlakətə səbəb olacaq - Rusiya spikeri

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Qərbin Ukraynaya silah tədarükündən danışıb. Spiker bu barədə "Telegram" kanalında yazıb. O, ABŞ və NATO-nun Rusiya Federasiyasına zərbələr endirmək üçün Ukraynaya silah tədarükünə cavabın daha güclü silahlardan istifadə edilməklə veriləcəyini bəyan edib. "Kiyev rejiminə (Rusiya rəsmiləri Ukrayna hakimiyyətini belə adlandırır) hücum silahlarının tədarükü qlobal fəlakətə gətirib çıxaracaq. Əgər Vaşinqton və NATO ölkələri mülki obyektlərə və şəhərlərə zərbələr endirmək üçün istifadə olunacaq silahları Ukraynaya tədarük etsələr və təhdid etdikləri kimi ərazilərimizi ələ keçirməyə çalışsalar, bu, daha çox silahdan istifadə etməklə cavab tədbirlərinə səbəb olacaq", – deyə Volodin qeyd edib.
22-01-2023, 16:39
Yeni Zenlandiyanın baş naziri bəlli oldu


Yeni Zenlandiyanın baş naziri bəlli oldu

Yeni Zelandiyanın təhsil və ictimai xidmətlər naziri Kris Hipkins ölkənin Baş naziri seçilib. Bu barədə “The New Zealand Herald” nəşri məlumat yayıb. O, Casinda Ardernin istefasından sonra hökumətə sədrlik edəcək. K.Hipkins Yeni Zelandiya Leyboristlər Partiyasının yeni lideri seçildikdən sonra Casinda Ardern istefasını general qubernatora təqdim edəcək və ölkənin 41-ci Baş naziri and içəcək.
22-01-2023, 16:34
Dünyanın ən nəhəng qurbağası tapıldı


Dünyanın ən nəhəng qurbağası tapıldıı

Avstraliyanın Kvinslend əyalətinin şimalında çəkisi 2,7 kiloqram olan nəhəng qurbağa aşkar edilib. Bu barədə yerli ABC telekanalı məlumat yayıb. Ginnesin Rekordlar Kitabına düşən ən böyük qurbağa 1991-ci ildə tapılıb və onun çəkisi 2,65 kiloqram olub. Qurbağanın uzunluğu 25 santimetrdən bir qədər çoxdur. Qurbağanı aşkarlayanlar ona Toadzilla adını vermək qərarına gəliblər.
21-01-2023, 23:52
Madriddə hökumətə qarşı etiraz aksiyası keçirildi


Madriddə hökumətə qarşı etiraz aksiyası keçirildi

İspaniyanın paytaxtı Madridin mərkəzində yerləşən Cibeles meydanında baş nazir Pedro Sançesin rəhbərlik etdiyi hökumətə qarşı etiraz aksiyası keçirilib. Aksiyada 30 minə yaxın insan iştirak edib. Bildirilir ki, etiraza səbəb İspaniya hakimiyyət orqanlarının 2017-ci ildə Kataloniyanın müstəqilliyinə nail olmağa cəhd edənlərə qarşı ittihamı yumşaltmaq qərarı olub. Təşkilatçılar aksiyada təxminən 700 min iştirakçının iştirak etdiyini iddia edib. Etirazı ifrat sağçı Vox partiyası, eləcə də sağ mərkəzçi "Ciudadanos" və digər siyasi qüvvələr təşkil edib. Etirazçılar Sançesi “satqın” adlandırıb, onu istefaya çağırıblar.
21-01-2023, 23:47
Azərbaycan sülh danışıqlarının qısa zamanda keçirilməsinə hazırdır - XİN


Azərbaycan sülh danışıqlarının qısa zamanda keçirilməsinə hazırdır - XİN

Azərbaycanın Ermənistanın təkliflərinə hələ də cavab vermədiyinə dair fikirlər səsləndirmək və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq əvəzinə, Ermənistan naziri gərək sülh sazişinin hazırlanması üzrə ilk təklifin kimdən gəldiyi, baza prinsiplərinin ilk olaraq kim tərəfindən verildiyi, sülh sazişinin elementləri üzrə ilk layihəni Cenevrə görüşündə kimin təqdim etdiyi, eləcə də hər bir layihəyə Azərbaycan və Ermənistanın hansı müddət ərzində rəy bildirdiyi məsələlərinə aydınlıq gətirərdi. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yanvarın 20-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualını cavablandırarkən bildirib. A.Hacızadə deyib ki, ötən ilin dekabrında Ermənistanın sülh sazişi üzrə son təkliflərini verən kimi məhz bu təkliflərlə sənədi dərhal imzalamağa hazır olduğunu bildirməsi bu ölkənin saziş üzrə danışıqlar prosesinə ciddi yanaşmadığını nümayiş etdirib. Ermənistan tərəfi proses üzrə manipulyasiya əvəzinə, görüşə hazır olub-olmadığını bəyan etməlidir. “Bir daha vurğulamaq istərdik ki, Azərbaycan tərəfi sülh sazişi üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”, - deyə XİN-in sözçüsü qeyd edib.
21-01-2023, 23:10
Özümüzü qorumaqla bağlı ciddi müzakirələr gedir - Moldova prezidenti


