10-05-2023, 15:38
Çavuşoğlu iranlı həmkarı ilə görüşdüTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb. Bu barədə o, “Twitter” hesabında məlumat yayıb. Tərəflər Suriya, yüksək səviyyəli səfərlər, iqtisadi və enerji əməkdaşlığını müzakirə ediblər.
10-05-2023, 15:22
Gürcüstan Prezidenti rusiyalı həmkarının qərarına etiraz etdiGürcüstan Prezidenti Salome Zurabişvili Rusiya Prezidenti Vladimir Putinin gürcülər üçün viza rejimini ləğv etməsinə dair qərarına etiraz edib. Bu barədə Gürcüstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Zurabişvili qərarı qəbuledilməz adlandırıb. Qeyd edək ki, Prezident Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcəklər.
10-05-2023, 14:57
Şuşada Heydər Əliyev və 8 Noyabr küçələriMayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma küçələrdə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol yatağına uyğun olaraq 10-14 metr aralığında dəyişir. 8 Noyabr küçəsinin uzunluğu 2912 metr, eni 10 metrdir. Bu küçələr də müasir səviyyədə yenidən qurulacaq, bütün zəruri infrastruktur yaradılacaq.
10-05-2023, 13:09
Prezident ailə üzvləriylə Şuşadakı təməlqoyma mərasimində iştirak etdiMayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Dövlət başçısına və birinci xanıma kompleksdə görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq. Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Dövlət başçısı Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlini qoyub.
10-05-2023, 12:57
Çavuşoğlu rusiyalı həmkarıyla görüşünün detallarını açıqladıTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya XİN başçısı Sergey Lavrovla görüşünün detallarını açıqlayıb. Nazir bu barədə twitter səhifəsində paylaşım edib. "Suriya mövzusu ilə bağlı dördtərəfli XİN başçıları toplantısından öncə rusiyalı həmkarım Lavrovla Suriya, Ukrayna və Qafqazdakı hadisələr, eləcə də taxıl sazişini müzakirə etdik", - deyə Çavuşoğlu yazıb.
10-05-2023, 12:50
Sabahın hava proqnozuAzərbaycanda mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.
10-05-2023, 12:10
Bu ölkələrin XİN başçıları Moskvada görüşürRusiya, Türkiyə, Suriya və İranın XİN başçılarının Moskva görüşünə start verilib. Bu barədə TASS məlumat yayıb. Qeyd olunub ki, əsas gündəm mövzuları terrorla mübarizə və Suriya məsələsidir.
10-05-2023, 11:36
Bir qrup deputat seçkiyə görə Türkiyəyə yollanırMilli Məclisin bir qrup deputatı prezident və parlament seçkilərini müşahidə etmək üçün mayın 11-də Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinə səfər edəcəklər. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev və Anar Məmmədov TÜRK PA, deputat Azay Quliyev ATƏT PA, deputatlar Rafael Hüseynov və Kamal Cəfərov AŞPA xətti ilə Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
10-05-2023, 11:31
Şəhid ailələri və qazilər daha 100 mənzillə təmin olundu44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min 760, bu il üzrə 260, ümumilikdə ötən dövrdə 13 min 560 mənzil və fərdi ev təqdim olunub. Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən MİDA-nın Hövsan Yaşayış Kompleksində və Abşeron, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ucar, Yevlax, Yardımlı, Balakən, Qax, Beyləqan, Sabirabad, Saatlı, Şəki, Tərtər rayonlarında 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov iştirak ediblər. A.Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə sosial müdafiə sisteminin qurulması və inkişaf etdirilməsi sahəsində göstərmiş olduğu mühüm xidmətləri diqqətə çatdırıb. Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə təminatı proqramına da Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb və bu tədbirlər ildən-ilə uğurla davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək paketi icra olunur. Bu dəstək paketi çərçivəsində mənzil/fərdi evlə təminat proqramı da 5 dəfə genişlənib. 2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur. Bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min 760, bu il 260, ümumilikdə ötən dövrdə isə 13 min 560 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlarımıza veriləcək. Yeni mənzil və fərdi evlərlə təmin edilən vətəndaşlar daim dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
10-05-2023, 11:23
Dahi insanların təqvimdə yalnız doğum tarixləri olur - Hikmət HacıyevAzərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar paylaşım edib. Twitterdə edilən paylaşımda deyilir: "Azərbaycan var olduqca Ulu Öndər və onun irsi yaşayır! Dahi insanların təqvimdə yalnız doğum tarixləri olur! Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini və 100 illik yubileyini böyük ehtiramla yad edirik”.