2-10-2022, 18:13
İran və ABŞ arasında məhbus mübadiləsi İran və ABŞ arasında məhbus mübadiləsi həyata keçirilib. Bu barədə İranın "Nournews" telekanalı məlumat yayıb."Son həftələrdə İran və Amerika məhbuslarının azad edilməsi üçün regional ölkənin vasitəçiliyi ilə intensiv danışıqlar aparılıb", - xəbərdə deyilir. Lakin hansı ölkənin vasitəçi olduğunu açıqlamayıb. Kanal, həmçinin bildirib ki, “İranın ABŞ-ın sanksiyaları səbəbindən dondurulmuş milyardlarla dollarlıq aktivləri tezliklə azad olunacaq”.
2-10-2022, 18:11
Meksikada helikopter qəzası - Ölənlər varMeksika Hərbi Dəniz Qüvvələrinə məxsus “Eurocopter” helikopteri qəzaya uğrayıb. Bu barədə "Washington Post" məlumat yayıb. Hadisə Tabasko ştatının cənub-şərqindəki Sentla bölgəsində baş verib. Qəza nəticəsində ən azı 3 nəfər həlak olub, daha iki nəfər yaralanıb.
2-10-2022, 18:09
Müdafiə naziri Ukraynaya gizli səfər edibAlmaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynaya gizli səfər edib. Bu barədə "Die Welt" nəşri yazıb. Məlumata görə, Lambrext Odessada ukraynalı həmkarı Aleksey Reznikovla görüşüb. Səfər zamanı nazir yaxın günlərdə Ukraynaya "İris-T SLM" hava hücumundan müdafiə sistemlərinin tədarük ediləcəyinə söz verib. Bundan əlavə, nazir Almaniyanın "vacib infrastrukturun" qorunmasına kömək edəcəyini vurğulayıb.
2-10-2022, 18:07
Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldıBu gündən etibarən Rusiyadan İtaliyaya təbi qaz tədarükü dayandırılıb. Bu barədə İtaliyanın “Eni” neft-qaz şirkəti məlumat yayıb. Rusiyanın “Gazprom” şirkəti bu gün üçün tələb olunan qazı təmin edə bilməyəcəyini bildirib. Avstriya ərazisindən də qaz nəqlinin mümkün olmadığı qeyd edilib. Buna görə “Eni” şirkətinin Rusiya qazını qəbul etdiyi Tarvisio ötürücü məntəqəsi vasitəsilə “mavi yanacağın” tədarük həcmi bu gün sıfıra bərabər olub. Məlumata görə, Rusiyadan İtaliyaya qaz nəqlinin həcmi hazırda ümumi qaz tədarükünə nisbətdə 10 faizdən azdır. Tarvisioda ötürücü məntəqəsində qaz nəqlinin dayanmasının mövcud vəziyyətdə böyük dəyişikliyə səbəb olmayacağı diqqətə çatdırılıb. Qeyd edək ki, İtaliya iyul ayından etibarən Rusiya qazından asılılığını 40 faizdən 25 faizə endirib. Azərbaycan qazının əsas idxalçılarından olan İtaliyanın yeraltı qaz anbarlarının doluluq nisbəti hazırda 90 faiz səviyyəsindədir.
2-10-2022, 18:00
Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdıPolşa Belarusla sərhəddə qoruyucu divarın tikintisini başa çatdırıb. Bu barədə Polşa xüsusi xidmət orqanlarının işini koordinasiya edən nazirin mətbuat katibi Stanislav Zarin "Twitter" hesabında məlumat yayıb. Divarın tikintisinə yanvarın 25-də başlanılıb. Zarinin sözlərinə görə, Polşa sərhədi Avropada ən yaxşı qorunan sərhəddir:“Polşa Belarusla sərhəddə qoruyucu maneənin tikintisini başa çatdırıb. Polşaya qanunsuz daxil olmaq mümkün deyil. Bu gün Polşa sərhədi Avropada ən yaxşı qorunan sərhəddir”. Qeyd edək ki, 2021-ci ilin noyabrında Belarusla sərhəddə miqrasiya böhranı yaranıb. 2 minə yaxın qeyri-qanuni miqrant Polşaya zorla daxil olmağa çalışıb.
2-10-2022, 17:58
Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdüXəbər verdiyimiz kimi, bu gün Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanla sərhədə yaxın yerləşən hərbi hissələrindən birində hərbi qulluqçu cəsədi tapılıb. Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb. İlkin məlumata görə, 30 sentyabr 2022-ci il tarixdə, saat 23:40 radələrində hərbi hissənin döyüş mövqeyində xidmət edən erməni əsgər ayaq səslərini eşidərək, ona yaxınlaşan şəxsin Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi olduğunu zənn edib. Erməni əsgər “AKM” tipli avtomatdan atəş açaraq, onu öldürüb. Məlum olub ki, ölən şəxs Ermənistan ordusunun hərbçisi, 19 yaşlı Qraçya Kərəmyandır. Faktla əlaqədar xidmət yoldaşını öldürən hərbi qulluqçu həbs edilib. Araşdırma başladılıb.
