Prokuror hakim sevgilisini güllələdi .....                        Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası azaldıldı .....                        Sabiq Prezidenti üçün edam cəzası tələb olunur .....                        Dövlət xidmətinə rəis müavini təyin edildi .....                        Qusarda məktəbli qızları maşın vurdu .....                        Azərbaycan və İtaliya siyasi məsləhətləşmələr aparıb .....                        Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı .....                        Ağdərənin Aşağı Oratağ kəndində görülən işlər - FOTO .....                        Atəşkəsdən sonra Qəzzada 100-dən çox uşaq ölüb .....                       
10-09-2025, 15:35
Okeanın dərinliyində şirin su ehtiyatı tapıldı


Okeanın dərinliyində şirin su ehtiyatı tapıldı

Alimlər Atlantik okeanının dərinliklərində yerləşən Nyu-Cersidən Menə qədər ABŞ-ın şərq sahili boyunca uzanan geniş, gizli şirin su qatının olduğu güman edilən sualtı təbii anbar aşkar ediblər.
Bu əlamətdar tapıntı təxminən 50 il əvvəl gözlənilməz bir kəşfin təkrarıdır. Həmin vaxt minerallar və karbohidrogenlər axtaran ABŞ hökumət gəmisi bu ölkənin şimal-şərqində dəniz dibində aparılan qazıntı zamanı şirin suya rast gəlmişdi. Bu ilkin sürprizə əsaslanaraq, qabaqcıl qlobal tədqiqat ekspedisiyası olan “Expedition 501” bu yay Keyp Koddan yola çıxıb. Duzlu suyun altında qazma işləri aparan qrup minlərlə nümunə götürərək burada nəhəng sualtı su anbarının mövcudluğunu təsdiqləyib.
Ekspedisiyanın rəhbəri Brendon Daqan bildirib ki, bu, dünyanın dayaz duzlu sularında mövcud olduğu bilinən bir çox gizli şirin su anbarlarından biridir.
Kolorado Mədən Məktəbinin geofiziki və hidroloqu Daqan əlavə edib: “Biz cəmiyyət üçün daha çox şirin su tapmaq üçün hər cür imkanlardan istifadə etməliyik”.
Tədqiqat qrupları Yer üzündə şirin su axtarılacaq son yerlərdən birini araşdırıb. Onlar bu yeri tapıblar və yaxın aylarda bütün dünyada öz laboratoriyalarında onun təxminən 50 min litrini təhlil edəcəklər. Alimlər onun mənşəyinin sirrini - suyun buzlaqlardan, quruda əlaqəli yeraltı su sistemlərindən və ya hər hansı bir birləşmədən gəldiyini araşdırırlar. Eyni zamanda, tədqiqat qrupu qeyd edir ki, suyun kimə məxsus olduğu, ondan kimin istifadə edəcəyi və təbiətə hədsiz zərər vermədən necə çıxarılacağı da müzakirə olunur. Əgər sonuncu mümkün olarsa, onda suyu kütləvi şəkildə ictimai istifadə məqsədilə sahilə çıxarmaq üçün illər lazım olacaq.
BMT-nin hesablamalarına görə, beş ildən sonra təmiz suya qlobal tələbat tədarükü 40 faiz üstələyəcək. İstiləşmə, iqlim böhranı, dəniz səviyyəsinin yüksəlməsi sahillərdəki şirin su mənbələrini tükəndirir, süni intellekt və bulud hesablamalarını gücləndirən məlumat mərkəzləri isə hədsiz dərəcədə su istehlak edir.
10-09-2025, 13:48
Polşa Belarus sərhədinə hərbi texnika toplayır


Polşa Belarus sərhədinə hərbi texnika toplayır

Polşa Ordusu Belarus sərhədinə hərbi texnika toplayır.
Bu barədə Polşanın “Birinci Milli” dövlət telekanalı məlumat yaayıb.
Telekanalın yaydığı kadrlarda hərbi texnika kolonlarının ümumi istifadə üçün nəzərdə tutulan yollarda sərhədə doğru hərəkət etdiyi görünür.
Məlumatda bildirilir ki, bu hadisə Varşavada NATO-nun 4-cü maddəsinin tətbiqi imkanlarının müzakirəsi ilə eyni vaxta təsadüf edib. Sözügedən maddə alyans üzvlərinə təhlükəsizlik təhdidi yarandıqda məsləhətləşmələr aparma imkanı verir.
10-09-2025, 00:11
“Üçüncü dünya müharibəsi başlayıb”


