13 ölkənin NATO nümayəndəsi Ceyhun Bayramovla görüşdü .....                        Prodüser Təranənin cəzası azaldıldı .....                        Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi .....                        Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO .....                        Çexiya hökuməti istefa verdi .....                        Hikmət Hacıyev Böyük Britaniyanın ticarət elçisi ilə görüşdü .....                        İmişlidə yanğın - 2 nəfər zəhərləndi .....                        Əməkdar artist vəfat etdi - FOTO .....                        Saakaşviliyə yeni cinayət işi açıldı .....                       
19-11-2023, 17:23
ABŞ İsrailə lazımi sursat göndərir - Netanyahu


ABŞ İsrailə lazımi sursat göndərir - Netanyahu

“ABŞ administrasiyası 43 gündür İsrailə lazımi sursat göndərməyə davam edir”.
Bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə müdafiə naziri Yoav Gallant və hökumətin Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantzla birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
“Əziz dostumuz Co Baydenin rəhbərlik etdiyi Birləşmiş Ştatlar bizimlə ümumi maraqları güdür. Onlar bizə şəxsi sualtı qayıqlar və donanma ilə birlikdə təyyarədaşıyan gəmilər göndərdi. Lazımi döyüş sursatı isə göndərməkdə davam edir”.
Netanyahu Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli məhbusların azad edilməsinə dair razılaşmalarla bağlı yalan xəbərlərin olduğunu qeyd edərək, “Hazırda heç bir razılaşmanın olmadığını” və bir razılaşma olacağı təqdirdə bunu İsrail ictimaiyyəti ilə paylaşacaqlarını bildirib.
18-11-2023, 16:58
Qonşularla sülhə can atmaq birtərəfli proses deyil - Erməni spiker


Qonşularla sülhə can atmaq birtərəfli proses deyil - Erməni spiker

“Ermənistan Respublikası bütün region ölkələrinə münasibətləri tənzimləməyi və əməkdaşlıq təklif edərək, sülh proqramı qəbul edib”.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanda keçirilən ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı hökuməti öz xalqından sülh gətirmək və gələcək nəsillər üçün dinc yanaşı yaşama erasını təmin etmək üçün mandat alıb.
“Ona görə də Ermənistan Azərbaycanla sülh danışıqlarında konstruktiv şəkildə iştirak edir və deməyə ehtiyac yoxdur ki, qonşularla sülhə can atmaq birtərəfli proses deyil. Cənubi Qafqaz xalqlarının son onilliklərdə keçdiyi bütün çətinliklərdən sonra bu gün Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb. Ermənistan da Türkiyə ilə münasibətlərin nizamlanmasında, sərhədlərin və kommunikasiyaların açılmasında səmimi maraqlıdır və ilkin şərt olmadan danışıqlara başlayıb. Bu danışıqların yaxın gələcəkdə arzu olunan nəticələri verəcəyinə böyük ümidim var. Bölgəmizin sülhə ehtiyacı var və Ermənistan Respublikasının baxışı ən yaxşı şəkildə “Sülhün kəsişməsi” adlı layihədə ifadə olunub və bu layihə aşağıdakı kimi ifadə edilməlidir:
Regionun bütün ölkələri açıq sərhədlər, yollar və infrastrukturlarla yaşayır, iqtisadi, siyasi, mədəni cəhətdən bir-birinə bağlanır”. – A.Simonyan deyib.
18-11-2023, 16:12
ATƏT PA sədrindən Azərbaycan və Ermənistana çağırış


ATƏT PA sədrindən Azərbaycan və Ermənistana çağırış

ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycanı danışıqları davam etdirməyə və sülh sazişinin əldə edilməsi üçün yeni imkanlar axtarmağa çağırır.
Bunu noyabrın 18-də İrəvanda ATƏT PA-nın sədri Pia Kauma deyib.
O, jurnalistlərin ATƏT PA-nın payız sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirak etməməsi ilə bağlı sualını da cavablandırıb.
Kauma xatırladıb ki, Ermənistana gəlməzdən əvvəl iki gün Azərbaycanda olub və onda rəsmi Bakının sülh danışıqlarına hazır olduğu təəssüratı yaranıb.
“Onların ötürmək istədikləri mesaj budur. Məndə belə təəssürat var ki, Bakı İrəvanla danışıqları bərpa etməyə hazırdır”.
18-11-2023, 13:49
ATƏT-də Qarabağı Azərbaycanın hissəsi kimi tanıdı


