Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
28-12-2023, 17:31
Laçına növbəti köç karvanı çatdı - Daha 25 ailəyə açarlar təhvil verildi


Laçına növbəti köç karvanı çatdı - Daha 25 ailəyə açarlar təhvil verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.
Laçın şəhərinə köçən daha 25 ailə mənzillərinin açarlarını təhvil alıb.
Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.
ANAMA-nın əməkdaşları Laçına köçən yeni ailələrə mina və partlamamış sursatlar barədə məlumat verib, təhlükəli, yoxlanılmamış ərazilərə daxil olmamağı tövsiyə ediblər.







28-12-2023, 17:05
Sülhməramlıların Azərbaycandakı fəaliyyəti bu vaxta qədər olacaq


Sülhməramlıların Azərbaycandakı fəaliyyəti bu vaxta qədər olacaq

Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, tərəflər arasında üçtərəfli bəyanat var və bu bəyanat liderlər səviyyəsində imzalanıb.
"Bu sənəd əsas götürüləcək”, - nazir deyib.
10 noyabr sənədinə əsasən Azərbaycan ərazisinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.
Antiterror tədbirlərindən sonra Qarabağda sülhməramlılara məxsus bir çox müşahidə məntəqəsi fəaliyyətini dayandırıb.
28-12-2023, 16:55
Motosikletlər aksizli mallar sırasına daxil edildi


Motosikletlər aksizli mallar sırasına daxil edildi

Dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar sırasına daxil edilib.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Gələn il yanvarın 1-dən aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat olacaq.
Eyni zamanda sosial aspektlər nəzərə alınmaqla mühərrikinin iş həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərinin idxalı 2024-cüil yanvarın 1-dən 3 il müddətinə aksizdən azad olunub.
Azərbaycanda istehsal olunan motosikletlər üçün aksiz dərəcəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Ölkə daxilində istehsalın 0 dərəcə ilə aksizə cəlb ediləcək.
28-12-2023, 16:33
Xankəndi şəhərində bir neçə bina yenidən qurulur


Xankəndi şəhərində bir neçə bina yenidən qurulur

Yaxın günlərdə Xankəndi şəhərində bir neçə binanın yenidən qurulmasına başlanılacaq.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.
Onun sözlərinə görə, antiterror əməliyyatından sonra minalardan təmizlənmiş digər ərazilərdə də tikinti-quruculuq işlərinə başlanılıb.
28-12-2023, 16:26
XİN Başçısı: “Hazırda müzakirə olunan paket əvvəlkinin təkrarı deyil”


XİN Başçısı: “Hazırda müzakirə olunan paket əvvəlkinin təkrarı deyil”

Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh müqaviləsi paketində müsbət məqamlar çoxdur.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
“Demək olar ki, mənfi məqamlar çox azdır. Hazırda tərəflər arasında müzakirə olunan paket əvvəlkinin təkrarı deyil”, - o qeyd edib.
28-12-2023, 16:19
Fransayla münasibətlərin mövcud durumu ən aşağı nöqtədədir - XİN Başçısı


Fransayla münasibətlərin mövcud durumu ən aşağı nöqtədədir - XİN Başçısı

Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu ən aşağı nöqtədədir.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
Nazir vurğulayıb ki, bundan sonra iki ölkə arasında münasibətlərin davamı Fransadan asılı olacaq.
"Münasibətlərin belə olmasının səbəkarı Azərbaycan deyil. Amma bildirim ki, Azərbaycan Fransaya qarşı hər hansısa addımlar atmaq niyyətində deyildi”, - o qeyd edib.
28-12-2023, 16:10
Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ikitərəfli məsələdir


Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ikitərəfli məsələdir

Azərbaycanla Rusiya arasında iki ölkə arasında münasibətləri tənzimləyən çoxsaylı sənədlər var.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, bu sənədlərə əsasən Rusiya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir:
“Amma Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ikitərəfli məsələdir. Rusiya Prezidenti Vladimir Putin də Qarabağın Azərbaycan ərazisi olduğunu deyib. Rusiya hər zaman bu mövqeyini təsdiq edib”.
28-12-2023, 15:53
Ermənistanla bütün görüşlərdə işğaldakı kəndlər müzakirə olunur


