Qazaxda "Kamaz"la toqquşan avtomobilin sürücüsü ölüb .....                        Bakıda kommunal xidmətlər gücləndirilmiş iş rejimindədir .....                        Kəlbəcərdə yük avtomobili aşdı, ölənlər var .....                        Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB .....                        Bakıda yağıntının miqdarı 133 mm-ə çatıb .....                        BŞİH: Problemli ərazilər ADSEA-ya təqdim olunur .....                        Lənkəran-Lerik yolunda ağır qəza - 5 nəfər yaralandı .....                        SEPAH ABŞ-ə məxsus hərbi texnikaları vurduğunu AÇIQLADI .....                        Yağış sularının çəkilməsi davam edir .....                       
14-11-2022, 20:17
Litva Kiyevə hərbi texnika və sursat göndərdi


Litva Kiyevə hərbi texnika və sursat göndərdi

Litva Ukraynaya növbəti yardım çərçivəsində zirehli hərbi maşınlar və sursat göndərib. Bu barədə Litvanın müdafiə naziri Arvidas Anaşauskas “Twitter“ səhifəsində yazıb. “Litvanın Ukraynaya göndərdiyi əlavə hərbi dəstək ünvanına çatıb. 12 ədəd M113 hərbi maşını göndərilib. Onların 10 ədədi 120 mm-lik özüyeriyən minaatan və 2 ədədi atəşi idarəetmə sistemidir” ,- nazir qeyd edib. O, həmçinin əlavə edib ki, Ukraynaya texnika ilə yanaşı, xeyli sayda sursat da göndərilib. Xatırladaq ki, Litva bundan öncə də Ukraynaya müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş M113 hərbi maşını yola salıb. Hazırda göndərilən M113 zirehli texnikasının ümumi sayı 62-dir.
14-11-2022, 20:13
Ukrayna üçün 25 milyon avroluq yardım


Ukrayna üçün 25 milyon avroluq yardım

Niderland Ukrayna ordusuna dəstək üçün 25 milyon avro ayıracaq. Bu barədə Niderlandın xarici işlər naziri Vopke Hoekstra bildirib. "Biz Ukrayna ordusunu dəstəkləmək üçün ərzaq, rasion, ilk yardım ləvazimatları, təcili yardım maşınları və yanacaq daşıyan maşınlar da daxil olmaqla 25 milyon avro ayıracağıq", - XİN rəhbəri NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib. O əlavə edib ki, Niderlan da Ukraynaya yardım üçün beynəlxalq fonda əlavə 20 milyon avro ayıracaq.
14-11-2022, 20:11
İstanbuldakı terrorda yaralananların son durumu


İstanbuldakı terrorda yaralananların son durumu

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca İstanbulun İstiqlal küçəsində törədilən bombalı hücumda yaralananlarla bağlı açıqlama verib. Koca, 55 nəfərin müalicələrinin başa çatdıqdan sonra evə buraxıldığını bildirib. O, 5-i reanimasiyada olan 26 xəstənin müalicəsinin davam etdiyini qeyd edib. “İstiqlal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 55-i müalicələri başa çatdıqdan sonra evə buraxılıb. 26 xəstənin müalicəsi davam edir, onlardan 5-i reanimasiya şöbəsindədir. Təəssüf ki, reanimasiyada olan iki xəstəmizin vəziyyəti ağır olaraq qalır”, - nazir vurğulayıb.
14-11-2022, 20:03
Zelenski Ukraynanın sülhə hazır olduğunu açıqladı


Zelenski Ukraynanın sülhə hazır olduğunu açıqladı

"Biz ölkəmiz üçün sülhə hazırıq". Bunu Ukrayna prezidenti Volodimir Zelenski Xersona səfəri zamanı deyib. O, sülhə hazır olduğunu bildirib. Qeyd edək ki, bu gün Ukrayna dövlət başçısı işğaldan azad edilən Xersona səfər edib.
14-11-2022, 19:59
Aİ İrana qarşı sanksiyaları təsdiqlədi


Aİ İrana qarşı sanksiyaları təsdiqlədi

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyaları razılaşdırıblar. Bu barədə DPA agentliyi Brüsseldə olan diplomatlara istinadən məlumat yayıb. Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, bu sanksiyalarla Avropa İttifaqı Tehrandakı İran rejiminə birmənalı siqnal göndərir. Berbokun sözlərinə görə, Avropa və dünya baş verənləri izləyir, biz izləməyə davam edəcəyik və daha çox sanksiya siyahı hazırlayacaqlar.
14-11-2022, 19:55
Qondarma respublikanın XİN-i ləğv edildi


Qondarma respublikanın XİN-i ləğv edildi

Qondarma Luqansk Xalq Respublikasının (LXR) rəhbəri vəzifəsini icra edən Leonid Paseçnik Xarici İşlər Nazirliyini ləğv edib. Bu barədə o, noyabrın 14-də sərəncam imzalayıb. "Luqansk Xalq Respublikasının Xarici İşlər Nazirliyi ləğv edilsin. Ləğv proseduru 2023-cü il iyunun 1-dən gec olmayaraq başa çatdırılsın", - sənəddə deyilir.
14-11-2022, 19:53
Türkiyə ABŞ-ın başsağlığını qəbul etmədi


Türkiyə ABŞ-ın başsağlığını qəbul etmədi

"Bizə verilən mesajı aldıq, mesajın nə olduğunu bilirik. Amerika səfirliyinin başsağlığını qəbul etmirik". Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib. “Biz heç kimin düşməni deyilik, heç kimə xəyanət etmirik. Bildirmək istəyirəm ki, bizim xəyanətə dözməyə gücümüz yoxdur. Əməliyyatlar davam edir. Əgər onlar tutulmasaydı, bu gün qaçaqmalçılıq yolu ilə Yunanıstana keçəcəkdilər”, - deyə nazir İstanbulda törədilən terrordan söz açıb. Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Bəzi ekspertlər terror aktının ABŞ-ın sifarişi ilə həyata keçirildiyini iddia edirlər.
14-11-2022, 19:51
Terror törədən qadının kimliyi məlum oldu


Terror törədən qadının kimliyi məlum oldu

Türkiyənin İstanbul şəhərində terror aktı törədən qadının kimliyi məlum olub. Ötən gün terror törədən şəxsin Suriya əsilli Əhlam Əlbəşir olduğu müəyyən edilib. O, İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq, istintaqa cəlb olunub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
14-11-2022, 00:39
İstanbul Prokurorluğundan partlayış açıqlaması


İstanbul Prokurorluğundan partlayış açıqlaması

İstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib. Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki məlumat verilmir. İnsidentin təfərrüatı araşdırılır. Qeyd edək ki, partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib, 36 nəfər yaralanıb.
13-11-2022, 19:26
İstanbul Prokurorluğundan partlayış açıqlaması


İstanbul Prokurorluğundan partlayış açıqlaması

İstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib. Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki məlumat verilmir. İnsidentin təfərrüatı araşdırılır. Qeyd edək ki, partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib, 36 nəfər yaralanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!