Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
14-03-2024, 15:50
Baş nazir Albaniya Prezidenti ilə görüşdü


Baş nazir Albaniya Prezidenti ilə görüşdü

Baş naziri Əli Əsədov martın 14-də Azərbaycanda səfərdə olan Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd edilib ki, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Albaniya Prezidentinin tədbirdə iştirakı yüksək qiymətləndirilib. İki ölkə arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub. Azərbaycan və Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.
Bildirilib ki, Azərbaycanın Albaniyada, Albaniyanın isə Azərbaycanda səfirliyinin açılması ilə bağlı verilən qərarlar ikitərəfli əlaqələrin yüksək səviyyəsinin təzahürü kimi dəyərləndirilib. Cari ayın əvvəlində Albaniya baş nazirinin Azərbaycana səfəri çərçivəsində imzalanmış iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Sazişin ticarət-iqtisadi və investisiyaların təşviqi sahələrində əlaqələrin inkişafına təkan verəcəyinə ümidvarlıq ifadə olunub.
Vurğulanıb ki, enerji sahəsində əməkdaşlığın müsbət nəticələri və bu kontekstdə TAP layihəsinin əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycan qazının Avropaya təchizatında Albaniyanın tranzit ölkə kimi rolu yüksək qiymətləndirilib. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.
Görüşdə iki ölkə arasında əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
14-03-2024, 15:38
“Avroviziya”da təmsilçimizin ifa edəcəyi mahnı bu tarixdə təqdim olunacaq


“Avroviziya”da təmsilçimizin ifa edəcəyi mahnı bu tarixdə təqdim olunacaq

“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı 15 mart Bakı vaxtı ilə saat 12:30-da Avroviziyanın rəsmi Youtube kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.
Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.
Öncə bildirildiyi kimi, mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirir. Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree - Fəxri İsmayılov özüdür. Qeyd olunan vaxtda ictimaiyyətə ilk dəfə açıqlanacaq mahnı üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles da işləyib.
Onu da qeyd edək ki, mahnının muğam hissəsini “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin finalçısı İlkin Dövlətov ifa edəcək. Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.
14-03-2024, 15:12
Cəbrayılın qəsəbə və kəndlərinin yeni siyahısı


Cəbrayılın qəsəbə və kəndlərinin yeni siyahısı

Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatını yenidən hazırlayıb.
Təsnifat hazırlanarkən Cəbrayıl rayonun inzibati ərazi bölgüsündə sonuncu qismən dəyişiklik nəzərə alınıb. Bu dəyişiklik nəticəsində Yuxarı Məzrə kəndi Cəbrayıl rayonundan alınaraq Xocavənd rayonunun inzibati ərazisinə daxil edilib.
Beləliklə, hazırda Cəbrayılda 1 şəhər, 4 qəsəbə (Xudafərin, Qumlaq, Xələfli, Mahmudlu), 91 kənd var.
Bunlar aşağıdakılardır:

1. Cəbrayıl şəhər inzibati ərazi dairəsi:
Cəbrayıl şəhəri
Xubyarlı kəndi
Xudaverdili kəndi
İmambağı kəndi
Qurbantəpə kəndi
Şahvələdli kəndi
Yarəhmədli kəndi

