Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
12-03-2024, 13:54
Pirəkəşkül - Çaylı kəndində görüş

Pirəkəşkül - Çaylı kəndində görüş

12 Mart 2024-cü il tarixində Abşeron rayonunun Pirəkəşkül - Çaylı kəndində Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəsi "Əməkdar Müəllim" Bilman Vəliyev orada məskunlaşmış ziyalılarla görüş keçirib. Görüşdə İcmanın yaranma zəruriliyi, İcma üzrvlərinin siyahıya alınması və "Qayıdış Konsepsiyasının" siyasi əhəmiyyəti barədə ətraflı söhbət aparılıb. Çıxış edənlər İcmanın işinə uğur diləyib, dinc yolla, ləyaqətli şəkildə doğma ocaqlarına qayıtmaq arzularını bildiriblər.
12-03-2024, 13:36
Ermənistan Azərbaycana qarşı beynəlxalq şikayətləri geri götürə bilər


Ermənistan Azərbaycana qarşı beynəlxalq şikayətləri geri götürə bilər

Ermənistanın gündəliyində beynəlxalq qurumlarda Azərbaycana qarşı şikayətlərdən imtina məsələsi də var.
Bunu Baş nazir Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında deyib.
“Danışıqlar zamanı bu məsələ müzakirə olunub".
Onun sözlərinə görə, bu məsələni ən sonda, sülh sazişinin müddəaları artıq razılaşdırıldıqda və hər iki tərəfin onları imzalamağa hazır olduğu aydınlaşdıqda müzakirə etmək olar.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, bu, əslində sülh müqaviləsinin müddəaları artıq razılaşdırıldığı və tərəflərin onu imzalamağa hazır olduğu aydın olacaq bir halda, sonda müzakirə oluna biləcək məsələdir. Bu, məntiqlidir, çünki tərəflər razılığa gəlsələr və imzalanma mərhələsinə çatsalar, hər iki tərəfin də belə bir qərara gələcəyini istisna etmirəm və hətta məntiqli hesab edirəm”, - Paşinyan bildirib.
“Biz təkcə Ermənistandan danışa bilmərik, hər iki tərəf belə bir qərarla razılaşmalıdır”, - baş nazir deyib.
Qeyd edək ki, Ermənistan Azərbaycana qarşı Avropa İnsan Haqları Məhkəməsinə 4 dövlətlərarası şikayət verib, daha bir şikayətə isə Beynəlxalq Ədalət Məhkəməsində baxılır.
12-03-2024, 13:30
KTMT qaldırdığımız suallara cavab verməsə, təşkilatı tərk edəcəyik - Paşinyan


KTMT qaldırdığımız suallara cavab verməsə, təşkilatı tərk edəcəyik - Paşinyan

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında qaldırdığımız suallara cavab verilməsə, Ermənistan təşkilatı tərk edəcək.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında İrəvanın KTMT-də iştirakının “dondurulması”nı şərh edərkən deyib.
O qeyd edib ki, siyasi qərarlar hüquqi proseslərlə qarışdırılmamalıdır.
“Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq və görüşlərdə iştirak etmirik. Hazırda yalnız bir suala cavab gözləyirik: təşkilatın Ermənistanda məsuliyyət zonası nədən ibarətdir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”, - Paşinyan bildirib.
Baç nazir Rusiya Prezidenti Vladimir Putinlə sonuncu dəfə nə vaxt danışması ilə bağlı verilən suala cavabında deyib ki, son dialoq yeni il bayramından əvvəl baş tutub.
Xatırladaq ki, Nikol Paşinyan ötən ay "France24" telekanalına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib.
Təşkilatın baş katibi İmanqali Tasmaqambetov bildirib ki, Ermənistan son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyinin işində iştirak etmir. O qeyd edib ki, Paşinyanın bəyanatlarına baxmayaraq, üzvlüyün dayandırılması ilə bağlı heç bir rəsmi sənəd daxil olmayıb.
KTMT-nin baş katibi qeyd edib ki, təşkilat suveren dövlətin istənilən qərarına hörmətlə yanaşır. Katiblik qəbul edilmiş və qəbul edilmiş qərarlar barədə İrəvandakı strukturları məlumatlandırır.
12-03-2024, 12:48
Bakı ilə razılaşma var ki, itkin hərbiçilər təhvil verilsin - Paşinyan


