Ərdoğan İlham Əliyevə zəng etdi .....                        İranda seçkinin tarixi açıqlandı .....                        Quterreş Rəisiyə görə başsağlığı verdi .....                        Hidayət Heydərov dünya çempionu oldu .....                        Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə .....                        Putin müdafiə nazirinə yeni müavin təyin etdi .....                        Rəisinin helikopteri niyə qəzaya uğrayıb? .....                        Sahibə Qafarova latviyalı həmkarı ilə görüşdü - FOTO .....                        Mincivana 3 min 146 nəfər köçürüləcək .....                       
6-11-2023, 15:59
Ukraynanın müdafiə nazirinin keçmiş müavini şübhəli şəxs elan edildi


Ukraynanın müdafiə nazirinin keçmiş müavini şübhəli şəxs elan edildi

Ukrayna Təhlükəsizlik Xidməti ölkənin müdafiə nazirinin keçmiş müavinini şübhəli şəxs elan edib.
Söhbət artıq istintaq təcridxanasında olan Vyaçeslav Şapovalovdan gedir.


6-11-2023, 14:55
Aİ Qəzza zolağına humanitar yardımı artırır


Aİ Qəzza zolağına humanitar yardımı artırır

Avropa İttifaqı Qəzza zolağına humanitar yardımı 25 milyon avroyadək artıracaq.
Bunu Brüsseldə Aİ Komissiyasının sədri Ursula fon der Leyen deyib.
Beləliklə, yardım 100 milyon avroya çatdırılacaq.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. İndiyədək hər iki tərəfdən minlərlə insan həyatını itirib.
6-11-2023, 14:33
Qazaxıstanın müdafiə naziri Türkiyəyə səfər etdi


Qazaxıstanın müdafiə naziri Türkiyəyə səfər etdi

Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov Türkiyəyə səfər edib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
O, türkiyəli həmkarı Yaşar Gülerlə görüşüb. Güler rəsmi dəvəti ilə səfərə gələn naziri hərbi qarovulla qarşılayıb.
Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Rəsmi tədbirdən sonra tərəflər nazirliyin binasına daxil olaraq müzakirələrə başlayıblar.
6-11-2023, 14:17
İsrail Qəzza zolağının cənubunda dəhliz açdı


İsrail Qəzza zolağının cənubunda dəhliz açdı

İsrail Müdafiə Qüvvələri noyabrın 6-da Səlahəddin şossesi boyunca Qəzza zolağının cənubuna dəhliz açıb.
Bu barədə ordunun sözmüsü Aviçai Edri məlumat verib.
"Şimal bölgələrinin sakinləri yerli vaxtla saat 10:00-dan 14:00-a qədər dəhlizə boyunca evakuasiya edə bilərlər", - o qeyd edib.
Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. İsraildə 1,4 min, Fələstin tərəfində isə 9.5 min nəfərin öldüyü bildirilir.
6-11-2023, 14:08
Peskov Putinin seçkilərdə namizədliyiylə bağlı açıqlama verdi


Peskov Putinin seçkilərdə namizədliyiylə bağlı açıqlama verdi

"Putin yeni prezidentlik müddətinə namizədliyi ilə bağlı hələ heç bir açıqlama verməyib".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, kampaniya hələ elan edilməyib.
Belə ki, o, mənbələrə istinadən Putinin 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəldiyini yazan "Reuters" nəşrinin materialını şərh edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin gələn həftə Qazaxıstana səfər edəcək.
5-11-2023, 21:54
İranın ali dini lideriylə HƏMAS-ın rəhbəri görüşdü


İranın ali dini lideriylə HƏMAS-ın rəhbəri görüşdü

İranın ali dini lideri Əli Xamenei HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
İsmayıl Haniyə görüş zamanı İran liderinə Qəzza zolağındakı hazırkı vəziyyət və anklavdakı “sionistlərin cinayətləri”, eləcə də İordaniyanın İordan çayının qərb sahilindəki vəziyyətin inkişafı barədə məlumat verib.
5-11-2023, 21:03
İstanbulda içməli su 20 faizədək azalıb


İstanbulda içməli su 20 faizədək azalıb

Bu il İstanbulda yağıntıların azalması nəticəsində şəhəri içməli su ilə təmin edən on hövzənin üçündə doluluq səviyyəsi 3, digər yeddisində isə 20 faizədək azalıb.
Yaranan vəziyyətin səbəbi kimi şəhərin son illərin ən böyük quraqlıqlarından biri ilə üzləşməsi, uzun illər ərzində yağıntıların orta səviyyədən aşağı düşməsi və temperaturun iqlim normasından çox olması göstərilir.
İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına əsasən, şəhərin əsas su rezervuarlarından olan Büyükçekmece gölü də quraqlığın ciddi təsirlərinə məruz qalıb. Belə ki, göldə ötən ilin eyni dövründə 46,64 faiz olan suyun həcmi bu il 3,97 faizə düşüb. Bu, son 11 ilin ən aşağı göstəricisidir.
Mütəxəssislər yaranmış vəziyyətlə əlaqədar istanbulluların suya qənaət edərək, gündəlik istifadəni üç dəfə azaltmağı məsləhət görürlər.
5-11-2023, 19:35
Türkiyənin XİN Başçısı həmkarlarıyla Qəzzanı müzakirə etdi


Türkiyənin XİN Başçısı həmkarlarıyla Qəzzanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla misirli və iordaniyalı həmkarları Sami Şükri ilə Eymen Safedi arasında telefon danışığı olub.
Telefon danışıqları Türkiyənin İsrail ilə Fələstin arasında davam edən qarşıdurmanın sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylər çərçivəsində baş tutub.
Danışıqlar zamanı İsrail-Fələstin münaqişəsində təcili atəşkəsin elan edilməsi və bölgəyə humanitar yardımların çatdırılması barədə fikir mübadiləsi aparılıb.
Hakan Fidanın misirli həmkarı ilə telefon söhbətində bölgəyə humanitar yardımların fasiləsiz və davamlı çatdırılmasının vacibliyi vurğulanıb.
5-11-2023, 18:11
Qəzza zolağında ölənlərin sayı 10 minə çatır


Qəzza zolağında ölənlərin sayı 10 minə çatır

Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 9 770 nəfərə çatıb.
Bu barədə HAMAS-ın tabeliyində olan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Qəzza zolağında həlak olanların azı 4 800-ü uşaqdır.
5-11-2023, 17:50
İranın müdafiə naziri ABŞ-ni hədələdi


İranın müdafiə naziri ABŞ-ni hədələdi

İran müdafiə naziri Mohammad Reza Aştiani ABŞ-ni hədələyib.
O, bildirib ki, ABŞ Qəzza zolağında müharibəni dayandırmalı və atəşkəsi təmin etməlidir.
Mohammad Reza Aştiani deyib ki, bu, ABŞ-ə tövsiyələridir:
“Əgər Qəzza zolağında müharibəni dayandırmasalar və atəşkəsi təmin etməsələr, ABŞ ciddi zərbə alacaq”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!