TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
1-02-2026, 17:52
Pakistanda 145 silahlı zərərsizləşdirildi


Pakistanda 145 silahlı zərərsizləşdirildi

Pakistanın təhlükəsizlik qüvvələri son iki gündə Bəlucistan əyalətində 145 silahlını zərərsizləşdiriblər.
Qeyd olunur ki, reydlər son illər ərzində bütün Bəlucistan boyunca terror qruplaşmaları tərəfindən törədilən ən ölümcül zorakılıq aktlarından birindən sonra həyata keçirilir.
Daha əvvəl bildirilmişdi ki, "Bəlucistan Azadlıq Ordusu" separatçı qruplaşması Pakistanın Bəlucistan əyalətində 80-dən çox insanın ölümü ilə nəticələnən silsilə hücumların məsuliyyətini üzərinə götürüb.
1-02-2026, 17:38
Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi


Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi

Avropa İttifaqı ölkələrinin hərbi attaşeləri İranı ən qısa müddətdə tərk etməlidirlər.
Bunu İran Parlamenti sədrinin rəsmi nümayəndəsi Əlirza Səlimi bildirib.
"Ölkədəki səfirliklərdə yerləşən Avropa hərbi attaşeləri ölkəni mümkün qədər tez tərk etməlidirlər: onlar terrorçudurlar. Terrorçuların ölkədə qalmasına icazə vermək mövcud qanunvericiliyə ziddir", - deyə o bildirib.
Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyi müvafiq müddəanı bu gün tətbiq etməlidir.
1-02-2026, 17:11
Rusiya doğum evini vurdu


Rusiya doğum evini vurdu

Rusiya ordusu Ukraynanın Zaporojye şəhərində yerləşən doğum evinə zərbə endirib.
Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, tibb müəssisəsinə hücum zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb. Yaralılar arasında həkim müayinəsində olan iki qadın da var. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
İ.Fyodorov tibb müəssisəsinin konkret hansı silahla vurulduğunu açıqlamasa da, hücumdan az əvvəl şəhərin "Şahed" tipli pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alındığı bildirilmişdi.
Dəqiqləşdirilmiş məlumata görə, sonuncu hücumda xəsarət alanlar 4 yaşlı uşaq və iki qadındır.
Hazırda şəhərdə hava həyəcanı siqnalı davam edir, sakinlərə sığınacaqlarda qalmaları tövsiyə olunur.
1-02-2026, 16:48
ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç


ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç

Serbiya Prezidenti Aleksandr Vuçiç növbəti 48 saat ərzində ABŞ-nin İrana zərbə endirəcəyinə inandığını bildirib.
Serbiya lideri bu açıqlamanı "Pink" televiziya kanalında verib.
"Növbəti 48 saat ərzində İrana zərbə endirilməsini və bir neçə digər mühüm hadisəni gözləyirəm. Bu günkü şərait çətindir. Əminəm ki, sülhü qorumaq öhdəliyimiz çox vacibdir", - deyə Aleksandar Vuçiç vurğulayıb.
1-02-2026, 16:30
Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var?


Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var?

ABŞ Ədliyyə Nazirliyi, məhkum edilmiş cinsi cinayətkar Ceffri Epşteynə aid milyonlarla səhifəlik sənəd, video və fotoşəkili ictimaiyyətə təqdim edərək illərdir davam edən gizliliyi böyük ölçüdə aradan qaldırıb.
Ədliyyə Nazirliyi (DOJ) tərəfindən 30 yanvar 2026-cı ildə yayımlanan bu materiallar, "Epşteyn sənədlərinin şəffaflığı aktı" çərçivəsində açıqlanan ən böyük məlumat toplusudur.

Sənədlərin məzmunu və şəriklər

ABŞ Ədliyyə Nazirliyi 30 yanvar 2026-cı il tarixində "Epşteyn sənədlərinin şəffaflığı aktı" çərçivəsində 3,5 milyondan çox sənəd, 2 000-dən çox video və 180 000-dən çox şəkli ictimaiyyətə açıqlamışdır. Bu, hökumət tərəfindən indiyə qədər edilən ən böyük açıqlamadır.
Yayımlanan 3,5 milyon səhifəlik arxivdə aşağıdakılar yer alır:

Məşhur İsimlər: Bill Qeyts, İlon Mask və Donald Tramp kimi şəxslərin Epşteynlə əlaqələrinə dair müxtəlif qeydlər və yazışmalar.
İntihar Hesabatı: Epşteynin 2019-cu ildə həbsxanadakı ölümü ilə bağlı psixoloji hesabatlar və daxili istintaq qeydləri.
Gizleyn Maksvel: Epşteynin əsas şəriki olan Maksvelin fəaliyyəti və onun 20 illik həbs cəzasına gedən yolda toplanan sübutlar.

