Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
20-03-2024, 19:40
Millimiz Avropa çempionatında böyükhesablı qələbə qazandı


Millimiz Avropa çempionatında böyükhesablı qələbə qazandı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda B liqasının 2-ci qrupunda son oyununu keçirib.
Yığma Moldovadan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Bolqarıstanda keçirdiyi ilk iki görüşündə xal qazana bilməyən komandaların duelindən Azərbaycan yığması böyükhesablı qalibiyyətlə ayrılıb - 4:1. Komandamızın qollarına Ayşən Salamzadə (7-ci dəqiqə), Arzu Cəfərova (25), Vahidə Əlipaşayeva (63) və Xanım Əsədova (78) imza atıblar. Bununla yığmamız qrupu 3 xalla 3-cü pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan seçməsi ilk iki matçında Bolqarıstana 1:6, Sloveniyaya isə 0:4 hesabı ilə məğlub olub.
20-03-2024, 18:53
Kəndə gedən dağ yolunda uçqun oldu


Kəndə gedən dağ yolunda uçqun oldu

Ordubad rayonunda yağan güclü yağış nəticəsində Pəzməri kəndinə gedən dağ yolunda uçqun olub. Dağlardan qopan daşlar və torpaq kütləsi yola tökülüb.
Bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Yolun açılması üçün əraziyə Agentliyin əməkdaşları və texnikası cəlb olunub.
Qısa müddətdə yol təmizlənib və hərəkət bərpa edilib.
20-03-2024, 18:15
ABŞ Kiyevə hərbi yardım və sursat axınını təmin edəcək


ABŞ Kiyevə hərbi yardım və sursat axınını təmin edəcək

Pentaqonun rəhbəri Lloyd Ostin "Ukraynanın varlığının" təhlükə altında olduğunu açıqlayıb. O, əmin edib ki, Amerika hakimiyyəti Kiyevə hərbi yardım və sursat axınını təmin edəcək.
ABŞ-ın müdafiə naziri Almaniyanın Ramşteyn bazasında Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun iclasından sonra keçirilən mətbuat konfransında deyib:
“Bu gün Ukraynanın sağ qalması təhlükə altındadır. Amerikanın təhlükəsizliyi də risk altındadır. Onlar bir gün belə itirə bilməzlər, biz də itirə bilmərik”.
Ostinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “baş verənləri diqqətlə izləyir”.
“Bu, Ukraynanın yaşaması və suverenliyi məsələsidir. Amerika üçün isə bu, şərəf və təhlükəsizlik məsələsidir”, - deyə o bildirib.
Dünən, martın 19-da Ramşteyn hərbi bazasında təmas qrupunun 20-ci görüşü baş tutub. Görüş Kiyev üçün yeni yardım paketlərinin elan edilməsilə başa çatıb. Xüsusilə, Almaniya 10 min 155 mm çaplı mərmi, 100 zirehli transportyor və eyni sayda xüsusi maşın daxil olmaqla 500 milyon avro dəyərində hərbi yardım paketi ayırdığını açıqlayıb.
Ukraynanın müdafiə naziri Rustem Umerov Ukrayna ordusunun təcili olaraq ehtiyac duyduğu sursatları alacağını açıqlayıb.
20-03-2024, 18:04
Hərbçilər bayramı qeyd etdi - VİDEO


Hərbçilər bayramı qeyd etdi - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən söhbət açıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndi şəhərində "Zəfər meydanı"ndan Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etməsi bütün xalqımız kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub.
İşğaldan azad edilmiş, eləcə də digər ərazilərdə dislokasiya olunmuş hərbi hissələrdə milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətin döyüş ruhunun və vətənpərvərlik hissinin daha da artırılması məqsədilə keçirilən tədbirlərdə dövlətimizin başçısının və müdafiə nazirinin təbrikləri şəxsi heyətə çatdırılıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi hissələrdə bayram tədbirləri hərbi qulluqçularımızın sağlamlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını alınması məqsədilə qapalı şəraitdə keçirilib.
Tədbirlər çərçivəsində, həmçinin şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.
Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub.

