Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
2-03-2023, 18:26
G20 sammitində yekun bəyənnamə imzalanmadı


G20 sammitində yekun bəyənnamə imzalanmadı

G20 ölkələrinin xarici işlər nazirlərinin Hindistanda keçirilən sammitində Ukraynadakı müharibə ilə bağlı mübahisələrə görə birgə yekun bəyannamə imzalanmayıb. Dövlətlərin əksəriyyəti Rusiyanın işğalçı müharibəsini bir daha qətiyyətlə pisləyib və qoşunların Ukrayna ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb ediblər. Lakin Rusiya və Çinin xarici işlər nazirləri bu məqamla razılaşmayıb. Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar iclasın sonunda jurnalistlərə bildirib ki, bəzi ölkələrin qütbləşmiş baxışları səbəbindən birgə yekun bəyannamə qəbul edilməyib.
2-03-2023, 18:11
Paşinyan ailəsi ilə birlikdə Almaniyaya səfər edib


Paşinyan ailəsi ilə birlikdə Almaniyaya səfər edib

Ermənistanın baş naziri Nikol Paşinyanı daşıyan təyyarə Almaniyanın paytaxtı Berlinə eniş edib. Bu barədə "Sputnik Armenia" yazıb. Bildirilib ki, Paşinyanı həyat yoldaşı Anna Akopyanla yanaşı, ortancıl qızı da müşayiət edir.
2-03-2023, 18:08
İranın Azərbaycandakı səfiri Rusiya səfiri ilə görüşüb


İranın Azərbaycandakı səfiri Rusiya səfiri ilə görüşüb

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Rusiya səfiri Mixail Boçarnikovla görüşüb. Bu barədə İranın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Diplomatlar Cənubi Qafqaz regionunda baş verən son hadisələri, "3+3" təşəbbüsünü, eləcə də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı, eyni zamanda, Şimal-Cənub dəhlizini müzakirə ediblər.
2-03-2023, 18:03
Zəlzələ Türkiyə ixracatına 1,5 milyard dollarlıq ziyan vurub


Zəlzələ Türkiyə ixracatına 1,5 milyard dollarlıq ziyan vurub

Türkiyənin fevral ayında ixracatı 6,4 faiz azalaraq 18 milyard 638 milyon dollar olub. Bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, Türkiyə ötən ay 30.8 milyard dollarlıq məhsul idxal edib (əvvəlki illə müqayisədə 10.6% artıb). Nazirliyin məlumatına görə, zəlzələ fevral ayında Türkiyənin ixracatında 1,5 milyard dollarlıq azalmaya səbəb olub. Qeyd edilib ki, Türkiyənin fevral ayında ən çox məhsul idxal etdiyi ölkələr Rusiya Federasiyası (4 milyard 133 milyon dollar), İsveçrə (3 milyard 646 milyon dollar) və Çin (3 milyard 101 milyon dollar) olub.
2-03-2023, 17:59
Belarus və İran arasında saziş imzalanacaq


Belarus və İran arasında saziş imzalanacaq

Belarus və İran tezliklə beynəlxalq avtomobil yükdaşımaları üçün icazələrə ehtiyac duyulmayan prosedurun yaradılması haqqında saziş imzalayacaqlar. Bu barədə ölkənin nəqliyyat və rabitə naziri Aleksey Avramenko danışıb. "Belarus və İran nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirir. Yüklərin beynəlxalq avtomobil daşımalarının sadələşdirilmiş prosedurunu müəyyən edən sənəd imzalamağa yüksək səviyyədə hazırıq. Bu, logistika şirkətlərinə Belarus-İran marşrutu üzrə ​​yeni daşıma sxemləri qurarkən avtomobil nəqliyyatının potensialından daha çox istifadə etməyə imkan verəcək. İcazəyə ehtiyac duyulmayan sistemlə bağlı 4 ölkə üçün planlarımız var. İranla danışıqlar apardıq. Düşünürəm ki, yaxın iki həftə ərzində saziş imzalanacaq. İran tərəfi də bu işi tamamlayır” - deyə Aleksey Avramenko bildirib.
2-03-2023, 16:55
Almaniya XİN-dən Rusiyaya çağırış


