12-12-2022, 17:29
Paşinyanın regionda sülhün bərqərar olmasıyla bağlı təklifiErmənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sülhün bərqərar olması üçün regional münasibətlərin məzmununu və keyfiyyətini dəyişmək lazımdır. Paşinyanın sözlərinə görə, regionda sülhün bərqərar olması üçün sadə, lakin vacib şeylərdən başlamaq lazımdır. Baş nazir həm rəsmi, həm də gündəlik səviyyədə söylənilən yumşaq nitqi tərəflər arasında atmosferin yaxşılaşdırılması üçün mühüm element hesab edir. Paşinyan Ermənistanda və ya Azərbaycanda siyasi opponentləri incitmək üçün müvafiq olaraq kimlərinsə “türk”, “erməni” adlandırılması praktikasına son qoyulmasının vacibliyini bəyan edib. Baş nazir qeyd edib ki, Ermənistanda onun özünü də çox vaxt “türk” adlandırırlar. Ancaq o, bunu özünə təhqir kimi qəbul etmir, buna baxmayaraq, sülhə nail olmaq istəyi varsa, bu çirkin əmələ son qoyulmalı olduğunu nəzərə alır. Paşinyan əmindir ki, etnik qrupların adları heç vaxt təhqir olmamalıdır. Paşinyan bu kontekstdə Ermənistan, Gürcüstan və Azərbaycanın iştirakı ilə regional dialoq formatı təklif edib və bunun regional əməkdaşlığa töhfə verə biləcəyini qeyd edib. "İdeya yeni deyil və mən həmişə onu dəstəkləmişəm. Amma mən mühüm, fundamental düstur təklif etmişəm - Ermənistan-Gürcüstan-Azərbaycan platformasından yalnız və yalnız bizim regionda "nifrət nitqi"ni istisna etmək üçün istifadə edilməlidir", - o deyib.
12-12-2022, 17:09
İranda daha bir siyasi fəal edam edildiİranın Məşhəd şəhərində siyasi fəal Məcid Rza Rahnəvərd ictimaiyyət qarşısında dar ağacından asılıb. Bu barədə İranın Xorasan-Rezevi əyalətinin ədliyyə idarəsinin başçısı Qulaməli Sadeqi bildirib. Onun sözlərinə görə, edam hökmü “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub. Bildirilib ki, İran İnqilab Məhkəməsinin Məşhəddəki bölməsi Məcid Rza Rahnəvərd barəsində 23 gün əvvəl ölüm hökmü çıxarıb. Hökm dekabrın 12-də səhər saatlarında icra olunub. Qeyd edək ki, Məcid Rza Rahnəvərd son günlər edam olunan ikinci etirazçıdır. Bundan əvvəl Möhsün Şekari dar ağacından asılmışdı.
11-12-2022, 22:53
Odessa işıqsız qaldıDekabrın 10-da rusların Ukraynanın Odessa şəhərini atəşə tutması nəticəsində 1.5 milyon insan işıqsız qalıb. Daha sonra şəhərdə elektrik infrastrukturunun bir qismi bərpa edilib. Bu barədə Odessa administrasiyasının rəhbəri Maksim Marçenko məlumat verib. O qeyd edib ki, hazırda 300 mindən çox insan hələ də işıqsızdır. İlkin hesablamalara görə, elektrik enerjisinin tam bərpası iki-üç ay çəkəcək. Xatırladaq ki, Rusiya oktyabr ayından Ukraynanın enerji obyektlərinə zərbələr endirir.
11-12-2022, 22:51
Zelenski Türkiyəylə bağlı paylaşım etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı baş tutub. Bu barədə Zelenski sosial şəbəkə hesabında bildirib. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoqumu davam etdirdim. Ukraynalı uşaqlar üçün sığınacaq və şəhərlərimiz üçün yüzlərlə generator üçün təşəkkürümü bildirdim. Türkiyənin Ukraynanın #GrainFromUkraine təşəbbüsünə verdiyi dəstəyi qeyd etdim. Həmçinin gələcək fəaliyyat və taxıl dəhlizinin mümkün genişlənməsini müzakirə etdik”, - Ukrayna Prezidenti vurğulayıb.
