Çayda boğulan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir direktorun səsyazısı yayıldı - Araşdırma BAŞLADI - FOTO .....                        Ağır qəzada 4 nəfər yaralandı .....                        Paşinyana qarşı impiçment başladıldı .....                        Laçın aeroportu nə vaxt açılacaq? - Ərdoğanın səfəri gözlənilir .....                        15 yaşlı yeniyetmə Tərtər çayında boğuldu .....                        Bakıda məşhur restoran sökülür .....                        Azərbaycanda distant təhsil tanınacaq .....                        Lerikdə 62 yaşlı turist dərəyə yıxıldı - FHN əməkdaşları köməyə gəldi .....                       
Tarix : 20-11-2015, 09:20
İŞİD prezidentlərin qaldığı oteli partlatmaq istəyib – Türkiyədə şok əməliyyat



Antalyada keçirilən G20 sammiti ərəfəsində İŞİD-in terror törədəcəyi planı üzə çıxıb.



Butov.az-ın AzNews.az-a istinadən xəbərinə görə, bu barədə məlumatı Ankara Prokurorluğu yayıb. Məlumatda Qaziantepdə terrorçuların evlərinə edilən basqın zamanı həmin bölgənin əmri olaraq bilinən Yunus Durmazın kompüteri ələ keçirildiyi və bundan sonra terror planının qarşının alındığı bildirilir.

Qeyd edilir ki, evdən tapılan kompüterdəki araşdırmada zamanı İŞİD-in Antalyada təşkil edilən G20 sammitini hədəf seçdiyi məlum olub. Belə ki, təşkilat üzvləri dövlət başçılarının qalacaqları otellərdə əhatəli kəşfiyyat işləri aparıblar. Polisin deşifrə etdiyi plana görə, terrorçular içərisinə bomba yerləşdirilən avtomobili partladaraq, sağ qalanların boğazlarını kəsərək öldürəcəkmişlər.

Bu planın üstü açıldıqdan sonra Prokurorluğun xəbərdarlığı ilə Antalyaya giriş və çıxışlar möhkəm nəzarət altına alınıb. Otellər bölgəsindəki təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb. Həmçinin İŞİD-in Türkiyədə 18 ildə 26 hədəf təyin etdiyi də müəyyənləşib. İzmir və İstanbulda əyləncə və turistik məkanların bu hədəflər arasında olduğu bildirilir.

Təşkilatın Türkiyədə olan yəhudi camaatı, şiə təşkilatları, bəzi sol qrupları da özlərinə hədəf seçdikləri ilə bağlı da məlumatlar əldə olunub. Aparılan əməliyyatlar zamanı terrorçuların evlərində 790 min şəkil ələ keçirilib. Təşkilatın bu şəkillərə yerləşdirdiyi xüsusi şifrələr sayəsində, Suriyadakı mərkəzlə əlaqə qurduğu aydınlaşıb. Məlum olub ki, bəzi çılpaq qadın şəkillərinə yerləşdirilən mesajla xəbərləşmə həyata keçirilib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!