TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
7-02-2026, 12:18
Netenyahu Epşteynin Mossadla bağlı iddialarına cavab verdi


Netenyahu Epşteynin Mossadla bağlı iddialarına cavab verdi

İsrailin xarici kəşfiyyat xidməti Mossad ilə amerikalı maliyyəçi Ceffri Epşteyn arasında mümkün əlaqələrə dair iddialar gündəmdə qalmaqda davam edərkən, İsrail Baş naziri Benyamin Netanyahu ilk dəfə bu məsələyə münasibət bildirib.
Baş nazir açıqlamasında diqqəti keçmiş İsrail Baş naziri Ehud Barakın üzərinə yönəldib.
Epşteyn sənədlərinin beynəlxalq aləmdə geniş rezonans doğurduğu bir vaxtda İsrail uzun müddət susqun qaldığı bu mübahisə ilə bağlı ilk dəfə rəsmi mövqe ortaya qoyub. Benyamin Netanyahu Epşteynin İsrail kəşfiyyatı adından fəaliyyət göstərdiyinə dair iddiaların əsassız olduğunu bildirib və bu iddiaların məqsədli şəkildə siyasi müstəviyə daşındığını vurğulayıb.
Netanyahu qeyd edib ki, “Epşteyn Mossad üçün çalışıb” iddiaları Epşteynin ABŞ-də mövcud olan ağır cinayət işlərini arxa plana keçirmək və yanlış siyasi təsəvvür yaratmaq məqsədi daşıyır.
Baş nazirin əsas tənqid hədəfi isə keçmiş İsrail Baş naziri Ehud Barak olub. Netanyahu Epşteyn ilə Barak arasında “adi olmayan dərəcədə yaxın” münasibətlərin mövcudluğuna diqqət çəkib. Bununla belə, o vurğulayıb ki, bu yaxınlıq Epşteynin İsrail dövləti və ya onun kəşfiyyat strukturları adından fəaliyyət göstərdiyini sübut etmir.
Netanyahu açıqlamasında Ehud Barakı uzun illərdir İsrail demokratiyasına zərbə vurmağa çalışmaqda ittiham edib.
Onun sözlərinə görə, “İyirmi ildən artıq əvvəl baş vermiş seçki məğlubiyyətinin təsirindən çıxa bilməyən Barak, seçilmiş İsrail hökumətini devirmək məqsədilə anti-sionist radikal sol qüvvələrlə əməkdaşlıq edir".
7-02-2026, 01:01
Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə


Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə

Rusiyanın hücumları nəticəsində Ukrayna elektrik enerjisinin istehsal gücünün yarısını itirib və ölkənin enerji şəbəkəsinin böyük hissəsi zədələnib və ya dağıdılıb.
36 yaşlı elektrik mühəndisi Oleksandr Zinçenko Rusiyanın təkrar hücumlarından sonra Ukraynanın elektrik şəbəkəsini işlək vəziyyətdə saxlamaq üçün çalışanlardan biridir.
Onun fikrincə, müharibəni bitirmək üçün danışıqlarla bağlı yazın ortalarına, hətta yayın əvvəlinə qədər heç bir konkret addım olmayacaq:
"Çünki ruslar bizim enerji infrastrukturunu atəşə tuturlar və nədənsə elə hesab edirlər ki, bununla bizi sındıra və özləri üçün sərfəli olan şərtləri qəbul etdirməyə məcbur edə bilərlər".
Kiyev İqtisadiyyat Məktəbinin hesabatında Ukraynanın enerji sektoruna dəyən ümumi ziyanın təxminən 56 milyard ABŞ dolları ətrafında olduğu bildirilir. Bu rəqəm 2022-ci ilin fevralından 2024-cü ilin mayına qədərki dövrü əhatə edir.
Hesabatda bildirilir ki, tam bərpa üçün təxminən 50-51 milyard dollar əlavə vəsait tələb olunacaq.
Ziyan görmüş obyektlərə termoelektrik stansiyalar, hidroelektrik qurğular, paylama və ötürmə şəbəkələri daxil edilib.
Energetika naziri və dövlət rəsmiləri dəfələrlə bildiriblər ki, Rusiyanın Ukraynanın enerji obyektlərinə 30-dan çox böyük kütləvi hücumu olub.
Bu hücumlar raketlər, pilotsuz uçuş aparatları və digər silahlarla aparılır, nəticədə, enerji təsərrüfatının kritik hissələri sıradan çıxır.

7-02-2026, 00:37
Fransada gözəllik salonuna qumbara atılıb - Yaralananlar var


Fransada gözəllik salonuna qumbara atılıb - Yaralananlar var

Fransanın Qrenobl şəhərində yerləşən gözəllik salonunda qumbaranın partlaması nəticəsində altı nəfər xəsarət alıb.
Bu barədə “ici” radiostansiyası məlumat yayıb.
Məlumata görə, bir kişi cinayət yoldaşı ilə birlikdə salona daxil olduqdan sonra qumbaranı atıb. Partlayışdan sonra onlar hadisə yerindən qaçıblar. Hadisə nəticəsində vitrinin şüşələri qırılıb, altı nəfər yaralanıb. Xəsarət alanlar arasında beş yaşlı uşaq da var.
“Franceinfo” radiosunun Qrenobl prokuroru Etyen Mantoya istinadən verdiyi məlumata görə, istifadə olunan partlayıcı qurğu insanları öldürmək deyil, qorxutmaq məqsədi daşıyıb. Özəl hazırlanmış qumbarada güclü partlayıcı maddə və çoxlu metal zədələyici elementlər olmayıb.
6-02-2026, 23:30
Ekrem İmamoğlunun qaynı həbs edilib


