"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
11-01-2024, 21:37
Ermənistanda bu qanuna dəyişiklik ediləcək


Ermənistanda bu qanuna dəyişiklik ediləcək

Ermənistanda fəxri adlar ləğv ediləcək.
Bu barədə Ermənistan ədliyyə nazirinin müavini Armenuhi Arutyunyan məlumat verib.
O qeyd edib ki, “Dövlət mükafatları və fəxri adlar haqqında” qanuna dəyişikliklər ediləcək
Nazir müavininin sözlərinə görə, bu gün Ermənistan 17 fəxri ad var: “Məsələn: Xalq artisti, əməkdar artist, əməkdar jurnalist, əməkdar mədəniyyət xadimi. Onların hamısı ləğv ediləcək".
11-01-2024, 19:13
Baş nazir beşinci dəfə ölkə hökumətinin başçısı oldu


Baş nazir beşinci dəfə ölkə hökumətinin başçısı oldu

Banqladeşin Baş naziri, Avami Liqası (Xalq Liqası) partiyasının lideri xanım Şeyx Hasina beşinci dəfə ölkə hökumətinin başçısı olub. İnaqurasiya mərasimi onun partiyasının yanvarın 7-də keçirilən parlament seçkilərində qələbəsindən sonra Dəkkədə prezident iqamətgahında baş tutub.
Yaranmış ənənəyə uyğun olaraq, Şeyx Hasina ölkə prezidenti Şahabuddin Çuppunun iştirakı ilə and içib. Parlament seçkiləri nəticəsində Avami Liqası partiyası qanunverici orqandakı mövcud 298 yerdən 222-ni əldə edib.
Şeyx Hasina 36 nəfərdən ibarət kabinet təklif edib. Baş nazirdən sonra nazirlər də and içiblər.
Şeyx Hasina kimdir?
Bu il 77 yaşı tamam olacaq Baş nazir Banqladeşin ilk prezidenti Mucibur Rəhmanın qızıdır. 1975-ci il avqustun 15-də baş vermiş hərbi çevriliş zamanı Rəhman və ailə üzvləri güllələnir. Həmin vaxt Şeyx Hasina əri və kiçik bacısı ilə Almaniyada idi. O, persona non-qrata elan edilir və altı il siyasi sığınacaq aldığı Hindistanda yaşayır.
1996-cı ildə Avami Liqasının seçkilərdə qələbəsindən sonra Şeyx Hasina ilk dəfə hökumətə rəhbərlik edərək, Xalidə Ziyadan (1991-1996) sonra Baş nazir vəzifəsini tutan ikinci qadın və tam beş illik müddəti başa vuran ilk Baş nazir oldu. 2007-ci ildə o, korrupsiya və rüşvətxorluq ittihamı ilə mühakimə olunaraq bir il həbs cəzası çəkdi, sonra səhhətinə görə azad edildi və müalicə üçün ABŞ-a getdi.
Şeyx Hasina 2008-ci ilin dekabrında, parlament seçkiləri ərəfəsində Banqladeşə qayıtdı. Seçkilərin nəticələrinə görə, Avami Liqası qalib gəldi və 2009-cu ilin yanvarında Şeyx Hasina yenidən Baş nazir oldu. O, bu vəzifəni 2014, 2018 və 2024-cü il seçkilərində də saxladı. Beləliklə, Şeyx Hasina Banqladeş tarixində ən uzun müddət hakimiyyətdə olan hökumət başçısıdır.
Müxalifət və bir sıra Qərb ölkələri Şeyx Hasinanı avtoritar idarəetmə tərzinə görə tənqid edir və onun kabinetini insan haqlarını pozmaqda təqsirləndirirlər. Baş nazir azı 22 sui-qəsd cəhdindən sağ çıxıb. Hökumət başçısı bütün ittihamları rədd edir, Qərb dövlətlərinin fikrini nəzərə almadan yaxın illərdə firavan ölkə qurmaq niyyətində olduğunu bildirir.
9-01-2024, 17:42
Japarov Türkiyənin XİN Başçısını qəbul etdi


Japarov Türkiyənin XİN Başçısını qəbul etdi

Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, H.Fidan Qırğızıstanda səfərdədir. O, daha əvvəl həmkarı Cinbek Kulubayevlə görüşüb.