Almaniya XİN-dən Rusiyaya çağırış

Almaniyanın xarici işlər naziri Annalena Berbok Hindistandakı G20 sammitində Rusiya XİN başçısı Sergey Lavrovu müharibəni bitirməyə çağırıb. Berbok Moskvanın yürütdüyü siyasəti tənqid edib. Rusiya G20-nin işini iflic edir. Biz çoxtərəfliliyə, çoxtərəfli münasibətlərə inanırıq. Bu müharibəyə son qoyun, beynəlxalq asayişi pozmağı dayandırın", - Berbok deyib. Qeyd edək ki, G20 sammiti Hindistanın Yeni Dehli şəhərində keçirilir.
2-03-2023, 16:52
Podolyak Rusiyanın itkilərinə münasibətini şərh edib


Podolyak Rusiyanın itkilərinə münasibətini şərh edib

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın öz itkilərinə münasibətini şərh edib. Müşavir bu barədə tviter səhifəsində yazıb. "Rusiyanın "hərbi taktikaları": Rusiya ölüləri saymaz, yaralıları buraxıb gedər, təzminat ödəməmək üçün meyitləri yandırar. Rusiya Federasiyası üçün insanlar ən ucuz pul vahididir", - o qeyd edib. "Rusiyalılar üçün də bu barədə heç bir problem yoxdur. Onların təhdidi hiss etməsi və doğru sualları verməyə başlaması üçün gündə 5000 ölü olmalıdır?", - deyə Podolyak vurğulayıb. Xatırladaq ki, Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 715 hərbçisini itirib, bununla da Moskvanın müharibə başlayandan bəri ümumi itkilərinin sayı 150 605 nəfərə çatıb.
2-03-2023, 16:48
Lavrov G20-dəki çıxışının böyük qismini Qərbin tənqidinə həsr edib


Lavrov G20-dəki çıxışının böyük qismini Qərbin tənqidinə həsr edib

Rusiya XİN başçısı Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehli şəhərində keçirilən G20 sammitində çıxış edib. Nazir çıxışının əsas hissəsini Qərbin tənqidinə həsr edib. "Bir sıra Qərb nümayəndə heyətləri iqtisadiyyatdakı uğursuzluqlarına görə məsuliyyəti Rusiya Federasiyasının üzərinə atmaq istəyir. Rusiya “Şimal axını”nda törədilən təxribatın tez və doğru şəkildə araşdırılmasında israrlıdır. Rusiya Federasiyası inkişaf etməkdə olan ölkələrin BVF, Dünya Bankı və ÜTT-də rolunun artırılmasının tərəfdarıdır. Qərb Rusiya Federasiyasının kənd təsərrüfatı məhsullarının ixracı üçün maneələr yaradır", - deyə Lavrov söyləyib. "Rusiya BRİCS, ŞƏT, Aİİ çərçivəsində müstəqil ödəniş sistemləri formalaşdırmaq və milli valyutalarda hesablaşmaları genişləndirmək iqtidarındadır", - xarici işlər naziri əlavə edib.
2-03-2023, 15:48
Qərb Rusiyaya “kritik mallar”ın ixracını dayandırmağa çağırdı


Qərb Rusiyaya “kritik mallar”ın ixracını dayandırmağa çağırdı

Qərb ölkələri Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Rusiyaya "kritik mallar"ın ixracını dayandırmağa çağırıb. Bu barədə "Financial Times" (FT) qəzeti yazıb. Nəşr bildirir ki, Qərb BƏƏ-nin tədarük etdiyi elektronika məhsullarının Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə oluna biləcəyindən ehtiyat edir. Məlumata görə, Birləşmiş Ştatlar, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya rəsmiləri son həftələrdə BƏƏ-yə səfər edib və ölkə rəsmilərinə sanksiyaları pozmamaq üçün təzyiq göstəriblər. Rusiya gömrük məlumatlarına görə, 2022-ci ildə BƏƏ-dən Rusiyaya elektron komponentlərin ixracı yeddi dəfədən çox artaraq təxminən 283 milyon dollara çatıb.
2-03-2023, 14:03
Lavrov Çinin XİN rəhbəri ilə görüşüb


Lavrov Çinin XİN rəhbəri ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin XİN başçısı Çin Qanla görüşüb. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Telegram" kanalında məlumat verib. Qeyd olunub ki, görüş Hindistanın paytaxtı Yeni Dehli şəhərində baş tutub. Tərəflər qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər. Bu, Çinin yeni təyin olunmuş xarici işlər naziri Çin Qanla Lavrovun ilk görüşü olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!