Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
15-07-2023, 12:58
İsrailli ekspert İranda həbs olunmuş azərbaycanlılarla bağlı çağırış etdi


İsrailli ekspert İranda həbs olunmuş azərbaycanlılarla bağlı çağırış etdi

“Beynəlxalq ictimaiyyətin İranda həbsdə olan azərbaycanlılara və başqalarına kömək etmək üçün səylərini əsirgəməməsi zəruridir, çünki bu insanların səhhəti və təhlükəsizliyi İslam Respublikasının nəzarətində olduqları hər an risk altındadır”.
Bu barədə İsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru və şərqşünaslıq elmləri üzrə professoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Tel-Əviv Universitetinin mühazirəçisi doktor Mordexay Kedar populyar “Israel National News” qəzetində dərc olunmuş məqaləsində yazıb.
“İranda qadın və kişilərin əsassız həbsi” sərlövhəli məqalədə qeyd olunub ki, İran mediasının bu günlərdə yaydığı xəbərə görə, son 6 aydır İranda həbsdə olan Azərbaycan vətəndaşı Validə Yusifova işgəncələrə və digər qəddar və ləyaqəti alçaldan rəftara məruz qaldıqdan sonra psixiatriya xəstəxanasına köçürülüb. Bildirilib ki, Yusifova Türkiyədən İrana getdikdən sonra həbs edilib. Əvvəlcə o, qanunsuz səyahət sənədlərinə sahib olmaqda, sonradan narkotik maddələr saxlamaq və casusluqda ittiham edilib. Məqalədə Azərbaycan vətəndaşının uzun müddət İranın bədnam “Evin” həbsxanasının 209-cu bölməsində vəhşi və qəddar davranışların tətbiq olunduğu xüsusi təkadamlıq kamerada saxlanıldığı, bu müddət ərzində onun zəruri qanuni təmsilçilikdən və ailəsi ilə görüşməkdən məhrum edildiyi diqqətə çatdırılıb. Müəllif azərbaycanlı qadını xilas etmək üçün beynəlxalq ictimaiyyətin müdaxiləsinin mütləq şərt olduğunu vurğulayıb.
Təəssüflə vurğulanıb ki, Yusifova İranda həbsdə olan yeganə Azərbaycan vətəndaşı deyil. Azərbaycanlı tələbə Fərid Səfərli cari ilin mart ayında iranlı rəfiqəsi ilə görüşmək üçün İslam Respublikasına səfər etdikdən sonra itkin düşüb. İndi o, casusluqda ittiham olunur. Ümumiyyətlə, molla rejiminin onun ölkəsinə səfər edən əcnəbi vətəndaşlara qarşı pis rəftarının uzun tarixçəsi var. İnsanların aclıq, təcrid və işgəncə şəraitində həbsdə saxlanması İran rejiminin adi bir təcrübəsidir. Bu təcrübə məhbusların ruhunu sındırmaq, onların ailələrini susdurmaq, molla rejiminin istibdadı altında yaşayan etnik azlıqları qorxutmaq və xarici hökumətləri müdaxilə etməkdən çəkindirmək məqsədi daşıyır. Müəəlifin qənaətincə, dünya bu qeyri-insani təcrübəyə son qoymaq, İran rejimi ilə bütün danışıqları dayandırmaq və ona qarşı sərt sanksiyalar tətbiq etmək üçün bir araya gəlməlidir ki, atılacaq birgə addımlarla ayətulllah qaragüruhunu qadınlara və haqsız yerə həbs edilən digər insanlara qarşı qeyri-humanist rəftardan çəkindirsin.
15-07-2023, 12:49
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında iyulun 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 26-30° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 55-65% olacaq.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-28° isti olacaq.
Azərbaycanın rayonlarında sabah şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
15-07-2023, 12:02
Koreya Prezidentindən Ukraynaya gözlənilməz səfər


Koreya Prezidentindən Ukraynaya gözlənilməz səfər

Cənubi Koreya Prezidenti Yun Sok Yel Kiyevə gözlənilməz səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. C.Koreya Prezidenti artıq Buça və İrpendə olub.
Qeyd edək ki, Yun Sok Yel bundan əvvəl Litvada, daha sonra isə Polşada NATO-nun sammitinə də qatılıb.
15-07-2023, 11:33
Prezident Ərdoğana məktub ünvanladı