9-01-2024, 15:17
Fransada təhsil naziri Baş nazir təyin olundu


Fransada təhsil naziri Baş nazir təyin olundu

Fransanın təhsil naziri Qabriel Attal ölkənin Baş naziri təyin edilib.
Bu barədə Yelisey sarayı məlumat yayıb.
Bildirilir ki, Fransa Prezidenti Emmanuel Makron onu vəzifəyə gətirib. O, ölkə tarixində Nazirlər Kabinetinin ən gənc rəhbəri olub.
Qeyd edək ki, Attal 34 yaşındadır. O, bir müddət əvvəl homoseksual olduğunu etiraf edib. O, Avropa Parlamentinin deputatı Stefan Sejorn ilə evlidir.
8-01-2024, 21:14
Fransanın Baş naziri istefa etdi


Fransanın Baş naziri istefa etdi

Fransanın Baş naziri Elizabet Born istefa verib.
Bu barədə Yelisey sarayı məlumat yayıb.
O, yeni hökumət qurulana qədər vəzifəsini davam etdirəcək.
Fransa Prezidenti Emmanuel Makron artıq baş nazirin istefasını qəbul edib və ona Fransa hökumətinin başçısı kimi fəaliyyətinə görə təşəkkür edib.
BFMTV qeyd edir ki, Nazirlər Kabinetinin yeni tərkibi və yeni baş nazirin adı “yaxın saatlarda” açıqlanacaq. Nəşrin məlumatına görə, baş nazir postuna namizədlər müdafiə naziri Sebastyan Lekornu, maliyyə naziri Bruno Le Maire, ətraf mühit naziri Kristof Beçu, təhsil naziri Qabriel Attal və Fransa Milli Assambleyasının keçmiş sədri Riçard Ferrandır.
Born 2022-ci ilin mayından Fransa hökumətinə rəhbərlik edir.
8-01-2024, 20:39
Mirzoyan ABŞ rəsmisiylə danışıqlar apardı


Mirzoyan ABŞ rəsmisiylə danışıqlar apardı

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərini, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
8-01-2024, 17:00
Belarus seçkilərə ATƏT müşahidəçilərini dəvət etməyəcək


Belarus seçkilərə ATƏT müşahidəçilərini dəvət etməyəcək

Belarus fevral ayında keçiriləcək parlament seçkilərinə ATƏT müşahidəçilərini dəvət etməyəcək.
Bu barədə Belarusun Vyanadakı beynəlxalq təşkilatlar yanında nümayəndəsi Andrey Dapkyunas videoəlaqə vasitəsilə jurnalistlərə deyib.
O, Belarusun Xarici İşlər Nazirliyinin göstərişi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Matteo Mekaççiyə bu barədə məlumat verdiyini bildirib.
Qeyd edək ki, Belarusda parlament seçkiləri bu il fevralın 25-də keçiriləcək.
8-01-2024, 16:23
Ümumdünya Səhiyyə TəşkilatI Qəzzaya dərman tədarükünü dayandırdı


Ümumdünya Səhiyyə TəşkilatI Qəzzaya dərman tədarükünü dayandırdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təhlükəsizlik təminatı ala bilmədiyinə görə, Qəzza zolağının şimalına dərman vasitələrinin tədarükünü dayandırıb.
ÜST-ün Fələstin ofisinin müvafiq açıqlaması xarici KİV-də məlumat yayılıb.
"Ağır bombardmanlar, hərəkət məhdudiyyətləri və rabitənin pozulması xüsusən, Qəzza zolağının şimalında, dərman və tibbi ləvazimatların mütəmadi və təhlükəsiz qaydada çatdırılmasını demək olar ki, mümkünsüz edib", - açıqlamada deyilir.
Bildirilib ki, bazar gününə planlaşdırılan, lakin ləğv olunan dərman tədarükü Qəzza zolağında beş xəstəxananın fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, BMT-nin məlumatına əsasən, hazırda Qəzza zolağında 36 xəstəxanadan yalnız 13-ü fəaliyyət göstərir.
8-01-2024, 15:52
Sülh və təhlükəsizliyin bərqərar olması üçün çox səy göstəririk - Kənani


Sülh və təhlükəsizliyin bərqərar olması üçün çox səy göstəririk - Kənani

İranın Cənubi Qafqaz regionundakı vəziyyət və dəhlizlərlə bağlı dəqiq mövqeyi var.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib.
“Biz region ölkələrində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün çox səy göstəririk”, - deyə Kənani qeyd edib.
8-01-2024, 13:37
Putinin dəstəklənməsi üçün 1,3 milyondan çox imza toplandı


Putinin dəstəklənməsi üçün 1,3 milyondan çox imza toplandı

Rusiyanın hazırkı prezidenti və prezidentliyə namizəd Vladimir Putinin seçki qərargahının həmsədri Maryana Lısenko bildirib ki, hazırda onun namizədliyinin dəstəklənməsi üçün 1,3 milyondan çox imza toplanıb.
Lısenko bu rəqəmin artacağına ümid etdiyini bildirib.
“Dekabrın 30-dan könüllülər ilk toplanmış sənədləri mərkəzi qərargaha çatdırmağa başlamışdılar, orada sənədlər yoxlanılır, hüquq xidməti tərəfindən işlənir və könüllülər onların sayını hesablayırlar”, - deyə Lısenko bildirib.
O xatırladıb ki, imzatoplama dekabrın 23-də başlayıb və yanvarın 31-dək davam edəcək.
Rusiyada Prezident seçkiləri martın 17-də keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!