"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
5-04-2024, 22:57
İstanbulda baş vermiş yanğına görə 9 nəfər həbs olundu


İstanbulda baş vermiş yanğına görə 9 nəfər həbs olundu

Aprelin 2-də İstanbulda yerləşən binanın zirzəmi qatında baş verən yanğın faciəsi ilə bağlı doqquz nəfər həbs edilib.
Yanğının meydana gəldiyi binanın zirzəmisində fəaliyyət göstərən gecə klubu ilə bağlı araşdırma davam edir. Həbs edilənlər arasında əyləncə mərkəzinin məsul şəxsləri də var.
Xatırladaq ki, aprelin 2-də İstanbuldakı 16 mərtəbəli binanın zirzəmisində yerləşən gecə klubunda baş verən yanğında 29 nəfər həlak olub.
5-04-2024, 22:25
Hərbi qulluqçumuz təlim zamanı öldü


Hərbi qulluqçumuz təlim zamanı öldü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Onun sözlərinə görə, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilb:
"Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib".
F.Əliyev onu da bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
5-04-2024, 21:44
Mərhum ilahiyyatçının kanalı ələ keçirildi


Mərhum ilahiyyatçının kanalı ələ keçirildi

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin rəsmi "YouTube" kanalı kibercinayətkarların hücumuna məruz qalıb.
Bu barədə texnobloger Fərid Pərdəşünas bildirib.
O qeyd edib ki, kibercinayətkarlar kanalı ələ keçirib və oradakı bütün videoları siliblər.
5-04-2024, 21:40
GENDER BƏRABƏRLİYİ NƏDİR?


GENDER BƏRABƏRLİYİ NƏDİR?

