21-05-2023, 22:54
Yunanıstanda parlament seçkilərinin ilkin nəticələri bəlli olduYunanıstanda bu gün keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilir ki, seçkidə istifadə edilən bülletenlərin yarıdan çoxu sayılıb və bu nəticələrə görə, hazırda hakimiyyətdə olan mühafizəkar Yeni Demokratiya partiyası 41%-ə yaxın səs toplayaraq qələbə qazanıb. Ancaq bu səs partiyanın təkbaşına hökumət qurmasına kifayət etməyəcək. 2015-2019-cu illərdə hakimiyyətdə olan radikal solçu Syriza partiyası 20,1% səs toplayaraq ikinci yerdə qərarlaşıb. Ölkənin daxili işlər nazirinin məlumatına görə, hakim partiya 300 mandatdan ibarət parlamentdə 145 deputat yeri qazanacaq.
21-05-2023, 22:19
Nyu-York şəhərində Azərbaycan bayrağı ucaldıldıABŞ-ın Nyu-York şəhərində Azərbaycan bayrağı ucaldılıb. Bu barədə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyindən bildirilib. Mərasim Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirakı ilə keçirilib.
21-05-2023, 19:32
ABŞ Krımı Ukrayna ərazisi hesab etdiyi üçün hücumuna etiraz etmirABŞ Krımı Ukraynanın ərazisi hesab edir, buna görə də Kiyevin Amerika silahları ilə yarımadaya hücum etməsinə etiraz etmir. Bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan CNN telekanalına açıqlamasında bildirib. “Bəli, biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazilərə zərbə endirməsi üçün heç bir məhdudiyyət qoymamışıq. Biz Ukraynanın Rusiyaya zərbə endirmək üçün Amerika və Qərb silahlarından istifadə etməsinə icazə verməyəcəyimizi söylədik. Biz isə inanırıq ki, Krım Ukraynadır”, - deyə Sallivan vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Ukrayna da Krımdakı Rusiya mövqelərinə zərbə endirmək üçün Qərb silahlarından istifadə etmək hüququnun olduğunu açıqlayıb.
21-05-2023, 19:07
İlham Əliyev xanımı ilə Litvada səfərdədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib. Vilnüs Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayıblar.
21-05-2023, 18:53
Ağstafada naməlum kişi meyiti aşkarlandıAğstafa Rayon Polis Şöbəsinə Kür çayının Ağstafa rayonun Poylu qəsəbəsi hissəsindəki adacıqda naməlum meyit olması ilə bağlı məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, çay suyunun çəkilməsi nəticəsində naməlum kişi meyiti üzə çıxıb. Onun əlamətləri belədir: boyu 165 sm-dir, yaş 45-55, üzərində zorakılıq əlamətləri yoxdur, boğazında mənzil açarı var. Naməlum şəxs barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, 0222252552, 0505834102 telefon nömrələrinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur.
21-05-2023, 18:34
Yaponiyadan Ukraynaya 7,6 milyard dollarlıq maliyyə yardımıYaponiya Kiyevə 7,6 milyard dollar maliyyə yardımı ayırıb. Bu barədə bazar günü Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisindən Yaponiyanın Baş naziri Fumio Kişida ilə "G7" sammiti çərçivəsində keçirilən danışıqların yekunu üzrə məlumat verilib. “Prezident Fumio Kişidanın Ukraynaya, xüsusən Yaponiyanın G7-yə sədrliyi çərçivəsində beynəlxalq dəstəyin səfərbər edilməsində şəxsi rəhbərliyini yüksək qiymətləndirib. Prezident əvvəllər ayrılmış 7,6 milyard dollarlıq maliyyə yardımı paketinə görə Yaponiyaya təşəkkür edib”, - Ukrayna Prezidentinin ofisindən verilən məlumatda bildirilir. Bundan əlavə, Zelenski yaralı ukraynalı hərbçilərin müalicəsi və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün 100 yük maşını şəklində əlavə yardıma görə Yaponiyaya təşəkkür edib.
21-05-2023, 17:40
Moldovadakı mitinqə 80 min nəfər qatıldıMayın 21-də Moldovanın paytaxtı Kişineunun mərkəzində keçirilən Böyük Avropa Yığıncağına 75-80 min nəfər qatılıb. Bu barədə Moldova Baş Polis Müfəttişliyinin mətbuat katibi Diana Fetko məlumat verib. O həmçinin qeyd edib ki, tədbirdə asayişi təmin edən hüquq-mühafizə orqanları insident qeydə almayıblar. Prezident Maya Sandu tərəfindən elan edilən mitinqdə dövlət başçısının özü və sırf bu tədbir üçün ölkəyə səfər edən Avropa Parlamentinin sədri Roberta Metsola çıxış ediblər. Qeyd edək ki, mitinq iştirakçıları ölkənin Avropaya inteqrasiyasını dəstəkləyən qətnamə qəbul ediblər. Sənəddə qeyd olunur ki, Moldova Avropa İttifaqının tamhüquqlu hissəsi olmağa çalışır, bu, sabitliyə zəmanət verə və ona öz potensialını reallaşdırmağa imkan verə bilər.
21-05-2023, 17:01
Xaricdə səs verən türklərin sayı açıqlandıTürkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində indiyədək xarici ölkələrdə yaşayan 717 612 nəfər səs verib. Bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) məlumat yayıb. Bildirilib ki, xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, gömrükdə isə mayın 28-i saat 17:00-dək (Bakı vaxtı ilə 18:00-dək) davam edəcək. Qeyd edək ki, Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb. Mayın 20-də Bakı vaxtı ilə səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb. Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub. Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır. Səsvermə bütün ünvanlarda mayın 22-i saat 22:00-da başa çatacaq.
21-05-2023, 15:00
Bugün keçirilən imtahanla bağlı DİM məlumat yaydıBu gün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan 17 şəhər və rayonda təşkil olunub. İmtahan keçirilən şəhər və rayonlarda 116 imtahan binası, 2096 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 116 ümumi imtahan rəhbəri, 342 imtahan rəhbəri, 2623 nəzarətçi-müəllim, 354 buraxılış rejimi əməkdaşı, 116 bina nümayəndəsi ayrılıb. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahanda 30 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (//t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək. Bu gün saat 15:00-da DİM-in “Youtube” vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını şərhlərdə yaza bilərlər. Mayın 22-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
21-05-2023, 14:02
Gimnastımız Avropa çempionatını üçüncülüklə başa vurduBədii gimnastika üzrə 39-cu Avropa çempionatında Azərbaycan yığması daha bir medal qazanıb. Fərdi yarışlarda Zöhrə Ağamirova topla hərəkətlərin icrasında bürünc medal əldə edib. Qeyd edək ki, ölkəmizdə keçirilən Avropa çempionatına bu gün yekun vurulacaq.