Özümüzü qorumaqla bağlı ciddi müzakirələr gedir - Moldova prezidenti

Moldova prezidenti Maya Sandu ölkəsinin nə vaxtsa hərbi alyanslardan birinə üzv olmaq istəyəcəyini istisna etməyib. Bu barədə o, "Politico"ya müsahibəsində danışıb. “Hazırda özümüzü qorumaq qabiliyyətimizlə bağlı ciddi müzakirələr gedir. Bunu özümüz edə bilərikmi, yoxsa daha böyük ittifaqın bir hissəsi olmalıyıq? Və əgər biz bir ölkə olaraq nə vaxtsa neytrallığımızı dəyişməli olduğumuz qənaətinə gəlsək, bu, demokratik proses vasitəsilə baş verməlidir”, - Sandu deyib. Xatırladaq ki, Moldova konstitusiyasında ölkəsinin netral olması bəyan edilib. Bu, ölkənin NATO və ya KTMT-yə üzv olmasını istisna edir. Yanvarın 14 -də Moldovanın Briçeni sərhəd bölgəsinə raket parçaları düşüb. Bundan sonra Moldova hakimiyyəti Aİ ölkələrindən hava hücumundan müdafiə sistemləri istəyib.
21-01-2023, 22:58
Rusiya Ukraynanın daha bir qəsəbəsini işğal etdi


Rusiya Ukraynanın daha bir qəsəbəsini işğal etdi

Rusiya qoşunları Donetsk istiqamətində Cənub Hərbi Dairəsinin atəş dəstəyi ilə Dvureçye qəsəbəsini işğal ediblər. Döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin 50 hərbçisinin öldürüldüyü və yaralandığı bildirilir. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov təsdiqləyib. Bundan başqa o, Ukrayna hərbçilərin iki zirehli döyüş maşınının, üç pikapın, həmçinin iki D-20 və D-30 haubitsalarının sıradan çıxarıldığını da söyləyib.
21-01-2023, 22:50
Almaniyaya səslədilər - Ukraynaya “Leopard” tankları verin


Almaniyaya səslədilər - Ukraynaya “Leopard” tankları verin

Litva, Latviya və Estoniyanın xarici siyasət idarələrinin rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinə “Leopard” tanklarının verilməsi üçün Almaniya hakimiyyətinə müraciət edib. Baltikyanı ölkələrin xarici işlər nazirləri Berlini artıq Ukraynaya “Leopard” tankları verməyə çağırıblar. “Bu, Rusiyanın təcavüzünü dayandırmaq, Ukraynaya kömək etmək və Avropada sülhü tez bir zamanda bərpa etmək üçün lazımdır. Almaniya Avropanın aparıcı dövləti kimi bu məsələdə xüsusi məsuliyyət daşıyır”, müraciətdə deyilir. Xatırladırıq ki, Kiyevə silah tədarükü ilə bağlı keçirilən “Ramşteyn” görüşünün nəticələrinə görə, alman tərəfi Ukrayna Silahlı Qüvvələrinə Almaniya istehsalı olan tankların göndərilməsinə razılıq verməyib.
21-01-2023, 17:38
Moskva Ukraynanın sərhədlərini tanımalıdır - Podolyak


Moskva Ukraynanın sərhədlərini tanımalıdır - Podolyak

Sülh danışıqlarının əsas şərti Moskvanın Ukraynanın 1991-ci ildəki sərhədlərini tanımasıdır. Bunu Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib. Ukrayna hakimiyyəti dəfələrlə Rusiya ilə danışıqlar üçün belə şərt irəli sürüb. Belə ki, Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, müharibənin sona çatması üçün “silahlı qüvvələr bir sıra əraziləri, o cümlədən Donbass və Krımı qaytarmalıdır”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində Zelenskinin irəli sürdüyü sülh planının “cəfəngiyyat” olduğunu bildirib.
21-01-2023, 17:28
Yeni fərmana əsasən Minatəmizləmə Agentliyinin məbləği artırıldı


Yeni fərmana əsasən Minatəmizləmə Agentliyinin məbləği artırıldı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nizamnamə fondunun məbləği artırılıb. Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, Agentliyin nizamnamə fondu 2 209 512,9 (iki milyon iki yüz doqquz min beş yüz on iki manat doxsan qəpik) müəyyənləşib. Qeyd edək ki, daha əvvəl Agentliyin ilkin nizamnə fondu 100 000 (yüz min) manat olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!