11-12-2022, 22:40
Fəridə Muradxaninin həbs cəzası azaldıldı2022-ci ilin 23 noyabr tarixində həbs edilən İranın ali rəhbəri Əli Xameneinin bacısı qızı Fəridə Muradxaniyə verilən 15 il həbs cəzası apellyasiya məhkəməsi tərəfindən 3 ilə endirilib. Bu barədə F.Muradxaninin vəkili Muhammed Hüseyn Akasi “Twitter” hesabında məlumat paylaşılıb. Onun sözlərinə görə, bundan əvvəl müvəkkili yurisdiksiya haqqı olmayan din adamlarının xüsusi məhkəməsində mühakimə edilib və 15 il həbs cəzasına məhkum olunub. Amma apellyasiya məhkəməsi onun cəzasını 3 ilə endirib.
11-12-2022, 22:20
Pakistanla Əfqanıstan sərhədində toqquşmaPakistanın Əfqanıstanla sərhədində yerləşən Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında toqquşma baş verib. Minaatanlarla həyata keçirilən hücum nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə “Taliban” tərəfdarları ilə Pakistan sərhədçiləri arasında münaqişə zamanı baş verib. Yaralı pakistanlılar Çaman şəhərinə aparılıb.
11-12-2022, 16:11
Əfqanıstan Yaponiyaya təşəkkür etdiƏfqanıstanın "Taliban" hökuməti Yaponiyaya təşəkkür edib. Bu barədə "Taliban"ın Kabildəki mərkəzi hökuməti məlumat yayıb. Məlumata əsasən, Yaponiya Əfqanıstana 106 milyon dollarlıq humanitar yardım ayırıb. 2023-cü ildə yardım mərhələli şəkildə Kabilə çatdırılacaq. Bunun qarşılığında "Taliban" hökuməti Tokioya təşəkkür edib.
11-12-2022, 16:04
Şimali Kiprdə meymunçiçəyi aşkarlandıŞimali Kipr Türk Cümhuriyyətində meymunçiçəyi xəstəliyinə ilk yoluxma qeydə alınıb. Bu barədə Türk Cümhuriyyətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Lefkoşa Dövlət Xəstəxanasına müraciət edən şəxsin meymunçiçəyi virusuna yoluxduğu müəyyən olunub. Təcrid olunaraq müalicəsinə başlanan xəstənin təmaslarının təqib edilməsi üçün araşdırmalar aparılır.
11-12-2022, 15:43
Rusiya XİN-dən Gürcüstana mesaj"Bir daha vurğulamaq istəyirəm ki, Rusiya tərəfi lazımi ilkin şərtlər formalaşarsa, Gürcüstan ilə birbaşa aviareysləri bərpa etmək barədə qərar qəbul edə bilər. Biz qarşı tərəfin mövqeyini gözləyirik". Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. O bildirib ki, Rusiya tərəfi buna hazırdır, lakin Gürcüstan bu məsələdə gözləmə mövqeyində dayanıb: “Birbaşa uçuşların bərpası və Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması məsələsində aydın mövqeyimiz var. Lazımi ilkin şərtlər formalaşarsa, biz bununla bağlı qərarların qəbuluna hazırıq. Təəssüf ki, Tbilisinin mövqeyi isə aydın deyil. Hətta Gürcüstan Rusiyaya qarşı daha radikal mövqe nümayiş etdirir".
11-12-2022, 15:39
Avropa İttifaqının Ukraynaya yeni yardım planı təsdiqləndiAvropa İttifaqı Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib. Sənəd qəbul olunması üçün gələn həftə Avropa Parlamentinə göndəriləcək. Bu barədə qurumun saytında məlumat yer alıb. Şura Aİ-nin 2023-cü ildə Ukraynaya kredit şəklində 18 milyard avro maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib. Kreditin 10 illik güzəşt müddəti olacaq.