Qənirə Paşayevanın büstü hazırlandı .....                        21-ci dəfə ölkə çempionu oldular .....                        Elgünün ailəsi intihar xəbərlərindən danışdı .....                        Xəzər dənizində zəlzələ .....                        Xırdalanda dəhşətli qətl .....                        Sahibə Qafarova Vatikandadır .....                        Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat .....                        Ərdoğan Tokayevlə danışıqlar apardı .....                        Gəncədə 18 yaşlı gənc bıçaqlandı .....                       
30-06-2023, 12:43
Luqansk vilayətinin bəzi məntəqələri işğaldan azad edildi


Luqansk vilayətinin bəzi məntəqələri işğaldan azad edildi

Ukrayna ordusu Luqansk vilayətində bəzi yaşayış məntəqələrini Rusiyanın işğalından azad edib. 18 saatdan çox davam edən döyüşlərin nəticəsində Ukrayna ordusu yeni ərazilərdə möhkəmləmib. Xatırladaq ki, iyunun 25-də Ukraynanın Britaniya istehsallı “Storm Shadow” raketləri ilə Luqanska zərbələr endirib.
Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Buradakı separatçı rejim Donbas müharibəsinin nəticəsində yaranıb.
30-06-2023, 11:29
Ruslar Zaporojye Atom Elektrik Stansiyasını tərk edir.


Ruslar Zaporojye Atom Elektrik Stansiyasını tərk edir

Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edir. Obyekti idarə edən “Rosatom” şirkətinin 3 əməkdaşı artıq ərazidən çıxıb: ““Rosatom”la müqavilə bağlayan ukraynalı işçilərə də təxliyə tövsiyə olunub. Onlar iyulun 5-dək ərazini tərk etməlidirlər”. Məlumata görə, ərazidə hərbi patrulların da sayı getdikcə azalır: “Stansiyadakı heyətə tapşırılıb ki, istənilən fövqəladə hadisə ilə bağlı Ukrayna tərəfi günahlandırılsın”.
Qeyd edək ki, Rusiya Zaporojye AES-i 2022-ci il martın 4-də işğal edib. Bu il iyunun 22-də Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, qarşı tərəf sözügedən obyektdə terror aktı törətməyə hazırlaşır.
30-06-2023, 10:53
Fransada saxlanılan etirazçıların sayı 650 nəfəri ötdü


Fransada saxlanılan etirazçıların sayı 650 nəfəri ötdü

Fransada yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrində başlayan etirazlar zamanı saxlanılanların sayı 650 nəfəri ötüb. Bunu ölkənin daxili işlər naziri Jerald Darmanen tviter hesabında yazıb. “İğtişaşların sərt şəkildə yatırılması ilə bağlı göstərişlərimə uyğun olaraq polis və jandarmlar 667 nəfəri saxlayıblar”, - o bildirib.
Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Yayılan videoda polisin “İndi başından vuracağam” ifadəsi də aydın eşidilir. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib. Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb.
30-06-2023, 10:07
ABŞ-ın İran üzrə nümayəndəsi vəzifəsindən azad edildi


ABŞ-ın İran üzrə nümayəndəsi vəzifəsindən azad edildi

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli məxfi sənədlərlə düzgün işləməməklə şübhəli bilinərək vəzifəsindən uzaqlaşdırılıb. Mellinin işi Dövlət Departamenti tərəfindən araşdırılır. Bildirilib ki, yoxlama başlayandan bir müddət sonra Melli məxfi sənədlərə çıxışını itirsə də, öz vəzifələrini yerinə yetirməyə davam edib, lakin cümə axşamı günü o, ödənişsiz məzuniyyətə buraxılıb. Robert Melli məlumatı CNN-ə təsdiqləyib: “İstintaqın təhlükəsiz və tezliklə başa çatacağını gözləyirəm”.
Qeyd edək ki, Mellinin vəzifələrini indi müvəqqəti olaraq Abram Paley icra edir.
29-06-2023, 15:56
“Vaqner”in qiyamı Putini zəiflədib - Almaniya kansleri


“Vaqner”in qiyamı Putini zəiflədib - Almaniya kansleri

"Vaqner"in başlatdığı hərbi qiyam Rusiya Prezidenti Vladimir Putini zəiflədib. Bunu "ARD" televiziyasına müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib. “Mən onun zəiflədiyinə inanıram, çünki bu, avtokratik güc strukturlarında çatların olduğunu və həmişə iddia etdiyi kimi sistemin möhkəm olmadığını göstərir”, - deyə Şolts bildirib. O, eyni zamanda Priqojinin başlatdığı üsyanla Qərbin heç bir əlaqəsinin olmadığını da söyləyib.
29-06-2023, 15:43
Kreml "Vaqner"in Afrika və Yaxın Şərqdəki bölmələrini ələ keçirməyi düşünür


