“Fənərbaxça” – “Qalatasaray” derbisi - Tarix məlum oldu .....                        ATƏT-dən Minsk Qrupu barədə AÇIQLAMA .....                        Nepalda yeni hökuməti o quracaq .....                        NATO “Şərqin mühafizəçisi” əməliyyatına başlayır .....                        30 terrorçu öldürüldü .....                        Mirzoyan Türkiyə diplomatla görüşdü .....                        Xalq artisti palataya köçürüldü .....                        Rusiyaya qarşı səbrim tükənir - Tramp .....                        BDU-da yeni tələbə təqaüdü təsis edildi .....                       
8-06-2025, 14:03
Ukraynanın Donetsk vilayətinə kütləvi atəş - 4 ölü, 9 yaralı


Ukraynanın Donetsk vilayətinə kütləvi atəş - 4 ölü, 9 yaralı

Ukraynada Donetsk vilayətində Rusiya Silahlı Qüvvələrinin atəşi nəticəsində son sutka ərzində dörd mülki şəxs ölüb.
Bu barədə Ukraynanın Milli Polisinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
“Dörd ölü və doqquz yaralı dinc sakin: Donetsk polisi Rusiyanın atəşlərinin nəticələrini qeydə alıb. Bir sutka ərzində Rusiya cəbhə xətti və yaşayış massivinə 3 449 zərbə endirib", - məlumatda deyilir.
Qeyd olunub ki, 72 mülki obyekt, o cümlədən 38 yaşayış evi dağıntıya məruz qalıb, avtomobillər, təhsil müəssisələri və mağazalar zərər görüb.
Bundan başqa, 8 iyun gecə yarısından sonra Rusiya Kramatorsk, Lıman, Vısokopillya, Krınıtsya, Stepanivka, Şevçenko yaşayış məntəqələrinə 15 atəş həyata keçirib. Kramatorsda bir nəfərin yaralandığı bildirilir.
8-06-2025, 13:12
Qazaxıstanın müdafiə və nəqliyyat nazirləri işdən çıxarıldı


Qazaxıstanın müdafiə və nəqliyyat nazirləri işdən çıxarıldı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Ruslan Jaksılıkovu, eləcə də əvvəllər töhmət verdiyi nəqliyyat naziri Marat Karabayevi tutduğu vəzifədən azad edib.
Bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Yeni müdafiə naziri vəzifəsinə əvvəllər nazir müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanov təyin edilib.
Dövlət başçısının mətbuat xidməti hələlik Qazaxıstan Nəqliyyat Nazirliyinin yeni rəhbərinin kim olacağı barədə məlumat verməyib.
8-06-2025, 11:37
Məşhur tiktoker hava limanında saxlanıldı


Məşhur tiktoker hava limanında saxlanıldı

ABŞ Miqrasiya Xidməti dünyanın ən məşhur tiktokeri Xabi Leym Las-Veqas hava limanında vizası bitdiyinə görə saxlayıb.
Məlumata görə o saxlanıldığı gün azadlığa buraxılıb, sonra isə könüllü olaraq ölkəni tərk edib.
Qeyd edək ki, Leym UNICEF-in xoşməramlı səfiri və 162 milyondan çox abunəçisi olan ən məşhur “TikTok” bloggeridir.
8-06-2025, 11:23
Vens artıq Maskı tənqid etməyəcək - Tramp YASAQLADI


Vens artıq Maskı tənqid etməyəcək - Tramp YASAQLADI

ABŞ Prezidenti Donald Tramp körpüləri yandırmamaq üçün vitse-prezident Cey Di Vensə sahibkar İlon Maskı tənqid etməyi yasaqlayıb.
Bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı Vensə “ictimai şəkildə özünü necə aparmasında diplomatik olmağı” məsləhət görüb, Mask və onun Trampla son mübahisəsi ilə bağlı sosial şəbəkələrdəki ifadələrini nəzərdə tutub.
“Tramp Vensin kəskin cavabının vəziyyəti gərginləşdirməsini istəmirdi – bu strategiya körpüləri yenidən qurmaq üçün imkan saxlayırdı”, – qəzet yazır.
Daha əvvəl bildirilmişdi ki, Ağ ev Trampı və Maskı dəstəkləyən yüksəkvəzifəli məmurlardan münaqişədə tərəf seçməyi tələb etməyə başlayıb.
7-06-2025, 20:39
İranda internet tamamilə kəsilib


İranda internet tamamilə kəsilib

İranın bütün ərazisində internet demək olar ki, tamamilə kəsilib.
Bu barədə "NetBlock" beynəlxalq internet monitorinq xidməti "Telegram" kanalında məlumat yayıb.
"İnsident daha erkən silsilə qismi nasazlıqlardan sonra olub və İsraillə hərbi gərginliyin artması fonunda bir neçə günlük raket zərbələrindən sonra baş verib", - deyə məlumatda bildirilir.
7-06-2025, 17:23
Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi


Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi

Rusiyaya məxsus Su-35 qırıcısı şənbə günü səhər Kursk vilayətində vurulub.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Rusiya tərəfi hadisə ilə bağlı rəsmi məlumat verməyib.
Müharibədə Rusiya tərəfdarı teleqram kanalları təyyarənin vurulduğunu təsdiqləyib.
Qeyd edək ki, təyyarənin dəyəri 55 milyon dollardan çoxdur.
7-06-2025, 16:55
İlon Mask qalmaqallı postunu sildi


İlon Mask qalmaqallı postunu sildi

Milyarder İlon Mask "X" hesabında yazdığı və Donald Trampın qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə adının hallandığını iddia etdiyi paylaşımı silib.
Linkə keçid edilən zaman yazının artıq mövcud olmadığı bildirilir.
Qeyd edək ki, İlon Mask daha əvvəl etdiyi paylaşımda Donald Trampın Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə adının keçdiyini iddia etmişdi.
"Əsl bombanı atmağın vaxtı gəldi: Prezident Donald Trampın Epşteyn işində adı keçir. Bu, faylların ictimaiyyətə açıqlanmamasının əsl səbəbidir. Gününüz xeyirli olsun, Donald Tramp!" - deyə Mask paylaşımında bildirmişdi.
7-06-2025, 15:52
Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar


Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar

Fələstin tərəfdarları Helsinkidə Müdafiə Nazirliyinin binasının fasadına boya atıblar.
Məlumata görə, iki şübhəli hadisə yerindən qaçıb.
"Hadisəyə görə məsuliyyəti Palestine Action təşkilatı öz üzərinə götürüb. Təşkilat Qəzzada müharibəyə və Finlandiya Müdafiə Nazirliyinin İsrailin hərbi sənaye şirkətləri ilə əməkdaşlığına qarşıdır", - nəşr yazır.
7-06-2025, 13:40
Ukrayna ilk ballistik raketi sınaqdan keçirdi


Ukrayna ilk ballistik raketi sınaqdan keçirdi

Ukraynanın ballistik raketi son dərəcə uğurla sınaqdan keçirilib. Demək olar ki, raket 300 km məsafə qət edərək Rusiya komandanlığını məhv edib.
Bunu “Espreso”nun efirində hərbi ekspert, Ordu, Konversiya və Silahsızlanma Araşdırmaları Mərkəzinin direktoru Valentin Badrak deyib.
"2022-ci ilin mayında yeni raket proqramı işə salındı, lakin bunların prioritet olmasına baxmayaraq, Strateji Sənaye Nazirliyi onu kifayət qədər zəif həyata keçirdi. Sonda iyulda ilk uğurlu sınaqlar keçirildi. Bundan sonra Prezident Zelenski konkret olaraq ballistik raket - onun yaradılması və tamamlanma ehtimalı haqqında danışmağa başladı", - deyə ekspert bildirib.
Ekspert qeyd edib ki, Ukrayna 2024-cü ilin iyul ayından bu raket proqramını lazımi qaydada idarə edir. Layihənin həyata keçirilməsinə müdafiə nazirinin müavini general Anatoli Kloçko cavabdehdir. Müdafiə Nazirliyində Raket Proqramlarına Dəstək Baş İdarəsi yaradılıb.
"Hesab edirəm ki, kurator yaxşı seçilib və proqram digər proqramlardan ayrılıb, hər bir raket sisteminin və raket nomenklaturasının öz kuratoru və öz meneceri var - bu müsbət haldır. Bildiyimə görə, sınaqlar mayın ortalarında keçirilib, onlar son dərəcə uğurlu hesab olunurlar”, - deyə Badrak əlavə edib.
O qeyd edib ki, bundan sonra raket istehsala buraxılır. Müdafiə Nazirliyi ilə Strateji Sənaye Nazirliyinin işi sinxronlaşdırılıb.
7-06-2025, 13:11
Paşinyan üçün daha bir rəqib - Ermənistanda nə baş verir?


Paşinyan üçün daha bir rəqib - Ermənistanda nə baş verir?

Xəbər verdiyimiz kimi, Ermənistanda baş nazir Nikol Paşinyanın impiçment ehtimalı ilə bağlı siyasi proseslər yeni mərhələyə qədəm qoyub.
Müxalifətdə olan və keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublika” partiyası Paşinyana qarşı impiçment təşəbbüsünü gündəmdə saxlayır və artıq yeni baş nazir postuna öz namizədini də müəyyənləşdirib. Məlumata görə, partiya yaxın günlərdə rəsmi olaraq Armen Aşotyanın namizədliyini irəli sürəcək.
Ermənistan müxalifətinin digər qanadı - sabiq prezident Rober Köçəryana yaxın olan "Şərəfim var" fraksiyası impiçment prosesi çərçivəsində Masis (Uluxanlı) şəhərinin rəhbəri David Hambardzumyanı baş nazir postuna namizəd kimi irəli sürüb.
Bu barədə fraksiya rəhbəri Hayk Mamicanyan məlumat verib.
Hambardzumyan 39 yaşındadır. O, 2003-2007-ci illərdə İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb. 2011-ci ildən Ermənistan Respublikasının Nəzarət Palatasında müxtəlif vəzifələrdə çalışıb.
2016-cı il noyabrın 14-dən icma rəhbəri vəzifəsini icra edir. Ailəlidir, 1 qızı, 2 oğlu var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!