2. Balyand kənd inzibati ərazi dairəsi:
Balyand kəndi
Doşulu kəndi
Qaracallı kəndi

3. Böyük Mərcanlı kənd inzibati ərazi dairəsi:
Böyük Mərcanlı kəndi
Yuxarı Mərcanlı kəndi

4. Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi:
Cocuq Mərcanlı kəndi

5. Çərəkən kənd inzibati ərazi dairəsi:
Çərəkən kəndi
Əfəndilər kəndi
Papı kəndi

6. Dağ Tumas kənd inzibati ərazi dairəsi:
Dağ Tumas kəndi
Çələbilər kəndi
Qaraağac kəndi
Sofulu kəndi

7. Hacılı kənd inzibati ərazi dairəsi:
Hacılı kəndi
Hüseynalılar kəndi
Kavdar kəndi
Mirək kəndi
Tulus kəndi

8. Horovlu kənd inzibati ərazi dairəsi:
Horovlu kəndi
Çapand kəndi
Safarşa kəndi

9. Hovuslu kənd inzibati ərazi dairəsi:
Hovuslu kəndi
İsaqlı kəndi
Qalacıq kəndi

10. Xələfli kənd inzibati ərazi dairəsi:
Xələfli kəndi
Aşıq Məlikli kəndi
Kürdlər kəndi
Qərər kəndi
Quşçular kəndi
Niftalılar kəndi
Nüsüs kəndi
Tatar kəndi
Yuxarı Nüsüs kəndi

11. Karxulu kənd inzibati ərazi dairəsi:
Karxulu kəndi
Aşağı Maralyan kəndi
Cəfərabad kəndi
Mahmudlu kəndi
Yuxarı Maralyan kəndi

12. Qazanzəmi kənd inzibati ərazi dairəsi:
Qazanzəmi kəndi
Çullu kəndi
Dağ Maşanlı kəndi
Xanağabulaq kəndi
Söyüdlü kəndi

13. Qumlaq kənd inzibati ərazi dairəsi:
Qumlaq kəndi
Dərzili kəndi
Xələfli qəsəbəsi
Xudafərin qəsəbəsi
Xudayarlı kəndi
Qumlaq qəsəbəsi
Məstalıbəyli kəndi

14. Quycaq kənd inzibati ərazi dairəsi:
Quycaq kəndi
Nüzgar kəndi
Şəybəy kəndi

15. Maşanlı kənd inzibati ərazi dairəsi:
Maşanlı kəndi
Alıkeyxalı kəndi
Hasanlı kəndi

16. Mehdili kənd inzibati ərazi dairəsi:
Mehdili kəndi
Çaxırlı kəndi

17. Minbaşılı kənd inzibati ərazi dairəsi:
Minbaşılı kəndi
Ağtəpə kəndi
Daş Veysəlli kəndi
Sədi kəndi

18. Sarıcallı kənd inzibati ərazi dairəsi:
Sarıcallı kəndi
Əmirvarlı kəndi
Məzrə kəndi

19. Sirik kənd inzibati ərazi dairəsi:
Sirik kəndi
Aşağı Sirik kəndi
Əsgərxanlı kəndi
Molla Həsənli kəndi
Şıxlar kəndi

20. Soltanlı kənd inzibati ərazi dairəsi:
Süleymanlı kəndi
Keçəl Məmmədli kəndi
Yanarxac kəndi

21. Süleymanlı kənd inzibati ərazi dairəsi:
Süleymanlı kəndi
Daşkəsən kəndi
Qışlaq kəndi

22. Şahvəlli kənd inzibati ərazi dairəsi:
Şahvəlli kəndi
Göyərçin Veysəlli kəndi
Hacı İsaqlı kəndi
Qoşabulaq kəndi
Qovşudlu kəndi
Niyazqulular kəndi
Tinli kəndi

23. Şükürbəyli kənd inzibati ərazi dairəsi:
Şükürbəyli kəndi
Dəjəl kəndi
Fuğanlı kəndi
Həsənqaydı kəndi
Mahmudlu qəsəbəsi
Şıxalıağalı kəndi

14-03-2024, 15:03
Prezident Fərman imzaladı


Prezident Fərman imzaladı

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi genişlənib.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının üzvləri sırasına Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini də daxil edilib.
14-03-2024, 14:42
Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi sürətlə davam edir - VİDEO


Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi sürətlə davam edir - VİDEO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70.4 km-dir.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46.2 km-lik hissəsi I, 46.2-56.4 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16.5 metr təşkil edəcək.
Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20.4-56.4 km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20.4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik hissəsi I, 11-14 km-lik hissəsi isə III texniki dərəcəyə uyğun tikilir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolun 10, 22, 32 və 43-cü km-də, yanaşma yolun 35-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42.5% işlərin icrası yekunlaşıb. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir.
Artıq layihə üzrə 81 dairəvi, 32 düzbucaqlı boru və 12 yeraltı keçid tikilib, 4796 metr istinad divarı da inşa olunub.
Layihə üzrə ümumi uzunluğu 2357 m-lik 7 ədəd tunelin inşası da nəzərdə tutulur. Hazırda T-1 tunelinin giriş ve çıkış portalında qazma işləri bitib ve betonlanma işləri görülür. T-2 tunelərində qazma və qrunt bərkitmə işləri gedir, T-3 girişi portal çalışmaları davam edir.
Layihə üzrə 503.8 min kub.metr ərazidə bitki qatının çıxarılması, 6.9 milyon kub.metr həcmində qazma işləri aparılib, 3.2 milyon kub.metr həcmində isə dolğu işləri icra olunub.
Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

[media=https://youtu.be/T9AKpvDLsLs]
14-03-2024, 14:26
Avropa Parlamenti tam şəkildə erməni lobbisini təmsil edir


Avropa Parlamenti tam şəkildə erməni lobbisini təmsil edir

Avropa Parlamenti martın 13-də qəbul etdiyi qətnamə ilə Azərbaycana qarşı olan açıq qərəzini növbəti dəfə nümayiş etdirib. Görünən odur ki, Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin, Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin qanuni təmsilçisinə çevrilib.
Bu fikirləri Milli Məclisin Avropa Parlamentinin “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnaməsinə dair açıqlamasında yer alıb.
Açıqlama, həmçinin qeyd olunur: “Avropa Parlamentinin ötən illər ərzində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sözdə belə olsa tanımaqdan, dəstəkləməkdən inadla imtina etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı aparılan indiki kampaniya Avropa Parlamentinin artıq riyakarlığı və ikiüzlülüyü də bir kənara qoyaraq, Azərbaycana qarşı birmənalı şəkildə hücuma keçdiyini göstərir.
Qətnamədə Azərbaycana qarşı səsləndirilən açıq təhdidlər və tələblər, tabutuna mismar vurulmuş separatçılara göstərilən aşkar dəstək və onları diriltmək cəhdləri, Ermənistanın şərti sərhəddəki hərbi təxribatlarının bilərəkdən görməzdən gəlinməsi, Fransanın Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan addımlarının “orduya islahat dəstəyi” kimi qələmə verilməsi və digər bir çox məqamlar məhz bunun sübutudur.
Absurd olan başqa bir məsələ isə bundan ibarətdir ki, Avropa Parlamenti Azərbaycana qarşı bu hücumunu “sülh sazişinə ehtiyac” adı altında pərdələməyə cəhd edir. Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların aparıldığı bir vaxtda tamamilə proseslərin mahiyyətinə zidd olan bu qətnamə, əksinə, “sülh sazişinə zərbə” kimi xarakterizə olunmalıdır.
Avropa Parlamentinə bildiririk ki, onun belə “dəstəyinə” qətiyyən ehtiyac yoxdur və tövsiyə edirik ki, öz “səylərini” başqa istiqamətlərə yönəltsin”.
14-03-2024, 13:57
Rusiyada keçirilən seçkidə səsvermə üç güm davam edəcək


Rusiyada keçirilən seçkidə səsvermə üç güm davam edəcək

Rusiya prezidenti Vladimir Putin nəzərdə tutulan üç günün hər hansı birində səs verə bilər, Kreml bu barədə detalları vaxtında təqdim edəcək.
Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov Rusiyada keçirilən prezident seçkisində Putinin səsvermədə iştirakı haqqında danışarkən bildirib.
"Səsvermə üç gün davam edəcək. Bütün vətəndaşlar kimi, prezident də üç gündən birində səs verə bilər: cümə, şənbə və bazar", - Peskov jurnalistlərə deyib.
Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
14-03-2024, 13:36
“Avroviziya”da tətbiq olunacaq bir sıra dəyişikliklər açıqlandı


