TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
1-02-2026, 14:13
ABŞ-nin İrana təcavüzü regional münaqişəyə çevriləcək - Xamenei


ABŞ-nin İrana təcavüzü regional münaqişəyə çevriləcək - Xamenei

"ABŞ-nin İrana qarşı hərbi təcavüzü yalnız iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq, regional miqyaslı genişmiqyaslı münaqişəyə çevriləcək".
Bunu İran İslam Respublikasının ali rəhbəri Əli Xamenei deyib.
Agentliyik onun sözlərindən sitat gətirib: “Amerikalılar bilməlidirlər, əgər onlar müharibəyə başlasalar, bu dəfə bu müharibə regional səviyyədə olacaq”.
O əlavə edib ki, İran xalqı ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə böyük həcmdə silah göndərilməsi ilə bağlı bəyanatlarından qorxmamalıdır. “Biz müharibələrə başlamırıq və heç bir ölkəyə hücum etmək niyyətində deyilik. Lakin İrana hücum edən və zərər yetirən hər kəsə İran xalqı sərt cavab verəcək”, – deyə İran lideri vurğulayıb.
Qeyd edək ki, yanvarın 26-da prezident Tramp “nəhəng bir armadanın” İran istiqamətində hərəkət etdiyini bəyan edib. O, Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” saziş imzalayacağına ümid etdiyini bildirib. ABŞ lideri xatırladıb ki, ötən ilin iyununda ABŞ İran İslam Respublikasının nüvə obyektlərinə zərbələr endirib və bu əməliyyat “Gecəyarısı çəkici” adlandırılıb. Tramp xəbərdarlıq edib ki, “növbəti hücum daha da ağır olacaq” və “buna yol verilməməsinə” çağırıb.
1-02-2026, 13:48
3400-dən çox gürcüstanlı Avropadan deportasiya edildi


3400-dən çox gürcüstanlı Avropadan deportasiya edildi

2025-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrindən 3438 Gürcüstan vətəndaşı deportasiya edilib. Gürcüstan hökuməti readmisiya müqaviləsi çərçivəsindən onlardan 15-ni qəbul etməkdən imtina edib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, deportasiya edilənlərdən 2042-si kişi, 521-i qadın və 871-i yetkinlik yaşına çatmayan şəxs olub.
Almaniya 1818 Gürcüstan vətəndaşını deportasiya etməklə siyahıda birinci yerdədir.
İkinci yerdə 543 nəfərlə Fransa, 3-cü yerdə isə 327 nəfərlə İrlandiya dayanır. Sonrakı yerləri 134 nəfərlə İsveçrə və 143 nəfərlə Yunanıstan tutur.
1-02-2026, 13:30
Meksika Kubaya neft satışını dayandırdı


Meksika Kubaya neft satışını dayandırdı

ABŞ Prezidenti Donald Tramp Meksikanın Kuba Prezidenti Klaudiya Şeynbaumla söhbətindən sonra Kubaya neft tədarükünü dayandırdığını bildirib.
O, bunu Floridaya uçuşu zamanı təyyarəsində jurnalistlərə bildirib.
"Meksika prezidenti Şeynbaum çox mehriban idi. Mən dedim ki, "Baxın, biz sizin ora daha çox neft göndərməyinizi istəmirik", və o, artıq neft göndərmir", - deyə o bildirib.
1-02-2026, 13:16
Antalyada sərnişin avtobusu aşdı - 8 ölü, 26 yaralı


Antalyada sərnişin avtobusu aşdı - 8 ölü, 26 yaralı

Türkiyənin Tekirdağ vilayətindən Antalyaya gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Bu barədə Antalya valisi Hulusi Şahin bildirib.
"İlkin məlumata görə, avtobus qəzasında səkkiz vətəndaşımız ölüb, 26 nəfər yaralanıb", - vali deyib.
Qəza bu gün səhər saat 10:30 radələrində Antalya-İsparta magistral yolunda baş verib. Belə ki, sərnişin avtobusu Antalyanın girişində əsas yoldan çıxaraq aşıb və xəndəyə düşüb.
1-02-2026, 13:03
Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən ayrıldı


Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən ayrıldı

ABŞ prezidenti Donald Trampın ötən oktyabr ayında İraq üzrə xüsusi nümayəndə təyin etdiyi amerikalı iş adamı Mark Savaya vəzifəsindən ayrılıb.
Bu barədə "Reuters" İraq mənbələrinə istinadən məlumat yayıb.
"Əvvəllər Tramp tərəfindən İraq üzrə xüsusi elçi təyin edilən Savaya artıq bu vəzifəni tutmur", - deyə nəşr bildirib.
Mənbələrə görə, Savayanın bu il yanvarın 23-də İraqa gəlməsi planlaşdırılırdı. Onun Bağdadın yüksək vəzifəli rəsmiləri ilə görüşləri gözlənilirdi, lakin iş adamı qəfildən səfərini ləğv etdi.
Agentliyin mənbələrindən birinin məlumatına görə, o, İraqın keçmiş baş naziri Nuri əl-Malikinin növbəti hökumət başçısı vəzifəsinə namizədliyinin qarşısını almaq kimi əsas vəziyyətlərin öhdəsindən gələ bilməyib, baxmayaraq ki, Tramp İraq kabinetində belə bir dəyişikliyə açıq şəkildə qarşı çıxıb.
ABŞ Dövlət Departamentindəki İraq portfeli müvəqqəti olaraq ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi Tom Barraka veriləcək.
1-02-2026, 12:27
Barak Obama həbs oluna bilər