Mətbuatda ara sıra ölkədə gender bərabərliyinin təmin edilməsi tələbi barədə, xüsusilə ali təhsilli, elmi dərəcəli qadınlar tərəfindən yazılara, çıxışlara, müsahibələrə rast gəlmək olur. Lakin onların məzmununa diqqət yetirdikdə çox vaxt qadınların da kişilərlə eyni nisbətdə, əsasən də yüksək professionallıq, intellektual səviyyə, həm də ciddi məsuliyyət tələb edən vəzifələrə irəli çəkilməsi tələbi irəli sürdükləri məlum olur. Bu mövzunu qabardan ikinci bir kateqoriyalı qadınlar isə cəmiyyətimizdə müğənni, aktrisa, günümüzdə şairə sayılıb öz «mədəniyyət», «mənəviyyatı», «əxlaqı» ilə seçilən məşhurlardır ki, onların gender bərabərliyi barədə düşüncəsi isə əslində cəmiyyətdə qadınların yüngül həyat sürməsinin qanuniləşdirməsi və bunun adi, normal hal kimi qiymətləndirilməsinin təmin edilməsi anlamına gəlir. Sadə ifadə ilə desək gender bərabərliyi, kişi və qadınının iqtisadi-ictimai bərabərliyi anlamındadır.
Bəs əslində gender bərabərliyinin məzmunu, mahiyyəti nədən ibarətdir? Bəşəriyyət öz inkişaf tarixində gender bərabərliyinin hansı mərhələlərini keçmiş və gender bərabərliyinin bu inkişaf mərhələlərində onun ayrılmaz peyki olan mənəvi və əxlaqi dəyərləri necə dəyişir? Gender bərabərliyinin real məzmunuu tam anlamaq üçün onun iki müstəvilə, ailə və cəmiyyətdə bərabərliyinin məzmunu və təmin edilmə qaydaları fərqləndirilməlidir. Belə ki, gender bərabərliyinin hər iki müstəvidə mövcudluğunun təmin edilməsi üsul və qaydalarında fərqlər mövcuddur. Bundan başqa, cəmiyyətdə və ailədə gender bərabərliyi ictimai sistemdə hüquqi hadisə olaraq da ortaya çıxsa da, onların hər iki müstəvidə maddi təminatının xarakteri bütövlükdə cəmiyyətin, iqtisadi sisteminin məzmun və mahiyyətindən birbaşa asılıdır. Yəni, hər bir cəmiyyətin iqtisadi-ictimai quruluşu cəmiyyətdə gender bərabərliyinin də məzmun və xarakterini müəyyən edir. Buna görə də hər bir quruluşun mahiyyətindən irəli gəlib, onun hakim ideologiyası olaraq, həmin quruluşun məqsədlərinə xidmət edən ideologiyada da gender bərabərliyinə fərqli yanaşmalar mövcuddur.
Gender bərabərliyinin əsas elementi bütün iqtisadi-ictimai quruluşlarda ailədə və cəmiyyətdə qadınlar və kişilər arasında mövcud olan əmək bölgüsüdür. Cəmiyyətdə ilk əmək bölgüsü hələ ibtidai icma quruluşunda yaranmışdır. Düzdür, kortəbii, instiktiv olaraq yaranan əmək bölgüsü hər zaman, bu gün də heyvan cütlükləri və sürülərində də mövcuddur. Lakin bu əmək bölgüsü şüurlu əmək bölgüsü olmayıb, onların mövcudluq tələbatından instiktiv olaraq yaranan əmək bölgüsüdür. İbtidai icma cəmiyytəində yaranan əmək bölgüsü də heyvalarda olduğu kimi mövcudluq zərurətindən yaranaraq, təbiətdə özünün istehlak tələbinə yararlı olan nemətləri əldə etməkdən, tarixən qısa bir zaman ərzində əmək vasitələrindən istifadə etməklə maddi nemətlər istehsal edərək, bu prossesdə əmək bölgüsünü tətbiq etməyə başlamışdır. Həm də bu əmək bölgüsü dövrün istehsal səviyyəsinə uyğun sadə əmək bölgüsü olsa da, bu gün gender bərabərliyi deyilən qadınlar və kişilər arasında, təkcə onların təbii, fiziki xüsusyyətlərini nəzərə almaqla müəyyən edilməklə bitməyib, uşaqların, qocaların da təbii durumunu nəzərə alan əmək bölgüsü olaraq yaranıb.
İbtidai icma quruluşunun son mərhələsində xüsusi mülkiyyətin yaranması ilə bərabər, öz mövcudluğunu bu mülkiyyət əsasında təmin edən cütlüklərin icmadan ayrılması ilə müstəqil fərdi ailələrin yaranması prossesi baş verir. Ailənin yaranması da məhz matriarxat dövrünün patriarxat dövrü ilə əvəz edildikdən sonra başlanır. Çünki, matriarxat dövründə insanların əsas qida mənbəyi müxtəlif bitkilər olduğundan və qadınlar sərbəst olaraq bu işlə məşğul olduğundan, ailə anlayışı nəinki bu gün təsəvvür etdiyimiz formada, hətta patriarxat sistemin ilk dövrlərində mövcud olan ailə forması ilə üst-üstə düşmür. Matriarxat dövrünün ailəsi bu gün heyvan cütlüklərində olan ailə məzmununa daha yaxın bir formada mövcud olmuşdur. Belə ki, matriarxat dövründə qadınların ayaqlarına zınqırov bağlayaraq axşamlar nəsil artırmaq üçün özünə tərəf axtarıb seçməsi kimi faktlar məlumdur.
