24-01-2023, 23:04
Ukraynaya “Leopard 2” tanklarını vermək niyyətimiz yoxdur - Rəsmi ÇexiyaÇexiya Ukraynaya "Leopard 2" tanklarını göndərmək niyyətində deyil. Bunu Çexiyanın Baş naziri Petr Fiala bildirib. O qeyd edib ki, Çexiya tərəfinin öz təhlükəsizliyini təmin etmək üçün tanklara ehtiyacı var. Bundan əvvəl isə Çexiyanın Müdafiə Nazirliyi ölkənin Ukraynaya tank tədarük etməyə hazır olması ilə bağlı xəbərləri təkzib edib. Xatırladaq ki, Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müttəfiqləri arasında keçirilən danışıqlarda 12 ölkə Ukrayna Silahlı Qüvvələrinə 100-ə yaxın "Leopard 2" tankının tədarükü barədə razılığa gəlib.
24-01-2023, 23:00
Belarusa heç vaxt hücum etməmişik və niyyətimiz də yoxdur - ZelenskiRusiya hərbçilərinin Belarusdan hücumu mümkündür, lakin bu hücum uğursuz olacaq. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə mətbuat konfransında deyib. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynanın hücuma hazırlaşmaq barədə bəyanatını təkzib edib. "Biz Belarusa hücum etmək fikrində deyilik və heç vaxt da etməmişik. Belə niyyətimiz yoxdur. Bu, bütün Ukrayna xalqının Belarus xalqına əsas mesajıdır”, - deyə Zelenski bildirib.
24-01-2023, 22:50
Ukrayna prezidenti bu şəhərləri “xilaskar” adlandırdıUkrayna Prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüs, Polşanın Rzeszov, Przemysl, Çexiyanın paytaxtı Praqa şəhərinə "xilaskar şəhər" statusu verib. Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, adları çəkilən şəhərlərə Ukrayna vətəndaşlarına göstərdiyi yardıma və ölkəyə verdiyi dəstəyə görə xüsusi status verilib.
24-01-2023, 22:39
Rusiya XİN Fransanı terrorda ittiham etdiRusiya xarici işlər naziri Sergey Lavrov Fransanı terrorda ittiham edib. Lavrov Fransa prezidenti Emmanuel Makronun “Burkina Fasonun fransız əsgərlərinin ölkədən çıxması tələbinin arxasında Rusiya dayanır” açıqlamasına münasibət bildirib. "Bu, xarici siyasət məsələsidir, biz başqa ölkələrin daxili işlərinə qarışmırıq. Ancaq Makronun açıqlamaları Fransanın məsələlərə müdaxilə etdiyini göstərir",- rusiyalı nazir deyib. Lavrov bir çox ölkələrdə Fransanın özəl hərbi şirkətlərinin fəaliyyət göstərdiyini xatırladıb: "Bizi Mərkəzi Afrika Respublikasında, Malidə, indi də Burkina Fasoda Fransanın maraqlarına zərbə vurmaqda ittiham edirlər. Bu, Avropa İttifaqının tətbiq etdiyi ümumi fəlsəfə və mentalitetdir. 2000-ci illərdə Ukrayna üçün də bu mentalitetdən istifadə olunub. Ukraynaya ya Rusiya, ya da Qərb deyə şərt qoyulub. Eyni məntiq Afrika qitəsində də tətbiq olunur". Bundan əlavə, Rusiya xarici işlər naziri Fransanı Afrikada terrora dəstək verməkdə ittiham edib: "Fransa Liviyada terrorçulara dəstək verməklə Afrikada hələ də müşahidə edilən terror dövriyyəsini təhrik edib. Avropalı həmkarlarımızın xarici siyasətdə hələ də “parçala, hökm sür” təfəkküründən istifadə etməsi təəssüf doğurur”.