Bakı ilə razılaşma var ki, itkin hərbiçilər təhvil verilsin - Paşinyan

"Bakı ilə razılaşma var ki, bütün itkin hərbi qulluqçular tərəflərə təhvil verilsin".
Bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycan hərbçisinin qaytarılması ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, Azərbaycan tərəfi ilə son müzakirələr zamanı belə hallar baş verərsə, hərbçilərin qarşı tərəfə qaytarılması barədə razılıq əldə olunub.
"Pənahovla bağlı məsələ birinci olub", - Ermənistanın baş naziri qeyd edib.
12-03-2024, 12:39
Ərazi mübadiləsi ola bilər, lakin bu cür yanaşmanın ehtimalı azdır


Ərazi mübadiləsi ola bilər, lakin bu cür yanaşmanın ehtimalı azdır

"Delimitasiya Tavuş bölgəsindən başlaya bilər, bu, təhlükəsizlik çağırışları ilə bağlıdır".
Ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bunu istisna etməyib.
“Etiraf edirəm ki, ərazi mübadiləsi ola bilər, lakin bu cür yanaşmanın ehtimalı azdır, çünki bu, prosesi təhrif edə və əlavə risklər yarada bilər”, - deyə o bildirib.
Ermənistan Respublikasının yurisdiksiyasından kənarda qala biləcək kommunikasiyalara gəlincə, Paşinyan qeyd edib ki, Ermənistan bu məsələni həll etməli və "öz yurisdiksiyasında rabitə yaratmalıdır".
12-03-2024, 12:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
12-03-2024, 00:36
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur


Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Bu gün Azərbaycanda üçüncü çərşənbə - Yel çərşənbəsi qeyd olunur.
Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.
Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
11-03-2024, 23:28
Zelenski Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifinə reaksiya bildirdi


Zelenski Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifinə reaksiya bildirdi

Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı sözlərini şərh edib.
Bu barədə o, Fransanın BFM TV telekanalına müsahibəsində danışıb.
Onun fikrincə, Makronun bəyanatı ilk növbədə Rusiya prezidenti Vladimir Putinin gələcək qərarları ilə bağlı olub.
“Onun heç nəyi istisna edə bilməyəcəyi deməsi, məncə, ilk növbədə Vladimir Putinlə bağlıdır. Ukrayna müqavimət göstərdikcə, Fransa ordusu Fransa ərazisində qala bilər. Lakin Putin başqa bir NATO ölkəsinə hücum etməyi bacararsa, vəziyyət tamamilə fərqli olacaq”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, fransalı hərbçilər Ukraynada ölməyəcək, çünki ölkə NATO üzvü deyil.
Zelenskinin sözlərinə görə, hazırda Ukrayna ərazisində xarici qoşunlara ehtiyac yoxdur, lakin o, Ukraynaya gəlib hərbi texnikanın təmirinə kömək edə biləcək texniki heyət haqqında düşünməyi təklif edib. Söhbət Avropaya təmir üçün göndərilən "Leopard" tanklarından və "Sezar" artilleriya qurğularından gedir.
NATO-nun baş katibi Yens Stoltenberq Emmanuel Makronun bəyanatından dərhal sonra alyansın qoşunların Ukrayna ərazisində yerləşdirilməsi planlarını rədd edib. O, həmçinin vurğulayıb ki, NATO ölkələri bu cür qərarları yalnız birgə məsləhətləşmələrdən sonra qəbul etməlidir. Ukraynaya qoşun yeritmək ideyası Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Slovakiya, Çexiya və İsveç tərəfindən dəstəklənməyib.
11-03-2024, 22:51
Ramazan ayının ikinci gününün duası


Ramazan ayının ikinci gününün duası

Sabah Ramazan ayının ikinci günündə imsak vaxtı 05:31, iftar isə 18:59-dadır.

“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi:

“İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhimlisi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
11-03-2024, 20:54
Tokayev Milli Məclisin sədriylə görüşdü