Kreml "Vaqner"in Afrika və Yaxın Şərqdəki bölmələrini ələ keçirməyi düşünür

Rusiya hakimiyyəti "Vaqner" muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinin “qlobal imperiyasını” nəzarətə götürmək niyyətindədir. Bu barədə "The Wall Street Journal" qəzeti yazıb. Qeyd olunur ki, Kreml "Vaqner"in Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən bölmələrini ələ keçirmək istəyir. Nəşr diplomatlara və kəşfiyyatçılara istinadən yazır ki, Rusiyanın cənubunda baş verən hadisələrdən sonra “Moskvanın diplomatik fəaliyyətinin sıçrayışı” baş verib. Rusiya nümayəndələri Afrika və Yaxın Şərq ölkələrinə gediblər. Bildirilir ki, "Vaqner" həmin bölgələrə öz fəaliyyətini fasiləsiz, lakin yeni rəhbərliyin nəzarəti altında davam etdirəcək. Məlumata görə, Rusiya xarici işlər nazirlərinin müavinlərindən biri Dəməşqə səfər edərək Suriya prezidenti Bəşər Əsədə şəxsən “Vaqner qrupları bundan sonra orada təkbaşına fəaliyyət göstərməyəcək” deyə məlumat verib. WSJ, həmçinin yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurları Mərkəzi Afrika Respublikasının (CAR) prezidenti Faustin-Arçange Tuadereyə zəng vurub. Qeyd olunur ki, onun mühafizəçiləri arasında "Vaqner"in döyüşçüləri də var. Diplomatlar Mərkəzi Afrika Respublikasının rəhbərini Rusiyada baş verən hadisələrdən sonra şirkətin Afrikadakı fəaliyyətini dayandırmayacağına inandırıblar. Nəşrin məlumatına görə, Rusiyadan kənarda təxminən 6000 "Vaqner" döyüşçüsü bar. Onlar Mərkəzi Afrika Respublikasında mədənlərin və siyasətçilərin mühafizəsi ilə məşğul olur, neft quyularına nəzarət edir və Suriya hökumətinin nəzarəti altında olan əraziləri qoruyurlar.
29-06-2023, 12:21
Polşa ABŞ-dan 15 milyard dollarlıq zenit-raket kompleksi alır


Polşa ABŞ-dan 15 milyard dollarlıq zenit-raket kompleksi alır

Polşa ABŞ-dan 15 milyard dollar dəyərində "Patriot" zenit-raket kompleksləri alacaq. Bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb. Məlumata görə, sövdələşmə çərçivəsində 48-ə qədər "Patriot PAC-3" buraxılış qurğusu və 644-ə qədər "Patriot PAC-3 MSE" raketi, həmçinin radar və idarəetmə komponentləri satılacaq. Silah ixracına nəzarət edən Dövlət Departamenti sazişi təsdiqləyib. "Planlaşdırılan saziş Polşanın raketdən müdafiə qabiliyyətini təkmilləşdirəcək və Polşanın hərbi potensialının təkmilləşdirilməsi məqsədlərinə nail olmağa kömək edəcək, eyni zamanda ABŞ və digər müttəfiqlərlə qarşılıqlı fəaliyyət qabiliyyətini daha da artıracaq”, - açıqlamada deyilir.
29-06-2023, 10:45
Mərakeş Quranın yandırılmasından sonra səfirini geri çağırdı


[b]Mərakeş Quranın yandırılmasından sonra səfirini geri çağırdı[/b]

İsveçin paytaxtı Stokholmda müqəddəs Quran kitabının yandırılmasından sonra Mərakeş Stokholmdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə Mərakeş Xarici İşlər Nazirliyi məlumat yayıb. “Kralın göstərişi ilə İsveçin ölkədəki müvəqqəti işlər vəkili Rabata, Stokholmdakı səfir isə məsləhətləşmələr üçün geri çağırılıb”, - XİN-in açıqlamasında deyilir. Nazirlik aksiyanı “bir milyarddan çox müsəlmanın hisslərinə məhəl qoymayan məsuliyyətsiz, düşmənçilik hərəkəti” adlandırıb. İyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanındakı məscidinin yaxınlığında 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir aksiya keçirib. O, kitabın səhifələrini qoparıb, onlarla ayaqqabılarını silib və daha sonra Quranı yandırıb. İsveç hakimiyyəti bu cür hərəkətlərin qanuni olduğu bildirib, ancaq aksiyanın yersiz olduğunu vurğulayıb. Mitinqdən dərhal sonra Salvan Momikaya qarşı dini ədavətin qızışdırılması və yanğın qadağasının pozulması ilə bağlı protokol tərtib edilib. Türkiyənin Xarici İşlər Nazirliyi, parlament və hökumət üzvləri hadisəni pisləyib.
29-06-2023, 10:33
Pakistanda silahlı insident - 9 nəfər öldü


Pakistanda silahlı insident - 9 nəfər öldü

Pakistanın Xayber Paxtunxva əyalətində yaşayış binasına silahlı hücum edilib. Hücum nəticəsində 9 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə çərşənbə günü səhər saatlarında Mələkənd rayonunda baş verib. Üç silahlı şəxs yaşayış binalarından birinə soxularaq sakinlərə atəş açıb, sonra isə hadisə yerini tərk edib. Bildirilir ki, hücuma səbəb ailələr arasında mübahisə ola bilər.
29-06-2023, 00:58
ABŞ konsulluğuna hücum ölümlə nəticələndi


ABŞ konsulluğuna hücum ölümlə nəticələndi

ABŞ-ın Ciddədəki konsulluğuna hücum olub. Bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində mühafizəçi həlak olub. Diplomatik nümayəndəliyə hücum edən şəxs Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!