21-09-2022, 20:12
NATO və ABŞ-dan Putinin nüvə hədəsinə cavab"Rusiyanın təhdidlərinə uyğun olaraq cavab verəcəyik". Bunu NATO Baş katibi Yens Stoltenberq Rusiya prezidentinin nüvə təhdidinə münasibət bildirərkən deyib. "Putinin çıxışı bizim üçün gözlənilən idi. Təbii ki, buna hazırlaşırdıq. Eyni zamanda, Ukraynaya yardımı davam etdirəcəyik", - deyə NATO rəhbəri vurğulayıb. Bundan əlavə, rəsmi Vaşinqton da prezident Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı xəbərdarlığına reaksiya verib. “Biz təhdidi ciddi qəbul edirik. Ehtiyac yaranarsa, onlara cavab verəcəyik", - rəsmi açıqlamada deyilir. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahı ilə hədələyib. "Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik", - Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.
21-09-2022, 20:08
Şarl Mişel Putinin səfərbərlik qərarını şərh etdi
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiya prezidenti Vladimir Putinin ölkədə qismən hərbi səfərbərlik keçirmək barədə bəyanatını şərh edib.
Butov.az xəbər verir ki, Şarl Mişel tvitter-də yazıb: "Kreml səfərbərliyi Beynəlxalq Sülh günündə və BMT Baş Assambleyasında ölkələrin əməkdaşlıq, təhlükəsizlik və firavanlıq yollarını tapmağa çalışdığı bir vaxtda elan edib". Ş.Mişelin sözlərinə görə, Avropa Şurasının Ukraynaya dəstəyi dəyişməzdir.
21-09-2022, 20:04
Rusiya prezidenti etiraf etdi"Xarici tərəfdaşların Rusiyadan getməsi iqtisadiyyata mənfi təsir göstərə bilər". Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. "Lakin indiyə qədər iqtisadiyyatda demək olar ki, heç bir axsama baş verməyib",- deyə dövlət başçısı vurğulayıb.
21-09-2022, 19:32
İranda internet məhdudlaşdırılacaqİranda internetdən istifadəyə məhdudlaşdırılacaq.
Butov.az xəbər verir ki, hazırda hökumət rəsmiləri məsələ ilə bağlı müzakirə aparırlar. Qeyd olunub ki, bu addım ölkədə son günlər baş verən etiraz aksiyalarının sosial şəbəkələrdə daha da geniş yayılmaması üçün atılacaq. Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.
21-09-2022, 19:30
Tokayev növbədənkənar seçkilərin tarixini təyin etdiPrezident Kasım-Jomart Tokayev Qazaxıstanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında fərman imzalayıb.
Butov.az xəbər verir ki, fərmana əsasən, Qazaxıstanda növbədənkənar prezident seçkiləri 2022-ci il noyabrın 20-də keçiriləcək. Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin təşkilini və keçirilməsini təmin etmək tapşırılıb. Hökumət növbədənkənar prezident seçkilərinin təşkilati, maddi-texniki və maliyyə təminatı üçün lazımi tədbirlər görməlidir. Qazaxıstanda prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb.
21-09-2022, 19:28
Rusiya Ukraynaya təzminat ödəməlidir - Trass
Rusiya tamhüquqlu tərəfdaş kimi beynəlxalq arenaya qayıtmaq istəyirsə, Ukraynanı tərk etməlidir. Bunu Böyük Britaniyanın hökumət başçısı Elizabet Trass deyib. Trass qeyd edib ki, Rusiya Ukraynadan çıxmalı və baş verənlərə görə Kiyevə lazımi təzminat ödəməlidir: "Biz Moskvanın qonşu ölkələri bir daha heç vaxt təhdid edə bilməyəcəyindən əmin olmalıyıq”. Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox ölkələri buna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib. Ukraynaya isə böyük həcmdə hərbi və humanitar yardım göstərilməsi davam edir.
21-09-2022, 19:26
Putin səfərbər edəcəyi hərbçilərə yüksək maaş verəcəkSentyabrın 21-də Rusiya prezidenti Vldaimir Putin Ukrayna ilə müharibədə iştirak üçün qismən səfərbərlik elan edib. Putin bildirib ki, səfərbərlik yolu ilə hərbi xidmətə çağırılan vətəndaşlar müqavilə əsasında Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçu statusu alacaqlar. Müdafiə naziri Sergey Şoyqu isə deyib ki, ümumilikdə 300 min ehtiyatda olan hərbçinin səfərbər olunacağı planlaşdırılır. Bunlar hərbi ixtisası və döyüş təcrübəsinə malik şəxslər olacaq. Eyni zamanda, nazir vurğulayıb ki, qismən səfərbərlik hazırda hərbi xidmətdə olanlara və tələbələrə aid edilməyəcək. Bəs səfərbərliyə çağırılanlara nə qədər maaş veriləcək?
Butov.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov “Shot Telegram” kanalına bildirib ki, səfərbərliyə çağırılanlara yüksək məbləğdə maaş ödəniləcək.“Bu da çox yüksək olacaq”, - deputat qeyd edib. Lakin Kartapolov ödənişlərin məbləğini açıqlamayıb.
21-09-2022, 18:57
Rusiya Belarusla məsləhətləşirRusiyanın paytaxtı Moskvada təhlükəsizlik üzrə Rusiya-Belarus məsləhətləşmələri keçirilir. Bu barədə Rusiya Təhlükəsizlik Şurası açıqlama yayıb.“Məsləhətləşmələr Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliev və Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibinin müavini Aleksandr Neverovski tərəfindən iki ölkənin nazirlik və idarələrinin nümayəndələrinin iştirakı ilə keçirilir”, - məlumatda qeyd olunub.
21-09-2022, 18:47
Makron Ermənistan-Azərbaycan münasibətlərindən bəhs etdiFransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Vaaqn Xaçaturyana Dövlət Müstəqilliyi günü münasibətilə təbrik məktubu göndərib.
Butov.az xəbər verir ki, Makronun təbrik mesajında ermənilər və fransızlar dost xalqlar adlandırılıb. Makron deyib ki, Ermənistan Fransanın tam dəstəyinə arxalana bilər. “Fransa regionunuzda sabitlik, sülh və rifah naminə fəaliyyətini davam etdirmək əzmindədir. Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Fransa Minsk qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa İttifaqının səylərini dəstəkləyir. Bu baxımdan, xalqlarımızın mənafeyi naminə mənim şəxsi dəstəyimə arxalana bilərsiniz”,- deyə Makron vurğulayıb.
21-09-2022, 18:43
Putinin nüvə hədəsinə Londondan cavab gəldiRusiya Prezidenti Vladimir Putinin çıxışı narahatlıq doğurur və onun hədələri ciddi qarşılanmalıdır. Bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Gilian Kiqan deyib. “Aydındır ki, bu ciddi qarşılanmalı bir məsələdir, çünki bilirsiniz, nəzarət bizdə deyil – nəzarətin heç onda olduğuna da əmin deyiləm. Bu açıq-aşkar eskalasiyadır”, - Britaniya rəsmisi Putinin çıxışına cavab olaraq bildirib. Onun sözlərinə görə, Rusiya tərəfindən belə təhdidlər dəfələrlə olub. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahlı ilə hədələyib. "Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik", - Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.