Sandu İlham Əliyevlə görüşündən yazdı .....                        İlon Mask tarixə düşdü .....                        Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!” .....                        Rəqs eliyən həkim yenidən işə başlayıb? .....                        Rusiya iki dəfə NATO üzvü olmaq istəyib .....                        Növbəti sammit Ermənistanda keçiriləcək .....                        Konstitusiya məhkəməsindən vacib qərar .....                        Ukrayna 185 hərbçini Rusiyaya verdi .....                        Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı .....                       
11-11-2024, 12:01
COP29 hər kəs üçün bir fürsətdir - Muxtar Babayev


COP29 hər kəs üçün bir fürsətdir - Muxtar Babayev

"COP29 hər kəs üçün bir fürsətdir və bu fürsəti əldən vermək olmaz. Problemlər təcili həll edilməli, çox iş görülməlidır. On iki gün ərzində danışıqlar çətin olacaq, lakin fikir ayrılıqları aradan qaldırılmalıdır".
Bu fikirləri Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Bakıda konfransın rəsmi açılış mərasimində səsləndirib.
O deyib ki, iqlim dəyişikliyi gələcəyin problemi deyil, o, artıq mövcuddur: "COP29 hər kəsə yeni başlanğıc üçün bir fürsətdir".
11-11-2024, 11:55
Keniyanın Baş naziri Azərbaycana gəldi


Keniyanın Baş naziri Azərbaycana gəldi

Keniyanın Baş naziri Musalia Mudavadi noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
11-11-2024, 11:38
Muxtar Babayev COP29-un Prezidenti seçildi - Sədrlik Azərbaycana verildi


Muxtar Babayev COP29-un Prezidenti seçildi - Sədrlik Azərbaycana verildi

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev COP29-un Prezidenti seçilib.
Bu sözləri COP29-un açılış mərasimi zamanı COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber bu statusda sonuncu çıxışında bildirib.
O, son çıxışı olduğunu qeyd edib və Azərbaycana uğurlar arzulayıb.
Həmçinin, sədrlik Azərbaycana verilib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu gündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
11-11-2024, 11:21
COP29 başladı - CANLI


COP29 başladı - CANLI

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının açılış mərasimi başlayıb.
Tədbirdə COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber bu statusda son çıxışını edir.

11-11-2024, 10:55
İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb


İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.
Dövlətimizin başçısı Monqolustan Prezidentini Bakıda görməkdən məmnunluğunu ifadə edərək, dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə ona minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bu görüşün Uxnaaqiyn Xurelsux ilə ilk görüş olduğunu deyərək bunun ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını vurğuladı.
Dövlətimizin başçısı bundan əvvəl beynəlxalq tədbirlər çərçivəsində Uxnaaqiyn Xurelsux ilə təmaslarını məmnunluqla xatırlayaraq, Monqolustan Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri tarixi hadisə kimi dəyərləndirdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.
Xoş sözlərə və COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Monqolustan Prezidenti dövlətimizin başçısının dəvətini qəbul edərək Azərbaycana səfərindən böyük məmnunluğunu ifadə etdi.
Monqolustan Prezidenti dedi ki, bu görüşü ikitərəfli əlaqələr üçün tarixi görüş hesab edir.
Qonaq ölkəmizin COP29-a ev sahibliyi və sədrlik etməsi münasibətilə təbriklərini çatdırdı.
Uxnaaqiyn Xurelsux da öz növbəsində Prezident İlham Əliyev ilə bundan əvvəl beynəlxalq səviyyəli tədbirlərdə təmaslarını məmnunluqla xatırladı.
Ölkələrimiz arasında 32 ildir diplomatik əlaqələrin qurulduğunu deyən qonaq Azərbaycan Prezidentini Monqolustana səfərə dəvət etdi.
Monqolustan Prezidenti dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin ona dərin təəssürat bağışladığını dedi. Uxnaaqiyn Xurelsux ölkələrimiz arasında tarixi yaxınlığın olduğunu da vurğuladı. O, ölklələrimiz arasında ikitərəfli hüquq-müqavilə bazasının inkişaf etdirilməsinin önəminə toxundu.
Prezident İlham Əliyev Monqolustana səfərə dəvətə və COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərə görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti də öz növbəsində Monqolustan Prezidentinin rəhbərliyi ilə bu ölkənin inkişaf etdiyini vurğuladı.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olundu, xarici işlər nazirləri və digər aidiyyəti qurumlar səviyyəsində səfərlərin təşkili ilə bağlı təlimatlar verildi. Monqolustanda investisiya imkanları barədə fikir mübadiləsi aparıldı.
Görüşdə hökumətlərarası komissiyanın yaradılması, turizm, təhsil, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahələrində əməkdaşlığın perspektviləri müzakirə olundu.
11-11-2024, 10:43
Millətlər Birliyi təşkilatının baş katibi Azərbaycanda


