6-01-2023, 00:24
Rusiya ilə “Milad atəşkəsi” barədə danışıqlar olmayacaq - Ukrayna rəsmisiUkrayna Rusiya ilə “Milad atəşkəsi” barədə danışıqlar aparmayacaq. İşğalçı dövlət ölkəmizin ərazisini tərk etməlidir. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov deyib. "Gəlin praktik dildə danışaq. Onlar bu barışığı kimə təklif edirlər? Özlərinə? Sadə həll yolu var: çamadanlarını götürüb Rusiyaya getsinlər. Onlarla heç bir danışıqlar aparılmır”, - deyə Danilov bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib.
6-01-2023, 00:21
Podolyak Putinin atəşkəs elanını “ikiüzlülük” adlandırdıUkrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb. Bu barədə Podolyak "Twitter" hesabında yazıb. O qeyd edib ki, Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür. "Ukrayna yalnız öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir. Rusiya Federasiyası işğal etdiyi əraziləri tərk etməlidir. Yalnız bundan sonra müvəqqəti barışıq başlayacaq. İkiüzlülüyü özünüzə saxlayın...", - deyə Podolyak vurğulayıb. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:18
Ukraynada atəşkəs elan edildiRusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs elan edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:15
Xersona vurulan ağır zərbələr bir ailənin məhvinə səbəb olduRusiya ordusu Ukraynanın Xerson vilayətinə aviazərbələr endirib. Mərmilər vilayətin Berislav şəhərinə düşüb. Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko bildirib ki, mərmilərdən biri yaşayış binasına dəyib, nəticədə evdə olan ata, ana və onların 12 yaşlı oğlu həlak olub. “Rusiya səhər “Milad atəşkəsi” haqqında danışır, lakin günortaya qədər bütün ailəni öldürür. Ata, ana və onların 12 yaşlı oğlunun günahı nədir? Onlar sadəcə ukraynalıdır”, - Kiril Timoşenko qeyd edib.
6-01-2023, 00:13
Ərdoğan Zelenski bəzi məsələləri müzakirə etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizindəki inkişaflar müzakirə edilib. Ərdoğan Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün köməklik və vasitəçilik vəzifəsini üzərinə götürməyə hazır olduqlarını bildirib. Əsirlərin dəyişdirilməsi ilə bağlı işlərinin davam etdiyini vurğulayan Türkiyə lideri Zaporojye Atom Elektrik Stansiyasında prosesi sürətləndirmək üçün diplomatik töhfələr verə biləcəyini vurğulayıb.
5-01-2023, 14:30
Vardanyan Xocalı aeroportunun açılması üçün bütün imkanlara əl atırQarabağ separatçılarının qondarma “dövlət naziri” Ruben Vardanyan bütün imkanlardan istifadə etməklə Xocalı aeroportunun açılmasına çalışır. Bu haqda Ermənistan KİV-lərində dərc oluna informasiyalarda bəhs olunur. Belə ki, Ruben Vardanyan Fransa, Rusiya və digər ölkələrin mətbuatı vasitəsilə beynəlxalq ictimaiyyətə ünvanladığı mesajlarda bildirir ki, hazırda hava dəhlizinin açılması Qarabağ erməniləri üçün vəziyyəti kökündən dəyişə biləcək yeganə həll yoludur. Onun sözlərinə görə, Xankəndi yaxınlığında yerləşən hava limanı orta tutumlu təyyarələri qəbul etməyə hazırdır. “Bu, daha çox siyasi məsələdir. Beynəlxalq təşkilatların, Avropa ölkələrinin və ABŞ-ın təzyiqləri böyük əhəmiyyət kəsb edəcək", - Vardanyan deyib. Qeyd edək ki, azərbaycanlı ekofəalların Şuşa yaxınlığında keçirdiyi dinc aksiyaya baxmayaraq, Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır. Qarabağdakı separatçı-terrorçu dəstənin nümayəndələri isə blokada vəziyyətinə düşdüklərini iddia etməklə dünyanın öz yalanlarına inandırmağa çalışırlar. Xatırladaq ki, Xocalı aeroportu 1991-ci ildən fəaliyyətini dayandırıb. Ermənilər Xocalı aeroportunu 2012-ci ildə 8 milyon dollar qarşılığında rekonstruksiya ediblər, amma bu vaxta qədər oradan uçuşlar həyata keçirilməyib. Rəsmi Bakı Qarabağdan uçuşlara qadağa qoyduğunu elan edib. Ermənistanın və Qarabağ separatçılarının Xocalı aeroportunun açılması üçün beynəlxalq təşkilatlara müraciəti nəticəsiz qalıb.
