1-01-2023, 20:28
Biz sülh tərəfdarıykən, Yunanıstan təxribatçı hərəkətlərə davam edir - Akar"Biz sülh əlini uzadarkən, Yunanıstan təxribatçı hərəkətlərini və gərginliyi artıran bəyanatlarını davam etdirməkdə israrlıdır". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. "Bunlar sadəcə olaraq beynəlxalq aləmdə insanları çaşdırmaq üçün irəli sürülən şeylərdir. Türkiyə dövlətinin siyasəti çox aydındır. 40 min kvadrat kilometrlik dəniz yurisdiksiyası istəyirlər, beynəlxalq müqavilələri pozaraq adaları silahlandırırlar. Biz bu günə qədər heç bir təxrbata icazə verməmişik, etməyəcəyik də”, - Akar bildirib. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Ankaranın Yunanıstanın Egey dənizindəki ərazi sularının genişləndirilməsinə icazə verməyəcəyini bildirmişdi.
1-01-2023, 20:21
Rusiya quru qoşunlarını Ermənistana yerləşdirirRusiya Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin Quru Qoşunlarının bölmələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçiriləcək sülhməramlı təliminin iştirakçısı olacaq. Bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilib. “Rusiya Federasiyasından kənarda Ermənistan ərazisində KTMT sülhməramlı kontingentinin “Sarsılmaz Qardaşlıq-2023” birgə təlimi keçiriləcək”, - məlumatda deyilir. Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ildə Rusiyadakı hərbi dairələrin poliqonlarında səkkiz ikitərəfli təlimlərin keçirilməsi planlaşdırılır. "Bütün manevrlər sülhməramlı və antiterror xarakterli olacaq", - nazirlik bildirib. Müdafiə Nazirliyinin məlumatına görə, bunlar Rusiya-Hindistan “İndra-2023” xüsusi təyinatlı təlimi, ŞƏT-ə üzv dövlətlərin “Sülh missiyası-2023” birgə hərbi antiterror komanda-qərargah təlimi, Rusiyanın laosla birgə hərbi təlimləri, Rusiya-Pakistan birgə "Dostluq -2023" hərbi təlimidir. Həmçinin planlarda Rusiya-Əlcəzair birgə hərbi təlimi, Mərkəzi Asiya regionunun kollektiv sürətli yerləşdirmə qüvvələrinin bölmələri ilə birgə “Sərhəd-2023”, Rusiya-Monqolustan “Selenqa-2023” birgə təlimi və Rusiya-Vyetnam təliminin keçirilməsi nəzərdə tutulur.
1-01-2023, 20:10
Sabahın hava proqnozuYanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 55-60 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.
1-01-2023, 20:07
“Təhlükəsizlik müttəfiqləri” rəsmi İrəvanı tək buraxdılar - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan Yeni il gecəsi xalqa müraciətində deyib ki, “təhlükəsizlik müttəfiqləri” rəsmi İrəvanı tək buraxıblar. Paşinyan bununla Putinin hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını ifadə edib. Onun sözlərinə görə, 2021-ci ilin mayından 2022-ci ilin 13 sentyabrına qədər olan dövrdə Azərbaycanla hərbi qarşıdurma zamanı Ermənistanın təhlükəsizlik müttəfiqləri ya passiv müşahidəçi statusunda qalmağı üstün tutublar, ya da alternativ olaraq aktiv müşahidəçi statusu təklif ediblər. Lakin baş nazirin sözlərinə görə, Ermənistan dünyada tək qalmayıb. "Mən bu vəziyyətə biganə qalmayan və ölkəmiz qarşısında heç bir öhdəliyi olmayan, regionumuzda təhlükəsizlik və sabitliyin bərqərar olunmasına dəstək olaraq görünməmiş qərarlar qəbul edən ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür etmək istəyirəm", - Ermənistan hökumətinin başçısı bildirib. O, bəyan edib ki, Ermənistan müstəqil, suveren, firavan və təhlükəsiz dövlət uğrunda mübarizə aparır. Paşinyanın sözlərinə görə, Ermənistan 29 800 kvadrat kilometrlik ərazisini qorumaq üçün çətin yoldan keçir.