Ekrem İmamoğlunun qaynı həbs edilib

Türkiyədə hüquq-mühafizə orqanlarının məşhurlara qarşı keçirdiyi antinarkotik əməliyyatlar çərçivəsində İstanbul bələdiyyəsinin həbsdə olan sabiq rəhbəri Ekrem İmamoğlunun qaynı Ali Kaya həbs edilib.
İstanbul Baş Prokurorluğunun keçirdiyi əməliyyat zamanı saxlanılan daha 14 nəfər də həbs olunub.
Qeyd edək ki, Ali Kaya Ekrem İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun qardaşıdır.
6-02-2026, 22:11
Sabiq nazir müavininin meyiti tapıldı


Sabiq nazir müavininin meyiti tapıldı

Rusiyanın sabiq ədliyyə nazirinin müavini Sergey Tropinin cəsədi Moskvanın mərkəzindəki mənzildə tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Tropinin ölümünün cinayət xarakteri daşımadığını bildiriblər.
6-02-2026, 21:25
ABŞ İrana qarşı hərəkətə keçdi


ABŞ İrana qarşı hərəkətə keçdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti tərəfindən İrana qarşı yeni sanksiyalar tətbiq olunub.
Sanksiyalar İran nefti, neft məhsulları və neft-kimya məhsullarının ticarəti ilə əlaqəli 15 qurumu, 2 şəxsi və 14 kölgə donanması gəmisini əhatə edir.
6-02-2026, 18:41
Rusiya Cənubi Qafqazı tamamilə itirdi


Rusiya Cənubi Qafqazı tamamilə itirdi

ABŞ-ın tanınmış siyasi analitiki, "Stratfor" analitik mərkəzinin qurucusu Corc Fridman Rusiyanın Cənubi Qafqaz üzərində nəzarətini faktiki olaraq itirdiyini bildirib.
Fridman bu fikirləri "Geopolitical Futures" podkastında səsləndirib.
Analitikin sözlərinə görə, Rusiyanın postsovet məkanındakı təsiri xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada zəifləyib. O, bunu Ukraynadakı müharibədə Moskvanın strateji uğursuzluğu ilə əlaqələndirib. Fridman qeyd edib ki, Azərbaycan, Ermənistan və Gürcüstan müstəqil siyasətlərini gücləndiriblər və hazırda ABŞ-ın siyasi təsiri bu regionda daha qabarıq görünür.
Onun fikrincə, Rusiyanın Qərb istiqamətində “təhlükəsizlik buferi” yaratmaq cəhdləri də nəticəsiz qalıb və bu proses iqtisadi amillərlə daha da dərinləşir. Analitik Hindistanın Rusiya neftindən imtinasını Moskvanın qlobal iqtisadi təsirinin azalmasının göstəricisi kimi dəyərləndirib.
Məqalədə vurğulanır ki, ABŞ-ın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və TRIPP layihəsi Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinin nəticələri kimi qiymətləndirilir. Rəsmi Moskva isə regiondan çəkilmək niyyətində olmadığını bildirsə də, proseslərin onun iştirakı olmadan irəliləməsi Kremlin narahatlığını artırır.
6-02-2026, 18:30
İrandan ABŞ ilə danışıqlara dair İLK AÇIQLAMA


İrandan ABŞ ilə danışıqlara dair İLK AÇIQLAMA

İran və ABŞ arasında keçirilən danışıqlar yaxşı başlanğıc olub.
Bunu İranın xarici işlər naziri Abbas Araqçi jurnalistlərə açıqlamasında deyib.
"Məsləhətləşmələrdən sonra qərar veriləcək, amma danışıqların davam etdirilməsi prinsipi ilə bağlı konsensusun olduğu görünür" , - o bildirib.
Qeyd edək ki, Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə danışıqlarının birinci raundu keçirilib.
6-02-2026, 16:03
15 yaşlı yeniyetməyə atəşlə qətlə yetirildi


15 yaşlı yeniyetməyə atəşlə qətlə yetirildi

İrəvanın Şenqavit rayonunda evlərdən birinin həyətində güllə yarası almış 15 yaşlı yeniyetmənin meyiti tapılıb.
İntihar ehtimalı ilə bağlı cinayət işi açılıb.
İlkin məlumata görə, meyitin yanında pnevmatik tapança aşkar edilib.
6-02-2026, 15:54
Şiələrə qarşı terror - 24 ölü, 100 yaralı


Şiələrə qarşı terror - 24 ölü, 100 yaralı

Pakistanın paytaxtı İslamabadın Tarlay rayonunda yerləşən Xədicətül-Kubra adlı şiə məscidində partlayış baş verib.
Partlayış nəticəsində azı 24 nəfər ölüb, 101 nəfər yaralanıb.
Ehtimala görə partlayışı terrorçu törədib. Özü də həlak olub. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
İslamabad polisi hadisənin detallarını araşdırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!