Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
6-05-2023, 19:40
Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı olub - Viktor Orban


Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı olub - Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı adlandırıb. Bu barədə o, mayın 5-də "Kossuth" radiosuna müsahibəsində danışıb. Baş nazir qeyd edib ki, buna görə Budapeşt Ukraynada sülhün bərqərar olmasında ikiqat maraqlıdır. Orban deyib ki, həmin ərazilər Ukraynaya məxsusdur və macarlar orada yerli icma kimi yaşayırlar, Ukraynanın əziyyəti orada yaşayan macarların da əziyyətidir. Orban onu da vurğulayıb ki, macarlar Ukraynaya sülh gətirmək üçün Avropanın digər xalqıarından daha çox həvəslidirlər.
6-05-2023, 19:40
Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı olub - Viktor Orban


Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı olub - Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı adlandırıb. Bu barədə o, mayın 5-də "Kossuth" radiosuna müsahibəsində danışıb. Baş nazir qeyd edib ki, buna görə Budapeşt Ukraynada sülhün bərqərar olmasında ikiqat maraqlıdır. Orban deyib ki, həmin ərazilər Ukraynaya məxsusdur və macarlar orada yerli icma kimi yaşayırlar, Ukraynanın əziyyəti orada yaşayan macarların da əziyyətidir. Orban onu da vurğulayıb ki, macarlar Ukraynaya sülh gətirmək üçün Avropanın digər xalqıarından daha çox həvəslidirlər.
6-05-2023, 19:40
Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı olub - Viktor Orban


Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı olub - Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı adlandırıb. Bu barədə o, mayın 5-də "Kossuth" radiosuna müsahibəsində danışıb. Baş nazir qeyd edib ki, buna görə Budapeşt Ukraynada sülhün bərqərar olmasında ikiqat maraqlıdır. Orban deyib ki, həmin ərazilər Ukraynaya məxsusdur və macarlar orada yerli icma kimi yaşayırlar, Ukraynanın əziyyəti orada yaşayan macarların da əziyyətidir. Orban onu da vurğulayıb ki, macarlar Ukraynaya sülh gətirmək üçün Avropanın digər xalqıarından daha çox həvəslidirlər.
6-05-2023, 18:05
Prezident mədəniyyət xadimlərinə təqaüd verilməsiylə bağlı Sərəncam imzalayıb


Prezident mədəniyyət xadimlərinə təqaüd verilməsiylə bağlı Sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fərdi təqaüdün verilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:
Abbasov Tariyel Abbasqulu oğlu
Axundova Nigar Vəli qızı
Aqalliyay Pellumb Mustafa oğlu
Əliyev Zamiq Balarza oğlu
Əsədov Əsəd Fərux oğlu
Həsənov Ənvər Cəfər oğlu
Həsənov Vidadi İsmail oğlu
İbrahimbəyova Anna Yuryevna
İsmayılov Qurban İbrahim oğlu
Qasımov İntiqam Böyükağa oğlu
Qasımov Məmmədsəfa Məmmədəli oğlu
Qasımov Yusif Əli oğlu
Quliyeva Xalidə Camal qızı
Mustafayev Vaqif Behbud oğlu
Nəzirli Şəmistan Əmiraslan oğlu
Rüstəmov Aslan Mahmud oğlu
Süleymanlı Şamil Kamran oğlu
Şıxlinskiy Ziya Ənvər oğlu.
6-05-2023, 17:15
III Çarlzın tacqoyma mərasimi keçirildi


III Çarlzın tacqoyma mərasimi keçirildi

Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi keçirilib. Bukingem sarayından Vestminster abbatlığına gedən marşrut boyunca müşahidə platformaları açılıb. İki saatlıq tacqoyma mərasimindən sonra III Çarlz rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. Qeyd edək ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olub. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub. Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
6-05-2023, 17:09
Qazimizə hücum edən idmançıyla bağlı cinayət işi açıldı


