Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
18-03-2023, 17:56
Zelenski Suriya Prezidentinə sanskiya tətbiq etdi


Zelenski Suriya Prezidentinə sanskiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski 300 fiziki və 141 hüquqi şəxsə sanksiya tətbiq edib. Sərəncam Ukrayna prezidentinin saytında yayımlanıb. Bildirilib ki, onların 3-ü Suriya, 7-si İran və qalanları isə Rusiya vətəndaşlarıdır. Sanksiya tətbiq edilən şəxslər arasında Suriya Prezidenti Bəşər Əsəd də var. Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Əsəd Moskvaya səfəri zamanı Rusiyanın Ukrayna vilayətlərini ilhaq etməsini tanıyıb.
18-03-2023, 17:55
Qafan Rayon İcma üzvlərinin daha bir görüşü


Qafan Rayon İcma üzvlərinin daha bir görüşü

Martın 18-də Qərbi Azərbaycan İcmasında Qafan Rayon icma nümayəndələrinin növbəti toplantısı olub. Tədbiri giriş sözü ilə açan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasov tədbir iştirakçılarını “Novruz” bayramı münasibətilə təbrik etdikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verib. Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələrin həyata keçirilməsində qafanlıların üzərinə düşən öhdəliklərdən söz açıb.
Tədbirdə rayon icmasının strukturunun formalaşdırılması və təşkilati məsələlər müzakirə olunub. İcmanın ideoloji məsələləri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyevə, icmadaxili mədəni-kütləvi tədbirlərin təşkili isə Aşıq Pəri Məclisinin sədri Pərvanə Zəngəzurluya həvalə edilib.
Qərbi Azərbaycan İcmasının şöbə müdiri Qalib Qasımov tədbir iştirakçılarına QAİ sədri, millət vəkili Əziz Ələkbərlinin “Novruz” təbriklərini çatdırıb. Qafan Rayon İcmasının sürətlə təşkilatlandığını xüsusi eyd edən natiq Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın siyahıya alınması və görəcəyimiz digər işlər barədə məlumat verib. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına qayğısından danışıb. Onu da bildirib ki, Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə Şəhid olanlarla bağlı 3 cilddən ibarət kitab hazırlanır. Əziz Ələkbərlinin rəhbərliyi altında hazırlanan, kitabın 630 şəhidimizi əhatə edən ilk cildi artıq çapa hazırdır.

QAİ Zəngəzur bölgəsi üzrə kurator Ələsgər Məmmədov və Polad Poladov Qafan rayonundan deportasiya olunanların siyahıya alınması ilə bağlı vəziyyət barədə məlumat verdikdən sonra Nazim Qasımov, Bəxşeyiş Ələmşahov və digərləri ürək sözlərini söyləyib, təkliflərini səsləndiriblər.
Yekunda qərara alınıb ki, Qafan Rayon İcmasının ilk geniş tərkibli tədbiri aprel ayında, Heydər Əliyev ili çərçivəsində, Ümummilli liderin 100 illiyinə həsr edilsin. Tədbir “Zəngəzur Azərbaycandır” şüarının sədaları altında başa çatıb.
“Bütöv Azərbaycan”



18-03-2023, 17:52
Azərbaycanlı güləşçi erməni rəqibinə qalib gəldi


Azərbaycanlı güləşçi erməni rəqibinə qalib gəldi

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından bildirilib ki, güləşçimiz Vaxit Qalayev (125 kq) ermənistanlı rəqibi Martin Simonyana 10:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
18-03-2023, 17:49
Polis İmran Xanın iqamətgahına basqın etdi


Polis İmran Xanın iqamətgahına basqın etdi

Pakistan polisi keçmiş baş nazir İmran Xanın Lahordakı iqamətgahına basqın edib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Bildirilib ki, polis Xanın "Təhrik-e-İnsaf" partiyası və tərəfdarlarının yaratdığı blokadanı aradan qaldırmağa çalışıb. Xanın tərəfdarları polislərə daşla müqavimət göstərib. Daha sonra keçmiş baş nazirin iqamətgahının damından polisə atəş açılıb. Polis Xanın iqamətgahının əsas qapısını açıb və orada polisə hücum üçün istifadə edilən maskalar, "Molotov kokteyli", dəmir dəyənəklər aşkar edib. "Reuters" agentliyinin məlumatına görə, polis 60-a yaxın şəxsi həbs edib.
18-03-2023, 17:47
Putin Azərbaycanla bağlı sazişi imzaladı


Putin Azərbaycanla bağlı sazişi imzaladı

Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlığı nəzərdə tutan sazişin ratifikasiya edilməsini təsdiqləyib. Sənəd Rusiyanın rəsmi sənədlər internet portalında dərc olunub. Müqavilə 2022-ci il aprelin 26-da Bakıda imzalanıb. Tərəflər Rusiya və Azərbaycanın ərazilərində əldə edilmiş pensiya hüquqlarının sığorta təminatının təmin edilməsinə görə maliyyə məsuliyyətinin bölüşdürülməsi barədə razılığa gəliblər. Sənəd bütün sığorta və sosial pensiya növlərinə şamil edilir.
18-03-2023, 17:39
Prezidentdən şərt: Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq


Prezidentdən şərt: Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq

Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib. Dövlətimizin başçısı qeyd edib: “Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq”.
18-03-2023, 17:35
İlham Əliyev hərbi əməliyyatından danışdı


İlham Əliyev hərbi əməliyyatından danışdı

“İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra biz qan tökərək Talış kəndini, Suqovuşan qəsəbəsini azad etdik. O hərbi əməliyyatın çox böyük əhəmiyyəti var idi”. Bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib. Dövlət başçısı vurğulayıb ki, bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu yüksəldirdi: “Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi”.
18-03-2023, 17:32
Talış kəndinə 180-ə yaxın ailə qayıdacaq - Prezident


Talış kəndinə 180-ə yaxın ailə qayıdacaq - Prezident

"Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailənin yaşayacağını deyən dövlət başçısı qeyd edib ki, bu ailələr üçün bütün imkanlar yaradılıb: "Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”.
18-03-2023, 17:29
Ermənistana lazım deyilsə, bizə də lazım deyil - İlham Əliyev


Ermənistana lazım deyilsə, bizə də lazım deyil - İlham Əliyev

Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq. Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib. Dövlət başçısı bildirib ki, Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur: “Bunu onlar yaddan çıxarmasınlar və yaddan çıxarsalar, biz onların yadına salacağıq. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!”
18-03-2023, 17:25
Çavuşoğlu Abdullahianla İranla Azərbaycan əlaqələrini müzakirə etdi


Çavuşoğlu Abdullahianla İranla Azərbaycan əlaqələrini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb. Bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Telefon danışığı zamanı İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasından məmnunluq ifadə edilib. Nazirlər, həmçinin İran və Azərbaycanın qarşılıqlı əlaqələrinin son vəziyyətini müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!