Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
13-07-2023, 16:35
2026-cı ilədək 66 min sakin öz torpaqlarına geri qayıdacaq


2026-cı ilədək 66 min sakin öz torpaqlarına geri qayıdacaq

Şübhəsiz ki, mədəni və dini irsin qorunub saxlanması bizim digər prioritetimizdir. Hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri bərpa olunur, Suqovuşan və Hadrut qəsəbələrində isə yeni məscidlərin tikintisi üzrə layihələndirmə işləri aparılır. Pənahəli xanın sarayı - İmarətdə və Şahbulaq qalasında yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq. İmarətdə yerləşən Azərbaycanın görkəmli şairəsi və xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi özünün ilkin görkəmində artıq bərpa olunmuşdur.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, səhiyyə infrastrukturu üzrə Ağdam və Füzuli şəhərlərində 2 mərkəzi xəstəxananın tikintisinə yaxın zamanlarda başlanılacaq. İstər Ağdamda, istərsə də Füzulidə Zəfər və açıq hava altında İşğal muzeyləri olacaq. Həmçinin hazırda Füzuli və Ağdam şəhərlərinin mərkəzi parkları və Ağdam Meşə Parkının tikinti layihələri hazırlanma mərhələsindədir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. 1-ci mərhələdə, 2026-cı ilədək Qarabağ iqtisadi rayonu üzrə 2 şəhər mərkəzinin və 32 kəndin tikilməsi, 3 məntəqənin turizmyönlü inkişaf etdirilməsi, torpaq islahatı ilə bağlı təkliflərin hazırlanması və ən azı 66 min sakinimizin öz dədə-baba torpaqlarına geri qayıdışının təmin edilməsi qarşımızdakı əsas hədəflərdir”, - deyə o əlavə edib.
13-07-2023, 15:48
Mina qurbanlarının sayıyla bağlı statistikanın artımı hərbi cinayətdir - XİN Başçısı


Mina qurbanlarının sayıyla bağlı statistikanın artımı hərbi cinayətdir - XİN Başçısı

"Prezidentin siyasətinə uyğun olaraq Azərbaycan regionda sülh, tərəqqi, inkişaf gündəliyini irəli aparır. Bu, bizim bir nömrəli prioritetimizdir. Ancaq bununla paralel olaraq, təbii ki, tarixi cinayətlər, tarixin təkrarlanmaması üçün ölkəmizin faciəvi səhifələri unudulmamalıdır. Bu da bizim gündəliyimizin önəmli bir hissəsi olmalıdır". Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə deyib.
"Azərbaycan insanlarının çəkdikləri əziyyət, pozulmuş hüquqları, 30 ilə yaxın məcburi köçkünlük və qaçqınlıq həyatı yaşamış insanların bu gün mina təhdidinin aradan qaldırılması, Ermənistandan qovulmuş insanların bu ərazilərə qayıtmaq imkanının yaradılması və bir sıra digər istiqamətlər üzrə davamlı iş aparılmalıdır. Bu gün mina qurbanlarının sayı ilə bağlı qanlı statistikanın aylıq, həftəlik üzrə artımı hərbi cinayətdir. Bu, unudulmamalıdır. Eyni zamanda, 30 ilə yaxın bir müddət ərzində 4 minə yaxın insanımızın itkin düşməsi, bu müddət ərzində onlarla bağlı heç bir məlumat bölüşməmək və yalnız Azərbaycan dövləti bu torpaqlara qayıdandan sonra qısa müddət ərzində çoxsaylı kütləvi məzarlıqların tapılması bu cinayətlərin bir daha təsdiqidir", - deyə XİN başçısı qeyd edib.
13-07-2023, 15:31
Pakistan hökuməti istefa verəcəyini elan etdi


Pakistan hökuməti istefa verəcəyini elan etdi

Pakistan hökuməti Milli Assambleyanın səlahiyyət müddəti başa çatdıqdan sonra istefa verəcək. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.
Onun sözlərinə görə, hökumətin istefası avqust ayına planlaşdırılır.
“Hökumət avqustun 14-dən gec olmayaraq istefa verəcək. Bu da Pakistanda növbəti seçkiləri iki aydan sonra - oktyabr və ya noyabrda keçirməyə imkan verəcək. Seçkilərin tarixini Mərkəzi Seçki Komissiyası müəyyənləşdirəcək”, - deyə Baş nazir qeyd edib.
13-07-2023, 15:24
Gürcüstanın sabiq prezidentindən Polşaya təşəkkür