“Üçüncü dünya müharibəsi başlayıb”

Üçüncü dünya müharibəsi artıq başlayıb və ABŞ imperiyası dünyaya öz siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu sırımaq üçün xüsusi müharibə planı həyata keçirir.
Bunu Venesuela Prezidenti Nikolas Maduro bildirib.
“Papa Fransisk hələ iki il əvvəl deyirdi ki, biz üçüncü dünya müharibəsinə doğru gedirik. Mən hesab edirəm ki, o artıq başlayıb. ABŞ imperiyası dünyaya öz hegemonluğunu diktə etmək üçün müharibə planına malikdir”, - deyə Maduro vurğulayıb.
Xatırladaq ki, 2022-ci ilin avqustunda Roma Papası Fransisk (2025-ci ilin aprelində vəfat edib) bəşəriyyətin “üçüncü dünya müharibəsini yaşadığını” bəyan edib. 2024-cü ilin mayında isə o, qlobal vəziyyəti yenidən bu ifadə ilə xarakterizə edib.
"Reuters"in məlumatına görə, 19 avqustda ABŞ Hərbi Dəniz Qüvvələrinin üç esminesi, atom sualtı qayığı və raket kreyseri, həmçinin 4,5 min hərbçisi Venesuela sahillərinə, Karib hövzəsinin cənub hissəsinə göndərilib. Rəsmi izahata görə, məqsəd “narkokartellərə qarşı əməliyyatlar” aparmaq olub.
"The New York Times" yazır ki, ABŞ Prezidenti Donald Tramp Latın Amerikasındakı narkokartellərə qarşı hərbi güc tətbiqi barədə gizli direktiv imzalayıb. Dövlət katibi Marko Rubio isə 2 sentyabrda Venesueladan çıxmış və “narko-terrorçu təşkilata” məxsus olduğu iddia edilən gəminin məhv edildiyini, hücum nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb.
Vaşinqton Maduronu “Cartel de los Soles” adlı narkokartel ilə əlaqəli olmaqda ittiham edir. Lakin rəsmi Karakas bu qurumun mövcudluğunu qəti şəkildə inkar edir.
9-09-2025, 23:06
Makron onu baş nazir təyin etdi


[b]Makron onu baş nazir təyin etdi[/b]

Fransa siyasi səhnəsində növbəti dəyişiklik baş verib. Prezident Emmanuel Makron rəsmi olaraq Sebastian Lekornu yeni Baş nazir təyin edib.
Bu barədə məlumatı Yelisey Sarayı yayıb. Fransanın keçmiş müdafiə naziri olan Lekornu 2017-ci ildən hökumətdə təmsil olunur və Makronun yaxın müttəfiqlərindən sayılır.
Qeyd edək ki, keçmiş Baş nazir Fransua Bayrun istefa verib.
Yelisey Sarayının yaydığı bəyanatda bildirilir ki, Makron yeni Baş nazirdən parlamentdə təmsil olunan siyasi qüvvələrlə məsləhətləşmələr aparmağı, dövlət büdcəsinin qəbuluna və qarşıdakı aylar üçün vacib qərarların verilməsinə dair razılaşmalar qurmağı istəyib.
Yeni təyinat müxalifət tərəfindən kəskin tənqid edilib.
9-09-2025, 22:48
"iPhone 17" gəlir: Bakıda yenə “qırğın” olacaq - FOTO


"iPhone 17" gəlir: Bakıda yenə “qırğın” olacaq - FOTO

"Apple" şirkəti "iPhone 17" mobil telefon seriyasını ictimaiyyətə təqdim edib.
Təqdim olunan modellər arasında "iPhone 17", "iPhone Air", "iPhone Pro" və "iPhone Pro Max" yer alır.
Şirkət yeni cihazların satış qiymətlərini də açıqlayıb:

iPhone 17 – 799 dollar (təxminən 1 350 AZN)

iPhone Air – 999 dollar (təxminən 1700 AZN)

iPhone Pro – 1 099 dollar (təxminən 1 870 AZN)

iPhone Pro Max – 1 199 dollar (təxminən 2 040 AZN)