24-01-2023, 22:29
Finlandiya prezidenti Ukraynaya səfər edibFinlandiya prezidenti Sauli Niinsto Ukraynaya səfər edib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb. "Finlandiya prezidenti Sauli Niinistonu Ukraynada qarşılayıram. Ukrayna Finlandiya dövləti və fin xalqının dəstəyini yüksək qiymətləndirir. Bu səfər üçün təşəkkür edirik!", - deyə Zelenski yazıb.
24-01-2023, 22:24
İranın cənubunda nəhəng gəmi aşıbBu gün İranın cənubunda yerləşən Buşehr vilayətinin Pars limanında Tanzaniyaya məxsus gəmi aşıb. Bunu İranın Pars limanı təhlükəsizlik, səhiyyə, ətraf mühit və fövqəladə hallar idarəsinin müdiri İbrahim Qəribi deyib. İ.Qəribinin sözlərinə görə, gəmi hər biri 27 ton olan 91 konteynerin düzgün yüklənmədiyinə görə aşıb. O əlavə edib ki, hadisə baş verdiyi ilk anlarda xilasetmə qüvvələri gəmi ekipajının bütün üzvlərini xilas ediblər.
24-01-2023, 22:21
Conson Ukraynanın NATO-ya üzvlüyünü vacib hesab edirBöyük Britaniyanın sabiq baş naziri Boris Conson Ukraynanın NATO-ya üzvlük perspektivlərindən danışıb. Conson bunun vacib olduğunu vurğulayıb. "Ukrayna aydınlıq, sabitlik və uzunmüddətli sülh naminə NATO-ya daxil olmalıdır", - deyə keçmiş baş nazir qeyd edib. Qeyd edək ki, Conson ötən həftə Ukraynaya səfər etmişdi.
24-01-2023, 22:12
BMT-nin baş katibindən Talibana çağırışBMT-nin baş katibi Antonio Quterreş Əfqanıstanda 2021-ci ilin avqustundan hakimiyyəti ələ keçirmiş Taliban qruplaşmasını qadınların təhsil hüququnu əlindən alan qərarını ləğv etməyə çağırıb. O, twitter səhifəsində bu barədə yazıb. "İndi təhsilə əlçatanlığı əngəlləyən bütün diskriminativ qanun və qərarlara son verməyin vaxtıdır. Talibanı Əfqanıstandakı qız uşaqları və qadınların orta və ali təhsilə çatımlılığına yönələn çirkin və öz-özünü baltalayan qadağanı aradan qaldırmağa çağırıram", - deyə baş katib qeyd edib. Xatırladaq ki, bu gün Beynəlxalq Təhsil Günüdür.
24-01-2023, 22:07
Ermənistan ombudsmana yeni namizəd təyin edibErmənistanda ombudsman vəzifəsinə hakimiyyətin yeni namizədinin kimliyi müzakirə olunur. “Hraparak” qəzeti öz mənbələrinə istinadən əmək nazirinin müavini Tatevik Stepanyanın bu vəzifəyə təyin olunacağını yazıb. Qəzet bildirir ki, 40 yaşlı namizəd 2020-ci ilə qədər geyim mağazalarından birində menecer işləyib. "Həmçinin onun bioqrafiyasında müxtəlif kurslar və ictimai fəaliyyətlər var", - deyə "Hraparak" yazıb. Qeyd edək ki, Ermənistanın sabiq ombudsmanı Kristine Qriqoryan dünən istefa verib.
24-01-2023, 16:13
Zelenskidən müharibənin 11-ci ayının tamamlanmasıyla bağlı paylaşımUkrayna prezidenti Volodimir Zelenski müharibənin başlamasının 11-ci ayının tamam olması ilə əlaqədar paylaşım edib. Onun paylaşımı rəsmi "Telegram" kanalında yerləşdirilib. "Bu gün tam 11 ay tamam olur ki, genişmiqyaslı müharibə gedir. 335-ci gündür. Bütün qüvvələrimizi bir şey naminə birləşdirəcəyik - qələbə. Ukraynanın qələbəsi naminə!", - deyə Zelenski yazıb. Qeyd edək ki, müharibə ötən ilin 24 fevralında başlayıb.