Metroda cibgirlik edən şəxs saxlanıldı .....                        İsrail SEPAH-a məxsus 16 təyyarəni məhv edib .....                        Beşmərtəbəli bina dağıldı - 10 nəfər öldü .....                        Ölənlərin sayı 41-ə çatdı .....                        İran daha bir tankeri vurdu .....                        İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ .....                        Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək .....                        Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək .....                        Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur .....                       
5-10-2022, 20:50
Litvalı diplomat Rusiyadan qovuldu


Litvalı diplomat Rusiyadan qovuldu

Rusiya cavab addımı olaraq litvalı diplomatı ölkədən çıxarıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin saytında yerləşdirilmiş bəyanatda bildirilib ki, Litvanın qeyri-dost addımlarına cavab olaraq Rusiya əlavə tədbirlər görmək hüququnu özündə saxlayır.
5-10-2022, 20:48
Qaytarılan hərbçilərə işgəncə verilməyib - Ermənistan rəsmisi


Qaytarılan hərbçilərə işgəncə verilməyib - Ermənistan rəsmisi

Azərbaycan tərəfindən Ermənistana qaytarılan hərbçilərdən 10-u hazırda müstəntiqlər tərəfindən dindirilir, digərlərinin müalicəsi davam edir. Bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib. Onun sözlərinə görə, müalicəsi davam hərbçilər reabilitasiyadan sonra dindiriləcəklər. Tadevosyanın sözlərinə görə, geri qayıdan əsgərlər arasında ağır yaralı olmayıb, bəzilərində yüngül qəlpə yaraları var, əsirlikdə onlara işgəncə verilməyib. Xatırladaq ki, oktyabrın 4-də Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə 17 hərbçini Ermənistana qaytarıb.
5-10-2022, 20:44
Türkiyədə yenidən meşə yanğınları başladı


Türkiyədə yenidən meşə yanğınları başladı

Türkiyənin Muğla vilayətinin Seydikemer rayonunda güclü meşə yanğını baş verib. Butov.az xəbər verir ki, yanğının səbəbləri hələlik bəlli deyil. Yanğının söndürülməsinə xüsusi təyyarələr, helikopterlər və yanğınsöndürən avtomobillər cəlb olunub.
5-10-2022, 20:40
Ermənistan Bakıya Xankəndi ilə danışıq aparmağı təklif edir


Ermənistan Bakıya Xankəndi ilə danışıq aparmağı təklif edir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün parlamentdəki “hökumət saatı” zamanı çıxış edərkən Azərbaycanın İrəvana təqdim etdiyi 5 prinsipdən danışıb. Butov.az xəbər verir ki, nazir bu il martın ortalarında İrəvana verilən və Ermənistanla münasibətlərin tənzimlənməsinə dair 5 prinsipi xatırladaraq deyib ki, həm erməni xalqı, həm də beynəlxalq ictimaiyyət onlarla tanışdır."Bildirmişik ki, bu prinsiplərdə bizim üçün qəbuledilməz heç nə yoxdur. Bu dəfə Azərbaycanın təqdim etdiyi təkliflər bu prinsiplərə əsaslanır. Əlbəttə, elə məqamlar var ki, biz indi onları təhlil edirik və mütləq cavab verəcəyik", - Ermənistan XİN rəhbəri qeyd edib. Onun sözlərinə görə, danışıqlar zamanı elə məqamlar yarana bilər ki, İrəvanın özü də sazişə daxil edilməsi üçün hansısa təklif versin. XİN rəhbəri qeyd edib ki, 5 prinsip gündəliyi tam əks etdirmir. Ararat Mirzoyan bildirib ki, rəsmi İrəvan “Dağlıq Qarabağ”a dair öz baxışını Bakı ilə bölüşüb və bu məsələ aparılan danışıqların tərkib hissəsidir. Nazirin sözlərinə görə, Xankəndi ilə Bakı arasında beynəlxalq dialoq mexanizminin yaradılması ideyası var.“Hazırda müzakirələr gedir. Sözsüz ki, bizim öz yanaşmamız, Azərbaycanın da öz yanaşması var. Qarşılıqlı məqbul mövqeyə gələndə mütləq məlumat verəcəyik", - Mirzoyan söyləyib. Xatırladaq ki, oktyabrın 4-də Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ABŞ dövlət katibi ilə telefon danışığı olub. Söhbət zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması müzakirə olunub.
5-10-2022, 20:33
Putin Kadırova general-polkovnik rütbəsi verdi


Putin Kadırova general-polkovnik rütbəsi verdi

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırova general-polkovnik rütbəsi verib. Bu barədə Kadırov özünün teleqram kanalında bildirib.“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”,- deyə Kadırov vurğulayıb.
5-10-2022, 20:31
Ukraynada nüvə fəlakətinə hazırlıq: Əhaliyə həblər paylanır


