Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
7-03-2024, 17:50
“Abzas media” işi ilə bağlı saxlanılan jurnalistlərin həbs müddəti uzadıldı


“Abzas media” işi ilə bağlı saxlanılan jurnalistlərin həbs müddəti uzadıldı

Bu gün Xətai Rayon Məhkəməsində “Abzas media” işi ilə bağlı saxlanılan iki jurnalistin həbs müddəti üç ay uzadılıb.
Xətai Rayon Məhkəməsi Elnarə Qasımova və Hafiz Babalı barədəsində qərar qəbul edilib.
Xatırladaq ki, E.Qasımova və Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı çıxarılıb.
7-03-2024, 17:26
Kamilə Vəliyevanı milli komandadan kənarlaşdırıldı


Kamilə Vəliyevanı milli komandadan kənarlaşdırıldı

Rusiya İdman Nazirliyi fiqurlu konkisürən Kamilə Vəliyevanı milli komandadan kənarlaşdırıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
17 yaşlı idmançının qovulması nazirliyin qaydalarına əsasən həyata keçirilib.
Bundan əvvəl dopinq qəbul etdiyi üçün cəzalandırılan Vəliyevanın hələ də Rusiya millisində olduğu bildirilirdi. İdman Nazirliyinin əmrinə əsasən, federasiyalar diskvalifikasiya haqqında qərar qəbul edildiyi gündən 10 gün ərzində belə idmançının komandadan çıxarılması barədə bildiriş göndərməlidir.
Qeyd edək ki, Kazanda doğulan idmançı milliyyətcə tatardır.
7-03-2024, 16:57
AFFA bu komandaları cəzalandırdı


AFFA bu komandaları cəzalandırdı

AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən “Neftçi” – “Səbail” oyunu zamanı dalaşan hər iki komandanın bir futbolçusunu cəzalandırıb.
Görüşün 90-cı dəqiqəsində yaşanan qarşıdurma zamanı “Neftçi”dən Sadiq Məmmədli, “Səbail”dən Elmar Baxşızadə bir-birilərini təpik və yumruqla vurublar.
“Səbail”in digər futbolçusu Kərim Orucov 90-cı dəqiqədə qol vurulan zaman rəqibin texniki zonası önündə qeyri-etik jest edib və qarşıdurma vaxtı rəqibi vurub. Onun komanda yoldaşı Fariz Hüseynov isə hakimi təhqir edib.
Adları sadalanan dörd futbolçunun hər biri 4 oyunluq diskvalifikasiya edilib.
“Neftçi”nin üzvü Həsən Mahmudov isə “Səbail”dəki həmkarını təhqir etdiyi üçün 3 matçlıq cəzaya məruz qalıb.
7-03-2024, 16:43
Norveç Ukraynaya 140 milyon avro ayırdı


Norveç Ukraynaya 140 milyon avro ayırdı

Norveç Avropa İttifaqından kənarda Ukrayna üçün artilleriya sursatlarının alınması üçün 140 milyon avro ayırıb.
Bu barədə UNIAN məlumat yayıb.
Hökumətin mətbuat xidməti bildirib ki, pul Çexiyanın 155 və 122 mm çaplı 800 min mərmi almaq təşəbbüsünə yönəldiləcək.
Əvvəllər təşəbbüsə Almaniya, Latviya, Litva, Hollandiya, Danimarka, Kanada və Fransa da maliyyə dəstəyi göstərib.
7-03-2024, 16:33
Rusiyanın əmək və sosial müdafiə naziri Azərbaycana gəldi - FOTO


Rusiyanın əmək və sosial müdafiə naziri Azərbaycana gəldi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri Anton Kotyakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirlikdən verilən xəbərə görə, nümayəndə heyəti əvvəlcə DOST Agentliyinin 1 saylı DOST Mərkəzi ilə tanış olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST Agentliyi və DOST Mərkəzləri barədə məlumat verib.
Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verib. Ötən dövrdə 2,1 milyon vətəndaş DOST xidmətlərindən faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faiz təşkil edir. DOST konsepsiyası artıq 20-dən çox beynəlxalq mükafatla təltif edilib və bir sıra ölkələr də bu təcrübəni tətbiq etməyə maraq göstərir.
Nümayəndə heyəti üçün DOST konsepsiyası və sosial sahədə tətbiq olunan geniş elektronlaşma proqramına dair təqdimatlar edilib. Keçirilən ikitərəfli görüşdə S.Babayev Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinə əsaslanan əlaqələrin uğurlu inkişafını, iki ölkənin dövlət başçılarının siyasi iradəsi, səyləri ilə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib.
İki ölkənin əmək, məşğulluq və sosial müdafiə sahələrində də fəal əməkdaşlığın həyata keçirildiyi və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu qeyd edilib. Nümayəndə heyətinə Azərbaycanda sosial sahədə aparılan islahatlar barədə məlumat verilib.
A.Kotyakov ikitərəfli münasibətlərin davamlı olaraq inkişaf etməsindən məmnunluğunu ifadə edib, sosial islahatlar prosesində əməkdaşlığın, təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğunu bildirib.
Görüşdə əmək, aktiv məşğulluq proqramları, qeyri-formal məşğulluğun qarşısının alınması, sosial müdafiə, sosial xidmətlər, əlillik və reabilitasiya, müasir texnologiyaların tətbiqi istiqamətlərində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!