Şahzadə Endryu üçün yeni ittiham dalğası

Açıqlanan sənədlər arasında ən çox diqqət çəkən məqam Böyük Britaniyanın keçmiş şahzadəsi Endryu (Andrew Mountbatten-Windsor) ilə bağlı yeni görüntülərdir. BBC News və CNN-in məlumatına görə, fotolarda keçmiş şahzadənin naməlum bir qadınla (üzü qaraldılmış şəkildə) etik olmayan vəziyyətdə görüntüləndiyi iddia edilir.
Eyni zamanda, 2010-cu ilə aid yazışmalar Epşteynin Endryunu 26 yaşlı bir Rusiya vətəndaşı ilə şam yeməyinə dəvət etdiyini və Bukingem sarayında "məxfilik daxilində" görüş təklif etdiyini ortaya qoyub.

Britaniya Baş nazirindən sərt reaksiya

Böyük Britaniyanın Baş naziri Kir Starmer, bu yeni dəlillərdən sonra şahzadəni ABŞ Konqresində ifadə verməyə çağırıb. Starmer bildirib ki, "qurban mərkəzli yanaşma sərgiləmək istəyən hər kəs əlindəki məlumatı paylaşmağa hazır olmalıdır".
Lakin bəzi vəkillər sənədlərdə qurbanların adlarının kifayət qədər gizlədilməməsindən narahatlıqlarını ifadə ediblər. Hazırda hüquq müdafiəçiləri və jurnalistlər sənədlərdə adı keçən, lakin hələ ki ittiham olunmayan digər "şəriklərin" kimliyini müəyyən etməyə çalışırlar.
Qeyd edək ki, Ceffri Epşteyn (Jeffrey Epstein) (1953–2019), amerikalı maliyyəçi və azyaşlıların cinsi istismarı üzrə məhkum edilmiş şəxsdir. O, yüksək səviyyəli siyasi və elita dairələri ilə əlaqələri, həmçinin yaratdığı cinsi istismar şəbəkəsi ilə dünya gündəminə gəlmişdir. Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxana kamerasında cinsi insan alveri ittihamı ilə məhkəməni gözləyərkən intihar edib. Onun əsas şəriki hesab olunan Gizleyn Maksvel (Ghislaine Maxwell) isə hazırda 20 illik həbs cəzasını çəkir.
1-02-2026, 16:06
Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı


Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı

Rusiya–Ukrayna münaqişəsinin ilə bağlı Əbu-Dabidə gözlənilən növbəti üçtərəfli danışıqlar təxirə salınıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda məlumat verib.
Onun sözlərinə görə, görüş fevralın 4-ü, 5-i tarixlərində keçiriləcək.
“Ukrayna konkret dialoqa hazırdır və biz nəticənin müharibənin real və ləyaqətli şəkildə başa çatmasına yaxınlaşdırmasında maraqlıyıq”.
Xatırladaq ki, yanvarın 23–24-də üçtərəfli formatda danışıqlar baş tutmuşdu.
1-02-2026, 15:29
Zelenski prezidentliyə namizədliyi barədə danışdı


Zelenski prezidentliyə namizədliyi barədə danışdı

Ukrayna prezidenti Volodimir Zelenski ikinci prezidentlik müddətinə namizəd olub-olmayacağını hələ də dəqiq bilmədiyini bildirib. Onun sözlərinə görə, bu məsələ Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin necə başa çatacağından asılı olacaq. Bununla belə, Zelenski bəzən bu barədə düşündüyünü də etiraf edib.
Bu barədə o, bunu “Český rozhlas Plus” radiosuna verdiyi müsahibədə deyib.
“Bəzən düşünürəm. Bəzən, bəli, düşünürəm”, – deyə Zelenski vurğulayıb. Eyni zamanda ondan müharibə bitdikdən sonra şəxsi olaraq nə etmək istədiyi ilə bağlı arzularının olub-olmadığı da soruşulub.
“Bəzən sadəcə uşaqlarımla bir az daha çox vaxt keçirmək istəyirəm. Açığı, bu gün üçün artıq harada olmasının elə də fərqi yoxdur”, – deyə Ukrayna prezidenti bildirib.
1-02-2026, 15:04
Antalyada növbəti ağır yol qəzası - 6 nəfər öldü


Antalyada növbəti ağır yol qəzası - 6 nəfər öldü

Türkiyənin Antalya vilayətində baş verən növbəti ağır yol qəzasında 6 nəfər ölüb.
Hadisə Antalya-İsparta magistral yolunda baş verib.
İki avtomobilin toqquşması nəticəsində altı nəfər ölüb, altı nəfər yaralanıb. Məlumatdan sonra hadisə yerinə çoxsaylı tibb və jandarma qrupları göndərilib.
Yaralılar xəstəxanalara aparılıblar, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Türkiyənin Antalya vilayətində baş verən qəzada 8 nəfər ölüb.
1-02-2026, 14:41
Türkiyə qoşunlarını Suriyadan yalnız bu halda çıxaracaq - 3 ŞƏRT