Patriarxat dövrü isə artıq ovçuluq, heyvandarlıq kimi sahələrin meydana gəlməsi ilə birbaşa əlaqəli olaraq meydana gəldiyindən, ailədə kişi ilə qadın arasında əmək bölgüsünün məzmunu da tamamilə dəyişir. Belə ki, ovçuluq, əkinçilik, heyvandarlığın yaratdığı ictimai əmək bölgüsü, ailədə kişi ilə qadın arasında olan ailədaxili əmək bölgüsünün məzmununu da müəyyən edirdi. Çünki, kişi gün ərzində çöldə ov edir, heyvan otarır, əkinçiliklə məşğul olur, qadın isə evdə bişirir, toxuyur və ailəyə məxsus olan ev təsərrüfatı işlərini görürdü. İbtidai icma quruluşunun dağılması və quldarlıq quruluşunun yaranması arasında olan bu dövrdə qadınların ictimai əmək bölgüsündən kənarlaşdırılaraq, ailə çərçivəsində mövcud olan ailədaxili əmək bölgüsündə, həm də ağır pay sahibinə çevrilməsi, istər ictimai əmək bölgüsü, istərsə də ailədaxili əmək bölgüsündə qadınların payına düşən ədalətsizliyin əsas başlanğıcı olub, müəyyən fərqlə bu günə qədər davam etməkdədir.
Quldarlıq quruluşunun yaranması və bu quruluşun mahiyyətinə uyğun olaraq yaranan müxtəlif dinlər ideoloji cəhətdən bütün insanları allahın qulu, reallıqda isə cəmiyyətdə əhalinin mütləq çoxluğunu təşkil edən imkansız təbəqələri, hakim və sərvt sahiblərinin qulu elan etdikdən sonra həm ictimai, həm də ailədaxili əmək bölgüsündə gender bərabərsizliyinin ən ağır fiziki və huquqi hissəsi qadınların payına düşdü. Quldarlıq quruluşunu əvəz edən feodalizm iqtisadi-ictimai quruluşu da gender bərabərliyində hər hansı bir əhəmiyyətli dəyişiklik baş vermədi. Belə ki, feodalizm quruluşu qulu inzibati cəhətdən felən azad etsə də, onun əməyi feodalın mülkiyyətində qalırdı. Təhkimli isə qul statusu daşıdığı dövrdə özünün və ailəsinin qul hüququ çərçivəsində mövcudluğunun qul sahibi tərəfindən təminatını da itirərək, mülkiyyətsiz insanın mövcudluğunu təmin etməyin yeganə vasitəsi olan şəxsi əməyinin də 3/5 hissəsini feodala verməyə məcbur olduğundan özünün və ailəsinin mövcudluğunun təmin edilməsi, qul olaraq mövcud olmaqdan daha çətin idi.
Digər tərəfdən, feodalizm quruluşunda bütün insanları ideoloji cəhətdən allahın, faktiki olaraq onun «yerdəki kölgəsi» olan hakimi mütləqin qulu elan edən din, dövlət mexanizmində də mötəbər mövqe tutaraq mülkiyyətsiz, mülkiyyətli, təhkimli insanların mühakiməsini həyata keçirir, cəmiyyət üzvlərinin mənəvi, əxlaqi dəyərlərini də dinin məzmunu, mahiyyəti tələblərinə uyğun olaraq qul mənəviyyatı və əxlaqı aşılayırdı.
Əmək alətlərinin çox primitiv, istehsal prosseslərinin məhsuldarlığının çox aşağı olduğu, hər bir insanın özünün və ailəsinin mövcudluğunu təmin edilməsinin əsas mənbəyi ev təsərrüfatları idi. Ev təsərrüfatlarında isə adətən işin əsas ağırlığı qadının üzərinə düşürdü. Bu səbəbdən ailədaxili əmək bölgüsündə gender bərabərliyindən söhbət belə gedə bilməzdi. Cəmiyyətin özünün iqtisadi-ictimai sisteminin məzmunu da qadınların ictimai əmək bölgüsündə nəinki gender bərabərliyini, hətta, ümumiyyətlə qadınların iştirakını istisna edirdi.
16-17-ci əsrlərdə Avropada kapitalizm quruluşunun yaranması özündən əvvəlki quruluşlarla müqayisədə insanların inzibati cəhətlə birlikdə onların əməyinin də azad edilməsi, elmi-texniki inkişafın sürətlənməsini və onun nəticələrinin istehsala tətbiq edilməsinə rəvac verdi. Nəticədə müxtəlif iri sənaye və xidmət sahələrinin yaranaraq genişlənməsi nəinki qadın, hətta uşaq əməyinə belə tələbatı kəskin artırmaqla, qadınların ictimai əmək bölgüsündə iştirakını labüd etdi. Bu günə kapitalizm quruluşuna malik olan ölkələrdə, xüsusilə Avropanın iqtisdai-ictimai cəhətdən ən inkişaf etmiş ölkələrin qanunvreiciliyi hüquqi cəhətdən nisbi gender bərabərliyi yaratmaqla bərabər müəyyən iqtisadi mexanizmlər vasitəsilə müəyyən səviyyəli maddi əsaslar da yaradır. Bununla belə heç bir cəmiyyətdə mütləq gender bərabərliyi mövcud deyil.