Prezident Ərdoğana məktub ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Butov.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türkiyədə 15 İyul hadisələrinin yeddinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Türkiyə Respublikasına qarşı yönəlmiş bu xain plan ölkənizin tarixində çətin sınaq idi. Bu sınaqdan alnıaçıq və üzüağ çıxan Türkiyə xalqı bütün dünyaya iradəsinin sarsılmazlığını, mətinliyini, dövlətçiliyə və demokratiyaya sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi. Həmin ağır gündə çiyin-çiyinə vermiş Türkiyə xalqı və dövlətinin qətiyyəti sayəsində, şəhidlərimizin qanı və canı bahasına əldə edilmiş bu zəfər xalqınızın bənzəri olmayan mübarizlik və yenilməzlik ruhunu, Vətənə sevgisini təsdiq etdi. Həmrəyliyin və milli birliyin rəmzi olaraq təsis olunmuş “Demokratiya və Milli Birlik Günü” Türkiyə dövlətçiliyinin tarixində böyük şərəf günü olaraq qalacaqdır.
Heç şübhəsiz ki, əsl qəhrəmanlıq dastanının yazıldığı o gün qardaş Türkiyə xalqının Sizə olan hədsiz inam və etimadın aşkar təzahürü olaraq ətrafınızda sıx birləşməsi, Sizin çağırışınıza dərhal cavab verməsi xain niyyətlərin qarşısına aşılmaz sipər çəkərək ölkənizi böyük faciələrdən xilas etdi.
Azərbaycan xalqı və dövləti bu mücadilədə ilk anlardan qardaş Türkiyə dövlətinin və xalqının yanında olmuş, ölkənin Konstitusiya quruluşuna, legitim hakimiyyətinə qəsd edən Vətən xainlərini birmənalı şəkildə pisləmişdi. Biz bu hadisələrdən daha da güclənərək çıxmış Türkiyə xalqının zəfərini öz zəfərimiz, sevincini öz sevincimiz, hüznünü öz hüznümüz olaraq paylaşdıq və bir millət, iki dövlət olduğumuzu bir daha əyani şəkildə sübut etdik.
Əminəm ki, ən böyük sərvətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birliyini və həmrəyliyini qoruyub saxlamaq və gələcək nəsillərə ərmağan etmək, strateji müttəfiqliyimizi hərtərəfli inkişaf etdirmək və möhkəmləndirmək naminə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
15-07-2023, 11:17
Xocalı istiqamətində təxribatın qarşısı alındı - XİN


Xocalı istiqamətində təxribatın qarşısı alındı - XİN

İyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. "Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.
15-07-2023, 11:03
Qısa müddətdə minimum əmək haqqı 270 faiz artıb - Nazir


Qısa müddətdə minimum əmək haqqı 270 faiz artıb - Nazir

“Azərbaycanda sosial, iqtisadi, mədəni və digər bütün yönlərdə çox böyük inkişaf, dinamika görürük”. Bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılışı zamanı deyib.
"Qısa müddət ərzində minimum əmək haqqı 270 faiz artıb. Həmçinin bu cür artımları digər istiqamətlərdə də görürük. Bütün bunlar hər il 7 milyardlıq bir məbləğin həssas təbəqəyə dövlət tərəfindən ödənməsi deməkdir. Bu, böyük bir məsuliyyətdir ki, bu məsuliyyət də Cənab Prezident İlham Əliyevə məxsusdur", - nazir əlavə edib.
15-07-2023, 10:29
Həkim Saakaşvilinin testlərini oğurlamaq istədi


Həkim Saakaşvilinin testlərini oğurlamaq istədi

Polşalı həkim Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin testlərini oğurlamağa çalışıb. Bu barədə Gürcüstan Penitensiar Xidməti məlumat yayıb.
İddia olunur ki, polşalı həkimlərin Saakaşvilini ziyarəti zamanı xoşagəlməz insident baş verib. Belə ki, polşalı həkim Saakaşvilidən götürdüyü nümunəni kağıza büküb və ayaqqabısında gizlətməyə cəhd edib. Onun niyə belə bir addım atmasının səbəbi bəlli deyil.
Xatırladaq ki, bir neçə gün əvvəl polşalı həkim heyəti Tbilisidəki "Vivamed" klinikasına gələrək Saakaşvilinin vəziyyəti ilə tanış olub, öz tövsiyələrini klinika rəhbərliyinə çatdırıblar.
2021-ci ildə ölkəsinə qayıdarkən həbs olunan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib və səhhətində ağır problemlər yaranıb. O, daha sonra müalicə müəssisəsinə köçürülüb.
15-07-2023, 10:23
Ermənilər yerli və xarici təyyarələrə radiomaneələr tətbiq edib


Ermənilər yerli və xarici təyyarələrə radiomaneələr tətbiq edib

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, iyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranmışdır.
Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınmışdır. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməmişdir.
15-07-2023, 10:11
ABŞ-da güclü partlayış


ABŞ-da güclü partlayış

ABŞ-ın Plaquemin şəhərində (Luiziana ştatı) yerləşən “Dow Chemical” kimya zavodunda güclü partlayış olub. Bununla bağlı sosial şəbəkələrdə görünütlər yayılıb.
Hadisə yerində lentə alınan videoda partlayışdan sonra güclü yanğının başladığı və qalın tüstü görünür.
Əraziyə xilasedicilər və yanğınsöndürənlər göndərilib. Təfərrüatlar məlum deyil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!