Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
21-09-2022, 18:40
Erməni hərbçilərin məzarına gətirilən əklillər dağıdılıb


Erməni hərbçilərin məzarına gətirilən əklillər dağıdılıb

Ermənistanda döyüşlər zamanı ölən hərbçilərin yaxınları və qohumları “Yerablur” hərbi məzarlığında hökumət nümayəndələrinin qoyduqları əklilləri aşırıblar. Butov.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər. “Əgər bu mənəviyyatsız insanlar ölən əsgərlərin analarına bu cür rəftara yol verirsə, onların əklilləri burada olmamalıdır. Onlar ən həssas yerdən vurdular”, - deyə etirazçılardan biri söyləyib. Qeyd edək ki, ötən gün Ermənistanda ölən hərbçilərin yaxınları ilə polis əməkdaşları arasında qarşıdurma yanaşıb.



21-09-2022, 18:38
İtkilərimiz çoxdur - Peqovdan Şoyquya etiraz


İtkilərimiz çoxdur - Peqovdan Şoyquya etiraz

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın müharibədə 61 207 hərbçi itirdiyini, Rusiya tərəfindən isə 5937 nəfərin həlak olduğunu açıqlayıb. Butov.az xəbər verir ki, ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqov "Telegram" kanalında Şoyqunun bu açıqlamasına etiraz edib. Şoyqu Rusiyanın müharibədəki real itkilərinin açıqlanan rəqəmdən daha çox olduğunu iddia edib. “Şoyquda necədir deyə bilmərəm, lakin bizim itkilərimiz daha çoxdur”, - Peqov bildirib.
21-09-2022, 18:35
Ruslar səfərbərliyə qarşı etirazlara başlayır


Ruslar səfərbərliyə qarşı etirazlara başlayır

Rusiyada müharibə əleyhinə genişmiqyaslı aksiyalar başlayır. Bu barədə Rusiya mediası məlumat yayıb. Aksiya təşkilatçıları vətəndaşları etirazlara qoşulmağa səsləyiblər. Məlumata görə, bu gün Moskva vaxtı ilə saat 19:00-da bir çox şəhərlərin mərkəzində etirazlar başlayacaq. Aksiya iştirakçıları Rusiya Prezidenti Vladimir Putini ölkədə səfərbərlik elan edilməsi ilə bağlı qərarı ləğv etməyə çağırıblar: "Atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin qurbanı olacaq. Bu kimə lazımdır? Putinin maraqlarına görə uşaqlarımız ölür". Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
21-09-2022, 18:28
Putin Paşinyana məktub göndərdi: “Sülh vacibdir”


Putin Paşinyana məktub göndərdi: “Sülh vacibdir”

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyana Ermənistanın Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məktubda deyilir: "Rusiya-Ermənistan münasibətləri yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Rusiya və Ermənistan qardaş xalqlardır. 2020 və 2021-ci illərdə bağlanmış üçtərəfli sazişlərin ardıcıl icrası uzunmüddətli sülhün təmin edilməsi üçün yaxşı əsasdır, bu, Qafqazda təhlükəsizlik üçün vacibdir”.
21-09-2022, 18:22
“Ukrayna ordusunun itkiləri 100 mindən çoxdur” - Şoyqu


“Ukrayna ordusunun itkiləri 100 mindən çoxdur” - Şoyqu

Ukrayna Silahlı Qüvvələrinin itkiləri 100 mindən çoxdur. Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Ukrayna və Qərb bu qədər insanın ölümünə səbəb olub. Xatırladaq ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əmliyyatlara başlayıb. Şoyqu bu gün xalqa müraciətində deyib ki, Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatda 5937 hərbçisini itirib.
21-09-2022, 18:20
Şoyqu Rusiyanın itkilərini açıqladı - Cəmi 6 min hərbçi...


Şoyqu Rusiyanın itkilərini açıqladı - Cəmi 6 min hərbçi...

“Ukraynadakı xüsusi hərbi əməliyyatda 5937 hərbçimiz həlak olub”. Bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. Müdafiə nazirinin sözlərinə görə, hazırda Donbas uğrunda ağır döyüşlər gedir. "Rusiya xalqının birliyinə güvənirik", - deyə Şoyqu vətəndaşlara müraciət edib. O, həmçinin vurğulayıb ki, hərbi təcrübəsi olan Rusiya vətəndaşları səfərbərliyə cəlb olunacaq. Qismən səfərbərliyə ehtiyatda olan 300 min əsgər çağırılacaq. Həmin şəxslər Rusiyanın nəzarətində olan ərazilərdə xidmət edəcəklər. Xatırladaq ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əmliyyatlara başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı son məlumata görə, Rusiyanın müharibə başlayandan bəri 54 810-a yaxın hərbi qulluqçusu ölüb.
21-09-2022, 18:18
Putin Qərbi nüvə silahı ilə hədələdi


Putin Qərbi nüvə silahı ilə hədələdi

"Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik". Bunu xalqa müraciətində Rusiya Prezidenti Vladimir Putin deyib. "Qərbin məqsədi Rusiyanı zəiflətməkdir, amma təbii ki, bu alınmayacaq. Biz bütün vasitələrdən onlara qarşı istifadə edəcəyik", - deyə Putin Rusiyanın düşmənlərinə xəbərdarlıq edib.
21-09-2022, 18:16
“Qərb istəyir ki, Rusiya parçalansın” - Putin


“Qərb istəyir ki, Rusiya parçalansın” - Putin

"Qərb istəyir ki, Rusiya bir çox müharibə edən bölgələrə parçalansın". Bunu Rusiya Pezidenti Vladimir Putin xalqa müraciətində bildirib.."Ukraynada qabaqlayıcı hərbi əməliyyatla bağlı qərar tamamilə zəruri və yeganə mümkün qərar idi. Ukraynada sülh yolu ilə həll Qərbə yaraşmır, ona görə də Kiyevə danışıqları pozmaq tapşırılıb",- deyə Rusiya lideri Qərb ölkələrini ittiham edib. Qeyd edək ki, bir qədər əvvəl Rusiya Federasiyasında qismən səfərbərlik elan olunub.
21-09-2022, 18:13
Rusiyada bu gündən səfərbərlik başlayır


Rusiyada bu gündən səfərbərlik başlayır

Rusiya Federasiyasında qismən səfərbərlik elan olunub. Bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsilə xalqa müraciətində bildirib. Rusiyada səfərbərlik tədbirləri bu gündən başlayacaq. Məlumata görə, qismən səfərbərlik çərçivəsində hərbi xidmətə yalnız ehtiyatda olan hərbçilər, ilk növbədə təcrübəsi olanlar cəlb ediləcək. Qismən səfərbərlik çərçivəsində hərbi hissələrə göndərilənlər əlavə təlim keçəcəklər. Eyni zamanada səfərbər edilmiş ruslar müqaviləli işçilər kimi zəmanətlər alacaqlar. Qeyd edək ki, Putin Ukraynada müharibə başlayandan sonra ikinci dəfə xalqa müraciət edib.
21-09-2022, 18:10
Rusiyalı diplomatlardan ikisi ABŞ-da buraxılmayıb


Rusiyalı diplomatlardan ikisi ABŞ-da buraxılmayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə BMT Baş Assambleyasında iştirak edəcək nümayəndə heyətinin 10 üzvündən ikisinə ABŞ vizası verilməyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən bir sıra şəxslərə 13 sentyabr tarixində BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!