Barak Obama həbs oluna bilər

ABŞ prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərində qələbə qazanmaq üçün guya Rusiya ilə əməkdaşlıq etməsi barədə onun ünvanına irəli sürülmüş saxta ittihamlara görə, ABŞ-nin sabiq prezidenti Barak Obamanın həbsinə çağırıb.
Bu barədə cümə günü "The American Conservative" jurnalı məlumat yayıb.
Məlumata görə, Ağ Evin rəhbəri iddia edir ki, Obama 2016-cı il seçkilərinin gedişi ilə bağlı yalan kəşfiyyat məlumatlarının saxtalaşdırılması üçün Mərkəzi Kəşfiyyat İdarəsinə şəxsən göstəriş verib. Tramp bunu sabiq prezident tərəfindən həyata keçirilməyə cəhd edilən dövlət çevrilişi adlandırıb və buna görə Obamanın məsuliyyət daşımalı olduğunu bildirib.
Jurnal qeyd edir ki, bu xəbərin yayılmasından bir neçə gün əvvəl Tramp administrasiyasının bəzi yüksək vəzifəli rəsmilərinin iştirakı ilə Federal Təhqiqat Bürosu 2020-ci il prezident seçkiləri ilə bağlı Corciya ştatının Fulton dairəsində yerləşən seçki məntəqəsindən sənədləri müsadirə edib. Qeyd edək ki, həmin seçkilərdə Demokratlar Partiyasının namizədi Co Bayden qalib gəlmişdi.
1-02-2026, 12:02
İran parlamenti Avropa ordularını terrorçu kimi tanıdı


İran parlamenti Avropa ordularını terrorçu kimi tanıdı

İran parlamenti Avropa İttifaqı ölkələrinin silahlı qüvvələrini terrorçu qruplaşmalar kimi tanıyıb.
Bu barədə "AlJazeera" məlumat yayıb.
Qərar Avropa İttifaqının İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsinə cavab olaraq qəbul edilib.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, Brüsselin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına cavab olaraq Avropa ölkələrinin silahlı qüvvələri də terrorçu qruplaşmalar hesab edilir. Parlament sədri əlavə edib ki, “bu addımların nəticələrinə görə məsuliyyət Avropa İttifaqının üzərinə düşəcək”.
Qeyd edək ki, Avropa İttifaqı Xarici İşlər Şurası yanvarın 29-da İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb və Korpusu etirazçılara qarşı qəddarlıqda ittiham edib.
1-02-2026, 11:11
Britaniyada pivə zavodları bağlanır - REKORD GÖSTƏRİCİ


Britaniyada pivə zavodları bağlanır - REKORD GÖSTƏRİCİ

Ötən il Böyük Britaniyada təxminən 140 pivə zavodu bağlanıb ki, bu da 1974-cü ildən bəri illik rekord göstəricidir.
Bu barədə Müstəqil Pivə İstehsalçıları Cəmiyyətindən (SIBA) "The Daily Telegraph" qəzetinə bildirilib.
"Kraft pivəsinə güclü tələbat olsa da, qeydlər başladığı vaxtdan bəri son bir ildə ən çox pivə zavodunun bağlanmasını müşahidə etmişik. Böyük Britaniyanın hər bir bölgəsində fəaliyyət göstərən pivə zavodlarının sayı azalır", - SIBA-nın icraçı direktoru Endi Sli bildirib.
Böyük Britaniyada artan vergilər, o cümlədən spirtli içki aksiz rüsumunun və əlavə dəyər vergisinin artırılması pivə zavodlarının bağlanmasının əsas səbəbi kimi göstərilir.
"Pivə zavodlarına və onların əsas müştərilərinə - pivəxanalara - təsir edən boğucu vergilər və qlobal pivə brendlərinin bazarda dominantlığı səbəbindən mənfəət pivə istehsalçıları üçün çətinliyə çevrilir", - Sli sonda bildirib.
1-02-2026, 10:53
Qrenlandiya danışıqları başladı - Tramp


Qrenlandiya danışıqları başladı - Tramp

ABŞ prezidenti Donald Tramp Qrenlandiya danışıqlarının başladığını elan edərək bunun həm Vaşinqton, həm də Avropa üçün yaxşı bir razılaşma olacağına ümid etdiyini deyib.
Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Danışıqlara başladıq. Ümid edirəm ki, bu, hər kəs üçün yaxşı bir razılaşma olacaq. Milli təhlükəsizlik baxımından bu, çox vacib bir razılaşmadır. Düşünürəm ki, razılaşma əldə edəcəyik", - Tramp deyib.
ABŞ prezidentinin sözlərinə görə, bir neçə məsələdə artıq razılaşma əldə edilib. O, hansı məsələdə razılıq əldə olunduğu haqda heç bir açıqlama verməyib.
1-02-2026, 09:58
Liviyada qum fırtınası - Məktəblər bağlandı


Liviyada qum fırtınası - Məktəblər bağlandı

Qum fırtınası səbəbilə Liviyanın Misrata, Zliten, Zuvara, əl-Cəmil, Zaltan və əl-Cədidə şəhərlərində təhsil müəssisələrinin fəaliyyətinə fasilə verilib.
Səhiyyə Nazirliyinin tabeliyindəki Liviya Təcili Yardım Bölməsi ölkənin mərkəzi və qərb bölgələrindəki bütün şöbələrə xəbərdarlıq edib.
Paytaxt Tripolidəki Mitiqa Beynəlxalq Hava Limanında qum fırtınası səbəbilə uçuşlar ləğv olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!