“Avroviziya”da tətbiq olunacaq bir sıra dəyişikliklər açıqlandı

İsveçin SVT yayım şirkəti 2024-cü ildə Malmödəki "Avroviziya" Mahnı Müsabiqəsini daha da maraqlı etmək üçün tətbiq ediləcək bir sıra dəyişiklikləri açıqlayıb.
Eurovision.tv bununla bağlı məlumat yayıb. İlk dəfə olaraq "Böyük beşlik" ölkələri - Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və müsabiqənin ev sahibi İsveç təmsilçiləri mahnılarını yarımfinal zamanı canlı ifa edəcəklər.
Əvvəlki illərdə yarımfinal zamanı yuxarıda adları çəkilən ölkələrin hər birinin məşqindən yalnız qısa bir fraqment nümayiş etdirilirdi. İndi “Böyük beşlik” və İsveç “Avroviziya” səhnəsinə çıxaraq öz işlərini canlı yayımda tamaşaçılara nümayiş etdirə biləcəklər.
Mayın 7-də ilk yarımfinalda Almaniya, İsveç və Böyük Britaniya təmsilçiləri, mayın 9-da isə ikinci yarımfinalda Fransa, İtaliya və İspaniyadan olan iştirakçılar səhnəyə çıxacaqlar.
Finalda səsvermə qaydaları da dəyişir: indi bu, daha uzun sürəcək, çünki tamaşaçılar “Avroviziya 2024”ün ilk iştirakçısı səhnədə çıxış etdikdən dərhal sonra öz səslərini favoritə verə biləcəklər. Əvvəlki illərdə səsvermə tamaşadan sonra başlayırdı.
Səsvermədə "Avroviziyanın" iştirakçısı olmayan ölkələrdə olan mahnı müsabiqəsinin pərəstişkarları da iştirak edəcək. Onlara səs vermək üçün 24 saat vaxt veriləcək. Bunlar üçün onlayn səsvermə hər yarımfinal və finalın ikinci məşqi başa çatdıqdan dərhal sonra başlayacaq, canlı yayım başlayana qədər davam edəcək.
Müsabiqənin təşkilatçıları "Avroviziya 2024" zamanı tətbiq olunacaq daha bir böyük dəyişikliyi də açıqlayıblar: bu, daha sonra açıqlanacaq, eyni zamanda müsabiqənin bəzi aspektləri dəyişməz qalacaq, məsələn, münsiflər heyəti və tamaşaçılar tərəfindən səsvermə.
Hər bir iştirakçı ölkədəki milli münsiflər hələ də yalnız finala səs verəcək (yekun nəticənin demək olar ki, 50%-ni təşkil edir, 50%-dən bir qədər çoxu ictimai səsvermədən gəlir) və hər yarımfinalda ilk 10-luq ictimai səsvermə yolu ilə müəyyən ediləcək. Həmçinin həm yarımfinalda, həm də finalda nəticələrin təqdimatında heç bir dəyişiklik olmayacaq.
Qeyd edək ki, ölkəmizi yarışmada Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov təmsil edəcək.
14-03-2024, 13:11
Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi - Hikmət Hacıyev


Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi - Hikmət Hacıyev

Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi. Azərbaycan-Ermənistan əlaqələrindəki istiləşməyə hamı şahiddir.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ermənistanla sülhün bərqərar edilməsində səylərini əsirgəmir. Azərbaycan heç bir parçalanmanın olmaması mühitində daha çox əməkdaşlığı təşviq edir. Azərbaycan öz öhdəliyinin üzərindən layiqincə gəlir. Cənubi Qafqazdakı təcrübəni dünyanın digər bölgələrinə yayılmasına çalışır.
14-03-2024, 12:49
Natəvanın heykəlinə qarşı vandalizm ikili standartların nümayişidir


Natəvanın heykəlinə qarşı vandalizm ikili standartların nümayişidir

Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz qalmış heykəli – red.) Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır.
Bunu Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib:
“Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”. Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!