Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
31-03-2024, 15:07
31 MART SOYQIRIMI – TARİXİN QAN YADDAŞI


31 MART SOYQIRIMI – TARİXİN QAN YADDAŞI

Azərbaycan xalqına qarşı 1918-ci ilin martında törədilmiş soyqırım aktı miqyasına və amansızlığına görə yalnız Azərbaycan tarixində deyil, bütün bəşəriyyət tarixində ən dəhşətli faciələrdən biridir.
Azərbaycan türklərinin kütləvi surətdə qırğınlara, repressiyalara məruz qalması, doğma yurdlarından deportasiya edilməsi XX əsr tariximizin qanlı səhifələrindəndir. 1918-ci ilin 30 mart tarixindən aprelin 3-nə qədər Bakıda və Bakı quberniyasının müxtəlif regionlarında, o cümlədən Quba, Xaçmaz, Lənkəran, Salyan, Şamaxı, Hacıqabul, Qarabağ, Naxçıvan və b. ərazilərdə rus-bolşevik və erməni silahlı dəstələri azərbaycanlıları xüsusi amansızlıqla, kütləvi şəkildə qətlə yetirmiş, soyqırım aktı törətmişlər.
Statistik məlumatlara əsasən, bu soyqırım nəticəsində 30000-ə yaxın azərbaycanlının həyatına vəhşicəsinə son qoyulmuş, on minlərlə insan itkin düşmüş, taleyi naməlum qalmışdır. Dinc və silahsız insanların qırğınında Bakı Sovetinin 6 minlik rus-bolşevik əsgəri və “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə 1918-ci ilin mart qırğınlarına xüsusi diqqət yetirilmiş, Nazirlər Şurası 15 iyul 1918-ci il tarixində bu faciənin tədqiq olunması məqsədi ilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmiş, 1919 və 1920-ci illərdə 31 mart tarixi Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarında göstərilir ki, 1918-ci ilin mart-aprel aylarında Bakıda 15-20 min, Şamaxıda 8 minə, Qubada 6 minə yaxın dinc əhali qətlə yetirilmiş, Bakıda bir çox inzibati binalar dağıdılmış, yandırılmış, top atəşi nəticəsində Təzəpir məscidinin cənub tərəfi, Şah məscidi minarəsinin şərq tərəfi dağıdılmış, Şamaxıda Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırımış, dağıdılmışdır; Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi qətlə yetirilmişdir. Ümumilikdə, Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir.
Bu qırğınlar Qərbi Azərbaycan ərazisində də geniş miqyasda törədilmiş, İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli və b. ərazilərdə Azərbaycan türklərinin etnik təmizlənməsi prosesi həyata keçirilmişdir. 19 aprel 1918-ci il tarixində Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü son nəfərinədək məhv edilmişdir. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər yerlə yeksan edilmişdir.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı işgəncələrə məruz qoyaraq qətlə yetirmişlər. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycan türkü öldürülmüş və ya şikəst edilmiş, 50000 nəfər qaçqın düşmüşdür.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 31 mart soyqırımına hüquqi-siyasi qiymət verilmiş, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
31 mart 1918-ci il tarixində rus-bolşevik və erməni silahlı dəstələri tərəfindən törədilmiş faciədən 106 il ötməsinə baxmayaraq, xalqımız bu qanlı faciəni unutmur, ölkəmizin haqq səsini dünyaya çatdırmaq, əsl tarixi həqiqətləri faktlar əsasında nümayiş etdirmək işini əzmlə davam etdirir.