Qiymətlər ABŞ bazarı üçün nəzərdə tutulub.
Yeni nəsil "iPhone" modellərinin yaxın həftələrdə digər bazarlarda da satışa çıxarılması gözlənilir. "Apple"ın təqdimatında cihazların texniki göstəriciləri və dizayn yenilikləri barədə ətraflı məlumat verilib.
“iPhone 17” seriyası bütün dünyada olduğu kimi Azərbaycanda da böyük maraqla gözlənilir. ABŞ-da qiymətlər açıqlansa da, yeni modellərin ölkəmizdə nə vaxt satışa çıxarılacağı və rəsmi qiymətləri hələ bəlli deyil. Ancaq əvvəlki təcrübə göstərir ki, Azərbaycanda telefonlar ənənəvi olaraq rəsmi qiymətdən 2-3 dəfə baha satılır.
Bakıda ilk satış günləri adətən xüsusi canlanma ilə yadda qalır. İllərdir müşahidə olunur ki, yeni “iPhone” modelləri satışa çıxarılan kimi mobil telefon mağazaları qarşısında uzun növbələr yaranır. Bu dəfə də istisna olmayacaq, xüsusən də gənclər və texnologiya həvəskarları yenilikləri ilk əldə edənlər sırasında olmaq üçün böyük maraq göstərəcəklər.
Ekspertlərin müşahidələrinə görə, “iPhone 17” seriyası ilə bağlı ilk partiyaların yenə də sürətlə satılması gözlənilir. Ən çox tələbat “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərinə olacaq. Çünki bu modellər kamera, batareya və süni intellekt imkanlarına görə daha güclü funksiyalar təklif edir.
Yüksək qiymətlərə baxmayaraq, Azərbaycanda yeni “iPhone” modellərinin populyarlığı dəyişmir. Bunun əsas səbəblərindən biri də telefonun status simvolu kimi qəbul olunmasıdır.

9-09-2025, 20:52
İsrailin hücumunda HƏMAS liderinin oğlu ölüb


İsrailin hücumunda HƏMAS liderinin oğlu ölüb

HƏMAS hərəkatı İsrailin Qətərdə rəhbərliyə məxsus qərargaha endirdiyi hava zərbəsi nəticəsində təşkilat liderlərindən Xəlil əl-Həyyanın oğlu Həmmam əl-Həyya və onun ofisinin direktorunun həlak olduğunu təsdiqləyib.
Bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Sühəyl əl-Hindi “Əl-Cəzirə”yə açıqlamasında bildirib.
O, HƏMAS rəhbərliyin hücumdan sağ çıxdığını deyib. Onun sözlərinə görə, hücumda əsas məsuliyyət ABŞ-ın üzərinə düşür:
“Azad dünya bu məsələdə mövqeyini ortaya qoymalıdır. Biz ABŞ administrasiyasını bu hücuma görə məsuliyyət daşıyan tərəf hesab edirik”, - deyə əl-Hindi vurğulayıb.
Xatırladaq ki, bu gün İsrail ordusu və Şin Bet (ŞABAK) Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə məxsus qərargaha zərbə endirib. Baş nazir Benyamin Netanyahu bu qərarın Yerusəlim və Qəzzada baş vermiş terror hücumlarına cavab olduğunu bildirib.
9-09-2025, 20:30
Nazir mətbuat konfransında huşunu itirdi


Nazir mətbuat konfransında huşunu itirdi

İsveçin yeni səhiyyə naziri Elisabet Lann təqdimat zamanı huşunu itirib.
Yeni nazir mətbuat konfransında yıxılıb.
O, salondan çıxarılaraq xəstəxanaya aparılıb.
Yerli media yazır ki, Lannın qan şəkəri aşağı düşüb.

9-09-2025, 20:07
İsrail niyə Qətərə hücum edib?


İsrail niyə Qətərə hücum edib?

İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada və Yerusəlimdə baş verən qanlı terror hücumlarından sonra təhlükəsizlik qurumlarına HƏMAS rəhbərliyinin qərargahına zərbə endirmə göstərişi verib.
Bu barədə İsrail hökuməti məlumat yayıb.
Yayılan açıqlamaya görə, müdafiə naziri İsrael Kats da bu qərarı tam dəstəkləyib.
Qeyd edək ki, sentyabrın 8-eə Yerusəlimin Ramot rayonundakı avtobus dayanacağında iki silahlı şəxs insanlara atəş açıb. Onların İordan çayının Qərb sahilindən olduqları bildirilir. Hücum nəticəsində azı altı nəfər həlak olub, 15 nəfər yaralanıb. Silahlılar isə dərhal İsrail hərbçiləri tərəfindən zərərsizləşdirilib.
Hadisədən sonra Netanyahu təhlükəsizlik şurası ilə fövqəladə iclas keçirib. Burada əldə edilən əməliyyat imkanından istifadə edərək Qətərdə yerləşən HƏMAS rəhbərliyinə qarşı hərbi tədbir görülməsi qərara alınıb. Baş nazirin xidməti vurğulayıb ki, qərar bütün güc strukturlarının razılığı ilə qəbul olunub və əmrin icrası bir gün əvvəl verilmişdi.
Məlumata görə, Qətərdə hədəf alınan obyekt HƏMAS-ın yüksək səviyyəli rəhbərlərinin danışıqlar apardığı qərargah olub.
9-09-2025, 17:19
İsrail bu ölkəyə hücum etdi


