15-01-2023, 22:50
Çin fəzaya 14 peyk göndərdiÇin fəzaya 14 peyk yollayıb. Peyklər Saanşi əyalətindəki Tayyuan Peyk Mərkəzindən kosmosa buraxılıb. Peykləri "Long March 2D" raketi daşıyıb. Fəzaya buraxıldıqdan sonra peyklərin hamısı planlaşdırılan koordinatlara çatıb. Bu, "Long March 2D" raketlərinin 462-ci uğurlu peyk buraxılışı olub.
15-01-2023, 22:47
Rusiyada terror aktı ehtimalıyla kinoteatr boşaldıldı
Rusiyanın paytaxtı Moskvada yerləşən "İlluzion" kinoteatrı boşaldılıb. Bu barədə TASS agentliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb terror aktı ehtimalı barədə daxil olan məlumatlardır. Həm tamaşaçılar, həm də kinoteatrın əməkdaşları ərazidən uzaqlaşdırılıb. Kinoteatrda bomba mütəxəssislərinin iştirakı ilə axtarış əməliyyatları keçirilir. Təhlükəsizlik tədbirləri gücləndirilib.
15-01-2023, 22:42
Rusiyada baş verən partlayış insan ölümüylə nəticələndiRusiyada partlayış olub. Hadisə Belqorod vilayətində yerləşən hərbi hissələrdən birində qeydə alınıb. Belə ki, bir hərbçinin əlindəki qumbaranın partlaması nəticəsində silah-sursat anbarında partlayış baş verib. Hadisə zamanı 3 hərbçi həyatını itirib, 16 hərbçi yaralanıb. Daha 8 hərbi qulluqçunun taleyindən isə xəbər yoxdur. Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.
15-01-2023, 17:07
Ermənistanda Rusiyaya qarşı yeni etiraz dalğasıErmənistanda Rusiyaya qarşı yenidən etiraz aksiyası keçirilib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Belə ki, "Bever" siyasi blokunun nümayəndələri Rusiya Federasiyasının Gümrüdəki 102-ci hərbi bazasına gedən yolda toplaşıblar. Fəallar aksiyanın Laçın dəhlizindəki vəziyyətə görə Rusiyaya qarşı etirazların davamı olduğunu bildiriblər. Qeyd edək ki, ərazidə sonuncu aksiyada 65 etirazçı saxlanılmışdı.
15-01-2023, 17:01
Nepalda matəm elan olunduNepalda baş vermiş faciəvi təyyarə qəzasına görə matəm elan edilib. Bu barədə hökumət müvafiq qərarı imzalayıb. Matəm sabah - 16 yanvar tarixində olacaq və 1 gün davam edəcək. Matəmlə bağlı dövlət qurumlarına tapşırıqlar verilib. Qeyd edək ki, Nepalın Pohkar şəhərində göyərtəsində 72 nəfər olan təyyarə qəzaya uğrayıb.
15-01-2023, 16:59
Nepalda baş vermiş təyyarə qəzası kütləvi insan ölümünə səbəb olduNepaldakı təyyarə qəzası zamanı təyyarədəki insanlar həyatını itirib. Bu barədə "News 18" telekanalına yerli hakimiyyət nümayəndələri məlumat verib. Təyyarənin göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olmaqla, ümumilikdə 72 nəfər olub faciəvi qəza nəticəsində həlak olublar. Xilas olan 2 nəfərin də vəziyyəti ağırdır. Qeyd edilib ki, sərnişinlərdən 10-u xarici ölkələrin vətəndaşlarıdır.
15-01-2023, 16:52
Gürcüstanın məşhur incəsənət nümayəndəsi vəfat etdiMəşhur gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidze dünyasını dəyişib. Kikabidze uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat edib. O, Gürcüstanın xalq artisti, eləcə də bir müddət parlamentin deputatı olub. Qeyd edək ki, V.Kikabidze 1938-ci ildə Tbilisdə anadan olub.
15-01-2023, 16:48
Kanadanın baş nazirindən Ukraynaya dəstək mesajıKanadanın baş naziri Castin Trüdo Rusiyanın Ukraynadakı mülki hədəfləri növbəti dəfə atəşə tutmasına və Dneprdə çoxmərtəbəli yaşayış binasına hücumuna reaksiya verib. O, twitter səhifəsindəki paylaşımında Rusiyanın yaşayış binasına zərbə endirməsini qətiyyətlə pisləyib. "Rusiyanın Dneprdə yaşayış binalarına hücumları iyrənc və tamamilə qəbuledilməzdir. Kanada bu cür zorakılığı qeyd-şərtsiz pisləyir. Biz Ukrayna xalqını dəstəkləyirik və onlara lazım olan dəstəyi göstərməyə davam edəcəyik", - deyə paylaşımda bildirilib. Qeyd edək ki, Dneprə raket hücumu nəticəsində ölənlərin sayı 21-ə çatıb. Partlayış yerində axtarış-xilasetmə işləri davam edir, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.
15-01-2023, 16:44
İbrahim Kalından İsveç və Finlandiyaya xəbərdarlıq mesajıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın NATO-ya üzvlük prosesi davam edən iki Skandinaviya ölkəsinə xəbərdarlıq edib. Kalın parlamentdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sənədin təsdiqi üçün az vaxt qaldığını açıqlayıb. "Bizdə növbəti parlament seçkiləri yaxınlaşdığı üçün vaxt məsələsi var. İsveç və Finlandiya NATO-ya tezliklə üzv olmaq istəyirsə, onların 2 ay və 2 ay yarım vaxtı qalıb", - deyə Ərdoğanın sözçüsü vurğulayıb. Qeyd edək ki, NATO-ya üzvlük alyans çərçivəsində konsensus yolu ilə mümkün olduğu üçün İsveç və Finlandiyanın təşkilata qoşulmasına Türkiyənin razılığı lazımdır. Rəsmi Ankara terrorla mübarizədə əməkdaşlıqdan yayındığı üçün bu iki ölkənin üzvlük prosesini dəstəkləmirdi. Daha sonra əldə olunan razılaşmaya görə, İsveç və Finlandiya müəyyən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Türkiyə onların NATO-ya üzvlüyünə etiraz etməyəcəyini bəyan edib.
15-01-2023, 16:41
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.