Gürcüstanın sabiq prezidentindən Polşaya təşəkkür

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Polşanın baş naziri Mateuş Moraveyskiyə təşəkkür edib. Bu barədə onun rəsmi twitter səhifəsində paylaşım edilib.
"Baş nazir, dostunuzu çətin vəziyyətdə qoymadığınız üçün təşəkkür edirəm və mən Polşa xalqına minnətdaram. Yüksək peşəkar tibbi heyət göndərdiyiniz üçün təşəkkür edirik. Gürcüstan və Polşa əbədi olaraq birlikdədir", - o qeyd edib.
Xatırladaq ki, polşalı həkim heyəti Tbilisidəki "Vivamed" klinikasına gələrək Saakaşvilinin vəziyyəti ilə tanış olub, öz tövsiyələrini klinika rəhbərliyinə çatdırıblar.
2021-ci ildə ölkəsinə qayıdarkən həbs olunan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib və səhhətində ağır problemlər yaranıb. O, daha sonra müalicə müəssisəsinə köçürülüb.
13-07-2023, 15:10
Rusiya XİN 15 iyul baş tutacaq üçtərəfli görüşə reaksiya bildirdi


Rusiya XİN 15 iyul baş tutacaq üçtərəfli görüşə reaksiya bildirdi

"Moskva Ermənistan və Azərbaycan arasında sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 15 iyulda baş tutacaq Brüssel görüşünü şərh edərkən deyib.
Bununla belə, Zaxarova hesab edir ki, danışıqların yekunlarına əsasən nəticə çıxarmaq olar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.
13-07-2023, 14:56
Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə aid film çəkiləcək


Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə aid film çəkiləcək

Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə həsr olunan film çəkiləcək. Bu barədə "Müasir Yaradıcılığa Dəstək" İctimai Birliyindən (İB) bildirilib.
Belə ki, İB Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə həsr olunan sənədli film layihəsinin icrasına başlayıb.
Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində - Qərbi Azərbaycanda çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, kəhrizlər, qəbiristanlıqlar, məqbərələr və qəbirüstü abidələrimiz mövcuddur. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsin yer üzündən silinməsinə başlanılıb. Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər.
Layihənin də məqsədi bu faktları əsas tutaraq sənədli film ərsəyə gətirməkdir. “Müasir Yaradıcılığa Dəstək" İctimai Birliyinin sədri Nurlana Hacıyevanın sözlərinə görə, filmin yaradıcı qrupu peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri və həmin abidələrin vaxtilə şahidi olan Qərbi azərbaycanlıların xatirələrini lentə alacaq. Geniş araşdırmadan sonra 2 dildə hazırlanacaq sənədli film yerli və xarici auditoriyaya təqdim olunacaq. Filmdə müsahibələrlə yanaşı, tarixi və unikal sayıla biləcək köhnə fotoşəkillərə, videokadrlara da geniş yer veriləcək.
Filmin çəkilişləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
13-07-2023, 14:33
Laçına məskunlaşan şəxslərin sayı 351-ə çatdı


Laçına məskunlaşan şəxslərin sayı 351-ə çatdı

Laçın şəhərində məskunlaşdırılan şəxslərin sayı 351-ə çatıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 85 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Haкimiyyətinin rəsmiləri işitirak ediblər.
Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.




13-07-2023, 14:20
Ərdoğan Baydənlə görüşünü müsbət qiymətləndirdi


Ərdoğan Baydənlə görüşünü müsbət qiymətləndirdi

"Verilən sözlər həyata keçirilsə, biz də hərəkətə keçərik". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdən ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Avropa İttifaqına üzvlük prosesimizin yenidən canlandırılması ilə bağlı müsbət qənaət hakimdir. Türkiyə iqtisadiyyatının böyüməsinə təsir edəcək Gömrük İttifaqının yenilənməsi müzakirələrini də sürətləndirəcəyik. Baydenlə görüşümüz çox məhsuldar keçdi. F-16 satışı ilə əlaqədar həm özü, həm də Blinken dedi ki, biz bu işin üstündəyik, izləyirik", - o qeyd edib.
Ərdoğan İsveçin NATO-ya üzvlük prosesini də müsbət qiymətləndirib.
Türkiyə dövlət başçısı əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinlə yanğınların söndürülməsi üçün amfibiya təyyarələrinin alınmasını müzakirə etmək niyyətindədir.
13-07-2023, 13:34
Zakir Həsənov israilli həmkarıyla görüşdü


Zakir Həsənov israilli həmkarıyla görüşdü

İyulun 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri cənab Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov israilli həmkarını salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfərindən və səmimi görüşə görə məmnunluğunu ifadə edən cənab Y.Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib.
Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.







13-07-2023, 13:07
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyulun 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütununda 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!