Ermənistanla bütün görüşlərdə işğaldakı kəndlər müzakirə olunur

Ermənistanla bütün görüşlər zamanı işğal altındakı kəndlər məsələsi müzakirə olunur.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, ciddi ərazi münaqişəsi olmayan dövlətlər arasında belə delimitasiya məsələsi uzun illər çəkə bilər: "Biz sülh müqaviləsinin daha tez zamanda başa çatmasında maraqlıyıqsa, iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz".
Delimitasiya komissiyasının iclası zamanı 8 kəndin məsələsinə baxılacağını söyləyən nazir deyib:
“Amma o kəndlərin də spesifikaları var. Onlardan 4-ü anklav kəndlərdir, 4-ü isə bizim digər kəndlərə bitişikdir. Bununla belə, Ermənistanın da öz iddiaları və sərhədlərlə bağlı baxışları var. Biz isə konkret olaraq yaşayış məskənlərindən danışırıq. Onların kimə məxsusluğu heç zaman mübahisə mövzusu olmayıb, orada minlərlə insan yaşayıb. Hamı bilir ki, sovet Azərbaycanında bu kəndlər kimə aid olub. Ona görə də bizim tələbimiz ədalətlidir”.
Nazir vurğulayıb ki, delimitasiya prosesi kifayət qədər spesifik və texniki məsələdir. "Sərhəd məsələsi delimitasiya prosesinin tərkib hissəsi olaraq həllini tapmalıdır. Azərbaycan sülh məsələsinin mümkün qədər tez həllini tapmasında maraqlıdır. Amma delimitasiya məsələsi daha uzun çəkə bilər", - Ceyhun Bayramov bildirib.
Qeyd edək ki, 8 kənd dedikdə Naxçıvanın Sədərək rayonunun Kərki, Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri nəzərdə tutulur.
28-12-2023, 15:42
İrandakı səfirliyimizin bağlanmasının səbəbləri var idi - Ceyhun Bayramov


İrandakı səfirliyimizin bağlanmasının səbəbləri var idi - Ceyhun Bayramov

Tehrandakı səfirliyimizin bağlanmasının çox konkret səbəbləri var idi.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov İrandakı səfirliyin nə vaxt açılacağı ilə bağlı suala cavab olaraq bildirib.
O qeyd edib ki, əsas məsələ səfirliyimizin təhlükəsizlik məsələsi idi: "Təhlükəsizlik məsələləri ilə bağlı qiymətləndirmələrimizə əsasən, insanların həyat və təhlükəsizliyi üçün ciddi risk var idi. Ona görə də səfirlik məlum terror hadisəsindən sonra tam şəkildə təxliyə edilmişdir".
Nazirin sözlərin görə, terror hadisəsindən sonra Azərbaycanın İrandakı səfirliyinin yenidən açılması məsələsinin İran tərəfi ilə müzakirə mövzusu olduğu sirr deyil.
"Bizim gözləntimiz budur ki, məhkəmə prosesində cinəyətkarın ən ağır cəza ilə cəzalandırılmasıdır. Eyni zamanda İranın səfirliyimizin təhlükəsizliyinə zəmanət verməlidir.
Bizə artıq məhkəmə tarixləri ilə bağlı tarixlər verilib. Məhkəmə prosesi və onun nəticələrindən asılı olaraq, növbəti qərar qəbul ediləcək. Qeyd etdiyim məsələlər müsbət həllini taparsa, səfirliyimizin İranda fəaliyyətinin bərpa edilməsi mümkün olacaq", - nazir vurğulayıb.
Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
Bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani gündəlik mətbuat konfransıda bildirib ki, səfirliyin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb. O bildirib ki, İran və Azərbaycan prokurorluğunun görüşlərində bu məsələ müakirə edilib. "Bu görüş iki ölkənin münasibətləri prosesində və Azərbaycanın İrandakı səfirliyi məsələsində qalan məsələlərin həlli istiqamətində iki ölkənin səylərinin bir hissəsidir. Proses indiyədək müsbət olub və bu işin bir çox aspektləri həll edilib. Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib. Biz, iki ölkə arasında münasibətlərin digər sahələrində də yaxşı hadisələrin şahidi olduq. Ticarət sahəsində də yaxşı danışıqlar aparılıb" - Kənani qeyd edib.
28-12-2023, 15:23
Sonrakı təmaslar İranla olan gərginliyi yumşaltdı - XİN Başçısı


Sonrakı təmaslar İranla olan gərginliyi yumşaltdı - XİN Başçısı

Bu il Azərbaycanın İrandakı səfirliyinə hücum Bakı-Tehran münasibətlərində gərginlik yaratmışdı.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
O bildirib ki, sonradan təmaslar nəticəsində bu gərginliyi yumşaltmaq mümkün olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!