İsrail bu ölkəyə hücum etdi

İsrail ordusu Qətərdə HƏMAS təşilatının vəzifəli şəxslərinin olduğu əraziyə zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet (ISA) birgə bəyanat yayıb.
"İllərdir HAMAS rəhbərliyinin bu üzvləri terror təşkilatının əməliyyatlarına rəhbərlik edir, 7 oktyabr qırğınına görə birbaşa məsuliyyət daşıyır və İsrail dövlətinə qarşı müharibə təşkil edir və ona rəhbərlik edirdilər. Zərbədən əvvəl mülki əhaliyə dəyən zərərin azaldılması, o cümlədən yüksək dəqiqlikli döyüş sursatlarının istifadəsi və əlavə kəşfiyyat məlumatlarının alınması üçün tədbirlər görülüb", - açıqlamada bildirilir.
Mətbuatı yazır ki, Qətərin paytaxtı Dohada bir neçə partlayış qeydə alınıb.
Dohada 10-dan çox partlayışın baş verdiyi deyilir.
9-09-2025, 17:03
“Z nəslinin inqilabı” - 22 nəfər öldü, yüzlərlə yaralı var


“Z nəslinin inqilabı” - 22 nəfər öldü, yüzlərlə yaralı var

Sentyabrın 8-də Nepalda sosial şəbəkələrin bloklanması etirazlara səbəb olub. İğtişaşlarla müşayiət olunan etirazların əsas hərəkətverici qüvvəsi gənclərdir.
İğtişaşlar zamanı 22 nəfər həlak olub, yüzlərlə yaralı var.
Nepalın baş naziri Şarma Oli ölkədə kütləvi etirazların qarşısını ala bilmədiyi üçün istefa verib.
“Z nəslinin inqilabı” adlanan etirazların başlamasına səbəb hökumətin "Facebook", "Instagram", "WhatsApp", "YouTube", "X", "Reddit" və "LinkedIn"ə qadağa qoymaq qərarl olub. Qərarla razılaşmayan gənclər küçəyə axışıb. Lakin etirazçıların əsas tələbləri bununla yekunlaşmayıb, onlar tezliklə korrupsiya əleyhibə şüarlar səsləndiriblər və hökuməti istefaya çağırıblar.
Gənclər uzun müddətdir korrupsiya, siyasi elitanın imtiyazlı həyatı və işsizlikdən narazılıq edirdilər. Sosial şəbəkələrin bağlanması isə stəkanı daşıran son damla olub. Hakimiyyət buna “dezinformasiya və fırıldaqçılıqla mübarizə” adı versə də, gənclər bunu söz azadlığının boğulması kimi qiymətləndiriblər.
Etirazçılar Katmanduda parlament binasına yürüş edərkən polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Qəzəblənən kütlə baş nazirin şəxsi evini və bəzi nazirlərin mülklərini yandırıb, dövlət binalarını dağıdıb. Katmandu hava limanı da yaxınlıqdakı yanğınlar səbəbindən bağlanıb.
73 yaşlı Oli prezident Ramçandra Paudelə ünvanladığı məktubda “ölkədə vəziyyəti sakitləşdirmək və siyasi yolla həll tapmaq” üçün istefa verdiyini bildirib. Prezident artıq yeni baş nazirin seçilməsi üçün danışıqlara başlayıb.
Etirazların təşkilatçıları hərəkatı “Z nəsli inqilabı” adlandırır. Onların fikrincə, bu hərəkat korrupsiyaya və hökumətin iqtisadi iflasına qarşı gənclərin üsyanıdır.
Nepalda 2008-ci ildə monarxiyanın devrilməsindən bəri siyasi sabitlik təmin edilməyib. Oli isə son 17 ildə dörd dəfə baş nazir kürsüsündə oturub. İndi isə ölkə yenidən qeyri-müəyyənlik və xaosa sürüklənib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!