Mütləq gender bərabərliyinin istər ictimai əmək bölgüsündə, istərsə də ailədaxili əmək bölgüsündə mövcudluğunu təmin etmək mümkün də deyil. Bunun da əsas və həlledici səbəbi qadın və kişinin yaranışından onlarda olan xüsusiyyətlərin müxtəlifliyi olub, bu müxtəliflikdən irəli gələrək həm ictimai əmək, həm də ailədaxili əmək bölgüsündə mütləq gender bərabərliyini istisna edir. Elm və texnika inkişaf edib, insanların həyat tərzi və şəraitinin, eləcə də şüur səviyyəsinin yüksəlməsi ictimai və ailədaxili gender bərabərliyi səviyyəsini əhəmiyyətli dərəcədə yaxınlaşdırır.
Gender bərabərliyi məsələsində iki müxtəlif məqamı da nəzərə almaq zəruridir. Bunlardan birincisi, dövlətin qanunvericiliyində hər bir cəmiyyətdə konkret istehsal, xidmət və sair sahələrinin səviyyəsi və özəl xüsusiyyətlərini nəzərə almaqla, ona uyğun olaraq mümkün ola biləcək gender bərabərliyi səviyyəsini reallaşdırmağa qadir olan iqtisadi-ictimai, o cümlədən hüquqi mexanizmlərin yaradılmasıdır ki, bu funksiya dövlətin üzərinə düşür.
İkinci məqam isə, ailədaxili gender bərabərliyinin təmin edilməsidir. Ailə hər bir xalqın, millətin, ümumiyyətlə bəşərin daimi mövcudluğunun əsası olmaqla bərabər, həm də cəmiyyətdə mikrodövlətlər çoxluğu olmaqla, hər bir dövlətin tərkib hissəsidir. Ailə daxilində baş verən prosseslərin ictimai maraqlar və prosseslərlə birbaşa bağlı olan hissəsi dövlət qanunvericiliyinə əsasən nizamlanır. Hər bir ailənin konkret şəraiti çərçivəsində qadın və kişinin şəxsi xüsusiyyətlərindən irəli gəlib, müxtəlif situasiyalarda yaranan, dövlətin qanunvericiliyi ilə tənzimlənməsi konkret olaraq mümkün olmayan çoxsaylı, çoxistiqamətli, çalarlara malik olan prosses və hadisələr isə hər bir ailədə kişi və qadın arasında mövcud olan real imkan, münasibət və qaydalara əsasən tənzimlənir. Ailədaxili gender bərabərliyi məhz bu qaydada tənzimlənir.
Ailədaxili gender bərabərliyini tənzimləyən kişi və qadının münasibəti isə əsasən onların hər birində mövcud olan mənəvi və əxlaqi dəyərlərin məzmun və mahiyyəti ilə müəyyən olur. Lakin bütün iqtisadi-ictimai quruluşlarda mənəvi və əxlaqi dəyərlərin dayanıqlılığının kütləvililiyinin təmin edilməsində insanın azadlığının maddi və inzibati əsaslarının olması da mühüm əhəmiyyət kəsb edir. İctimai və ailədaxili gender bərabərliyinin məzmununda olan hər iki məqamın çərçivəli və səviyyəsi cəmiyyətdə mövcud olan iqtisadi-ictimai quuluşun məzmunu və mahiyyətindən asılı olaraq müəyyən edilir.
Fərdi və dövlət quldarlığı, fərdi və dövlət feodalizmi, eləcə də iqtisadi-ictimai quruluşunun idealist və materialist dini əsaslarla müəyyən edilib idarə edilən cəmiyyətlərdə gender bərabərliyinin mövcudluğu mümkün olmadığından mən buna toxunmuram. Hətta dünyəvi (materialist) dinlərin (partiyaların) ideologiyası üzərində qurulan və bu gün tender bərabərliyinin, mədəni, mənəvi, əxlaqi dəyərlərinin insan azadlığı, demokratiya, vicdan azadlığı və s. bütün dünyaya etalon kimi sırınan iqtisadi-ictimai quruluşlarında belə gender bərabərliyinin yüksək səviyyədə təmin edilməsi mümkün deyil. Çünki, bu iqtisadi-ictimai quruluşlarda gender bərabərliyinin maddi təminatının dayanıqlı təmin edilməsi üçün zəruri olan iqtisadi və hüquqi mexanizmlər mövcud deyil. Məhz bu səbəbdəndir ki, cəmiyyətdə gender bərabərliyinin təmin edilməsinin bu əsas elementlərinin olmamasından obyektiv olaraq