Sevinc Sadıqova
ADPU-nun dosenti,
filologiya üzrə fəlsəfə doktoru
31-03-2024, 14:47
Ərdoğan və xanımı bələdiyyə seçkilərində səs verdi


Ərdoğan və xanımı bələdiyyə seçkilərində səs verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan bələdiyyə seçkilərində səs veriblər.
Dövlət başçısı və xanımı Üsküdar Saffet Çebi orta məktəbində səsvermə hüququndan istifadə edib.
Ərdoğan səs verdikdən sonra jurnalistlərə verdiyi açıqlamada yerli seçkilərin Türkiyə dövləti və xalq üçün yaxşı nəticə verəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.
31-03-2024, 14:39
Bələdiyyə seçkiləri millətimizə və dövlətimizə xeyirli olacaq - Bağçalı


Bələdiyyə seçkiləri millətimizə və dövlətimizə xeyirli olacaq - Bağçalı

Bələdiyyə seçkiləri millətimizə və dövlətimizə xeyirli olacaq.
Bunu ölkənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bələdiyyə seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
D.Bağçalı bütün siyasi partiya və namizədlərə seçkilərdə uğurlar arzulayıb: "Daha gözəl günlər olacaq. Əvvəlcədən xalqımıza təşəkkür edirəm”.
MHP sədri Ankara Anıttəpə orta məktəbində səs verib. D.Bağçalı məntəqəyə qolu sarğılı halda gəlib. Onun bir qədər əvvəl çiyin burxulması nəticəsində qolundan zədə aldığı deyilir.
Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.
31-03-2024, 13:18
İlham Əliyevdən Soyqırım Günüylə bağlı paylaşım


İlham Əliyevdən Soyqırım Günüylə bağlı paylaşım

Azərbaycan Prezidenti İlham Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Dövlət başçısı bununla bağlı sosial şəbəkə hesablarında foto paylaşıb.

31-03-2024, 12:52
Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir - FOTO


Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir - FOTO

Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Türkiyə xalqı 10 aylıq fasilədən sonra yerli özünüidarəetmə seçkiləri üçün seçki məntəqələrinə gedir.
Yerli İdarələr Ümumi Seçkilərində səs verəcəkləri məntəqələrə gələn seçicilər fərqli geyimlərlə diqqət çəkib. Adanada bir vətəndaş kral geyimində, Düzcedə isə Muay Thai milli idmançısı Muhammet Bişgin alüminium folqadan hazırlanmış astronavt geyimində səsverməyə gəlib. Ölkə daxilində xəstə və yaşlı insanlar isə sağlamlıq qruplarının köməyi ilə seçki məntəqələrinə aparılıblar.
Butov.az həmin rəngli görüntüləri təqdim edir:





31-03-2024, 12:33
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Aprelin 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 19-24° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
31-03-2024, 09:16
Xocalıda qalıqları tapılan 7 nəfərlə vida mərasimi keçirildi - FOTO


Xocalıda qalıqları tapılan 7 nəfərlə vida mərasimi keçirildi - FOTO

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib. Mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutur. Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək. Dəfn olunacaq şəxslər aşağıdakılardır:

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il;


2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il;


3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il;


4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il;


6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il;


7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.






31-03-2024, 08:50
“İran İnternational” kanalının əməkdaşı evinin qarşısında bıçaqlandı


“İran İnternational” kanalının əməkdaşı evinin qarşısında bıçaqlandı

Londonda “İran İnternational” kanalının əməkdaşı Puria Zeraati evinin qarşısında ayağından bıçaqlanıb.
O, xəstəxanaya çatdırılıb və vəziyyətinin stabil olduğu bildirilir.
Terrorla mübarizə polisi jurnalistə qarşı hücumu araşdırdığını deyib. Hücumun motivi qeyri-müəyyən olaraq qalır, lakin kanalın keçmişdə işıqlandırdığı mövzular arasında İranda insan haqlarının pozulması var. Ötən ilin fevralında kanal əməkdaşlarına təhdidlər səbəbindən fəaliyyətini müvəqqəti olaraq Vaşinqtona köçürüb, sentyabrda isə kanal fəaliyyətini Londonda bərpa edib.
31-03-2024, 08:04
Ermənistan sərhədə qoşun toplayır - Bakıdan xəbərdarlıq


Ermənistan sərhədə qoşun toplayır - Bakıdan xəbərdarlıq

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
"Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.
Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir", - açıqlamada bildirilir.
31-03-2024, 00:20
31 Mart soyqırımından 106 il ötür


31 Mart soyqırımından 106 il ötür

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.
1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!