Ukraynada nüvə fəlakətinə hazırlıq: Əhaliyə həblər paylanır

Ötən həftə Rusiya prezidenti Vladimir Putinin nüvə hədəsindən sonra Ukrayna hakimiyyəti nüvə fəlakətinə hazırlıq məqsədilə xalqa yod həbləri paylamağa başlayıb. Butov.az xəbər verir ki, paytaxt Kiyevdə Rusiyanın mümkün nüvə hücumuna hazırlıq məqsədilə evakuasiya mərkəzlərinə kalium yod həbləri paylanmağa başlayıb. Kalium yod həblərinin nüvə radiasiyasına məruz qalmadan dərhal əvvəl və ya dərhal sonra qəbul edildiyi təqdirdə, tiroid bezi tərəfindən zərərli radiasiyanın udulmasının qarşısını almağa kömək etdiyi deyilir. Kiyev şəhər şurasının bəyanatında bildirilir ki, evakuasiyaya ehtiyac yaranarsa, həblər nüvə radiasiyasından zərər çəkmiş rayon sakinlərinə paylanacaq. Məlumata görə, Rusiya ordusunun Ukraynadakı son məğlubiyyəti Putinin Ukraynanı ram etmək üçün dağıdıcı nüvə zərbəsinə əl atacağı ilə bağlı qorxuları artırıb. Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən və Zaporojya Atom Elektrik Stansiyasını ələ keçirdikdən sonra baş verə biləcək nüvə fəlakəti ilə əlaqədar Ukraynaya 5,5 milyon kalium yodid həb göndərdiyini açıqlayıb.
5-10-2022, 18:28
Qırğızıstan parlamentinə yeni sədr seçildi


Qırğızıstan parlamentinə yeni sədr seçildi

Qırğızıstanın birpalatalı parlamentinin (Joqorku Keneş) deputatları yeni spiker təyin ediblər və Nurlanbek Şakiyev bu vəzifəyə layiq görülüb. Ölkə parlamentinin mətbuat xidməti bu barədə məlumat yayıb.mSeçkilər gizli şəkildə keçirilib və parlamentin 80 deputatının lehinə səs verməsi nəticəsində Nurlanbek Şakiyevin yeni spiker vəzifəsinə təyinatı təsdiqlənib. Xatırladaq ki, Nurlanbek Şakiyev 2021-ci ildə parlamentin deputatı kimi seçilib.
5-10-2022, 18:18
Rusiyadan Azərbaycan və Ermənistanla bağlı önəmli mesaj


Rusiyadan Azərbaycan və Ermənistanla bağlı önəmli mesaj

Rusiya Azərbaycan və Ermənistanla üçtərəfli formatda işləməyə davam edəcək. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bildirib. Onun sözlərinə görə, hamıya məlum olan, 2020 və 2021-ci il müqavilələrinə əsaslanan üçtərəfli mexanizmlər var:"Biz bu formatları yüksək qiymətləndirir və böyük əhəmiyyət veririk. Biz bu formatlarda işləməyə davam edəcəyik. Rusiya Federasiyasının sülhməramlıları, sərhədçiləri hər iki tərəflə əlaqə saxlayır, işləyirlər. Bu isə sabitliyin qorunmasında və vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasında mühüm amildir".
5-10-2022, 18:11
Bu ölkələr Ukraynanın NATO-ya üzv olmasını istəyir


Bu ölkələr Ukraynanın NATO-ya üzv olmasını istəyir

Ukraynanın NATO-ya üzvlüklə bağlı ərizəsi artıq 11 ölkə tərəfindən dəstəklənib. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib."Biz Ukraynanın NATO-ya daxil olması prosesinə başlayırıq və onu sona çatdıracağıq. Rəsmi müraciətimiz artıq NATO-nun Brüsseldəki mənzil-qərargahındadır. Ərizəmiz Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya da daxil olmaqla, 11 ölkə tərəfindən açıq şəkildə dəstəklənib", - deyə Andrey Yermak bildirib. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski 30 sentyabrda NATO-ya qısa zamanda üzv olmaq üçün müraciət olunduğunu bəyan etmişdi. Lakin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirmişdi ki, hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı işlərin həyata keçirilməsi üçün uyğun zaman deyil.
5-10-2022, 17:53
Rusiya yenə dinc sakinləri vurdu - Ölənlər var


Rusiya yenə dinc sakinləri vurdu - Ölənlər var

Ötən sutka ərzində Rusiya ordusu Ukraynada daha 5 dinc sakini öldürüb, 14 nəfəri isə yaralayıb. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko "Telegram" kanalında paylaşım edib."Rusiya Federasiyası Silahlı Qüvvələrinin aqressiv hücumları nəticəsində Donetsk vilayətində 5 nəfər ölüb, 6 nəfər yaralanıb, Zaporojye vilayətində isə 4 nəfər yaralanıb. Xarkov və Xerson vilayətlərindəndə də yaralananlar olub. Belə ki, Xarkovda 3, Xersonda isə 1 nəfər yaralanıb", - deyə Timoşenko vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!