[media=https://youtu.be/rQQq9uqPGCQ]
20-03-2024, 17:23
Baş nazir istefa verdiyini bəyan etdi


Baş nazir istefa verdiyini bəyan etdi

İrlandiyanın baş naziri Leo Varadkar istefa verdiyini bəyan edib.
Leo Varadkar hökumətin yeni başçısı seçilənə qədər vəzifəsində qalacaq.
O, həm də hakim “Fine Gel” partiyasının lideri postundan gedib.
Varadkar bu qərarı "həm şəxsi, həm də siyasi" səbəblərə görə verdiyini söyləyib. Baş nazir hər hansı “konkret şəxsi və ya siyasi planların” olmadığını deyib, lakin əlavə edib ki, o, öz dairəsindən deputat kimi qalacaq.
İrlandiyanın “Fine Gel” partiyasının lideri Leo Varadkar 2022-ci ilin dekabrında ikinci dəfə baş nazir seçilib. Bundan əvvəl 45 yaşlı siyasətçi 2017-2020-ci illərdə İrlandiya hökumətinə rəhbərlik edib.
20-03-2024, 17:21
Xanım tədqiqatçı təltif olunub


Xanım tədqiqatçı təltif olunub

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin qərargahında “Novruz” şənliyi keçirildiyi, həmin tədbirdə “İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanların bir qisminin təltif olunduğu barədə məlumat vermişdik. Həmin təltif olunanlar arasında Pərvanə Məmmədli də vardı. “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi Diplomu təqdim edərək bildirdi ki, Pərvanə Məmmədli bu diplomla 1945-ci ildə yaranan Azərbaycan Milli Hökuməti dövründə nəşr olunan “Şəfəq” jurnalının bərpasında göstərdiyi fəaliyyətinə görə, təltif edilir.
Əziz oxucular, biz də “Bütöv Azərbaycan” qəzetinin kollektivi adından qəzetimizlə sıx əməkdaşlıq edən Pərvanə xanımı ürəkdən təbrik edir, onun haqqında qısa məlumatı diqqətinizə çatdırırıq:

Məmmədli Pərvanə Hacı qızı 17 fevral 1958-ci ildə Şəmkirdə anadan olub. Vaxtilə “Odlar yurdu” qəzetinin müxbiri və qəzetin ərəb əlifbasında nəşr olunan saylarının Söhrab Tahirlə birlikdə redaktoru olub. ”Şəfəq” jurnalının məsul redaktorlarından biridir.
Filologiya üzrə elmlər doktoru Pərvanə Məmmədli 4 elmi monoqrafiyanın, ondan artıq kitabın Azərbaycanda və xaricdə nüfuzlu jurnallarda çap olunan 200-yə yaxın elmi məqalə və tezisin müəllifidir.
O, Cənubi Azərbaycan ədəbiyyatını tədqiq edən tanınmış mütəxəssislərdəndir. “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin doqquzuncu cildində çap olunmuş on yeddi məqalə və bölümün müəllifidir. P. Məmmədli Azərbaycan sərhədlərindən uzaqda da Cənubi Azərbaycan ədəbiyyatı tədqiqatçısı kimi tanınır. Onun son illər Azərbaycandan kənarda iki elmi kitabı: -İsveçdə“Diktonius Text” nəşriyyatında “The press hıstory of South (iranian) Azerbaıjan” və Türkiydə “Ötüken” nəşriyyatında “XX. Yüzyıl Güney Azerbaycan Edebıyatının Öncülerı” kitabları nəşr olunub. Məmmədova 2014 -cü ildən bəri ilin ədəbi yekunlarına həsr olunan elmi-yaradıcılıq müşavirəsində "Cənubi Azərbaycanda ədəbi proses"lə bağlı məruzə hazırlayır.

20-03-2024, 17:18
Prezidentin istefası təsdiqləndi


Prezidentin istefası təsdiqləndi

Vyetnamın hakim Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi ölkə prezidenti Vo Van Txıonqun istefasını təsdiqləyib.
Məlumatı VNExpress xəbər portalı yayıb.
Xəbərdə deyilir ki, partiyanın mərkəzi komitəsi prezident Vo Van Txıonqun şəxsi xahişi ilə vəzifəsindən azad edilməsini təsdiqləyib.
54 yaşlı siyasətçi Vyetnam prezidenti, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, 13-cü çağırış Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və sədr postlarını tərk edəcək.
Yaxın vaxtlarda Vyetnam parlamenti Vyetnam Sosialist Respublikası prezidentinin istefası ilə bağlı məsələlərin həlli üçün növbədənkənar sessiya keçirəcək.
Vo Van Txıonq 52 yaşında prezidentliyə seçilərək Vyetnam tarixinin ən gənc prezidenti olmuşdu.
20-03-2024, 16:35
Artıq Azərbaycanın bütün suveren ərazilərində bayram qeyd olunur


Artıq Azərbaycanın bütün suveren ərazilərində bayram qeyd olunur

Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur.
Bu fikri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkədəki hesabında yazıb:
“Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın işğaldan azad edilmiş bütün suveren ərazilərində və əvvəlki boz zonalarda Novruz bayramı tonqallarla qeyd olunur. Necə deyərlər, Oyun bitdi!
Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhu iləyik. Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!”.

