"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
17-05-2023, 22:20
Rusiya ilə İran sazişin imzalanmasıyla bağlı razılığa gəldi - Kreml


Rusiya ilə İran sazişin imzalanmasıyla bağlı razılığa gəldi - Kreml

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması ilə bağlı razılığa gəliblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bu yol “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və Rusiyanın Baltikyanı limanlarını İranın Fars körfəzindəki limanları ilə birləşdirəcək. Tikintidə Rusiya Dəmir Yolları iştirak edəcək.
17-05-2023, 21:43
Paşinyanın oğlunun oğurlanmasıyla bağlı şəxs saxlanıldı


Paşinyanın oğlunun oğurlanmasıyla bağlı şəxs saxlanıldı

Ermənistan İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı bir nəfəri saxlayıb. Hadisə ilə əlaqədar müharibədə ölən erməni hərbçinin anası tutulub. İstintaq Komitəsi insidentə görə (adam oğurluğu maddəsi) cinayət işi açıb. Aşot Paşinyanı oğurlamaqda ittiham edilən “Oğulların çağırışı” adlı qeyri-hökumət təşkilatı hadisə ilə bağlı məlumat yayıb. Təşkilatın üzvü, 44 günlük müharibədə ölən erməni hərbçisinin atası Qarik Qaleyan adam oğurluğu cəhdinin olmadığını bildirib. Onun sözlərinə görə, müharibədə ölən digər hərbçilərin valideynləri ilə hərəkətdə olarkən küçədə Paşinyanın oğlunu görüblər. Erməni hərbçilərdən birinin anası ona Yerablur hərbi panteonuna getməyi, "atası və anasının nə etdiyini" görməyi təklif edib. "Aşot Paşinyan özü maşına minib, ona heç kim toxunmayıb", - Qaleyan deyib.
17-05-2023, 20:38
İranda “həyat yoldaşı tapmaq mərkəzləri” yaradıldı


İranda “həyat yoldaşı tapmaq mərkəzləri” yaradıldı

İranda ailə həyatı qurmağı asanlaşdırmaq üçün 15 əyalətin 33 nöqtəsində "həyat yoldaşı tapmaq mərkəzləri" yaradılıb. Bu barədə İranın Gənclər və İdman İdarəsinin səlahiyyətli şəxsləri məlumat yayıblar. Bildirilib ki, məqsəd evlənmək istəyən vətəndaşlara yardım etməkdir. Evləndirmə mərkəzləri məscid və mədəniyyət mərkəzlərində yerləşir və hələ ki pulsuz fəaliyyət göstərəcək. Qeyd edək ki, özünü İslam ölkəsi adlandıran İranda "həyat yoldaşı tapmaq mərkəzləri"nin yaradılması birmənalı qarşılanmayıb.
17-05-2023, 19:45
Qərbin vasitəçilikdə müsbət nəticələrini görmürük - Zaxarova


Qərbin vasitəçilikdə müsbət nəticələrini görmürük - Zaxarova

Moskva Ermənistan-Azərbaycan prosesində Qərbin vasitəçiliyinin müsbət nəticələrini görmür. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib. O qeyd edib ki, Qərb gündəmi yarımçıq qoyaraq Rusiya Federasiyasının nailiyyətlərini öz üzərinə götürmək istəyir. Zaxarova, həmçinin bildirib ki, Qərbin səylərinin heç bir konstruktivliyi və real nəticəsi yoxdur. "Rusiya tərəfi nəticə verən addımları yüksək qiymətləndirir. Amma Qərbin timsalında, hələ ki qiymətləndirəcək heç nə yoxdur", - XİN rəsmisi vurğulayıb.
17-05-2023, 19:18
“Sevgi yelkəni” romanı çap olunub


“Sevgi yelkəni” romanı çap olunub

Yazıçı, publisist, şair Sevinc Ağa Xəlilqızının “Sevgi yelkəni” adlı yeni romanı “Elm və təhsil” nəşriyyatında nəşr olunub. Müəllifin müşahidələri əsasında yazılmış kitabda gənclərin saf gələcək həyat, təhsil, ailə, dostluq duyğuları və valideynlərə övlad sevgisi yer alıb.
Bu, yazarın “Anamın gülüstanı”, “Məryəm” roman, “Qarabağ əfsanələri” (Azərbaycan, rus və ingilis dillərində), “Əlvida söyləmədən” (akademik, dövlət xadimi Tofiq İsmayılov barədə povest), “Könül səhifəm” (Qarabağ Zəfərinə dair), “Cinayətin izi ilə” detektiv roman işıq üzü görən sayca 7-ci kitabıdır.
Qeyd edək ki, Sevinc Ağa Xəlilqızının şeirləri bir sıra antologiyalarda dərc olunub. O, həmçinin 100-dən çox publisistik məqalə, çoxsaylı təmsillər, hekayələr, nağıllar, əfsanələr müəllifidir. Onun əsərlərinin mövzusu müasir vətəndaş düşüncəsini dolğun əks etdirir və xalqımızın əsrlərlə formalaşan milli-mənəvi dəyərlərinə söykənir.