Türkiyə qoşunlarını Suriyadan yalnız bu halda çıxaracaq - 3 ŞƏRT

Türkiyə Suriyanın ərazisində apardığı antiterror əməliyyatları çərçivəsində yerləşdirdiyi hərbi kontingentin geri çəkilməsi üçün irəli sürdüyü şərtləri Dəməşqdəki mövcud hakimiyyətin diqqətinə çatdırıb.
Bu barədə “Türkiye” qəzetinin bazar günü dərc olunan sayında məlumat yer alıb. Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən qeyd olunur ki, Ankara Suriyanın bütün ərazisində mərkəzi hökumətin tam nəzarətinin təmin olunacağı, Türkiyə sərhədlərinin təhlükəsizliyinin qorunacağı və terror təhlükəsinin aradan qaldırılacağı halda öz qoşunlarını ölkədən çıxarmağa hazırdır.
Məqalədə həmçinin vurğulanır ki, ABŞ uzun müddətdən sonra “Suriya Demokratik Qüvvələri” adlanan qurumun əsasını təşkil edən YPG terror qruplaşmasına verdiyi dəstəyi dayandırıb.
Qəzet yazır ki, təxminən on ildən sonra Vaşinqton Ankaranın dəfələrlə səsləndirdiyi və “bir terror təşkilatına qarşı digər cinayətkar qurumdan istifadə etməyin mümkün olmadığı” fikri ilə razılaşıb. Müəllif YPG silahlılarının Suriya Demokratik Qüvvələrindən Suriya Milli Ordusuna inteqrasiyası ilə bağlı razılaşmaları və Dəməşqin bu qruplaşmaya qarşı sonrakı uğurlu əməliyyatlarını xatırladaraq qeyd edir ki, YPG-nin davranışları hətta amerikalıların da narazılığına səbəb olub.
Yazıda Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan əməliyyat bölgələrində fəaliyyət göstərən inzibati strukturların mərhələli şəkildə Suriya hökumətinin tabeliyinə verildiyi də diqqətə çatdırılır.
Ankaradakı mənbələrin sözlərinə görə, dövlət idarəçiliyi möhkəmləndikcə Suriyada əhaliyə dəstək məqsədilə Türkiyədən göndərilən mütəxəssislər tədricən geri qayıdırlar. Nümunə olaraq Afrinə yerli polisə yardım üçün göndərilən polis və jandarma əməkdaşlarının öz vəzifələrini başa vuraraq Türkiyəyə döndüyü, Afrində təhlükəsizlik nəzarətinin isə Suriya hökumətinə təhvil verildiyi bildirilib. Bununla belə, türk hərbi birləşmələri hələ də bazalarda qalmaqdadır.
Türkiyənin Milli Müdafiə Nazirliyi daha əvvəl “Sülh çeşməsi” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin nəzarət sahəsinin azaldılması ilə bağlı yayılan iddiaları dezinformasiya kimi qiymətləndirmişdi.
Nazirliyin rəsmisi qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı əməliyyatlar davam edir və bu fəaliyyət Suriya hökuməti ilə koordinasiya olunur.
1-02-2026, 14:26
Donbassdakı güzəştlər Rusiyanı dayandırmayacaq


Donbassdakı güzəştlər Rusiyanı dayandırmayacaq

Sülh müqaviləsinin bir hissəsi olaraq Donbasda hər hansı güzəşt müharibənin bitməsinə kömək etməyəcək, əksinə Rusiyaya yalnız Ukraynanın dərin ərazilərinə daha böyük bir hücuma hazırlaşmaq üçün vaxt qazandıracaq.
Analitiklərin fikrincə, Rusiyanın Ukraynanın Donetsk bölgəsi üzərində tam nəzarəti ələ keçirməkdə israr etməsi sadəcə simasını xilas etmək üçün bir hiylədən daha çox şey ola bilər.
Ekspertlər Slavyansk və Kramatorskın təslim olmasının Kiyevi şərqdəki ən güclü müdafiə xəttindən məhrum edəcəyindən ehtiyat edirlər.
Nəşrin iddiasına görə, Donetsk bölgəsinin hələ də Ukraynanın nəzarəti altında olan hissəsi cəbhənin ən möhkəmləndirilmiş hissələrindən biridir, çünki orada müdafiə strukturları Rusiyanın tammiqyaslı işğalından çox əvvəl, 2014-cü ildən bəri tikilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!