"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
23-09-2024, 13:24
Bizə qarşı ideoloji təxribatlar davam edir - Prezident


Bizə qarşı ideoloji təxribatlar davam edir - Prezident

Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir.
Bu fikirləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib.
“Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
23-09-2024, 13:18
Polad Bülbüloğlu Milli Məclisdə komitə sədri oldu


Polad Bülbüloğlu Milli Məclisdə komitə sədri oldu

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.
Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlu Milli Məclisin Mədəniyyət komitəsinin sədri seçilib.
Qeyd edək ki, bundan əvvəl komitənin sədri Fazil Mustafa olub.
Fazil Mustafa isə İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilib.
23-09-2024, 13:12
Prezident quru sərhədlərindən danışdı: "Bizi çox böyük fəlakətlərdən xilas etdi"


Prezident quru sərhədlərindən danışdı: "Bizi çox böyük fəlakətlərdən xilas etdi"

Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır.
Bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. “Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident diqqətə çatdırıb.
23-09-2024, 13:07
Milli Məclisin yeni komitə sədrləri - TAM SİYAHI


Milli Məclisin yeni komitə sədrləri - TAM SİYAHI

VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrləri seçilib.
Parlamentin yeni komitə sədrləri aşağıdakılardır:

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Əmiraslanov

Elm və təhsil komitəsi - Anar İskəndərov

Regional məsələlər komitəsi - Siyavuş Novruzov

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Arzu Nağıyev

İnsan hüquqları komitəsi - Zahid Oruc

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Sadiq Qurbanov

Aqrar siyasət komitəsi - Tahir Rzayev

Əmək və sosial siyasət komitəsi - Musa Quliyev

Mədəniyyət komitəsi - Polad Bülbüloğlu

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov

Səhiyyə komitəsi - Əhliman Əmiraslanov

Ailə, qadın və uşaq məsələləri komitəsi - Hicran Hüseynova

Gənclər və idman komitəsi - Şahin İsmayılov

İctimai birliklər və dini qurumlar komitəsi - Fazil Mustafa

Hüquq siyasəti və dövlət quruculuğu - Əli Hüseynli.

Sonra komitə sədrlərinin müavinləri də təsdiqlənib.
Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.
23-09-2024, 13:04
Ərdoğan Ermənistan-Azərbaycan danışıqları haqda: “Mühüm fürsət əldə edilib”


Ərdoğan Ermənistan-Azərbaycan danışıqları haqda: “Mühüm fürsət əldə edilib”

BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dakı Türk Evində bir sıra Amerika analitik mərkəzlərinin nümayəndələri ilə görüşüb.
“Anadolu” agentliyinin məlumatına görə, Əradoğan Ermənistanla Azərbaycan arasında sülh prosesinə də toxunub.
Türkiyə prezidenti Azərbaycan və Ermənistanla birlikdə Cənubi Qafqazda daimi sülh və sabitliyə nail olmaq üçün mühüm fürsət əldə etdiklərini vurğulayıb.
Ərdoğanın sözlərinə görə, Balkanlarda konstruktiv diplomatiya və Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsi səyləri sayəsində Ankara regional rolunu gücləndirib. O, Türkiyənin əsas prinsiplərinin dostluğu gücləndirmək, fikir ayrılıqlarını azaltmaq və sülhü təmin etmək olduğunu, Türkiyənin beynəlxalq hüquqa, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini vazkeçilməz şərt hesab etdiyini bildirib.
23-09-2024, 12:59
Bəzi Qərb dövlətlərinin planları göz qabağındadır


Bəzi Qərb dövlətlərinin planları göz qabağındadır

Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir.
Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
“Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır”, - deyən dövlətimizin başçısı bildirib ki, təbii, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər.
23-09-2024, 12:45
Sabahın havası


Sabahın havası

Sentyabrın 24-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.
23-09-2024, 12:22
Prezident ölkə qarşısında duran bəzi vəzifələri açıqladı


Prezident ölkə qarşısında duran bəzi vəzifələri açıqladı

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb. Dövlətimizin başçısı deyib:
“Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.
Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib: “Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.
23-09-2024, 12:19
Sahibə Qafarova Milli Məclisin sədri seçildi


Sahibə Qafarova Milli Məclisin sədri seçildi

Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.
İclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.
Sonra Ziyad Səmədzadə iclasın gündəliyini təqdim edib. Gündəliyə əsasən Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.
Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

23-09-2024, 12:15
Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açır


Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açır

İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır.
Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
Otuz ilin işğalının arxada qaldığını bildirən dövlətimizin başçısı indi ölkəmizin genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyduğunu, nəticələrin də göz qabağında olduğunu vurğulayıb. “Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik”, - deyə Prezident qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!