2-10-2022, 17:49
Yunanıstanı üstümüzə kimlərin saldığını yaxşı bilirik - ƏrdoğanKipr türklərinə beynəlxalq tanınmaya dair verilən bütün sözlər yerinə yetirilməlidir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin açılışında çıxış edərkən bildirib. Ərdoğan qeyd edib ki, Türkiyə Amerika Birləşmiş Ştatlarının Yunan Kiprinə qarşı tətbiq edilən silah embarqosunu aradan qaldırmasını qəbul etmir: “Egey dənizindəki qeyri-hərbi statusunda olan adaların Yunanıstan tərəfindən silahlandırılmasına təşviq edilməsi ağıl və müttəfiqlik prinsipi ilə uyğunlaşmır. Bölgədə təhrik və geriləmə siyasəti nümayiş etdirmək heç kimin xeyrinə deyil və olmayacaq da. Biz 100 il sonra kimlərin Yunanıstanı üstümüzə saldıqlarını çox yaxşı bilirik. Yunanıstana özünü və xalqını fəlakətə atacaq təxribatlardan uzaq durmağını tövsiyə edirik”.
2-10-2022, 17:46
Qadınlar və tələbələr səfərbərliyə çağırılmayacaq – ŞoyquRusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, qismən səfərbərlik qadınlara təsir etməyəcək.
Butov.az xəbər verir ki, Şoyqu jurnalistlərin suallarını cavablandırarkən belə deyib:"Xeyr. Bu, planda yoxdur. Biz qadınlara müraciət etmək fikrində deyilik". Nazirin sözlərinə görə, qismən səfərbərliyə dövlət akkreditasiyası olan özəl universitetlərin tələbələri də cəlb olunmayacaq.“Prezidentin tapşırığı ilə biz bu gün fərmana əlavələrin hazırlanmasını başa çatdırırıq və onu təqdim edəcəyik”, - deyə Şoyqu əlavə edib. O, həmçinin qeyd edib ki, hərbi komissarların iş yükü çox olduğundan payız çağırışının başlanması oktyabrın 1-dən noyabrın 1-nə keçirilib, lakin ehtiyatda olan çağırışçıların tərxis olunması plana uyğun həyata keçiriləcək."Çağırışçıların evə qayıtma müddətinə gəlincə, fərman buna şamil edilmir. Oktyabrın 1-dən onlar evə qayıtmağa başlayacaqlar", - Şoyqu bildirib. Sentyabrın 21-dən Rusiyada qismən səfərbərlik keçirilir. Şoyqunun izah etdiyi kimi, “min kilometr uzunluğunda olan təmas xəttinə və Ukraynanın işğal edilmiş ərazilərinə nəzarət etmək lazımdır”. 300 minədək ehtiyatda olanların - ilk növbədə orduda xidmət etmiş, təcrübəsi və hərbi ixtisası olanların çağırılması planlaşdırılır. Səfərbərlik üzrə hərbi xidmətə 35 yaşınadək sıravi və çavuşlar, 50 yaşınadək kiçik zabitlər və 55 yaşınadək baş zabitlər çağırılır.
1-10-2022, 16:02
İranda 16 yaşlı azərbaycanlı qız öldürülübİranda kütləvi etiraz aksiyaları zamanı öldürülən azərbaycanlı qızın kimliyi məlum olub.“Azad İran” teleqramı xəbər verir ki, Sarina İsmayılzadə adlı yeniyetmə qız xüsusi təyinatlı qüvvələr tərəfindən qətlə yetirilib. Hadisə sentyabrın 23-də Kərəc şəhərinin Mehrşəhr bölgəsində baş verib. Məlumata görə, 16 yaşlı Sarin başından aldığı zərbələr nəticəsində həyatını itirib. Bundan əvvəl 20 yaşlı azərbaycanlı Hədis Nəcəfi Kərəc şəhərindəki aksiyalarda güllənərək öldürülmüşdü.
1-10-2022, 15:43
İran Türkiyəyə qaz nəqlini dayandırırİrandan Türkiyəyə qaz nəqlini həyata keçirən magistral boru xətti profilaktika işləri ilə bağlı oktyabrın 2-dən 9-dək bağlanacaq. Bu barədə Türkiyənin BOTAŞ şirkəti bildirib. Şirkətin məlumatına əsasən, həmin boru xətti ilə qaz nəqli 8 gün müddətinə dayandırılacaq. Qeyd edək ki, İran Rusiyadan sonra Türkiyəyə ikinci ən böyük qaz ixracatçısıdır. Bu ilin yeddi ayı ərzində İrandan Türkiyəyə 5,3 milyard kubmetr qaz nəql olunub.