20-12-2023, 21:24
Ərdoğan misirli həmkarıyla Qəzzanı müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı İsrail-HƏMAS müharibəsi və Qəzzaya humanitar yardım çatdırmaq səyləri müzakirə edilib.
20-12-2023, 18:41
Ermənistan “Sputnik”in ölkədəki bürosunu cəzalandırdıErmənistanın Televiziya və Radio Komissiyası Rusiyanın "Sputnik" radiosunun bu ölkədəki bürosunu cəzalandırıb.
Bu barədə radionun özü məlumat yayıb.
“Sputnik Ermənistan” bir ay müddətinə efirdən məhrum edilib. Radionun lisenziyası 30 gün müddətinə tərəfindən ləğv olunub.
Digər bir qərarla “Sputnik Ermənistan” radiosunu 500 min dram (təxminən 1200 dollar) məbləğində cərimələyib.
Cəzanın verilməsinə səbəb radionun saxta məlumat yayması və insanların şərəf və ləyaqətini alçaltması olub.
20-12-2023, 15:51
İranın XİN Başçısı HƏMAS-ın rəhbəriylə görüşdüİranın xarici işlər naziri Hüseyn Əmir Abdullaiyan Qətərdə HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki siyasi vəziyyəti, həmçinin beynəlxalq durumu müzakirə ediblər.
Abdullahian Fələstin xalqına dəstəyini ifadə edib və ABŞ-ı İsrailə yardım etdiyinə görə qınayıb.
20-12-2023, 14:50
Prezident seçkilərində onlayn səsvermə sistemi tətbiq ediləcəkRusiyada prezident seçkilərində ilk dəfə olaraq onlayn səsvermə sistemi tətbiq ediləcək.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası qərar verib.
Məlumata görə, 30 region onlayn səsvermədə iştirak edə biləcək. Moskvada da elektron səsvermədən istifadə ediləcək.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.
20-12-2023, 13:37
Rusiya və Qazaxıstan Prezidentləri görüşdüRusiya Prezidenti Vladimir Putin Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevlə görüşüb.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, görüş Moskvada baş tutub və təkbətək keçirilib.
"Bəli, o, həqiqətən də Moskvada idi, prezidentlə təkbətək görüşü olub. Biz bunu təsdiqləyə bilərik", - Peskov bildirib.
Görüşün gündəliyi açıqlanmayıb.
19-12-2023, 21:51
Yeni ildə prezident seçkiləri keçirilməyəcək - ZelenskiUkrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə prezident seçkilərini keçirməyə hazır olmadığını bildirib.
Bu barədə o, mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Ali Rada da buraxılmayacaq.
“Müharibə zamanı seçki keçirə bilməzsiniz. Biz ancaq Ukrayna qanunvericiliyinə uyğun hərəkət edə bilərik. Mən isə Ukrayna qanunlarına uyğun yaşayıram. Ən azından bunun üçün hər şeyi edirəm”, - prezident bildirib.
19-12-2023, 20:44
Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildiErmənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
İclasın gündəliyinə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər daxil edilib.
Görüşdə Ermənistan Prezidenti, hökumət və ordu rəsmiləri iştirak edib.
19-12-2023, 17:18
Ərdoğan: “Vəzifədən getməsi Netanyahunu xilas etməyəcək”Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunun vəzifəsini tərk etməsindən və İsrail Nazirlər Kabinetində dəyişikliklərdən sonra Qəzza zolağında müharibənin bitəcəyinə əminliyini ifadə edib.
Ərdoğan Macarıstandan qayıdarkən jurnalistlərə deyib:
"Bizi dinləməyən və ya Netanyahunun vəzifədən gedəcəyini deyəndə haqlı olduğumuza inanmayanlar onun getdiyini görəcəklər. Amma vəzifədən getməsi onu xilas etməyəcək. Biz onu qanuni şəkildə mühakimə edəcəyik ki, etdiyi zülmə görə cavab versin. Ümid edirəm ki, İsr ail Nazirlər Kabinetində baş verən dəyişikliklərdən sonra bu qırğın başa çatacaq”.
Ərdoğanın sözlərinə görə, Qəzza zolağındakı qətllərdə əli olan hər kəs məhkəmə qarşısında cavab verəcək.
19-12-2023, 17:03
Türkiyə və İraq XİN Başçıları görüşdüTürkiyənin xarici işlər naziri Hakan Fidan İraqdan olan həmkarı, bu ölkənin baş nazirinin müavini postunu da tutan Fuad Hüseynlə görüşüb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Görüş Hüseynin Ankaraya səfəri çərçivəsində baş tutub.
Türkiyə Xarici İşlər Nazirliyində keçirilən görüşdə iki ölkənin müdafiə nazirləri Yaşar Güler və Sabit Abbasi də qatılıblar.
19-12-2023, 16:06
Türkiyə F-16 qırıcılarının satışı ilə bağlı ABŞ-dan qarşılıq gözləyir - ƏrdoğanTürkiyə İsveçin NATO-ya üzvlük protokolunun parlament tərəfindən təsdiqlənməsi müqabilində Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı ABŞ-dan qarşılıq gözləyir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə dekabrın 18-də rəsmi səfərdə olduğu Macarıstandan qayıdarkən jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ankara, həmçinin İsveçin terrorla mübarizəyə dair verdiyi vədləri yerinə yetirməsini istəyir.
“Hesab edirəm ki, həm F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü, həm də Kanadanın öz vədlərini yerinə yetirmək məsələsində gözlədiyimiz pozitiv dəyişikliklər parlamentin bu istiqamətdə müsbət münasibətini sürətləndirəcək. Digər tərəfdən, biz İsveçin Vilnüsdə verdiyi vədlərin həyata keçiriləcəyini gözləyirik və hadisələri diqqətlə izləyirik”, - deyə Türkiyə lideri vurğulayıb.