Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
13-07-2023, 12:57
Avropa Parlamenti Ukraynanın üzvlüyünə NATO-dan fərqli davranacaq


Avropa Parlamenti Ukraynanın üzvlüyünə NATO-dan fərqli davranacaq

Avropa Parlamenti Ukraynanın Avropa İttifaqına üzvlüyünə dair NATO-nun etmədiyini edəcək. Bu barədə "Deutsche Welle" nəşri məlumat yayıb. Bildirilib ki, Avropa Parlamentinin deputatları NATO-nun Vilnüs sammitindən və Ukraynanın alyansa qəbul olunmasına yanaşmadan narazıdırlar. "Strasburqda deyirlər ki, Avropa İttifaqı başqa cür davranmalı və qəbul prosesini mümkün qədər tez başlamalıdır", - deyə məlumatda qeyd olunub.
13-07-2023, 12:41
Gürcüstan və Rusiya arasında danışıqlar nəticəsiz qaldı


Gürcüstan və Rusiya arasında danışıqlar nəticəsiz qaldı

Gürcüstan və Rusiya arasında Cenevrə danışıqlarının 58-ci raundu nəticəsiz başa çatıb. Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti danışıqlarda destruktiv mövqe nümayiş etdirib. Qeyd olunub ki, Gürcüstan işğal altındakı ərazilərindən olan qaçqınların öz doğma yurd-yuvalarına qaytarılması məsələsinin Cenevrə danışıqlarının gündəliyinə daxil edilməsi tələbini irəli sürüb. Rusiya nümayəndə heyəti bununla razılaşmayaraq müzakirə masasını vaxtından əvvəl tərk edib.
13-07-2023, 12:36
BMT-nin baş katibi Putinə təklif göndərdi


BMT-nin baş katibi Putinə təklif göndərdi

BMT-nin baş katibi Antonio Quterreş Rusiya prezidenti Vladimir Putinə təklif göndərib. Bu barədə "Reuters" danışıqlardan xəbərdar olan iki mənbəyə istinadən yazıb. Bildirilib ki, BMT baş katibi Putinə "Rosselxozbank"ın törəmə bankını SWIFT banklararası ödəniş sisteminə qoşmaq müqabilində taxıl müqaviləsini uzatmağı təklif edib. Hələlik bu barədə rəsmi reaksiya yoxdur.
13-07-2023, 12:24
17 mindən çox Əfqanıstan vətəndaşı İrandan deportasiya olundu


17 mindən çox Əfqanıstan vətəndaşı İrandan deportasiya olundu

Son 10 gün ərzində İrandan 17 926 Əfqanıstan vətəndaşı öz ölkələrinə deportasiya olunub. Bunu İranın Rəzəvi Xorasan vilayətinin sərhəd qoşunları komandanı, general Məcid Şoca deyib.
Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində polis və sərhədçilər qanunsuz əfqan miqrantarı aşkar ediblər. Onlar Doğarun sərhəd gömrük məntəqəsi vasitəsi ilə Əfqanıstana təhvil verilib.
İran rəsmisi ölkəyə qanunsuz şəkildə daxil olan əcnəbi vətəndaşlar barəsində sərt ölçülər götürüldüyünü diqqətə çatdırıb.
Hazırda İranda 5 milyondan çox əfqan miqrantın olduğu bildirilir.
13-07-2023, 12:09
Gürcüstan dini bayramını qeyd edir


Gürcüstan dini bayramını qeyd edir

Bu gün Gürcüstanda Svetitsxovloba bayramı qeyd olunur. Bu barədə "Sputnik Georgia" məlumat yayıb. Svetitsxovloba Gürcüstanda əsas dini bayramlardan biri hesab olunur. Səhər saatlarında ölkənin bütün pravoslav kilsələrində bayram mərasimi keçirilir. Ənənəyə görə, dindarların əksəriyyəti bu gün Gürcüstanın qədim paytaxtı Mtsxetada on iki həvarinin şərəfinə tikilmiş Svetitsxoveli məbədində toplanır.
Svetitsxovloba ölkədə ildə iki dəfə - iyulun 13-də və oktyabrın 14-də qeyd olunur.
13-07-2023, 11:48
Sülh müqaviləsinin təşəbbüskarı kimi imzalanmasını dəstəkləyirik - Prezident


Sülh müqaviləsini təşəbbüskarı kimi imzalanmasını dəstəkləyirik - Prezident

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirilib. Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini vurğulayıb.
13-07-2023, 11:33
Prezident Blinkenlə hansı məsələləri müzakirə etdi


Prezident Blinkenlə hansı məsələləri müzakirə etdi

İyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib. Prezident İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.
13-07-2023, 11:29
Ermənistan-Türkiyə sərhədində yeni gömrük binaları tikilir


Ermənistan-Türkiyə sərhədində yeni gömrük binaları tikilir

Ermənistan-Türkiyə sərhədində yeni gömrük binalarının tikintisinə başlanılıb. Tikinti Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Belə ki, qərara əsasən, artıq birinci mərhələdə podratçıya 350 min ABŞ dolları məbləğində vəsait ayrılıb.
İkinci mərhələdə, demək olar ki, 280 min ABŞ dolları məbləğində vəsait ayrılacaq və ən azı 3 modul pavilyonun tikintisinə başlanacaq.
13-07-2023, 11:14
İlham Əliyev İsrailin müdafiə nazirini qəbul etdi


İlham Əliyev İsrailin müdafiə nazirini qəbul etdi

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib. Yoav Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı xahiş edib. Söhbət zamanı dövlətimizin başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlandı. İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olunub. Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.
13-07-2023, 10:54
Üçtərəfli görüşün baş tutacağı tarix müəyyənləşdi


Üçtərəfli görüşün baş tutacağı tarix müəyyənləşdi

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Paşinyan üçtərəfli görüşdə iştirakını təsdiqlədiyini deyib.
"Ümid edirəm ki, danışıqlarda irəliləyiş əldə oluna bilər", - Ermənistan Baş naziri vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!