Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
4-11-2023, 16:35
İsrail tərəfi ilə heç bir əlaqəm yoxdur - Ərdoğan


İsrail tərəfi ilə heç bir əlaqəm yoxdur - Ərdoğan

“Hazırda İsrail tərəfi ilə heç bir əlaqəm yoxdur”.
Bunu jurnalistlərə Qazaxıstandan qayıdarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın İsrail tərəfi ilə yanaşı, Fələstin və HƏMAS ilə də danışıqlar aparır.
“Deyə bilərəm ki, Benyamin Netanyahu heç kimin danışa biləcəyi həmsöhbət deyil, biz onu silmişik”, - Ərdoğan İsrailin baş naziri haqda bildirib.
4-11-2023, 16:12
Blinkendən Livanın Baş nazirinə təşəkkür


Blinkendən Livanın Baş nazirinə təşəkkür

ABŞ dövlət katibi Antoni Blinken Livanın baş naziri səlahiyyətlərini icra edən Nəcib Mikatiyə ölkəsini İsraillə müharibədən kənarda saxlamaq səylərinə görə təşəkkür edib.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Blinken livanlı həmsöhbətinə deyib ki, əslində bu, Livan xalqının istəmədiyi müharibədir.
ABŞ dövlət katibi Vaşinqtonun Qəzza zolağında mülki şəxslərə humanitar yardım göstərmək səylərini də müzakirə edib.
3-11-2023, 20:55
Rusiya və İranın XİN Başçıları danışıqlar apardı


Rusiya və İranın XİN Başçıları danışıqlar apardı

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlar aparıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə olunub.
Lavrov Abdullahianla Qəzza zolağında davam edən silahlı qarşıdurmadan narahat olduqlarını bildiriblər.
3-11-2023, 18:26
Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyıq - Almaniya XİN


Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyıq - Almaniya XİN

Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok Ararat Mirzoyanla mətbuat konfransında deyib.
O bildirib ki, rəsmi Berlin ərazi bütövlüyünü sülhün bərqərar edilməsinə yönəlmiş bütün danışıqlar üçün əsas hesab edir.
“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərdə sabitlik və təhlükəsizliyin bərqərar olması, danışıqların davam etdirilməsi üçün şərait yaratmaq istəyirik”, - nazir vurğulayıb.
3-11-2023, 17:19
Putin: “Xaricdəki fiqurların mövqeyi təəccüblüdür”


Putin: “Xaricdəki fiqurların mövqeyi təəccüblüdür”

Rusiya prezidenti Vladimir Putin Mahaçqala hava limanında iğtişaşların təşkilində “xarici fiqurların” əli olduğunu deyib.
Putin "okeanın o tayındakıları" günahlandırıb.
Onun sözlərinə görə, bu işə “qanun çərçivəsində” cavab vermək lazımdır.
"Xaricdəki fiqurların mövqeyi təəccüblüdür - onlar İsraili dəstəkləyirlər, amma burada yəhudi qırğınlarını təşkil etməyə çalışırlar, bu, sadəcə olaraq iyrəncdir", -Putin iddia edib.
3-11-2023, 16:22
Mirzoyan alman həmkarıyla görüşdü


Mirzoyan alman həmkarıyla görüşdü

Almaniyanın xarici işlər naziri Analena Berbok ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
Bu barədə "Armenpress" məlumat yayıb.
Nazirlər öncə təkbətək, daha sonra geniş tərkibdə görüşəcək.
Görüşlərdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.
3-11-2023, 16:12
HƏMAS girovlarla bağlı İsraillə “tam kompromis”ə hazırdır


HƏMAS girovlarla bağlı İsraillə “tam kompromis”ə hazırdır

HƏMAS girovlarla bağlı İsraillə “tam kompromis”ə hazırdır.
Bunu HƏMAS radikal hərəkatının Siyasi Bürosunun üzvü Qazi Həməd deyib.
Onun sözlərinə görə, HƏMAS hərbi əsirləri İsrail həbsxanalarındakı hərəkat nümayəndələri ilə dəyişməyə hazırdır, digər variantlar nəzərdən keçirilmir.
“Biz bu insanların evlərinə qayıtmasını istəyirik. Üstəlik, məhbuslarımızın indi evlərinə getmələrini istəyirik. Ona görə də hesab edirəm ki, indi biz tam kompromisə hazırıq, bütün girovların - həm hərbçilərin, həm də mülki şəxslərin azad edilməsinə və bütün məhbusların İsraildəki təcridxanalardan azad edilməsinə dair sazişin bağlanmasına hazırıq”, - deyə o bildirib.
3-11-2023, 15:58
Ərdoğan Tokayevə TOGG elektromobili hədiyyə etdi


Ərdoğan Tokayevə TOGG elektromobili hədiyyə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə TOGG elektromobili hədiyyə edib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının X Zirvə Toplantısından sonra Türkiyəyə qayıtmaq üçün Nursultan Nazarbayev adına Hava Limanına gedib, burada Tokayevə TOGG təqdim edib.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib. TOGG 2023-cü ilin yanvar-avqust aylarında T10X modeli ilə 3 min 400 tədarükü tamamlayaraq elektrikli avtomobil seqmentinin lokomotiv markası olmağı bacarıb.

3-11-2023, 14:19
İranda güclü yanğın - 32 nəfər öldü


İranda güclü yanğın - 32 nəfər öldü

İranın şimalındakı Gilan əyalətinin Ləngərud şəhərində yerləşən narkoloji reabilitasiya mərkəzində güclü yanğın baş verib.
Hadisə nəticəsində azı 32 nəfər ölüb, 16 nəfər yaralanıb.
İlkin araşdırmalara görə, yanğına səbəb qızdırıcının alışması olub. Yanğın daha sonra mərkəzin qalan hissəsinə sıçrayıb.
Hadisəyə görə mərkəzin direktoru və bir neçə digər məsuliyyətli şəxs həbs edilib.
3-11-2023, 13:03
Mirziyoyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi


Mirziyoyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.
Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk Dünyasının Ali Ordenini təqdim edib.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!