20-03-2024, 16:20
Dünyanın ən xoşbəxt və ən bədbəxt ölkəsi müəyyənləşdi


Dünyanın ən xoşbəxt və ən bədbəxt ölkəsi müəyyənləşdi

Birləşmiş Millətlər Təşkilatının ekspertləri dünyanın ən xoşbəxt ölkəsini müəyyənləşdiriblər.
İllik Dünya Xoşbəxtlik Hesabatına əsasən, Finlandiya yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi kimi tanınıb.
Reytinq martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Günü münasibətilə açıqlanıb.
Skandinaviya ölkələri yenidən birinci pillələrdə qərarlaşıb: belə ki, Danimarka 2-ci, İslandiya 3-cü, İsveç 4cü yerdədir.
Qeyd edək ki, Dünya Xoşbəxtlik Hesabatında Azərbaycan 101-ci yerdə göstərilib.
Türkiyə 98-ci, Rusiya 72-ci, İran 100-cü yerə layiq görülüb.
Reytinqdə son üç yer (141-ci, 142-ci və 143-cü) Lesoto, Livan və Əfqanıstana məxsusdur.
Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur.
Tədqiqatçılar onu tərtib edərkən adambaşına düşən ÜDM, sosial dəstəyin səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarına hörmət, iş təhlükəsizliyi, korrupsiyanın səviyyəsi və s. kimi göstəriciləri nəzərə alırlar.
20-03-2024, 15:52
Rusiya Ermənistan və Azərbaycana kömək etməyə hazırdır - Zaxarova


Rusiya Ermənistan və Azərbaycana kömək etməyə hazırdır - Zaxarova

Çətin ki, öz əhalisini qorxutmaq Ermənistana uyğun nəticə əldə etməyin ən yaxşı yoludur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Tavuşun Voskepar kəndinin sakinləri ilə görüşündə demişdi ki, Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina edəcəyi təqdirdə yeni müharibə başlayacaq.
“Bu məsələləri sakit, konstruktiv şəkildə həll etmək lazımdır, bunun mexanizmi var - bu, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası komissiyasıdır. İş bu struktur çərçivəsində qeyd olunan prinsiplər əsasında aparılmalıdır”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş nazirinin dedikləri heç bir halda Rusiya ilə əlaqələndirilməməlidir, bu, yalnız ölkə rəhbərliyinin Qərblə təmasda verdiyi qərardır.
“Mən istərdim ki, yalnız İrəvanda qərar qəbul edənlər Qərbin təsiri altında atdıqları bütün addımlara görə məsuliyyət daşısın”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Zaxarova deyib ki, Rusiya Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işinə kömək etməyə hazırdır.
Onun sözlərinə görə, ən yüksək səviyyədə üçtərəfli sazişlər fəal həyata keçirildikdə, Rusiya-Azərbaycan-Ermənistan formatında müntəzəm təmaslar aparıldıqda, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müsbət dinamika müşahidə olunurdu.
Zaxarova qeyd edib ki, sonradan qərblilər regionun işlərinə qarışmağa başlayıblar, onlar sadəcə gündəmə müdaxilə etmək istəyiblər.
O qeyd edib ki, Qərb rejimləri İrəvanı iki ölkənin sərhədində mübahisəli ərazi məsələlərində birtərəfli qərarlar qəbul etməyə məcbur edir, həmçinin Bakı ilə təmaslarda və Moskva ilə münasibətlərdə müsbət tendensiyaları məhv etmək üçün Ermənistanı qızışdırır.
"Bizim İrəvanla əlaqələrimiz olub və davam edir və mən səmimi əminəm ki, onlar müttəfiqlik yolunda daha da inkişaf edəcəklər", - Zaxarova bildirib.
O vurğulayıb ki, Avropa İttifaqının mülki müşahidə missiyası Ermənistan ərazisindən Rusiya, İran və Azərbaycana qarşı casusluq edir və bunun faktiki əsası var. O, bunun regionda geri dönməz nəticələrə gətirib çıxara biləcəyini istisna etməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!