TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
31-01-2026, 13:14
İranda internet bərpa olundu


İranda internet bərpa olundu

İran daxilində etirazlar səbəbindən 8 yanvarda kəsilən internet bağlantısı tam şəkildə bərpa olunub.
İranın xəbər saytları da normal fəaliyyətə keçib.
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında tacirlərin rəhbərliyi ilə başlayan etirazlar yerli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən ölkənin müxtəlif bölgələrinə yayılıb.
8 yanvarda paytaxt Tehranda keçirilən etiraz aksiyaları zamanı baş verən hadisələrin şiddətlənməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırıb.
31-01-2026, 12:29
İnterpolun axtardığı türkiyəli Gürcüstanda saxlanıldı


İnterpolun axtardığı türkiyəli Gürcüstanda saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları "İnterpol" tərəfindən qırmızı bülletenlə axtarışda olan Türkiyə Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü M.İ.-ni saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, saxlanılan şəxs Türkiyə Respublikası tərəfindən 2025-ci ilin dekabr ayından etibarən qəsdən adam öldürmə ittihamı ilə axtarışda olub.
Əlavə edilib ki, saxlanılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.
31-01-2026, 11:50
Səudiyyə ABŞ-ın İrana hücumunu dəstəkləyir


Səudiyyə ABŞ-ın İrana hücumunu dəstəkləyir

Vaşinqtonda bağlı qapılar arxasında keçirilən brifinq zamanı Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Amerikanın İrana mümkün hücumunu dəstəkləyib.
Bu barədə “Axios” portal görüşdə iştirak edən dörd mənbəyə istinadən məlumat yayıb.
Şahzadə bildirib ki, İran rejimi ABŞ prezidenti Donald Trampın tələblərini yerinə yetirməkdən imtina edəcəyi halda yalnız güclənəcək.
Nəşrin məlumatına görə, Səudiyyə nazirinin bağlı qapılar arxasında danışıqlar zamanı mövqeyi Ər-Riyadın ictimai ritorikasından xeyli fərqlənir. Rəsmi olaraq, Səudiyyə Ərəbistanı gərginliyin artmasına qarşı xəbərdarlıq edib və diplomatik həll yoluna çağırıb ki, bu da xüsusilə Amerika hücumunun təxirə salınmasının səbəblərindən biri olub.
Cümə axşamı şahzadə Xalid bin Salman Ağ Evdə Tramp administrasiyasının əsas rəsmiləri, o cümlədən dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Haqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə bir sıra qapalı görüşlər keçirib. Danışıqların əsas mövzusu ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının mümkünlüyü olub.
“Axios” mənbələri hesab edir ki, Ər-Riyadın mövqeyinin dəyişməsi Səudiyyə Ərəbistanının zərbə endirmək qərarının artıq Vaşinqtonda faktiki olaraq qəbul edildiyinə inanması ilə bağlıdır.
Bu vəziyyətdə krallıq "İranın suverenliyinə hörmət" barədə açıq bəyanatlara baxmayaraq, ABŞ-ın hərəkətlərinə qarşı çıxmaq istəmir.
Eyni zamanda, nəşrin Fars körfəzi bölgəsindəki mənbələri vəziyyətin hələ də dalana dirəndiyini qeyd edirlər: ABŞ-ın potensial zərbəsi əhəmiyyətli eskalasiya riskləri daşıyır, lakin imtina İranın mövqeyini gücləndirə bilər.
Nəşr şahzadə Xalid bin Salmanın sözlərini də sitat gətirib: "Bu mərhələdə zərbə endirməmək rejimi yalnız cəsarətləndirərdi".
30-01-2026, 18:23
Arakçi Ərdoğanın qəbulunda


Arakçi Ərdoğanın qəbulunda

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşüb.
Bu haqda “TRT Haber” məlumat yayıb.
Görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.
30-01-2026, 17:53
Avropa Rusiyaya sanksiyalardan 1.5 trilyon avro itirib


Avropa Rusiyaya sanksiyalardan 1.5 trilyon avro itirib

Avropa İttifaqı (Aİ) Rusiya ilə iqtisadi əlaqələrin dayandırılması səbəbindən 1,5 trilyon avro itirib.
Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko “Rossiya Seqodnya” Beynəlxalq Multimediya Mətbuat Mərkəzində keçirilən brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, bu hələ səthi hesablamadır.
Avropa İttifaqının Statistika Xidmətinin məlumatlarına əsasən, son dörd il ərzində Aİ-nin Rusiyaya ixracı 65% azalıb.
30-01-2026, 17:36
Tramp şəxsən Putindən xahiş edib