Millətlər Birliyi təşkilatının baş katibi Azərbaycanda

Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlend BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.


11-11-2024, 10:19
Lixtenşteynin Baş naziri Bakıya gəldi


Lixtenşteynin Baş naziri Bakıya gəldi

Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
11-11-2024, 10:07
İraq Prezidenti Azərbaycanda səfərdədir


İraq Prezidenti Azərbaycanda səfərdədir

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
11-11-2024, 10:01
Ərdoğan Bakıya gəlir


Ərdoğan Bakıya gəlir

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) bütün dünyanın diqqətindədir.
Bakıda COP29-un rəsmi açılışına dəqiqələr qalır. Tədbirdə iştirak etmək üçün dünya dövlətlərinin liderləri Bakıya gəlir.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da COP29-da iştirak etmək üçün Bakıya gələcək liderlər arasındadır. Onun 11-12 noyabr tarixində Azərbaycanda səfərdə olacağı bildirilib.
Konfransda Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “Sıfır Tullantı Layihəsi” çərçivəsində bəzi tədbirlərin təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşünün keçirildiyi Prezident Administrasiyasını tərk etməzdən öncə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla yenidən ayaqüstü görüşüb. Türkiyə Prezidenti dövlət başçısı ilə sağollaşarkən “Bakıda görüşərik” deyib.

11-11-2024, 09:33
COP29-un ilk gününün gündəliyi


COP29-un ilk gününün gündəliyi

Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayır.
Təxminən 190-dan çox ölkəni təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin iştirak edəcəyi tədbirin noyabrın 22-də başa çatacağı gözlənilir. Ancaq danışıqlardan asılı olaraq, bu tarix uzana da bilər.
Konfransın ilk gününün proqramını təqdim edirik:
Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.

Yaşıl Zona üzrə tədbirlər:

10:00 - 10:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Salamlama və açılış nitqi

10:30 - 10:45. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Əsas müzakirə

10:30 - 12:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - Seminar

10:45 - 12:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - YNA-nın COP29 Gənc Liderlik Forumu

12:00 - 12:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout", ərazisi əsas səhnə - Soba kənarında söhbət: Patrik Holden ilə dialoq

12:00 - 13:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / ENERJİ - "İqlim dəyişmələrinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü"

13:30 - 14:30. Mavi Zona Azərbaycan pavilyonu - Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə Bəyannamənin imzalanma mərasimi

14:00 - 15:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Birgə hərəkat: Karib dənizi adaları üçün ədalət və dayanıqlılıq naminə nəsillərarası baxışlar

14:00 - 16:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - Seminar

15:00 - 15:15. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Aleksandr Şmidt. "İndi bizə nə lazımdır: xalis sıfıra doğru irəliləyiş"

15:15 - 15:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Arianna Abdul-Nur. "Heç vaxt görə bilməyəcəyimiz bir gələcək üçün toxum əkmək: zeytun ağacından çıxarılan həyat dərsləri"

15:30 - 16:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Soba ətrafında söhbət

16:00 - 17:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Panel sessiyası

16:00 - 17:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - Seminar

17:00 - 17:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Kembric Dayanıqlılıq Üzrə Liderlik İnstitutu: Soba ətrafında söhbət

18:00 - 18:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Musiqi ifaları: Mandy Mayhem və AY Young

18:00 - 20:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Axşam tədbiri.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!