Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 26-02-2020, 16:29
O yurda bayrağı biz taxacağıq...

“Hər gün evdən çıxıb, quşların xoş avazla nəğmə oxuduğu o bağa gedərdim. O nəğmələrin sehrinə qapılıb yaşıl çəmənliklərin hər qarışını gəzərdim. Ta ki 28 il əvvəl o günə kimi...”
Əvvəli sevinc sonu kədər olan bu cümlələri atamdan uzun müddətdir ki, eşidirəm. Hər dəfə onun təsvir etdiyi dağların qoynunda mən xəyalımda dincəlirəm. Xəyal etdiklərim sanki bir filmdi. Bu filmin süjetinə bədbinliyi biz salmasaq da, sonunu özümüz bitirəcəyik. Vətən filmimizin sonu xoşbəxt bitəcək. Və mənim xəyallarım arzularda qalmayacaq. Bilirəm ki, bizi bir-birimizdən ayırmağa ümmanlar da yetməz, axı ət durmaqdan ayrılmaz. Əlbət ki, vətən yolunda verdiyimiz canlar əbəs deyil. Bu gün yenə də vətən üçün eyni mübarizliklə canından keçməyə hazır igid oğullarımız var.
Bir qarabağlının gözündən çox şeyi oxumaq olar, nifrəti, həsrəti, intiqamı... Eynilə sevgilisinə qovuşa bilməyən aşiqin hissləri kimi. Elə bir ölçü yoxdur ki, vətəndən nigaran olanların həsrətini çəkiyə sala bilsin. Hərdən elə bilirəm şikəst qalmışıq, 3 saatlıq yolu 28 ildir gedə bilmədiyimizə görə. Amma bu həsrətin sonu gələcək, o torpaqlarda bayram məclisləri qeyd edəcəyimiz günlərə az qalıb. Biz heç nəyi unutmayacaq, vətəni intizarda qoymayacağıq. Nadir Qədimlinin mənə ən çox təsir edən şeirində də dediyi kimi “O yurda bayrağı biz taxacağıq!”
Xocalı qırğını qan yaddaşımda
Kəlbəcər harayı hələ başımda
Deyin, darıxmasın bircə daşım da,
Laçında qartal tək qıy vuracağam.
O, yurda bayrağı mən taxacağam!

Aysu Abbasova
Ağcabədi şəhər
C. İbrahimov adına 8 saylı tam orta məktəbin XI sinif şagirdi


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!