28-10-2022, 23:33
ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketiABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Məlumatı ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq yayıb. Yardımın həcmi 275 milyon dollardır. Paketə 155 mm çaplı 500 idarə olunan artilleriya mərmisi, 1300-dən çox tank əleyhinə sistem, 125 ədəd "Humvee" zirehli texnikası və kiçik silahlar, 2,75 milyon ədəddən çox döyüş sursatı və rabitə üçün dörd peyk antenası daxildir. O, həmçinin bildirib ki, ukraynalıların NASAMS hava hücumundan müdafiə sistemlərindən istifadəyə hazırlığı tezliklə başa çatacaq.
28-10-2022, 23:32
Norveç Rusiyaya qarşı sanksiyaları genişləndirdiNorveç Rusiyaya tətbiq edilən sanksiyaları genişləndirib. Bu barədə Norveç hökumətinin saytında məlumat yayılıb. Yeni sanksiya siyahısına 30 fiziki şəxs və 7 şirkət daxil edilib. Siyahıda Rusiya tərəfindən ilhaq edilən Ukrayna bölgələrinə təyin olunan "məmurlar"ın da adları var. Yeni sanksiyalar paketi, həmçinin rusiyalılara və Rusiyanın hüquqi şəxslərinə kriptovalyuta sahəsində xidmət göstərilməsini, mühəndislik, memarlıq, hüquqi, eləcə də İT sahəsində məsləhət verilməsini qadağan edir. Həmçinin polad məmulatlarının, maşın və avadanlıqların, plastik məmulatların, nəqliyyat vasitələrinin, tekstil məmulatlarının, ayaqqabıların, dəri, keramika, bəzi kimyəvi məhsulların və qızıl olmayan zərgərlik məmulatlarının idxalına əlavə məhdudiyyətlər tətbiq edilib. Ümumilikdə Norveçin sanksiya siyahılarında 1260-a yaxın rusiyalı və 115 rus təşkilatı var. Ukraynada müharibə başlayandan Norveç Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyalara qoşulub.
28-10-2022, 23:29
Rusiyada qismən səfərbərlik başa çatdıRusiya Federasiyasında qismən səfərbərlik başa çatıb. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib. O, Prezident Vladimir Putinə məruzəsində bildirib ki, 300 min nəfərin səfərbərliyə cəlb edilməsi barədə tapşırıq yerinə yetirilib. Nazirin sözlərinə görə, proses çərçivəsində 13 min nəfər könüllü olaraq orduya yazılıb. Səfərbərliyə cəlb edilənlərin orta yaşı 35 olub. Şoyqu onu da bildirib ki, 82 000 səfərbər edilmiş hərbi qulluqçu münaqişə zonasındadır, daha 218 000 nəfər isə təlimlərdədir.
28-10-2022, 23:27
Ərdoğan “Türkiyənin yüz ili” proqramını elan etdiTürkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) “Türkiyənin yüz ili” şüarı altında ümumrespublika təqdimat toplantısı keçirib.
Butov.az xəbər verir ki, xarici ölkələrdən yalnız Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi toplantıya Türkiyədə fəaliyyət göstərən siyasi partiyalardan cəmi 11-i dəvət olunub. Toplantıda çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiyanın ötən dövrdə qazandığı uğurlar barədə məlumat verib, “Türkiyənin yüz ili” strateji inkişaf proqramını açıqlayıb.“Türkiyənin yüz ili bacarığın yüz ilidir!”, “Türkiyənin yüz ili inamın və sabitliyin yüz ilidir!”, “Türkiyənin yüz ili, elimin yüz ilidir!”, “Türkiyənin yüz ili ictimai münasibətlər ilidir!”, “Türkiyənin yüz ili rəqəmsal inkişafın yüz ilidir!”, “Türkiyənin yüz ili qüdrətin yüz ilidir!” və digər şüarlar altında elan olunan proqram ölkənin növbəti yüz il üçün strateji yol xəritəsini özündə əks etdirir.
28-10-2022, 23:17
Hərbçi “KamAZ”la çağırışçıların üzərindən keçdiRusiyanın Arxangelsk vilayətində yerləşən hərbi poliqonda xoşagəlməz hadisə baş verib.
Butov.az xəbər verir ki, Rusiya ordusunun müqaviləli hərbi qulluqçusu “KamAZ” markalı hərbi avtomobili çağırışçıların üzərinə sürüb. Hadisə nəticəsində iki nəfər ölüb, daha 11 çağırışçı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır, detallar hələlik məlum deyil.
28-10-2022, 23:11
Ukrayna İranın 300-dən çox PUA-sını məhv edibUkrayna Silahlı Qüvvələri indiyədək İran istehsalı olan 300-dən çox “Şahed-136” pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat bildirib. Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya tərəfinin istifadə etdiyi digər PUA-ları, xüsusən “Mohajer-6” və daha kiçik dronları da vurub.
28-10-2022, 21:17
Pelosinin evinə basqın edildi, əri yaralandıABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi San-Fransisko şəhərində hücuma məruz qalıb. Hadisə bu gün səhər saatlarında onun yaşadığı evdə baş verib. Məlumata görə, naməlum şəxs evə daxil olaraq Pelosiyə xəsarətlər yetirib. Pol Pelosi xəstəxanaya yerləşdirilib, onun həyatına təhlükə olmadığı bildirilib. Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.
28-10-2022, 21:14
İrəvan Qərb və Rusiya arasında seçim etməlidir - Zatulin"Qərb nəyin bahasına olursa olsun Rusiyanı danışıqlar prosesindən kənarlaşdırmağa çalışır. Bununla da Rusiyanı oyundan çıxarmaq istəyirlər". Bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib. "Ermənistan bunu yaxşı anlamalıdır ki, onun müttəfiqləri kimlərdir. Qərb və Rusiya arasında seçim etməlidir. Eyni zamanda, Ermənistan hakimiyyəti məsələləri təhrif etməli deyil", - deyə qalmaqallı deputat vurğulayıb. Qeyd edək ki, ötən gün “Valday” klubunun iclasına qatılan Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında danışıqlarda Qərbin vasitəçilik fəaliyyətinə münsibət bildirib. Rusiya lideri deyib ki, sülh müqaviləsinin Vaşinqton variantı Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur. "Biz sülh yolu ilə nizamlanmanın, o cümlədən sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq. İstənilən halda, hansı variant seçilsə, bu, sülhə gətirib çıxararsa, biz yalnız bunun tərəfdarı olacağıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını ehtiva edir. O zaman buyursunlar”, - Rusiya lideri söyləyib.
28-10-2022, 15:41
Ukraynalılar gün ərzində 6 saat işıqsız qalacaqUkraynalılar gün ərzində 6 saat işıqsız qalacaq
Enerji infrastrukturunun dağıdılması ilə əlaqədar Kiyevdə və regionda yeni qrafiklərə əsasən elektrik enerjisiz qalma müddəti 4-6 saatdan çox ola bilər. Bu barədə məlumat xarakterli telemarafon zamanı DTEK-in icraçı direktoru Dmitri Saxaruk bildirib. O qeyd edib ki, Kiyevə və Kiyev vilayətinə elektrik enerjisinin ötürülməsini təmin edən kritik infrastruktur elementlərinin əlavə zədələnməsi səbəbindən məhdudiyyət səviyyəsi artıb.
28-10-2022, 15:25
İstanbulda partlayış: Ölən və yaralılar varTürkiyənin İstanbul şəhərinin Esenler rayonunda yerləşən sənaye müəssisəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb. Partlayışın baş verdiyi əraziyə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub. Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.