TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
3-02-2026, 17:34
16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur


16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur

İspaniyada 16 yaşdan kiçik uşaqların İnstaqram və TikTok da daxil olmaqla sosial mediadan istifadəsini qadağan etmək planlaşdırılır.
Ölkənin Baş naziri Pedro Sançes bu yaş qrupu üçün sosial mediadan istifadəsini qadağan etmək niyyətində olduğunu və platformalardan yaş təsdiqləməsini tətbiq etməyi tələb etdiyini açıqlayıb. O, sosial medianı dezinformasiya və nifrət nitqinin təşviq edildiyi "uğursuz dövlət" adlandırıb.
Bu təşəbbüs ümumavropa trendini izləyir. Belə ki, oxşar məhdudiyyətlər artıq Avstraliyada tətbiq edilib və Fransada təsdiqlənib. İspaniya qanunvericiliyi həmçinin platforma rəhbərləri üçün qanunsuz və ya nifrət dolu məzmunu silmədiklərinə görə hüquqi və cinayət məsuliyyəti nəzərdə tutur.
3-02-2026, 17:30
Məşhur diktor vəfat etdi


Məşhur diktor vəfat etdi

Sovet televiziya aparıcısı və Mərkəzi Televiziyanın diktoru, KVN-nin ilk aparıcısı Svetlana Jiltsova 89 yaşında vəfat etdi.
Bu haqda onun həmkarı, televiziya aparıcısı Andrey Malaxov Telegram kanalında yazıb.
"Bir əfsanə dünyasını dəyişdi: Svetlana Jiltsova bir dövrün səsi və siması, Mərkəzi Televiziyanın ən tanınan diktorlarından biri", - deyə o bildirib.
O, "Gecəniz xeyirə qalsın, balaca uşaqlar!", "Zəngli saat" və "İlin mahnısı" kimi ən yüksək reytinqli verilişlərin diktoru kimi çalışıb. Jiltsova sovet televiziya aparıcısının təcəssümü hesab olunurdu.
3-02-2026, 17:07
Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır


Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müxalifəti birləşdirmək istədiyini bildirib.
O bunun asan olmayacağını deyib.
Onun sözlərinə görə, qarşıdan gələn parlament seçkilərində Respublika partiyasının iştirakı ilə bağlı hələlik konkret qərarlar qəbul edilməyib.
"Əsas məqsəd hazırkı baş nazir Paşinyanın vəzifədən kənarlaşdırılması olaraq qalır. Müxalifəti birləşdirmək çox çətin bir işdir. Və biz vahid siyahı şəklində iştirak etməkdən danışmırıq. Amma görəcəyik", - o deyib.
3-02-2026, 16:42
Məşhur fəvvarəyə giriş pullu oldu


Məşhur fəvvarəyə giriş pullu oldu

Romada turistlərin adətən sikkə atdığı məşhur Trevi fəvvarəsinə yaxınlaşmaqla bağlı yeni qərar qəbul edilib.
Yeni qaydalara əsasən, saat 09:00-dan 22:00-dək fəvvarəyə girmək istəyənlər 2 avro ödəməli olacaqlar.
Beş yaşadək uşaqlar, əlilliyi olan şəxslər və Roma şəhərinin sakinləri bu ödənişdən azaddırlar. Gecə saatlarında və səhər tezdən isə fəvvarəyə yenə də pulsuz yaxınlaşmaq mümkün olacaq.
Şəhər rəhbərliyinin hesablamalarına görə, bilet satışından ildə 6,5–20 milyon avro gəlir əldə olunacaq. Toplanan vəsaitin texniki xidmət xərclərinə və işçi heyətinin əməkhaqlarına yönəldilməsi planlaşdırılır.
Turistlərin fəvvarəyə atdığı sikkələr isə əvvəlki kimi katolik xeyriyyə təşkilatı “Caritas di Roma”ya təhvil veriləcək.
Qeyd edək ki, hər il Trevi fəvvarəsindən ümumilikdə təxminən 1,5 milyon avro dəyərində sikkə çıxarılır. Bu vəsaitin ehtiyacı olan insanlara yardım üçün istifadə olunduğu deyilir.
3-02-2026, 16:08
NATO Ukraynaya qoşun göndərməyə hazırlaşır - Baş katib


NATO Ukraynaya qoşun göndərməyə hazırlaşır - Baş katib

NATO baş katibi Mark Rutte bildirib ki, Avropa orduları sülh razılaşması əldə edildikdən dərhal sonra Ukraynada yerləşdiriləcək
Ali Radada çıxış edən baş katibin sözlərinə görə, Qərb ölkələrindən ibarət "könüllülər koalisiyası" müharibədən sonrakı təhlükəsizlik zəmanətləri məsələsində irəliləyiş əldə edib.
"Sülh razılaşması əldə edilən kimi, razılığa gələn NATO üzvləri dərhal silahlı qüvvələr, havada təyyarələr və dəniz dəstəyi göndərəcək".
O əlavə edib ki, digər NATO üzvləri başqa yollarla Ukraynaya kömək edəcəklər.
2-02-2026, 17:06
Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb


Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb

Son həftə ərzində şaxtalı hava şəraiti nəticəsində Nyu-York şəhərində on dörd nəfər həlak olub.
Yerli mediada yayılan bu məlumat şəhər meri Zöhran Mamdani tərəfindən də təsdiqlənib. İlkin məlumata görə, ölənlərdən səkkizi hipotermiya səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, yanvarın 25-də güclü qar fırtınası nəticəsində Nyu-Yorka rekord miqdarda qar yağıb. Merin sözlərinə görə, küçələrin buzdan təmizlənməsi üçün 188 milyon funt duzdan istifadə olunub.
Şəhər administrasiyası evsizlərə kömək üçün müxtəlif tədbirlər həyata keçirib. Onlar üçün təknəfərlik sığınacaqlar və isitmə məntəqələri açılıb. Həmçinin şəhər daxilində isitmə xidmətləri təklif edən 20 avtobus yerləşdirilib.
2-02-2026, 16:53
Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür


Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür

Ermənistanın Baş naziri Nikol Paşinyan 4 fevralda Əbu-Dabidə keçiriləcək 2026-cı il İnsan Qardaşlığı Zayed Mükafatı mərasimində iştirak edəcək.
Bu barədə Baş nazirin sözçüsü Nazeli Baqdasaryan bildirib.
Baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Əbu-Dabidə ikitərəfli görüşün planlaşdırılıb-planlaşdırılmadığı sualına Baqdasaryan belə cavab verib:
"Elan etdiyim kimi, mükafatlandırma mərasimi ilə bağlı məlumatım var və Nikol Paşinyanın iştirak edəcəyini təsdiqləyirəm".
Qeyd edək Azərbaycan Prezidenti İlham Əliyev İnsan Qardaşlığı Zayed Mükafatı mərasimində iştirak etmək üçün artıq Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib.
2-02-2026, 16:40
McDonald's qiymətləri 15% artırdı


McDonald's qiymətləri 15% artırdı

İsraildə McDonald's yenidən qiymətləri qaldırıb.
Əvvəlki qiymət artımından cəmi on ay sonra populyar məhsullar 10-15% artıb.
Məsələn, McRoyal-ın qiyməti 36 şekeldən 40 şekelə yüksəlib. Əvvəllər 20 şekel olan Big Mac indi 23 şekel olacaq.
McDonald's bildirib ki, qiymət artımı İsraildə elektrik enerjisi, su və icazrə də daxil olmaqla əməliyyat xərclərinin davamlı artması ilə əlaqədardır.
2-02-2026, 16:26
Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır


Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqların aparılması barərə təlimat verib.
İran Hökumətindəki mənbə “Fars” agentliyinə bildirib ki, Prezident Pezeşkian nüvə məsələsi ilə bağlı ABŞ-la danışıqlara başlamaq əmri verib.
“Tasnim” Xəbər Agentliyinə danışan mənbənin sözlərinə görə, yaxın günlərdə İran və ABŞ-ın yüksək vəzifəli rəsmilərinin iştirakı ilə danışıqlar prosesi başlayacaq.
İran mənbəsi bildirib ki, "danışıqların dəqiq yeri və tarixi hələ müəyyən edilməyib və onlara çox güman ki, xarici işlər naziri Abbas Arakçi və Stiv Uikoff (ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi) sədrlik edəcək".
Bu arada, Amerika administrasiyasındakı bir mənbə "Axios"a bildirib ki, Vaşinqton belə danışıqlara açıqdır.
"Times of Israel" qəzetinin verdiyi məlumata görə, Türkiyə, Misir və Qətər Ağ Evin xüsusi elçisi Stiv Uitkof və İran rəsmiləri arasında bu həftə Türkiyənin paytaxtı Ankarada görüş təşkil etmək üzərində işləyirlər.
2-02-2026, 15:28
Kreml Rusiya-Ukrayna danışıqlarının vaxtını təsdiqlədi


Kreml Rusiya-Ukrayna danışıqlarının vaxtını təsdiqlədi

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında sülh danışıqları üzrə görüş 4-5 fevral tarixlərində keçiriləcək.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski də eyni tarixləri açıqlayıb.
Bu görüş 1-2 fevral tarixlərində keçirilməliydi, amma təxirə salınıb.
Yanvarın 23-24də Abu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında təhlükəsizlik məsləhətləşmələrinin ilk günü baş tutub. Rusiya danışıqlar qrupuna Silahlı Qüvvələrin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib. Üçtərəfli işçi qrupun Ukrayna tərəfinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!