5-01-2023, 14:15
Temperatur aşağı düşəcək - Yağış, arabir qar yağacaqBakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. G.Məmmədova qeyd edib ki, şimal-şərq küləyi ayın 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək: "Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, yanvarın 10-11-də gecə 2 dərəcəyədək şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir”. Nazirlik rəsmisinin sözlərinə görə, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək: "Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, gecə 0-5 dərəcə şaxta, gündüz 4 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15, gündüz 5-8 dərəcə şaxta olacaq. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var".
5-01-2023, 14:13
Hospitaldan oksigen aparatı oğurlandıBakıda hospitaldan oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2022-ci il dekabrın 22-də A.Aqarunov küçəsində yerləşən hospitalın həyətindən 5180 manat dəyərində oksigen aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Mirzəyev saxlanılıb.
5-01-2023, 14:10
Paşinyan Laçın dəhliziylə bağlı gözləntilərini qeyd etdiErmənistan baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı gözləntilərini dilə gətirib. Paşinyan bu barədə hökumətin iclasında çıxış edib. "Ermənistan dünya ictimaiyyətindən, o cümlədən Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı daha çox addımlar gözləyir", - deyə Paşinyan bildirib. Ermənistan baş naziri, həmçinin yeni yaradılacaq Daxili İşlər Nazirliyi haqqında da danışıb. O bildirib ki, nazirlik artıq de-yure formalaşdırılıb, hazırda təşkilati işlər görülür. Paşinyan nazir və müavinlərinin gələn həftə təyin oluna biləcəyini söyləyib. O, eyni zamanda qeyd edib ki, yeni qurumun yaradılması müvafiq sahədə effektivliyi artıracaq. Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 25 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji cinayətlərə son qoyulması tələbi ilə keçirilir.
5-01-2023, 14:07
Xamenei Fransanın satirik jurnalının üz qabığındaFransanın qalmaqallı satirik jurnalı olan “Charlie Hebdo” üz qabığında İranla bağlı karikatura yerləşdirib. Xüsusilə də İranın ali rəhbəri Əli Xameneinin karikaturaları jurnalın səhifələrini bəzəyib. Həftəlik jurnalın İslam respublikasının ən yüksək dini və siyasi xadimini ələ salan onlarla karikatura dərc etməsi İranla Fransa arasında diplomatik qalmaqala səbəb olub. Bununla əlaqədar olaraq İran Xarici İşlər Nazirliyi (XİN) Fransa səfirini çağırıb, ona etirazını bildirib və nota təqdim edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian isə bildirib ki, Fransanın bu addımı cavabsız qalmayacaq: “Fransa nəşrinin dini və siyasi hakimiyyətə qarşı karikaturalar dərc etməklə təhqiredici və nalayiq hərəkəti qəti cavabsız keçməyəcək. Biz Fransa hökumətinin öz hüdudlarından kənara çıxmasına icazə verməyəcəyik. Şübhəsiz ki, onlar yanlış yolu seçiblər”. Fransa isə İranın məsələyə münasibətini pisləyərək, Tehranın söz azadlığına qarşı çıxdığını bildirib. Həftəlik jurnal ötən ilin sentyabrında İranda başlayan etiraz hərəkatına dəstək məqsədilə belə addım atdığını bəyan edib. Belə ki, dekabr ayında İrandakı hadisələrlə bağlı karikatura müsabiqəsi elan olunub. Müsabiqəyə dünyanın bir çox ölkələrindən iştirakçılar tərəfindən 300 karikatura göndərilib. Bununla da İslam respublikasının ən yüksək dini və siyasi xadimini ələ salan onlarla karikatura dərc edilib. Karikaturalarda müəlliflər dini özbaşınalıq qarşısında azadlığa bağlılığı nümayiş etdiriblər. Eyni zamanda ali liderin din adı altında ölkəni məhv etdiyini, İranın gələcəyinin olmadığını bildiriblər. Maraqlı məqamlardan biri isə karikatura müəlliflərinin çoxunun iranlı olmasıdır. İranda və xaricdə yaşayan iranlılar adları gizli saxlanılmadan yarışmaya qoşulublar. Jurnalın son səhifəsində qeyd olunub ki, bütün iştirakçılar cəhənnəmə yer qazanıblar. Qeyd edək ki, “Charlie Hebdo” Fransada qalmaqallı media orqanı kimi tanınır. 2015-ci ilin yanvarında jurnalın Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməsi İslam dünyasının etirazına səbəb olmuşdu. Həmin ilin yanvarın 7-də qisas almaq məqsədilə silahlı şəxslər redaksiyaya hücum edərək 12 nəfəri öldürmüşdülər.