ATƏT-də Qarabağı Azərbaycanın hissəsi kimi tanıdı

Xəbər verdiyimiz kimi, ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma bu həftə Cənubi Qafqazın üç ölkəsinə səfər edib.
O, sonuncu dəfə İrəvana gedib və burada Ermənistan hakimiyyətinin müxtəlif nümayəndələri ilə görüşlər keçirib.
ATƏT-in rəsmi saytında xanım prezidentin Ermənistana səfəri barədə məlumat yayılıb. Ancaq açıqlamada "Qarabağ" toponimindən istifadə edilməyib. Bildirilir ki, Pia Kauma Ermənistan baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və xarici işlər nazirinin müavini Vahe Gevorqyanla görüşüb və əsasən sülhdən danışıb. Açıqlamada Qarabağı könüllü tərk edən ermənilər "Azərbaycandan gələn qaçqınlar" adlandırılıb və Qarabağın Azərbaycan ərazisi olduğu bir daha təsdiqlənib.
ATƏT-in mövcud reallıqları qəbul edərək rəsmi açıqlamasında Qarabağın adını çəkməməsi erməniləri məyus edib. Erməni mətbuatında və sosial şəbəkələrdə bunu Ermənistan diplomatiyası üçün fiasko adlandırıblar və hökumətə qarşı ittihamlar səsləndirilib. Təşkilatın rəsmi açıqlaması ilə bu linkdən tanış olmaq olar.
Qeyd edək ki, Pia Kaumanın Bakıya səfərindən sonra yayılan açıqlamada da Azərbaycanın Qarabağ üzərində nəzarəti bərqərar etməsi təsdiqlənmişdi.
17-11-2023, 21:57
Özbəkistana məxsus Mİ-8 helikopteri qəzaya düşdü


Özbəkistana məxsus Mİ-8 helikopteri qəzaya düşdü

Özbəkistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri qəzaya uğrayıb.
Hadisə Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda baş verib.
Hadisə nəticəsində ekipaj üzvləri həlak olub.
Qeyd edək ki, Kattakurqan poliqonu Özbəkistanda 2019-cu ilin noyabrında açılmış ən böyük hərbi poliqondur.
17-11-2023, 21:14
Türkiyə və Almaniya rəhbərləri Qəzzadakı vəziyyəti müzakirə etdi


Türkiyə və Almaniya rəhbərləri Qəzzadakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan alman həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Görüşdə Qəzzadakı vəziyyət, Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələr və qlobal problemlər müzakirə edilib.
17-11-2023, 20:35
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 7 iddiasını rədd etdi


Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 7 iddiasını rədd etdi

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 17 noyabr 2023-cü il tarixli qərarı ilə Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-ni rədd edib.
Məhkəmə Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiq edib.
Məhkəmə Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini rədd edib.
Məhkəmə Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edib. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir.
Məhkəmə Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfəri və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq barədə iddiasına əhəmiyyət verməyib, bununla da, beynəlxalq təşkilatların bölgəyə girişi ilə bağlı ölkəmizə qarşı bütün iddiaları mahiyyətcə əsassız edib.
Məhkəmənin Azərbaycan tərəfindən mədəniyyət abidələrinin və artefaktlar ilə bağlı Ermənistanın iddialarını rədd etməsi Azərbaycanın həyata keçirdiyi müsbət tədbirlərin təsdiqidir.
Məhkəmə müvafiq ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib.
Azərbaycanın İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiya (CERD) öhdəliklərinin pozuntusu Məhkəmə tərəfindən təsdiqlənməyib və Ermənistanın bu iddiası da rədd edilib.
17-11-2023, 18:20
Ərdoğan Almaniyada səfərdədir


Ərdoğan Almaniyada səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada səfərdədir.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Onun təyyarəsinin artıq Berlinə çatdığı qeyd edlib.

17-11-2023, 17:34
Paşinyan ATƏT PA-nın rəhbəriylə görüşdü


Paşinyan ATƏT PA-nın rəhbəriylə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT PA-nın rəhbəri Pia Kauma ilə görüşüb.
Görüş Kaumanın İrəvana səfəri çərçivəsində baş tutub.
Qeyd edək ki, ATƏT PA-nın sessiyası ilk dəfə olaraq İrəvanda keçiriləcək.
17-11-2023, 17:21
SSRİ dövründə macar dili və təhsiliylə bağlı vəziyyət daha yaxşıydı - Orban


SSRİ dövründə macar dili və təhsiliylə bağlı vəziyyət daha yaxşıydı - Orban

"SSRİ dövründə Zakarpatiyada (Ukraynanın qərbində macar azlığın yaşadığı bölgə - red.) macar dili və təhsili ilə bağlı vəziyyət Ukrayna dövründəki vəziyyətindən yaxşı idi".
Bunu Macarıstanın baş naziri Viktor Orban yerli RTL nəşrinə deyib.
Onun sözlərinə görə, Ukrayna bölgədəki macarları “cəzalandırmaqda davam edir”, ona görə də Budapeşt onlara kömək edəcək. Orban bir daha deyib ki, Macarıstan müharibədə Ukraynaya kömək etməyəcək.
“Beynəlxalq səviyyədə tanınmış hərbi məqsəd olmadan müharibə vəziyyətində olan bir ölkəyə kömək etmək çox çətindir”, - o, fikrini belə əsaslandırmağa cəhd edib.
Bundan əvvəl Budapeşt dil qanunvericiliyinə görə Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını əngəlləmək niyyətində olduğunu bəyan etmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!