Tramp şəxsən Putindən xahiş edib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə şəxsi müraciət edərək fevralın 1-dək Kiyevə zərbələrdən çəkinməyi xahiş edib.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəli, doğrudan da, Prezident Tramp Prezident Putinə şəxsi xahişlə müraciət edərək danışıqların aparılması üçün əlverişli şərait yaratmaq məqsədilə fevralın 1-dək Kiyevə zərbələrin endirilməsindən çəkinməyi xahiş edib”,-deyə Peskov jurnalistlərə bildirib.
Kremlin nümayəndəsindən Trampın xahiş etdiyi atəşkəs müddətinə fevralın 1-i tarixinin də daxil olub-olmadığı soruşulub.
“Fevralın 1-dək”,-deyə Peskov cavab verib.
O, Putinin Trampın xahişi ilə razılaşıb-razılaşmadığı, həmçinin söhbətin bütün zərbələrin, yoxsa yalnız enerji obyektlərinə endirilən zərbələrin dayandırılmasından gedib-getmədiyi ilə bağlı suallara cavab verməkdən çəkinib.
“Artıq deyilənlərə əlavə edəcəyim detallı məlumat yoxdur. Bir daha vurğulamaq istəyirəm ki, söhbət danışıqlar üçün əlverişli şəraitin yaradılmasından gedir”,-deyə Peskov qeyd edib.
Qeyd edək ki, bir gün əvvəl Donald Tramp güclü şaxtalar səbəbindən Kiyevə zərbələrin bir həftəlik dayandırılması ilə bağlı Putinə şəxsən müraciət etdiyini bildirib. “O da bununla razılaşdı. Və deyə bilərəm ki, bu, çox xoş oldu”,-deyə ABŞ Prezidenti Nazirlər Kabinetinin iclasında vurğulayıb.
30-01-2026, 17:24
Hakan Fidan: Türkiyə inanır ki, ABŞ İrana hücum etməyəcək!


Hakan Fidan: Türkiyə inanır ki, ABŞ İrana hücum etməyəcək!

Türkiyə ABŞ-ın İsrailin təxribatlarına uymayacağına və İrana zərbə endirməyəcəyinə ümid edir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçi ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
“Biz İsrailin ABŞ-ı İrana zərbə endirməyə razı salmağa çalışdığını müşahidə edirik. İsrailin bu cəhdləri regionumuzda onsuz da həssas olan vəziyyətə ciddi zərər vərmə potensialına malikdir. Ümid edirik ki, ABŞ rəhbərliyi ağıllı və məsuliyyətli davranacaq və buna yol verməyəcək”,- Hakan Fidan deyib.
30-01-2026, 15:43
UEFA rəsmisi “Qarabağ”ı təbrik etdi


UEFA rəsmisi “Qarabağ”ı təbrik etdi

UEFA-nın baş katibinin müavini Corco Marketti "Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
O, bu barədə İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində deyib. Qurum rəsmisi Ağdam təmsilçisinin pley-off mərhələsinə vəsiqə qazanmaqla hər kəsi təəccübləndirdiyini bildirib.
Qeyd edək ki, “Qarabağ” liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.
30-01-2026, 15:15
Dünyanın ən dadlı mətbəxləri açıqlandı - Azərbaycan neçəncidir?


Dünyanın ən dadlı mətbəxləri açıqlandı - Azərbaycan neçəncidir?

2025-ci il üçün dünyanın ən ləziz və dadsız mətbəxlərinin reytinqi dərc edilib.
Araşdırmaya görə, 99 ölkə arasında ən dadlı mətbəx Yunanıstana məxsusdur. Onu İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin izləyir. Nəşr qeyd edir ki, Yunan mətbəxi sadəliyi, düzgün hazırlanması və təzə inqrediyentlərdən istifadəsi ilə seçilir.
Azərbaycan mətbəxi reytinqin ortalarında, 56-cı pillədə qərarlaşıb.
Keçmiş Sovet İttifaqı ölkələri arasında Gürcüstan ən yüksək yerdədir və 30-cu yerdə qərarlaşıb. Rusiya 34-cü, Litva 39-cu, Ukrayna 43-cü, Belarus 75-ci və Latviya 78-ci yerdədir.
Qazaxıstan və Ermənistanın yeməkləri ən zəiflər arasında yer alır. Belə ki, 99 ölkə arasında onlar 92-ci və 93-cü yerləri tutub. Ən dadsız yeməklər isə Nikaraqua, Laos və Boliviyaya aiddir.
30-01-2026, 13:40
Bu ölkə İrəvanda səfirlik açır


Bu ölkə İrəvanda səfirlik açır

Estoniya bu il İrəvanda səfirlik açmağı planlaşdırır.
Estoniya xarici işlər naziri Marqus Tsahkna bu barədə özünün X mikrobloqunda yazıb və həmçinin Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirəcəyini açıqlayıb.
"Brüssel insanları bir araya gətirmək üçün unikal bir məkandır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirdim. Başqa bir şey olmasa, bu il İrəvanda Estoniya səfirliyinin açılışında yenidən görüşəcəyik", - Estoniya xarici işlər naziri yazıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!