Tokayev Milli Məclisin sədriylə görüşdü

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Milli Məclisə gəlib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qonağı Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Qazaxıstan Prezidenti Milli Məclisin iclas zalı ilə tanış olub.
Daha sonra keçirilmiş görüş zamanı Milli Məclisin sədri ali qonağı Azərbaycan Milli Məclisində salamlamaqdan məmnunluğunu bildirib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan səfərinin, Prezident İlham Əliyevlə keçirilən görüşlərin və aparılan danışıqların ölkəmizdə böyük diqqətlə izlənildiyini deyən spiker Sahibə Qafarova vurğulayıb ki, bu səfər xalqlarımız arasında dostluq və qardaşlığın növbəti təzahürüdür və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcək.
Görüşdə qeyd olunub ki, Azərbaycan və qazax xalqları ümumi mədəni, mənəvi bağlarla bir-birinə bağlıdır. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra hər gün genişlənən, artıq strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrimiz də məhz bu möhkəm təməl üzərində qurulub.
Parlamentlərimiz arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir.
Beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətinin əhəmiyyətinin də vurğulandığı görüşdə hazırda dünyada bir sıra neqativ proseslərin də müşahidə olunduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, ikili standartlar, islamofobiya kimi meyllər narahatlıq doğurur. Belə bir şəraitdə ikitərəfli əməkdaşlıq əlaqələrimiz daha böyük əhəmiyyət kəsb edir.
Spiker xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. Milli Məclisin sədri xatırladıb ki, Prezident İlham Əliyev parlamentdəki andiçmə mərasimindəki çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı prioritet kimi müəyyənləşdirib. Azərbaycanın dövlət başçısı xüsusilə qeyd edib ki, bizim ailəmiz türk dünyasıdır və biz birlikdə çalışmalıyıq ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada mühüm aktora və güc mərkəzinə çevrilsin. Sahibə Qafarova vurğulayıb ki, parlamentarilər də TÜRKPA-nı daha da gücləndirmək üçün birgə səyləri davam etdirməlidir. TÜRKPA çərçivəsində fəaliyyət xalqlarımızı daha da yaxınlaşdırır, ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi və möhkəmlənməsi üçün böyük imkanlar yaradır.
Azərbaycana səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Qazaxıstan Prezidenti, Senat sədri vəzifəsində Azərbaycanın Milli Məclisində 3 dəfə olduğunu xatırladıb. Prezident Kasım-Jomart Tokayev bunun da Azərbaycan parlamentinə və xalqına hörmətinin bir nümunəsi olduğunu qeyd edib.
O, prezident seçkilərində əldə etdiyi parlaq qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik etdiyini bildirib. Həmçinin, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.
Qazaxıstan və Azərbaycanın strateji tərəfdaş və müttəfiq ölkələr olduğunu deyən Prezident Kasım-Jomart Tokayev vurğulayıb ki, bu da bizim üzərimizə xüsusi öhdəliklər qoyur.
Azərbaycanın regionda artan rolunu vurğulayan Prezident Tokayev ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, xatırladıb ki, Prezident İlham Əliyevlə danışıqlarının əsas mövzuları da neft-qaz, logistika, rəqəmsal texnologiyalar, sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri olub.
Söhbət zamanı Prezident Tokayev Qazaxıstanın iqtisadiyyat, sənaye, rəqəmsallaşma, kənd təsərrüfatı və digər sahələrdə qazandığı uğurları və perspektiv planları barədə məlumat verib. Ölkələrimizin nəqliyyat-logistika, Orta Dəhliz və digər layihələr çərçivəsində əməkdaşlığından məmnunluqla danışan Qazaxıstanın dövlət başçısı humanitar sahədə də münasibətlərin inkişafının əhəmiyyətini qeyd edib. Bu baxımdan Prezident Tokayev Azərbaycanda keçirilmiş Qazax mədəniyyəti günlərinin xalqlarımızı daha da yaxınlaşdırdığına əminliyini ifadə edib. O, Bakıda Qazaxıstan mədəniyyət günlərinin keçirilməsinə göstərilən dəstəyə görə, Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib və Qazaxıstanda da Azərbaycan mədəniyyət günlərinin keçirilməsi məsələsinin gündəmdə olduğunu bildirib.
Dövlətlərarası münasibətlərin inkişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirən Qazaxıstanın dövlət başçısı beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində konstruktiv əməkdaşlığın əhəmiyyətindən danışıb. Qazaxıstan Prezidenti ölkələrimiz arasında bu sahədə mövcud olan əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, parlamentləarası əlaqələr ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini təşkil edir. Kasım-Jomart Tokayev bir sıra parlament təşkilatlarında qarşılıqlı əməkdaşlığın önəmini vurğulayıb.
Parlament diplomatiyasına verdiyi yüksək dəyərə görə, ali qonağa təşəkkürünü bildirən Sahibə Qafarova deyib ki, parlament diplomatiyası əlaqələrimizin genişlənməsində mühüm rol oynayır.
O, məmnunluqla qeyd edib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Azərbaycan Milli Məclisi ilə həm Qazaxıstan Parlament Məclisi, həm də Senatı arasında yaxşı əlaqələr və sıx təmaslar mövcuddur. Bildirilib ki, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları var və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin inkişafına töhfə verir.
Vurğulanıb ki, parlamentlərimiz arasında əlaqələri daha da dərinləşdirmək üçün çoxlu imkanlar var. Parlament komitələri arasında aktiv qarşılıqlı fəaliyyət mühüm istiqamətlərdən biri hesab olunur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!