Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 22-09-2015, 08:34
Belçika Senatının fəxri sədri Avropa Parlamentinin sədrinə etiraz məktubu göndərib


“Bu cür yanlış qərarlar Rusiyanın Cənubi Qafqazdakı təsirinin artdığı bir zamanda Avropa İttifaqının regiondakı gücünü azaldır”

Butov.az Apaya istinadən xəbər verir ki, Belçika Senatının fəxri spikeri Ann-Mari Lizin Avropa Parlamentinin sədri Marten Şultsa etiraz məktubu ünvanlayıb. Bu barədə APA-ya Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından məlumat verilib.

Məktubda deyilir:

“Cənab sədr Şults. Sizinlə həm Azərbaycanda qadınlarla bağlı həyata keçirdiyim fəaliyyət haqqında təəssüratlarımı (uzun illərdir qadın hüquqları sahəsində çalışıram), həm də Avropa Parlamentinin sonuncu qətnaməsi ilə bağlı dərin təəssüfümü bölüşmək istərdim. Azərbaycan xalqı özünü avropalı hiss etmək istəyir, lakin bizim addımlarımız onları yenidən Rusiyanın təsiri altına atır.

Bir qrup azərbaycanlı qadınla birlikdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnaməni oxudum. Tərəfdaşlar arasında olan problemlərin və məsələlərin aradan qaldırılmasının müxtəlif yolları mövcuddur. Təəssüf ki, bu qətnamə nə konstruktiv, nə də haqlı mahiyyət daşıyır. Avropa İttifaqının Şərq qonşuluğunda çoxsaylı problemlər mövcuddur və bu cür yanlış qərarlar Rusiyanın Cənubi Qafqazdakı təsirinin artdığı bir zamanda Aİ-nin regiondakı gücünü azaldır. Əgər biz müsbət bir nəticənin əldə olunmasını istəyiriksə, Azərbaycanla əlaqə vasitələrimizi açıq saxlamalıyıq: Azərbaycan və digər Şərq tərəfdaşlarımızla daha yaxşı dialoqa ehtiyacımız var. Azərbaycanda qadın qrupları arasında dostlarımın hakimiyyətlə heç bir əlaqəsi yoxdur, onlar qadın hüquqlarının inkişafı üçün böyük işlər görürlər. Lakin görürəm ki, Avropa Parlamentinin qətnaməsi Aİ və Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərib. Bu fakt bir çoxlarını, o cümlədən Aİ ilə daha yaxın əməkdaşlığı dəstəkləyənləri məyus edib. Bu cür cəhdlər heç bir müsbət nəticə verməyəcək. Avropa Parlamenti Azərbaycanla daha yaxından dialoq qurmalıdır və əgər biz konkret nəticələr görmək istəyiriksə, bu proses konstruktiv şəkildə baş verməlidir”.


Butov.az


Paylaş



Bölmə: Dünya / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!