Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi .....                        İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK .....                        Yeni gömrük yığımları tətbiq ediləcək .....                        Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI .....                        Kuba lideri Trampa cavab verdi .....                       
9-03-2024, 12:52
"F-16" qırıcılarının Türkiyəyə tədarükü prosesi başlayıb - Hakan Fidan


"F-16" qırıcılarının Türkiyəyə tədarükü prosesi başlayıb - Hakan Fidan

"F-16" qırıcılarının Türkiyəyə tədarükü prosesi başlayıb.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib.
Nazir qeyd edib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı iradə ortaya qoyub: "Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək".
Onun sözlərinə görə, həmçinin F-35 qırıcıları ilə də bağlı proses davam edir.
8-03-2024, 21:55
Zelenski: “Ukraynaya verdiyi etibarlı dəstəyə görə Türkiyəyə minnətdaram”


Zelenski: “Ukraynaya verdiyi etibarlı dəstəyə görə Türkiyəyə minnətdaram”

Ukrayna Prezidenti Volodimir Zelenskinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə müzakirə ediləcək mövzulardan biri ukraynalı məhbusların azad edilməsi olacaq.
Bu barədə Prezident Zelenski tviter səhifəsində yazıb.
“Mən Prezident Rəcəb Tayyib Ərdoğanla görüşə başladım. Ukraynaya verdiyi etibarlı dəstəyə görə Türkiyəyə minnətdaram”, - deyə Ukrayna Prezidenti əlavə edib.
Danışıqların başlanması kontekstində Prezident bildirib ki, Ukrayna, Türkiyə və bütün region, həmçinin qlobal ərzaq təhlükəsizliyi Qara dənizdə naviqasiyanın qeyd-şərtsiz təhlükəsizliyini tələb edir. “Biz birlikdə çalışmaqla buna nail ola bilərik”, - deyə Zelenski vurğulayıb.
O, həmçinin deyib ki, Ukrayna Türkiyə müdafiə sənayesi şirkətləri ilə ikitərəfli əməkdaşlığın və istehsalın gücləndirilməsində maraqlıdır.
Eyni zamanda, Zelenski qeyd edib ki, Ukrayna Rusiyanın əlində olan hərbi əsirlərin və bütün ukraynalıların, o cümlədən Krım tatarlarının azad edilməsində Türkiyənin köməyinə ehtiyac duyur.
8-03-2024, 20:56
Türkiyənin XİN Başçısı Blinkenlə Qəzzadakı vəziyyəti müzakirə etdi


Türkiyənin XİN Başçısı Blinkenlə Qəzzadakı vəziyyəti müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Görüş Vaşinqtonda keçirilib. Məlumata görə, görüşün gündəliyində əsas mövzu Qəzzadakı vəziyyət olub.
"Qəzzada yaranan ağır vəziyyət beynəlxalq ictimaiyyətin günahsız insanların iztirablarını dayandırmaq üçün təcili tədbirlər görməsini tələb edir", - Hakan Fidan deyib.
8-03-2024, 16:10
Zelenski Türkiyədə səfərdədir


Zelenski Türkiyədə səfərdədir

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Zelenski və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə Atatürk hava limanına enib.
Səfər çərçivəsində Zelenski Ərdoğanla görüşəcək.
7-03-2024, 22:24
Hakan Fidan ABŞ görüşündə Ermənistan-Azərbaycanı müzakirə etdi


Hakan Fidan ABŞ görüşündə Ermənistan-Azərbaycanı müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Görüş zamanı Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunub.
Tərəflər iki ölkə arasındakı münasibətlərdə əldə olunacaq irəliləyişin Cənubi Qafqaz üçün həlledici olacağını vurğulayıb.
Tərəflər Qəzzadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsini də müzakirə edib.
7-03-2024, 22:08
Papikyan Rəisi ilə görüşdü


Papikyan Rəisi ilə görüşdü

Ermənistan müdafiə naziri Suren Papikyan Tehrana iki günlük rəsmi səfəri çərçivəsində İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Bu barədə Papikyan özünün feysbuk səhifəsində yazıb.
“Görüş zamanı biz Ermənistan və İran arasında əməkdaşlıq, o cümlədən müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə etdik.
Biz regional təhlükəsizliklə bağlı məsələlərə öz yanaşmalarımızı təqdim etdik”, - Papikyan bildirib.
7-03-2024, 18:20
Paşinyanla Ərdoğan daim əlaqə saxlayırlar - Mirzoyan


Paşinyanla Ərdoğan daim əlaqə saxlayırlar - Mirzoyan

Ermənistan Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daim əlaqə saxlayırlar.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Anadolu"ya müsahibəsində deyib.
O qeyd edib ki, bu əlaqələr ölkələr arasında münasibətlərdə müsbət dinamikanı təmin edir,
Nazir deyib ki, tərəflər indi sərhəddəki tarixi körpünün bərpası layihəsini müzakirə edir, sərhəd bölgəsində infrastruktur və yolların tikintisi ilə bağlı da razılıq əldə olunub.
7-03-2024, 18:20
Paşinyanla Ərdoğan daim əlaqə saxlayırlar - Mirzoyan


Paşinyanla Ərdoğan daim əlaqə saxlayırlar - Mirzoyan

Ermənistan Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daim əlaqə saxlayırlar.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Anadolu"ya müsahibəsində deyib.
O qeyd edib ki, bu əlaqələr ölkələr arasında münasibətlərdə müsbət dinamikanı təmin edir,
Nazir deyib ki, tərəflər indi sərhəddəki tarixi körpünün bərpası layihəsini müzakirə edir, sərhəd bölgəsində infrastruktur və yolların tikintisi ilə bağlı da razılıq əldə olunub.
7-03-2024, 16:43
Norveç Ukraynaya 140 milyon avro ayırdı


Norveç Ukraynaya 140 milyon avro ayırdı

Norveç Avropa İttifaqından kənarda Ukrayna üçün artilleriya sursatlarının alınması üçün 140 milyon avro ayırıb.
Bu barədə UNIAN məlumat yayıb.
Hökumətin mətbuat xidməti bildirib ki, pul Çexiyanın 155 və 122 mm çaplı 800 min mərmi almaq təşəbbüsünə yönəldiləcək.
Əvvəllər təşəbbüsə Almaniya, Latviya, Litva, Hollandiya, Danimarka, Kanada və Fransa da maliyyə dəstəyi göstərib.
5-03-2024, 21:51
Fələstin Prezidenti Türkiyədə səfərdədir


Fələstin Prezidenti Türkiyədə səfərdədir

Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas Türkiyədə səfərdədir.
O, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüşdə Qəzzadakı son vəziyyət müzakirə olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!