Qazimizə hücum edən idmançıyla bağlı cinayət işi açıldı

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə tibb məntəqəsində qeydə alınmış insidentlə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır. N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.
6-05-2023, 16:24
Xalq artistinin oğlu dəfn edildi


Xalq artistinin oğlu dəfn edildi

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov Yasamal qəbiristanlığında anasının məzarı yanında dəfn olunub. Bu barədə Akademik Milli Dram Teatrı məlumat yayıb. Bildirilib ki, dəfn mərasimində Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, nazirliyin teatr sektorunun müdiri Vəfa Novruzova, Akademik Milli Dram Teatrının direktorunun əmək funksiyalarını icra edən İlham Əsgərov, Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur və teatrın digər əməkdaşları iştirak edib. Qeyd edək ki, Çingiz Aslanovun aprelin 29-də vəfat edib, onun nəşi indiyədək morqda qalıb.



6-05-2023, 15:50
Qazimiz peşəkər idmançının hücumuna məruz qaldı

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov məlumat verib. Onun sözlərinə görə, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib: "Burada səs-küy salaraq iş ahəngini pozan, əməkdaşlara qarşı kobud hərəkətlər edən Rəvan Nəbizadə eyni zamanda, vətəndaşlar üçün nəzərdə tutulan yerdə deyil, əməkdaşa məxsus oturacaqda əyləşib". "Agentliyin qazi əməkdaşı, 44 günlük Vətən müharibəsində yaralandığı üçün II dərəcə əlilliyi müəyyən olunmuş baş təlimatçı Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq müvafiq izahat verdiyi zaman Rəvan Nəbizadə qəfil hücum çəkərək ona yumruq zərbələri vuraraq ağır bədən xəsarəti yetirib. Nəticədə əməkdaşımız Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq işləri qırılıb. O, hazırda tibb müəssisəsində müalicə olunur və əməliyyat olunması üçün hazırlıq görülür", - deyə T.Qurbanov bildirib. Qurum rəsmisi vurğulayıb ki, vətəndaş Rəvan Nəbizadənin qanunazidd əməllərinin qiymətləndirilməsi üçün hüquq mühafizə orqanına müraciət edilib.

6-05-2023, 15:17
Sudanda Türkiyə səfirinə silahlı hücum edildi


Sudanda Türkiyə səfirinə silahlı hücum edildi

Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna silahlı hücum olub. Səfirin avtomobili atəşə tutulub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, yalnız xidməti maşına zərər dəyib. Hücumu kimlərin təşkil etdiyi məlum deyil. Qeyd edək ki, Sudanda 2013-cü ildə Darfur bölgəsindəki silahlı üsyançılara qarşı hökumət qüvvələrinə dəstək vermək üçün yaradılmış Çevik Reaksiya Qüvvələrinin (xüsusi təyinatlıların) tamamilə orduya qatılmasını nəzərdə tutan “hərbi təhlükəsizlik islahatı” ilə bağlı son bir neçə ayda yaranan fikir ayrılığı, aprelin 15-i səhər saatlarından etibarən qızğın qarşıdurmaya çevrilib. Ölkənin faktiki lideri, ordu komandiri Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi Sudan Silahlı Qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin komandiri - Hemetti kimi tanınan Məhəmməd Həmdan Daqalo arasında açıq mərhələyə keçən münaqişələr səbəbilə 500-dən çox insan ölüb, 4 600-dən çox insan yaralanıb. Qarşıdurmalar davam edir.
6-05-2023, 14:23
Boksçumuz iranlı həmkarına qalib gəldi


Boksçumuz iranlı həmkarına qalib gəldi

Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Çempionatda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 finalda Ali Habibinejadla (İran) döyüşüb. Görüş N.İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Döyüş mayın 9-da olacaq. Qeyd edək ki, 107 ölkədən 538 boksçunun qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!