yaranan boşluqları ictimai nəzərdən yayındırmaq məqsədilə ifrat məzmun və çərçivəsi «insan azadlığı», «demokratiya» şüarları altında, əslində gender bərabərliyinin əsas elementləri olan mənəvi və əxlaqi dəyərləri sahəsində anarxiyaya şərait yaradırlar. Məhz bunun nəticəsidir ki, bütövlükdə Qərb ölkələri bu gün homoseksualizm, «holland ailəsi» adlandırılan iki kişinin bir qadınla və əksinə olan tərkibli ailələr, cəmiyyət üzvlərinin təbii artımında anormallıq, cəmiyyət və dövlət üçün təhlükəli olan digər problemlərlə üzləşmişlər. Buna görə də ictimai və ailədaxili gender bərabərliyinin, əlbəttə ki, kişi və qadının təbii fiziki və funksional xüsusiyyətlərinin nəzərə alınması da daxil olmaqla, normal bərabərliyini təmin etmək üçün ilk növbədə dövlətin iqtisdai və hüquqi sistemində bu bərabərliyin mövcudluğunu təmin edə biləcək iqtisdai və hüquqi mexanizmlər olmalıdır. Bundan başqa xüsusilə ailədaxili gender bərabərliyinin mühüm əhəmiyyəti olan mənəvi və əxlaqi dəyərlərin hər hansı bir idealist və ya materialist dinlər əsasında deyil, hər bir cəmiyyətin iqtisadi-ictimai quruluşunun məzmun və mahiyyətinə və cəmiyyətin iqtisadi-ictimai inkişaf səviyyəsinə uyğun olaraq ancaq elmi əsaslarla müəyyən edilməlidir. Ona görə də, mənəvi və əxlaqi dəyərlər daim hər bir cəmiyyətin iqtisadi-ictimai quruluşunda gedən inkişaf prossesi ilə birlikdə, bu inkişafın məzmun və mahiyyətinə uyğun olaraq dəyişən amillərdir.
Bəs Azərbaycanda gender bərabərliyinin mövcud vəziyyəti nə yerdədir? Azərbaycanın 71 il dövlət quldarlığı iqtisadi-ictimai quruluşuna malik olan rus imperiyasının əsarətində olduğu dövrdə bu dövlətin mahiyyətinə uyğun iqtisadi, ictimai, ideoloji tələblər çərçivəsində ictimai və ailədaxili gender bərabərliyini total şəkildə təbliğ, tətbiq edərək, 1200 il feodalizm quruluşu şəraitində islam dininin məzmunu, tələb və qaydaları əsasında cəmiyyətdə formalaşıb, insanların şüurunda, həyat tərzində, adət və ənənələrində dərin kök atmış gender bərabərsizliyini hətta öz quruluşunun tələblərinə uyğun tam dəyişdirə bilməsə də, əhalinin kütləvi şəkildə maarifləndirilməsi, vətəndaşların qul hüququ çərçivəsində mövcudluğunu təmin edən əmək haqqı ödənilən işlə təmin edə bilməsi, qadınların ictimai əmək bölgüsündə kütləvi iştirak etməsi və qadınları son dərəcədə aşağılayan mənəvi və əxlaq normalarının ən azından, əsasən aradan qaldırılması ilə nəticələndi. Həm də insanların, o cümlədən qadınların şüurunu, zehnini islam dininin altıncı əsr səviyyəsində qandalladığı əsarət zəncirindən xilas etdi. Bununla birlikdə vətəndaşların zehninə dövlət quldarlığı ideologiyası olan «bolşevizm» yeridilməsi və dövlət quldarlığı quruluşunun normal gender bərabərliyini maddi cəhətdn nəinki təmin edilməməsi, hətta əvvəlcədən düşünülmüş şəkildə rəsmən qul statusu səviyyəsində çox ciddi olaraq çərçivələnməsi cəmiyyətdə normal gender bərabərliyinin, eləcə də onun mənəvi, əxlaq dəyərlərinin yaranmasına imkan vermədi.
SSRİ dağılıb ölkəmiz nisbi də olsa müstəqillik qazanandan sonra ermənilərin Rusiyanın, İranın bilavasitə köməyilə Respublikanın ərazilərinin 20 faizini işğal etməsi, ölkədə iqtisadi-ictimai strukturlarının bir hissəsi ölü, bir hissəsi iflic, bir hissəsində də anarxiya hökm sürdüyündən, işsizliyin ölkə əhalisinin böyük çoxluğunu əhatə etməsi şəraitində müxtəlif qruplar arasında çox sərt hakimiyyət savaşı gedirdi.
Gender bərabərliyini real olaraq təmin edə biləcək bir quruluşla əvəz edilmədikcə məsələnin köklü səbəb və şərtlərinə bələd olmadan, mətbuatda kimlərinsə dövlətdən gender bərabərliyini, yəni, ictimai əmək bölgüsündə qadınlara kişilərlə bərabər iştirakına şərait yaradılmasının reallaşması mümkün olmayan idealist şüar olaraq qalacaq.
Şapur QASİMİ
29.03.2024
+99455 522-36-15