17-05-2023, 18:07
Taxıl sazişi iki ay uzadıldı


Taxıl sazişi iki ay uzadıldı

Taxıl sazişinin müddəti daha iki ay uzadılıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. O vaxt BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılması, digəri Rusiya ərzaq və gübrəsinin ixracı ilə bağlıdır.
17-05-2023, 17:33
Qazaxıstan və Çin qarşılıqlı viza tələblərinin ləğviylə bağlı saziş imzaladı


Qazaxıstan və Çin qarşılıqlı viza tələblərinin ləğviylə bağlı saziş imzaladı

Qazaxıstan və Çin viza tələblərindən azad olmaq barədə razılığa gəliblər. Bildirilib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Çinə səfəri zamanı Qazaxıstan və Çin hökumətləri arasında viza tələblərindən qarşılıqlı azad olmağa dair saziş imzalanıb. Bundan əvvəl qazaxıstanlıların Çində 30 günə qədər vizasız qala biləcəyi bildirilirdi.
17-05-2023, 17:06
Ceyhun Bayramov Zirvə görüşündə çıxış etdi


Ceyhun Bayramov Zirvə görüşündə çıxış etdi

Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının İslandiyanın Reykyavik şəhərində keçirilən 4-cü zirvə görüşündə çıxış edib. Xarici İşlər Nazirliyindən bildirilib ki, o, Azərbaycanın Avropa Şurasını, Avropa məkanında insan hüquqları, demokratik dəyərlər və qanunun aliliyinin qorunması istiqamətində qarşılıqlı fəaliyyətin göstərilməsi baxımından mühüm platforma kimi dəyərləndirdiyini qeyd edib. Bu xüsusda, Azərbaycanın hər zaman olduğu kimi konstruktiv dialoqa və birgə fəaliyyətə hazır olduğu diqqətə çatdırılıb. Çıxış zamanı, öz müstəqilliyini əldə etdiyi andan ərazi bütövlüyünün, suverenliyinin pozulması, hərbi işğal faktı ilə üzləşən bir ölkədən, qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilən Azərbaycanın 30 ilə yaxın davam etmiş münaqişənin bitməsindən sonra bölgədə sülh gündəliyinin təşəbbüskarı olduğu bildirilib. C.Bayramov, regionda sülh və təhlükəsizliyin bərqərar olunması üçün şanslarla zəngin post-münaqişə dövründə danışıqlar prosesi çərçivəsində əldə olunmuş uğurların azlığına baxmayaraq, Azərbaycanın prosesin irəlilədilməsində qərarlı olduğunu, habelə qarşı tərəfdən də eyni yanaşmanı gözlədiyini qeyd edib. Bununla yanaşı, Azərbaycanın münaqişə nəticəsində fundamental hüquqlarından məhrum olmuş vətəndaşlarımızın öz yurdlarına qayıdışını təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı, habelə erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətimizə inteqrasiyası istiqamətində əməli tədbirlər istiqamətində niyyət vurğulanıb. Bununla yanaşı, Ermənistan tərəfindən mina təhdidinin davam etdirilməsinin və səhih mina xəritələrinin təqdim olunmamasının görülən işlərə maneə törətdiyi diqqətə çatdırılıb. Nazir eyni zamanda, Ermənistanın 30 illik təcavüzü nəticəsində 4000-ə yaxın itkin düşmüz azərbaycanlıdan hələ də xəbər olmadığı və Ermənistanın bu istiqamətdə məlumatları bölüşməkdən imtina etdiyini bildirib.


17-05-2023, 16:56
Üçtərəfli görüşü təsdiqləyirik - Zaxarova


Üçtərəfli görüşü təsdiqləyirik - Zaxarova

Mayın 19-da Moskvada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək, ikitərəfli danışıqlar da planlaşdırılır. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Moskva ümid edir ki, müzakirələr Ermənistan-Azərbaycan prosesinin irəliləməsinə və mübahisəli məsələlərin həllinə töhfə verəcək", - o qeyd edib.
17-05-2023, 16:48
Keçmiş mədəniyyət naziri yeni vəzifəyə təyin olundu


Keçmiş mədəniyyət naziri yeni vəzifəyə təyin olundu

Azərbaycanın keçmiş mədəniyyət naziri Anar Kərimova yeni vəzifə verilib. O, ISESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri təyin olunub. Qeyd edək ki, 2021-ci ilin yanvarında mədəniyyət naziri təyin edilən Anar Kərimov cəmi 11 ay bu vəzifədə işləyib. O, 2022-ci ilin dekabr ayında işdən çıxarılıb. Onun yerinə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışan Adil Kərimli gətirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!