1-01-2023, 19:49
Paşinyan Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrə ziyarət etdiErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yaxın ərazilərdə xidmət edən əsgərləri ziyarət edib. Paşinyan bu haqda sosial şəbəkədə məlumat yayıb: “Yeni il ərəfəsində mən sərhəddə xidmət edən hərbi qulluqçularımıza baş çəkdim və onlara göstərdikləri fədakar xidmətə görə təşəkkür etdim”, - Paşinyan bildirib. Ermənistan hökumətinin başçısı xidmət zamanı fərqlənən hərbçiləri mükafatlandırıb.
1-01-2023, 19:33
Rusların 45 PUA-sı məhv edildiYeni il gecəsi Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyaya məxsusu 45 pilotsuz təyyarəni (PUA) məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirib.“2023-cü il dekabrın 31-dən yanvarın 1-nə keçən gecə rus işğalçıları İran istehsalı olan “Shahed-131/136” kamikadze pilotsuz uçan aparatları ilə Ukraynaya hücum ediblər”, - məlumatda deyilir. Qeyd olunur ki, Hərbi Hava Qüvvələrinin apardığı döyüş işi nəticəsində 45 hücum pilotsuz uçuş aparatı məhv edilib. "Onlardan 13-ü 2022-ci ildə, 32-si 2023-cü ildə məhv edilib. Düşmən ukraynalıların bayramını korlaya bilmədi", - xəbərdə qeyd olunur. Məlumata görə, ruslar 2022-ci il dekabrın 31-də günortadan sonra Ukraynaya növbəti raket hücumu həyata keçirib. Nikolayevə hücum nəticəsində 7 nəfər yaralanıb. Partlayış səsləri Kiyevdə də eşidilib. Paytaxt meri Vitali Kliçko bildirib ki, Rusiyanın paytaxtdakı mülki obyektlərə hücumu nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. 14 nəfər xəstəxanaya yerləşdirilib, 6 həkim hadisə yerində yardım göstərib. Gün ərzində baş verən kütləvi raket zərbəsindən sonra Rusiya Ukrayna ərazisinə kamikadze pilotsuz təyyarələri buraxıb. Dekabrın 31-i axşam saatlarında, Yeni ilə bir neçə saat qalmış Rusiya Federasiyası kamikadze pilotsuz təyyarələrlə Ukraynanın cənubuna hücum edib. 2023-cü il yanvarın 1-nə keçən gecə bütün Ukraynada hava xəbərdarlığı elan edilib.
1-01-2023, 15:48
Prezident Zəngəzur dəhlizinin önəmindən danışdı"Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır". Bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığını, dəmir yollarının, avtomobil yollarının çəkildiyini qeyd edib. “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
1-01-2023, 15:40
Prezident hərbi sahədəki inkişafdan danışdıBu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi gücünü göstərdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq”.
1-01-2023, 15:37
Can Azərbaycanla birgə 12 təlim gerçəkləşdirdik - ƏrdoğanTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin yekunları ilə bağlı hesabat yayımlayıb. O, bu barədə "Twitter" hesabında paylaşım edib. “Can Azərbaycanla birgə 12 təlim gerçəkləşdirərək hərbi imkanlarımızı nəzərdən keçirdik. Qara dənizdə və Azərbaycanda milli texnologiya hərəkatımızın lokomotivi olan "Teknofest"i keçirdik. 18,1 milyard türk lirəsi sərmayəsi ilə yüksək əlavə dəyərə malik 100 layihəyə dəstək verdik", - deyə o qeyd edib. O bildirib ki, Azərbaycanda 279 kvadrat kilometr ərazi minalardan təzmilənib.
1-01-2023, 15:32
Avropa İttifaqından Moldovaya maddi dəstəkAvropa İttifaqı (Aİ) 2023-cü ildə Moldovaya 250 milyon avro maliyyə yardımı ayırmağa hazırlaşır. Bu barədə Aİ-nin Kişinyovdakı nümayəndəliyi məlumat yayıb. “Biz Aİ-nin Moldovanın avropayönümlü istəklərini dəstəkləməyə davam etmək niyyətini təsdiqləyən daha bir ili problemlər və uğurlarla başa vururuq. Növbəti dövrdə Aİ Moldovaya 250 milyon avro məbləğində maliyyə dəstəyi verəcək”, - diplomatik departamentin məlumatında deyilir. Açıqlamada qeyd olunub ki, Aİ Moldovada enerji, nəqliyyat və tibb sahələrinə ən azı 150 milyon avro sərmayə qoymağa hazırlaşır.