5-04-2024, 21:38
Rusiyadan Brüssel görüşünə etiraz dolu bəyanat


Rusiyadan Brüssel görüşünə etiraz dolu bəyanat

Rusiya Ermənistan-ABŞ-Avropa İttifaqı görüşünü Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndirir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda deyilir ki, Vaşinqton və Brüssel Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasına, eləcə də Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına nail olmağa çalışır.
Qeyd olunub ki, ABŞ və NATO-nun fəaliyyəti Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün ciddi risklər yaradır.
"Bizə məlumdur ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar”, - bəyanatda diqqətə çatdırılıb.
5-04-2024, 21:19
Belarus da müqavilədən çıxır


Belarus da müqavilədən çıxır

Belarus prezidenti Aleksandr Lukaşenko Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin dayandırılması haqqında qanun layihəsinin ölkə parlamentinə təqdim edilməsinə razılıq verib.
Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qanun layihəsi sazişdən çıxmağı nəzərdə tutmur.
"Belarus müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirir, o cümlədən silahların, hərbi texnikanın və Silahlı Qüvvələrin şəxsi heyətinin mövcudluğunun müəyyən edilmiş maksimum səviyyələrinə ciddi şəkildə riayət edir", - açıqlamada deyilir.
Məlumatda qeyd olunur ki, 2022 və 2023-cü illərdə Çexiya və Polşa Belarusa münasibətdə Müqavilə üzrə öhdəliklərini yerinə yetirməmək qərarına gəliblər. Daha sonra NATO-ya üzv olan digər ölkələr də analoji qərar qəbul ediblər:
“NATO-ya üzv dövlətlər və onların müttəfiqləri tərəfindən müqavilənin dayandırılması faktiki olaraq müqavilənin fəaliyyətinin dayandırılması deməkdir”.
Qeyd edək ki, Rusiya 2023-cü il noyabrın 7-də Müqavilədən çıxmaq prosedurunu başa çatdırıb. Bu gün Türkiyə də razılaşmadan çıxıb.
5-04-2024, 20:42
“Crocus Hall”da törədilən terror aktı ilə bağlı daha bir nəfər tutuldu


“Crocus Hall”da törədilən terror aktı ilə bağlı daha bir nəfər tutuldu

Rusiyanın paytaxtı Moskva yaxınlığındakı “Crocus Hall”da törədilən terror aktı ilə bağlı iş üzrə daha bir nəfər həbs olunub.
Qərar Moskvanın Basmannı məhkəməsi tərəfindən qəbul edilib.
Hadisə ilə əlaqədar Tacikistan vətəndaşı olan Məhəmməd Zoir Şaripzoda barədə həbs qərarı verilib.
O, terror aktı törətməkdə ittiham olunur və iş üzrə tutulan 11-ci müttəhimdir.
Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall” binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.
5-04-2024, 19:58
İsrail İranın bu zamanda hücum edəcəyini gözləyir


İsrail İranın bu zamanda hücum edəcəyini gözləyir

İsrail hakimiyyəti İranın cümə günü ölkəyə hücum edəcəyini mümkün hesab edir.
Bu barədə BBC yazıb.
Bu gün Qüds günü və müqəddəs Ramazan ayının son cümə günüdür. İsrail bu amilləri nəzərə alaraq hücum olacağını düşünür.
Cümə axşamı İsrailin mərkəzi hissəsində GPS söndürülüb. Bunu Qəzza zolağında döyüş bölgəsindən uzaqda yerləşən böyük şəhərlərin, o cümlədən Təl-Əviv və Qüdsün sakinləri də hiss ediblər. Geolokasiyadan asılı olan proqramlarda nasazlıq yaranıb.
5-04-2024, 19:12
ABŞ silkələndi - BMT-nin iclası yarımçıq qaldı


ABŞ silkələndi - BMT-nin iclası yarımçıq qaldı

ABŞ-ın Nyu-Cersi ştatında 4,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri 1 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Nyu-Yorkda da hiss olunub. İtki və fəsadlar barədə məlumat yoxdur.
Zəlzələyə görə BMT Təhlükəsizlik Şurasının iclası yarımçıq qalıb.
5-04-2024, 19:03
Lənkəran Dövlət Universitetinin tələbəsi vəfat etdi


Lənkəran Dövlət Universitetinin tələbəsi vəfat etdi

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi vəfat edib.
Bu barədə Sosial və Aqrar-Texnoloji Kolleci məlumat yayıb.
Bildirilib ki, “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının III kurs tələbəsi Əliyev Əlirza Əlikramoviç pnevmoniyadan dünyasını dəyişib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!